http://4.bp.blogspot.com/_Go_koHSwyr8/S87LcdtWa9I/AAAAAAAAAGk/hN5obH46KB4/s320/22279_282316616098_277085256098_3581448_3772719_n.jpg Dizayn möcüzƏsi: Burun Mesajgöndərən meridyen2 tarix Bazar Avq 14, 2011 11:57 am DİZAYN MÖCÜZƏSİ: BURUN Şəkil Havanı həm təmizləyən həm də istiliyini nizamlayan xüsusiyyətiylə, dünyanın təqlid edilməsi mümkün olmayan "ən yaxşı kondisioner sistemi" olaraq xarakterizə edilən burundakı dizayn əlbəttə ki, Allahın bənzərsiz yaratma sənətinin əsərlərindən

Bu konu 1509 kez görüntülendi 0 yorum aldı ...
DİZAYN MÖCÜZƏSİ: BURUN 1509 Reviews

    Konuyu değerlendir: DİZAYN MÖCÜZƏSİ: BURUN

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1509 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş
    36
    Mesajlar
    1.897
    Konular
    1219
    Beğendikleri
    410
    Beğenileri
    14
    Tecrübe Puanı
    906
    @Revane

    Standart DİZAYN MÖCÜZƏSİ: BURUN



    Dizayn möcüzƏsi: Burun

    Mesajgöndərən meridyen2 tarix Bazar Avq 14, 2011 11:57 am
    DİZAYN MÖCÜZƏSİ: BURUN

    Şəkil

    Havanı həm təmizləyən həm də istiliyini nizamlayan xüsusiyyətiylə, dünyanın təqlid edilməsi mümkün olmayan "ən yaxşı kondisioner sistemi" olaraq xarakterizə edilən burundakı dizayn əlbəttə ki, Allahın bənzərsiz yaratma sənətinin əsərlərindən biridir.

    Hafizənizdəki qoxuları fikirləşin. Təzə çörəyin, yeni biçilmiş çəmənlərin, yağışdan sonrakı torpağın, qızarmış qızartmanın, yeni toplanmış çiyələyin, şaftalının, cəfərinin, istifadə etdiyiniz sabunun, şampununuzun qoxusunu və buna bənzər daha bir çox qoxunu qəbul edə bilmənizi burnunuzdakı həssas quruluşa borclusunuz.

    Bir çox insan gün ərzində nə qədər çox iy bildiyini və bu qoxular sayəsində beynindəki cisimlərin şəkilləndiyini heç düşünmür.

    Məsələn: yediyiniz yeməyin ləzzət qazanmasını təmin edən iybilmə hissiyatınızdır. Qoxu, cisimləri tanımanızdakı əhəmiyyətli faktorlardandır.

    Aldığınız hər nəfəslə birlikdə cisimlərə aid qoxular burundan içəriyə girir. İnsan burnu qəbul edən qoxunu 30 saniyə içində analiz edib, təxminən 3000 dəyişik qoxunu da bir-birindən fərqləndirəcək qədər müdhiş tutuma malikdir.

    Qoxu havada molekul olaraq gəzir. Nəfəs alarkən havadakı oksigenin yanında bu molekullar da burna girir. Havayla daşınan "qoxu molekulları" qoxu epitelindəki qəbuledicilərə çatdığında burada olan hüceyrələr xəbərdar edilir. Xəbərdar edilən hüceyrə beynə elektrik siqnalı göndərir. Beyin qoxu molekulunu deyil, yalnız özünə çatan elektrik siqnalını qəbul edir. Elektrik siqnalı üçün beynin analizini insan qoxu hesab edir.

    Burun gözəl qoxulu çiçəklərin, ya da iştah açan yeməklərin qoxularını qəbul etməmizi təmin etməkdən əlavə, çox əhəmiyyətli funksiyaları olan orqanımızdır. Tənəffüs etdiyimiz hava ilə birlikdə havadan aldığı oksigeni bədənimizin bütün hüceyrələrinə daşıyan qan arasındakı təməl əlaqə yollarından biridir. Qısası, burun həm iyləmə orqanı, həm də tənəffüs yollarının başlanğıcı olaraq böyük əhəmiyyət daşıyır. İki hissədən ibarət olan burnun içində "silə" deyilən tükcüklər və mukus adı verilən ifrazat var.

    Hava burundan içəri girdikdə bunlarla qarşılaşır və dərhal analizə tabe olur. Havadakı molekullar təhlil edilərək araşdırılır və beynə çatdırılaraq qoxunun nə olduğu təyin olunur və ona görə reaksiya verilir. Bu əməliyyatların hamısı yalnız 30 saniyə kimi çox qısa müddət içərisində reallaşır.

    Burnun içində aerodinamika baxımdan da qüsursuz dizayn söz mövzusudur. Hava içəri girdikdə birbaşa nəfəs borusuna getmir.

    Burun sanki kondisioner kimi çox xüsusi filtr sistemləriylə çöldən gələn çirkli, isti, soyuq, ya da nəmli havanı ağciyərlər üçün hazır vəziyyətə gətirir. Burundakı xüsusi qıvrımlı quruluş sayəsində hava burada dövr edir. Beləliklə, burun çəpərində olan tükcüklərə və damar şəbəkəsinə daha çox təmas etmiş olur. Baxın bu qıvrımlı sistem sayəsində burun gündə 15 m³ havanı süzür, təmizləyir, nəmləndirir və isidir. Bu miqdar təxmini olaraq bir otağının içindəki havaya bərabərdir.

    Lakin burada çirkli hava dedikdə ağıla yalnız tozlu hava gəlməməlidir. Havayla birlikdə gələn tozun yanında bakteriya, polenlər vs. kimi təxminən 20 milyard maddənin burundakı xüsusi sistem vasitəsiylə bədənə girməsinin qarşısı alınır.

    Tozlarını və hər cür zərərli bakteriyalarını burundakı kondisioner sistemində buraxan hava bu əməliyyatdan sonra hər burun dəliyində üç ədəd qıvrımlı strukturların üstündən keçir. Burundakı tükcüklərə ilişən xarici maddələr bu dəfə də buradakı mukusun antibakteriyal təsiriylə zərərsiz vəziyyətə gətirilir. Hava bu qıvrımlara dəydikcə istiqamət dəyişdirir və burun boşluğunun divarına dəyir. Bura dəydikdə mukus mayesi içində saxlanılır. Tənəffüs havasının xarici cisimlərdən təmizlənməsi çox əhatəli və çox həssas əməliyyatlardır. Ən kiçik bir səhvə, unutmağa icazə verilmir. Çünki bakteriyanın, ya da zərərli bir cismin ağciyər kimi həssas bir orqana keçə bilməsi, insanın sağlığında mənfi təsirlər meydana gətirir. Lakin heç nəyə baxmayaraq zərərli cisimlərin burundan keçməyi bacarması ehtimalına qarşı, ikinci bir qoruma mexanizmi daha var. Əgər burun boşluğunu keçə bilən cisimlər olsa, bunlar da tənəffüs yollarında tutulurlar.

    Burnun içində təmizlənən və istiliyi nizamlanan hava ciyərlərinizə getmək üzrə hazırdır. Yaxşı, insan bədənindəki, təmizləyən və istiliyi nizamlayan xüsusiyyətiylə cüt sistemli kondisionerə bənzəyən burun necə ortaya çıxmışdır? Necə olub ki, bədənimizə yerləşdirilmişdir? Necə olur ki, hər insanda əskiksiz şəkildə var olur?

    Bütün bu sualların tək bir cavabı var: Burun yaradılmışdır.

    Hər hansı bir texniki alətin meydana gəlməsi üçün şüurlu dizaynerin olması, bu dizaynerin bütün hissələri nizam içində bir yerə gətirməsi və bunun üçün ciddi səy göstərməsi lazımdır. Bu, bütün məntiqli insanlar tərəfindən qəbul edilir. "Dünyanın təqlid edilməsi mümkün olmayan ən yaxşı kondisioner sistemi" olaraq xarakterizə edilən burundakı dizayn, əlbəttə ki, Allahın bənzərsiz yaratma sənətinin əsərlərindən biridir. Allah insanı yaşaması üçün lazımlı olan ən mükəmməl sistemlə birlikdə yaratmışdır. Allah bir ayəsində belə buyurur:

    “O, yaradan, yoxdan var edən, surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: DİZAYN MÖCÜZƏSİ: BURUN

          Kategori: Sağlıklı Yaşam İçin

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1509


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş