http://img465.imageshack.us/img465/2582/bagirxanvt5.jpg Bağır xan (1862-1916)-Tebrizin Xiyaban mehellesinde yoxsul bir ailede anadan olmuşdur. Yoxsulluq üzünden tehsil ala bilmemiş, az bir müddet molla yanında oxumuşdur. Uşaq çağlarından atası benna Hacı Rza ile birlikde inşaat-tikinti işlerinde çalışmış, sonralar özü mahir usta kimi Tebrizde bir sıra binalar tikmişdir. Sonralar o, dövlet idarelerinde maliyye memuru (bu çağdan onun adına "xan" sözü elave edilmişdir), yüzbaşı kimi

Bu konu 2811 kez görüntülendi 1 yorum aldı ...
Bağır xan Salari-milli 2811 Reviews

    Konuyu değerlendir: Bağır xan Salari-milli

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2811 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Bağır xan Salari-milli



    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Bağır xan (1862-1916)-Tebrizin Xiyaban mehellesinde yoxsul bir ailede anadan olmuşdur. Yoxsulluq üzünden tehsil ala bilmemiş, az bir müddet molla yanında oxumuşdur. Uşaq çağlarından atası benna Hacı Rza ile birlikde inşaat-tikinti işlerinde çalışmış, sonralar özü mahir usta kimi Tebrizde bir sıra binalar tikmişdir.
    Sonralar o, dövlet idarelerinde maliyye memuru (bu çağdan onun adına "xan" sözü elave edilmişdir), yüzbaşı kimi vezifelerde çalışmışdır. Bu vezifelerde rastlaşdığı haqsızlıqlar, xarici dövletlerin hökmranlığı ve s. menfi hallar onu dövlet idarelerinden uzaqlaşdırmışdır.
    Heyatın çetinliklerini hele genc iken dadmış Bağır xan tedricen mövcud istibdad quruluşu deyişdirmek, sosial edalete çatmaq üçün siyasi mübarizeye hazır bir şexsiyyet kimi yetişmişdir. O, ehali arasında derin nüfuzuna göre Xiyaban mehellesinin mesulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci iller Meşrute inqilabının ilk sedaları, o cümleden meşrute-konstitusiya elan edilmesi (05.08.1906) Tebrizde de eşidildikde Bağır xan bir neçe yüz mücahidden ibaret destenin başında inqilabda iştirak etmişdir. Tebrizin müdafiesi zamanı (06.1908-25.04.1909) şeherin strateci ehemiyyetli böyük ve izdihamlı hissesi olan Xiyaban mehellesinin ve bir neçe qonşu mehellenin müdafiesine rehberlik onun ixtiyarında olmuşdur. Bağır xan Tebriz üsyanı dövründe yaranmış Herbi Şuranın beş üzvünden biri idi. O, Tebrizin müdafiesinde oynadığı mühüm rola göre Sattar xanla yanaşı ikinci serkerde - "Salari milli" kimi şöhret tapdı.
    Setter xanla şexsi dostluq eden Bağır xan yaşca ondan böyük olsa da onun meslehetlerini, herbi-inqilabi zakasını çox yüksek tutmuş, onun başçılığını memnuniyyetle qebul etmişdir. Settar xan da Bağır xanın teşkilatçılıq ve döyüş bacarığını yüksek qiymetlendirirdi. Her iki serkerde ömürlerinin sonunda eyni taleyi yaşamışdır - 1910-cu ilde Setter xanla Tehrana getmiş Bağır xan da paytaxtda ev dustağı kimi qaldı.
    Bağır xan I dünya müharibesi başlandıqdan sonra Qum şeherinde yaradılmış Milli Müdafie Komitesi (1915), Kirmanşahda ve Qesri - Şirinde teşkil edilmiş Milli Müveqqeti hökumet (1916) terefdarlarına qoşuldu. O, şerqi-Şirinle Kirmanşah arasındakı bir kendde kürd irticasıları terefinden öldürülmüşdür.
    Güney Azerbaycanda xalq Bağır xanın xatiresini eziz tutur. Evinin qarşısındakı mescid onun şerefine "Salar mescidi" adlandırılmış, xüsusile 1945-ci ilde Güneyde milli hökumetin fealiyyeti çağında onun yaşadığı xiyaban "Bağır xan xiyabanı" adlandırılmış, Azerbaycan Milli Meclisinin önünde onun heykeli qoyulmuşdu.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bağır xan Salari-milli

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 2811

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Bağır xan Təbrizin Xiyaban məhəlləsində yoxsul bir ailədə anadan olmuşdur. Yoxsulluq üzündən təhsil ala bilməmiş, az bir müddət molla yanında oxumuşdur. Uşaq çağlarından atası bənna Hacı Rza ilə birlikdə inşaat-tikinti işlərində çalışmış, sonralar özü mahir usta kimi Təbrizdə bir sıra binalar tikmişdir.

    Sonralar o, dövlət idarələrində maliyyə məmuru (bu çağdan onun adına "xan" sözü əlavə edilmişdir), yüzbaşı kimi vəzifələrdə çalışmışdır. Bu vəzifələrdə rastlaşdığı haqsızlıqlar, xarici dövlətlərin hökmranlığı və s. mənfi hallar onu dövlət idarələrindən uzaqlaşdırmışdır.
    [redaktə / تحریر] Siyasi fəaliyyəti
    Təbriz üsyanı iştirakçıları. Mərkəzdə dayananlar: Səttar Xan və Bağır Xan.

    Həyatın çətinliklərini hələ gənc ikən dadmış Bağır xan tədricən mövcud istibdad quruluşu dəyişdirmək, sosial ədalətə çatmaq üçün siyasi mübarizəyə hazır bir şəxsiyyət kimi yetişmişdir. O, əhali arasında dərin nüfuzuna görə Xiyaban məhəlləsinin məsulu (ağsaqqalı) seçilmişdir. 1905-1911-ci illər Məşrutə inqilabının ilk sədaları, o cümlədən məşrutə-konstitusiya elan edilməsi (05.08.1906) Təbrizdə də eşidildikdə Bağır xan bir neçə yüz mücahiddən ibarət dəstənin başında inqilabda iştirak etmişdir. Təbrizin müdafiəsi zamanı (06.1908-25.04.1909) şəhərin strateci əhəmiyyətli böyük və izdihamlı hissəsi olan Xiyaban məhəlləsinin və bir neçə qonşu məhəllənin müdafiəsinə rəhbərlik onun ixtiyarında olmuşdur. Bağır xan Təbriz üsyanı dövründə yaranmış Hərbi Şuranın beş üzvündən biri idi. O, Təbrizin müdafiəsində oynadığı mühüm rola görə Sattar xanla yanaşı ikinci sərkərdə - "Salari milli" kimi şöhrət tapdı.

    Səttar xanla şəxsi dostluq edən Bağır xan yaşca ondan böyük olsa da onun məsləhətlərini, hərbi-inqilabi zakasını çox yüksək tutmuş, onun başçılığını məmnuniyyətlə qəbul etmişdir. Səttar xan da Bağır xanın təşkilatçılıq və döyüş bacarığını yüksək qiymətləndirirdi. Hər iki sərkərdə ömürlərinin sonunda eyni taleyi yaşamışdır - 1910-cu ildə Səttar xanla Tehrana getmiş Bağır xan da paytaxtda ev dustağı kimi qaldı.

    Bağır xan I dünya müharibəsi başlandıqdan sonra Qum şəhərində yaradılmış Milli Müdafiə Komitəsi (1915), Kirmanşahda və Qəsri - Şirində təşkil edilmiş Milli Müvəqqəti hökumət (1916) tərəfdarlarına qoşuldu. O, şərqi-Şirinlə Kirmanşah arasındakı bir kənddə kürd irticasıları tərəfindən öldürülmüşdür.

    Güney Azərbaycanda xalq Bağır xanın xatirəsini əziz tutur. Evinin qarşısındakı məscid onun şərəfinə "Salar məscidi" adlandırılmış, xüsusilə 1945-ci ildə Güneydə milli hökumətin fəaliyyəti çağında onun yaşadığı xiyaban "Bağır xan xiyabanı" adlandırılmış, Azərbaycan Milli Məclisinin önündə onun heykəli qoyulmuşdu.

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş