SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ. BİLSƏN Kİ,GÜLÜŞLƏR,GÖRÜŞLƏR ƏBƏS, DODAQLAR SEVGİNİ YALAN DEYİRSƏ. SEVDİYİN DEYİLSƏ AXTARDIĞIN KƏS, ÜFÜQDƏ AYRILIQ GÖZƏ DƏYİRSƏ- SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ... ÖMÜRLÜK YAŞAYIB DE,HANSI BƏNDƏ? VAXTI VAR HƏR ŞEYİ DƏRK EDƏCƏKSƏN.

Bu konu 1111 kez görüntülendi 1 yorum aldı ...
Saxla göz yaşını lazım olacaq. 1111 Reviews

    Konuyu değerlendir: Saxla göz yaşını lazım olacaq.

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1111 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.766
    Konular
    3582
    Beğendikleri
    1.109
    Beğenileri
    241
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Saxla göz yaşını lazım olacaq.

    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ.

    BİLSƏN Kİ,GÜLÜŞLƏR,GÖRÜŞLƏR ƏBƏS,
    DODAQLAR SEVGİNİ YALAN DEYİRSƏ.
    SEVDİYİN DEYİLSƏ AXTARDIĞIN KƏS,
    ÜFÜQDƏ AYRILIQ GÖZƏ DƏYİRSƏ-
    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ...

    ÖMÜRLÜK YAŞAYIB DE,HANSI BƏNDƏ?
    VAXTI VAR HƏR ŞEYİ DƏRK EDƏCƏKSƏN.
    BİR GÜN İSTƏSƏN DƏ,İSTƏMƏSƏN DƏ
    ATANI,ANANI İTİRƏCƏKSƏN-
    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ...

    NƏ VAXTSA ALACAQ SƏNİ BİR KİŞİ,
    NƏ VAXTSA SƏNİN DƏ ÜZÜN GÜLƏCƏK.
    ÖVLAD QAYĞISIYLA,EV-EŞİK İŞİ,
    NƏ VAXTSA SƏNƏ DƏ ÇƏTİN GƏLƏCƏK-
    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ...

    BİR GECƏ KÜÇƏDƏ SƏSLƏR SUSANDA,
    YADINA KEÇMİŞİ YOXLAMAQ DÜŞƏR.
    BƏZƏN SƏBƏBİNİ ANLAMASAN DA,
    KÖNLÜNƏ DƏLİ BİR AĞLAMAQ DÜŞƏR-
    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ...


    MƏNİ İNDİ GÖRDÜYÜM HAMIYA YADAM,
    HEÇ ASAN GƏLMİRMİŞ SƏADƏT ƏLƏ.
    PAYIZ KÜÇƏSİNDƏ AĞLAYAN ADAM,
    SƏN DƏ SEVİNƏRSƏN DARIXMA HƏLƏ-
    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ...

    Qismət Rüstəmov.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Saxla göz yaşını lazım olacaq.

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 1111

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart

    ÖMÜRLÜK YAŞAYIB DE,HANSI BƏNDƏ?
    VAXTI VAR HƏR ŞEYİ DƏRK EDƏCƏKSƏN.
    BİR GÜN İSTƏSƏN DƏ,İSTƏMƏSƏN DƏ
    ATANI,ANANI İTİRƏCƏKSƏN-
    SAXLA GÖZ YAŞINI LAZIM OLACAQ...


    bunu dusunmek meni oldurur onlarsiz men hecneyem heckimem

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş