Kullanıcı Tag Listesi

Şah İsmayıl Xetayi http://img169.imageshack.us/img169/4894/xetayira5.jpg (17.7.1487-23.5.1524,Erdebilde defn olunmuşdur) - Azerbaycan Sefeviler dövletinin banisi. Dövlet xadimi ve serkerde, şair. Şeyx Heyderin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Hesenin qızı Alemşah beyimdir). Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heyderin ölumünden (1488) sonra kiçik yaşlı Ismayılı anası ve qardaşları (Sultaneli ve İbrahim) ile birlikde hebs etdirdi. Sultan Yaqubun ölümünden sonra Rüstem Mirzenin

Bu konu 6947 kez görüntülendi 0 yorum aldı ...
Şah İsmayıl Xetayi 6947 Reviews

    Konuyu değerlendir: Şah İsmayıl Xetayi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 6947 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.672
    Konular
    3603
    Beğendikleri
    707
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Şah İsmayıl Xetayi

    Şah İsmayıl Xetayi

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    (17.7.1487-23.5.1524,Erdebilde defn olunmuşdur) - Azerbaycan Sefeviler dövletinin banisi. Dövlet xadimi ve serkerde, şair. Şeyx Heyderin oğludur (anası Ağqoyunlu hökmdarı Uzun Hesenin qızı Alemşah beyimdir). Ağqoyunlu Sultan Yaqub (1478-90) Şeyx Heyderin ölumünden (1488) sonra kiçik yaşlı Ismayılı anası ve qardaşları (Sultaneli ve İbrahim) ile birlikde hebs etdirdi. Sultan Yaqubun ölümünden sonra Rüstem Mirzenin emri ile Şeyx Heyderin oğlanları 1492-ci ilde hebsden azad olundu.
    Böyük qardaşı Şeyx Sultaneli Ismayılı özünün veresesi teyin ederek Erdebile gönderdi.Bir müddet Erdebilde ve Reştde gizledilen İsmayıl sonralar Lahicanda Gilan hakimi Mirze Elinil sarayına aparıldı.1499-cu ilin avqust ayında İsmayıl özünün yaxın terbiyeçisi ve meslehetçisi olan bir neçe qızılbaş tayfa başçısı ile birlikde qoşun toplamaq üçün Erdebile yollandı.
    O, 1500-cü ilin yazında şamlı ve rumlu tayfalarından,habele Qaradağ ve Talış ehalisinden ona qoşulmuş 2 mine yaxın qızılbaşla Qarabağ, Çuxursed, Şuragil, Kağızman, Tircan yolu ile Erzincana geldi. Burada qızılbaş tayfalarından, habele Qaradağ sufilerinden teqriben 7 min terefdar toplayaraq 1500-cü ilin axırlarında Şirvana hücum etdi ve Şirvanşah qoşunlarını meğlubiyyete uğratdı. Döyüşde Şirvanşah Ferrux Yasar öldürüldü.
    1501-ci ilin payızında Tebrize daxil olan Ismayıl özünü şah elan etdi. Bununla da paytaxtı Tebriz olan Azerbaycan Sefeviler dövletinin esası qoyuldu. I Şah İsmayılın tabe olmaq teklifini redd eden Ağqoyunlu hökmdarı Muradla 1503-cü il iyunun 21-de Hemedan yaxınlığında döyüş de qızılbaşların qelebesi ile neticelendi. Sonrakı illerde Şah İsmayıl bütün İranı, Xorasanı, İraqi-erebi Sefeviler dövletine qatdı.Onun dövründe Sefeviler dövleti Yaxın Şerqin qüdretli dövletlerinden birine çevrldi.
    1514-cü ilde sultan I Selimin (1512-20) başçılıq etdiyi Osmanlı ordusu ile Çaldıran düzünde baş vermiş döyüşde qızılbaşlar meğlubiyyete uğradılar.
    Sonrakı illerde Şah İsmayıl Şeki hakimliyini, Şirvanşahları, gürcü çarlarını Sefevilerden asılı veziyyete saldı. O, Şekiye növbeti seferden Erdebile qayıdarken vefat etdi.Yerine oğlu I Tehmasib keçdi.
    Türk, fars ve ereb dillerinide gözel şerler yazan görkemli şair Şah İsmayıl Xetayi eserlerinin çox hissesini ana dilinde yazmışdır ve onun yaradıcılığı Azerbaycan poeziyası tarixinde mühüm merhele teşkil edir. Onun yaradıcılığının teşekkül ve inkişafında Nesimi şeri başlıca yer oynamışdır.
    Şah İsmayıl Xetayi eruz ve heca veznlerinde hem klassik, hem de xalq şeri formalarında epik ve lirik eserler yazmışdır. «Dehname» («On mektub»,1506) poeması, exlaqi-didaktik ve felsefi «Nesihetname» mesnevisi ana dilli şerimizin ilk nümunelerindendir.
    O, poeziyanın inkişafına müstesna ehemiyyet vermiş, türk dilinde yazan şairlere hamilik etmiş, sarayında şairler meclisi yaratmışdı. Onun hakimiyyeti illerinde türk dili neinki hakim edebi dile çevrilmiş, eyni zamanda, dövlet dili seviyyesine yükselmiş, diplomatik yazışmalarda bele istifade olunmuşdur. Şah İsmayıl Xetainin eserleri Yaxın Şerqin bir sıra ölkelerinde yayılmışdır. Eserlerinini elyazmaları dünyanın meşhur elyazma fondlarında ve müzeylerinde saxlanılır


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Şah İsmayıl Xetayi

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 6947

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş