http://www.imgs.su/tmp/1315757300-389.jpg Bir gün mən dükanların birində alış-veriş edirdim. Birdən bir uşağın kassanın önündə dayanıb satıcı ilə söhbətinin şahidi oldum. - "Əzizim, sənin bu kuklanı almağa pulun çatmır" - satıcı uşağa deyirdi. .Uşaq isə boynunu büküb yenidən pulunu əlində saymağa başladı. Mən kassaya yaxınlaşanda, ".Xala, siz də düşünürsünüzki mənim bu kuklanı almağa pulum çatmır?." - deyə məndən soruşdu.. Mən onun pulunu saydım və kuklanın qiymətinə baxıb, "Bəli əzizim,

Bu konu 1344 kez görüntülendi 0 yorum aldı ...
Minnətdaram, Allahım! 1344 Reviews

    Konuyu değerlendir: Minnətdaram, Allahım!

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1344 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    37
    Mesajlar
    1.896
    Konular
    1219
    Beğendikleri
    403
    Beğenileri
    17
    Tecrübe Puanı
    949
    @Revane

    Standart Minnətdaram, Allahım!



    Bir gün mən dükanların birində alış-veriş edirdim. Birdən bir uşağın kassanın önündə dayanıb satıcı ilə söhbətinin şahidi oldum.
    - "Əzizim, sənin bu kuklanı almağa pulun çatmır" - satıcı uşağa deyirdi.
    .Uşaq isə boynunu büküb yenidən pulunu əlində saymağa başladı.
    Mən kassaya yaxınlaşanda, ".Xala, siz də düşünürsünüzki mənim bu kuklanı almağa pulum çatmır?." - deyə məndən soruşdu.. Mən onun pulunu saydım və kuklanın qiymətinə baxıb, "Bəli əzizim, sənin bu kuklanı almağa pulun çatmır" dedim. Uşaq hələ də kuklanı əlində tutub dayanmışdı. Mən alış-veriş edib dükandan çıxmaq istəyəndə yenidən ona yaxınlaşdım. "Sən bunu kimə almaq istəyirsən?" deyə soruşdum..
    -"Mənim bacım bu kuklanı çox sevir. İsteyirem onun ad gününə bunu hədiyyə edim..Kuklanı anama vermək istəyirəmki o bu kuklanı bacıma versin" Bir qədər susdu.. Onun gözləri çox qəmgin idi.. və birdən o yenidən mənə danışmağa başladı.."Mənim bacım Allahın yanına gedib.Mənə atam belə dedi. Atam dediki anam da birazdan gedəcək Allahın yanına. Mən də düşündümki bəlkə anam bacıma bu kuklanı apara bilər."
    Mənim ürəyim birdən sanki dayanmağa başladı..
    Balaca oğlan mənə baxıb: "Mən atama dedimki, qoyma anam mən gələnə kimi harasa getsin."
    Sonra o mənə bir şəkil görsətdi. Orda bütün ailəsi var idi. Hamısı çox xoşbəxt görünürdü.
    "Mən istəyirəmki anam bu şəkili bacıma aparsın. İstəmirəm ki, bacım məni unutsun.Əslində mən istəmirəmki anam məni burda tək qoysun. Amma atam deyirki o bacımın yanına getməlidir." - deyib yenidən qəmgin gözləri ilə kuklaya baxdı. Mən tez uşağa baxıb " Gəl sənin pulu təzədən sayaq. Bəlkə səhv saymışıq?" - dedim. "HƏ! Mən də düşünürəmki mənim pulum çatır bunu almağa" - uşaq sevinclə dedi. Gizlincə pul kisəmdən pul götürüb onun puluna əlavə edib, yenidən pulunu sayıb "Şirinim, sənin pulun bu kuklanı almağa çatırmış. Biz səhv saymışıq.Bağışla məni!"-dedim. Kuklanı almağa pul kifayət edirdi hələ bir qədər də artıq qalırdı. Məni çox kövrəldən bu uşaq göyə baxıb
    "Çox sağol Allahım! Çox sağolki sən mənə pul verdin, Allahım. Pul verdinki mən bacıma bu kuklanı ala bilim. Çox sağol Allahım"
    Bu sözləri dedikdən sonra mənə baxıb əlavə etd.: "Mən dünən gecə yatmamışdan qabaq Allaha yalvardımki mənə pul versinki mən bacıma bu kuklanı ala bilim. Allah məni eşitdi! Həm də mən istəyirdimki biraz pulum qalsınki anama 1 qızıl gül ala bilim. Anamın ağ qızıl güldən çox xoşu gəlir.Amma mən Allaha bu haqda heçnə demədim. Amma o mənə yetərincə pul verdiki mən həm də gül ala bilim".
    Bəzən insanların həyatında elə anlar olurki, insanın özü və həyata baxışı 180 dərəcə dəyişir!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Minnətdaram, Allahım!

          Kategori: Dini Hikayeler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1344


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş