Asan Paxlava
Quzey Azərbayan Üsulu Asan Paxlava
Bu paxlava olduqca ləzzətli olur.
Paxlavanın reseptini Az Cookbook səhifəsindən götürmüşəm, lakin reseptdə bir az dəyişiklik etdim.
Asan Paxlava
Xəmir üçün:
700 qram un
325 qram kiçik-kiçik doğranmış kərə yağı
300 qram xama ( Mən Smand - sour creams işlədirem )
1½ çay qaşığı soda (beking pudr)
3 yumurta sarısı
İç üçün:
600 qram şəkər tozu
8 yumurta ağı
500 qram fındıq tozu və ya badam tozu
20 qram Zəncefil tozu
1½ yemək qaşığı Hel tozu
Üstü üçün:
2-3 yumurta sarısı
½ çay qaşığı Zəfəran
Fındıq və ya badam
Lazım olanlar: kənarları bir az hündür olan 35 X 40 cm. ölçülərində düzbucaq firin qabı. Düzbucaq fırın qabı yoxdursa, yumru qabla əvəz edə bilərsiniz.
1. Əvvəlcə xəmiri hazırlayın.Unu,soda (beking pudr) və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün.
2. Xama və yumurta sarısını unlu-yağlı qarışığa artırın (əlavə edin). Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır.
3. Xəmiri 3 hissəyə bölüb, kündələyin.
Kündələri ayrı-ayrı laylona büküb soyuducuda 1 saat saxlayın.
4. İçi hazırlayın. Bir qabda şəkər tozunu və yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın.
Fındıq tozunu artırın (əlavə edib), qaşıqla qarışdırın.
5.Fırın qabının içinə , yağlı kağızı serin . Fırını 180ËšC-dək qızdırın.
6. Xəmiri soyuducudan çıxardın. Masanı bir az unlayın. Kündələrin birini oxlovla uzunluğu 35 cm, qalınlığı isə 3 mm olan düzbucaq şəklində açın.
7. Açdığınız xəmiri fırın qabına yerləşdirin
8. Bu layın üstünə için yarısını yayın.
9. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın.
10. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun. Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb (almaz formada) şəklində kəsin.
Hər paxlavanın ortasına bir dənə fındıq qoyun.
11. Sobada 35 dəqiqə, və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları fırın qabınan çıxardın.