Kullanıcı Tag Listesi

http://img119.imageshack.us/img119/341/huseyncavidex0.jpg Hüseyn Cavid Hüseyn Abdulla oğlu Rasizade Cavid (24.10.1882, Naxçıvan - 5.12.1941, İrkutsk vil.) - Azerbaycan şairi, dramaturq. Ruhani ailesinde doğulmuş, ibtidai tehsilini Naxçıvanda molla mektebinde, orta tehsilini M.T.Sidqinin «Mektebi-terbiye» adlı yeni üsullu mektebinde almışdır (1894-98). 1899-1903-cü illerde Cenubi Azerbaycanda olmuş, Tebrizin "Talibiyye" medresesinde tehsilini davam etdirmişdir. İstanbul universitetinin

Bu konu 6209 kez görüntülendi 1 yorum aldı ...
Hüseyn Cavid 6209 Reviews

    Konuyu değerlendir: Hüseyn Cavid

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 6209 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.672
    Konular
    3603
    Beğendikleri
    707
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Hüseyn Cavid



    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]



    Hüseyn Cavid

    Hüseyn Abdulla oğlu Rasizade Cavid (24.10.1882, Naxçıvan - 5.12.1941, İrkutsk vil.) - Azerbaycan şairi, dramaturq. Ruhani ailesinde doğulmuş, ibtidai tehsilini Naxçıvanda molla mektebinde, orta tehsilini M.T.Sidqinin «Mektebi-terbiye» adlı yeni üsullu mektebinde almışdır (1894-98).
    1899-1903-cü illerde Cenubi Azerbaycanda olmuş, Tebrizin "Talibiyye" medresesinde tehsilini davam etdirmişdir. İstanbul universitetinin edebiyyat şöbesini bitirmiş (1909), Naxçıvanda, sonra ise Gence ve Tiflisde, 1915-ci ilden ise Bakıda müellimlik etmişdir.
    Hüseyn Cavid klassik Azerbaycan edebiyyatının en yaxşı enenelerini inkişaf etdiren senetkarlardandır. O, 20-ci esr Azerbaycan mütereqqi romantizminin banilerinden biri olmuşdur.
    Hüseyn Cavid seneti canr ve forma cehetden zengindir. O, lirik şerlerin, lirik-epik, epik poemaların, Azerbaycan edebiyyatında ilk menzum facie ve dramların müellifidir. «Keçmiş günler» adlı ilk şer kitabı 1913-cü ilde çap olunmuşdur.
    Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun felsefi ve tarixi facieleri, aile-meişet dramları üslub, yazı edası forma yeniliyi baxımından Azerbaycan dramaturgiyasında yeni bir merhele yaratdığı kimi, milli teatr medeniyyetinin inkişafına da qüvvetli tesir göstermiş, «Cavid teatrı» kimi seciyyelendirilmişdir. Dramaturgiyasında dövrün ümumbeşeri, böyük ictimai-siyasi ve medeni ehemiyyete malik problemleri eksini tapmışdır.
    Azerbaycan edebiyyatında ilk menzum facie olan «Şeyx Senan» (1914) eserinde xalqları bir-birine qovuşdurmaq üçün ümumbeşeri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrde tedricle «haq verilmir, alınır» ideyasına gelib çıxmışdır.
    Yaradıcılığında mühüm yer tutan «İblis» (1918) menzum faciesinde dövrün bütün mürtece qüvveleri - «insan insana qurddur» felsefesinin terefdarları, «iyirminci esrin medeni vehşileri» olan daireleri İblis suretinde ümumileşdirilmiş, işğalçı müharibelere lenet yağdırılmışdır.
    1926-cı ilde müalice üçün Almaniyaya geden ve 7 ay Berlinde yaşayan Hüseyn Cavid oradan ziyalıların menevi iztirablarını eks etdiren bir sıra siyasi-lirik ve lirik-epik şerlerle qayıtdı.
    20-30-cu illerde Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. «Peyğember» (1922) ve «Topal Teymur» (1925) eserlerinden sonra yazdığı «Seyavuş» (1933), «Xeyyam» (1935) tarixi dramları Hüseyn Cavidin tarixe, tarixi şexsiyyetlere baxışında ciddi dönüş oldu.
    Cenubi Azerbaycandakı azerbaycanlıların «şahenşahlıq» üsuli-idaresi esareti altında ezab çekmesi, en adi insan hüquqlarından mehrum edilmesi de vetenperver şair kimi Hüseyn Cavidi düşündürürdü («Telli saz» dramı, 1930; «Kor Neyzen» poeması, 1930).
    Sovetler Birliyinde totalitarizmin dehşetli dövründe Hüseyn Cavid sosializmin "nailiyyetler"inden yazmağı özüne reva bilmemiş, Stalini, Azerbaycan ağalarını medh etmekden qetiyyetle boyun qaçırmışdır. Ona göre de bu metin şexsiyyet Sibir buzlaqlarına sürgün edilmiş ve orada helak olmuşdur.
    Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).
    Yubiley erefesinde cenazesinin qalıqları İrkutsk vilayetinden Naxçıvana getirilib, ev-muzeyinin yaxınlığında defn edilmişdir. Naxçıvanda onun qebri üstünde möhteşem meqbere ucaldılmışdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hüseyn Cavid

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 6209

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    10.12.09
    Mesajlar
    21.542
    Konular
    11199
    Beğendikleri
    0
    Beğenileri
    9
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Standart

    teşekkürler abissss

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş