Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi

Bu konu 1802 kez görüntülendi 0 yorum aldı ...
AzƏrbaycanın Ən qƏdim yaşayış mƏskƏni 1802 Reviews

    Konuyu değerlendir: AzƏrbaycanın Ən qƏdim yaşayış mƏskƏni

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1802 kez incelendi.

  1. #1
    NeCeSeN - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.11.2011
    Mesajlar
    500
    Konular
    258
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    477
    @NeCeSeN

    Standart AzƏrbaycanın Ən qƏdim yaşayış mƏskƏni

    Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir.

    8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.

    Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir.

    Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır.

    Adının mənası

    Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanmışdır. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya "kədtid"), öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu da çoxlu sayda "kətid"lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs" deməkdir.

    Tarixi

    Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.

    Nuh peyğəmbərin nəsli

    Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları - Sim və Xam müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

    Qeyd edək ki, bəzi müəlliflərin fikrincə eramızdan əvvəl I əsrdə bu ərazidə "Get" tayfaları yaşamışdır.

    Biz isə öz növbəmizdə FaktXeber.com müxbirinin hazırladığı fotoreportajı sizlərə təqdim edirik.

    alinti


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AzƏrbaycanın Ən qƏdim yaşayış mƏskƏni

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: NeCeSeN

          Cevaplar: 0

          Görüntüleme: 1802


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş