http://www.pulsuz.com/images/kesmiklikete.jpg Dadlı şirniyyat Kəsmikli kətə resepti - Kesmikli kete resepti. Xəmir üçün: 200 qram kərə yağı 1/2 çay qaşığı soda 1/2 xörək qaşığı qatıq və ya xama 2 stəkan un 1/2 stəkan şəkər tozu İç üçün:

Bu konu 17824 kez görüntülendi 1 yorum aldı ...
Kəsmikli kətə resepti - Kesmikli kete 17824 Reviews

    Konuyu değerlendir: Kəsmikli kətə resepti - Kesmikli kete

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 17824 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    997
    @Revane

    Standart Kəsmikli kətə resepti - Kesmikli kete


    Dadlı şirniyyat Kəsmikli kətə resepti - Kesmikli kete resepti.

    Xəmir üçün:
    200 qram kərə yağı
    1/2 çay qaşığı soda
    1/2 xörək qaşığı qatıq və ya xama
    2 stəkan un
    1/2 stəkan şəkər tozu
    İç üçün:
    400 qram kəsmik
    1 stəkan şəkər tozu
    2 yumurta
    bir çimdik vanil

    Hazırlanma qaydası:
    Kərə yağını sürtkəcdən keçirib, üzərinə soda ilə qarışdırılmış qatıq və yaxud xamanı əlavə edin. Daha sonra şəkər tozu və unu üzərinə töküb, qarışdıraraq, xəmir yoğurun.

    İç hazırlamaq üçün:
    Boşqaba kəsmik, şəkər tozu, yumurta və bir çimdik vanili töküb, qarışdırın.
    Xəmiri iki hissəyə bölün. Bir hissəni nazik yayıb, yağlanmış forma qabın içinə qoyun. Üzərinə kəsmikli içi səpin. Sonra qalan xəmiri kəsmikli için üzərinə töküb, bərabər şəkildə yayın.
    Kəsmikli kətəni 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə ərzində bişirin.
    Bişmiş kətəni sobadan çıxardıb, soyumaq üçün kənara qoyun.
    Nuş olsun!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kəsmikli kətə resepti - Kesmikli kete

          Kategori: Yemek ve Tatlı Tarifleri

          Konuyu Baslatan: Revane

          Cevaplar: 1

          Görüntüleme: 17824


  2. #2
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Cevap: Kəsmikli kətə resepti - Kesmikli kete


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    Kəsmikli Kətə “Zərif”
    Xəmir üçün:
    200 q soyuq kərə yağı
    1/2 çay qaşığı soda
    1/2 xörək qaşığı qatıq və ya xama
    2 stəkan un
    1/2 stəkan şəkər tozu
    İçi üçün:
    400 q kəsmik
    1 stəkan şəkər tozu
    2 yumurta
    bir çimdik vanil
    Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin. Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın. MİKSERDƏN İSTİFADƏ ETMƏYİN!
    İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).
    Sobanı 180C-dək qızdırın.
    Xəmiri iki yerə bölün. Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Kəsmikli içi bunun üzərinə yayın.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.

    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun. Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin. Nuş Olsun!
    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Giriş

Giriş