(Səsləniş) Ey mənim Türkiyə’dəki soydaşım Ey mənim Türkiyə’dəki soydaşım Ey mənim millətim, qohum, qardaşım Bu aman dəğildir, bu dad değildir Bu sözlərim sizə feryad değildir Vətən üçün bu torpağa girəcək Milyon dənə oğulum var, qızım var Azadlığa qovuşacağ, ana yurd

Bu konu 1048 kez görüntülendi 1 yorum aldı ...
(Səsləniş) Ey mənim Türkiyə’dəki soydaşım 1048 Reviews

    Konuyu değerlendir: (Səsləniş) Ey mənim Türkiyə’dəki soydaşım

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1048 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.766
    Konular
    3582
    Beğendikleri
    1.108
    Beğenileri
    241
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart (Səsləniş) Ey mənim Türkiyə’dəki soydaşım

    (Səsləniş) Ey mənim Türkiyə’dəki soydaşım

    Ey mənim Türkiyə’dəki soydaşım

    Ey mənim millətim, qohum, qardaşım
    Bu aman dəğildir, bu dad değildir
    Bu sözlərim sizə feryad değildir

    Vətən üçün bu torpağa girəcək
    Milyon dənə oğulum var, qızım var
    Azadlığa qovuşacağ, ana yurd
    Hər daşımda bu barədə yazım var
    Hələ dinlə məni, sənə sözüm var

    Atalardan ilham alar qeyrətim
    Qanımda dolanır gücüm quvvətim
    Kürşad’ın o çoşan qanı məndədir
    Babək’in dirçəliş yanı məndədir

    Köməh istəmirəm, aciz deyiləm
    Bilirsən ölərəm, amma əyilməm
    Ara sıra məni, yada sal yetər
    Burda soydaşın var, onu bil yetər

    Ad qoyupsuyuz mənə, cürbecür ad
    Biri Acəm deyir, biriləri Tat
    İndi moda olup, ‘Azəri’ demək
    Mən Türkəm, qeyri sözə nə gərək

    Mən Azərbaycanam, Türkün obası
    Mən Oğuz Atamın Haq balasıyam
    Tebriz’i, Zəncan’ı Bakı, Qubası
    Min ildir Türklüyün, şad qalasıyam

    Mən Azərbaycanam, mən Türkəm gardaş
    Mənim adım kimin taleyim oddu
    Oddan yaranmışam odla yanıram
    Düşmənlərim məni sömürdü, uddu
    Her gün bir yerimnən vurur, sınıram

    Bilirsənmi məni necə böldülər
    Dilim dilim incə incə böldülər
    Hansını deyim ki hansını indi
    İtirmişəm, Kəlbəcər’i Dərbənd’i

    Vurulmuşam, qırılmışam, ölmüşəm
    Türkəm diyə zulümlərə gəlmişəm
    Çobankərə, Göyçalı, Vedibasar
    Qan gölü olupdu hər qapı, hasar

    Qarabağ’da Xocalı’da, Laçın’da
    Qan süzülüp uşağların saçında
    Türkəm diye limə limə vuruplar
    Hər vuranlar səni məndən soruplar

    Qırıplar qolumu, kəsiplər bizi
    Ayırıplar, Naxcıvan’ı, Təbriz’i
    Borçalı qalıptı uzaqda yetim
    İrəvan diyəndə əriyir ətim

    Mən ki boğuşuram İtnən, ayıynan
    Hamı bir çullanır gəlmir sayıynan
    Dimdik ayağdayam Allah’a şükür
    Qana bulanacaq o Aras, o Kür

    Farsnan, Erməninin döküp qanını
    Alacam Türklüğün intiqamını
    Azərbaycan bir gün ‘bütöv’ olacaq
    Babək Savalanda qılınç çalacaq

    Köroğlundan Səttarxandan Cafərdən
    İğidlər dönəcək hərgün səfərdən
    Turan qapısının açarı mənəm
    Üç rəngli bayrağı Təbriz’də Xoy’da
    Urmu’da görmədən bil ki ölmərəm

    Ey mənim Türkiyədəki soydaşım
    Ey mənim millətim, qavmim, qardaşım
    Sizdə moda olup, ‘Azəri’ demək
    Mən Türkəm, qeyri sözə nə gərək

    yurtsever


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: (Səsləniş) Ey mənim Türkiyə’dəki soydaşım

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 1048

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    ATSIZ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    05.08.2011
    Mesajlar
    586
    Konular
    107
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    576
    @ATSIZ

    Standart

    Ey mənim Türkiyədəki soydaşım
    Ey mənim millətim, qavmim, qardaşım
    Sizdə moda olup, ‘Azəri’ demək
    Mən Türkəm, qeyri sözə nə gərək



    Paylaşım için sağ olun.Şair ne güzel demiş.Azeri demek buradada moda ne yazıkki.Bu katliamı burada bir nebzede olsa engelleyebiliriz.Yönetici arkadaşların biraz dikkat etmesi ve üstünde durması gereken bir konu.Bu sitenin özellikle dikkat etmesi gereken bir durumdur.Saygılarımla...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş