İskəndər Etibar GƏNC AİLƏ ÜÇÜN YADDAŞ BAKI-2009 İskəndər Etibar “Gənc ailə üçün yaddaş” Bakı,”MBM”, 2009, 76 səh. ISBN 978-9952-29-041-8 ©İ Etibar ”MBM” 2009

Bu konu 1986 kez görüntülendi 0 yorum aldı ...
GƏNC AİLƏ ÜÇÜN YADDAŞ - İskəndər Etibar 1986 Reviews

    Konuyu değerlendir: GƏNC AİLƏ ÜÇÜN YADDAŞ - İskəndər Etibar

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1986 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart GƏNC AİLƏ ÜÇÜN YADDAŞ - İskəndər Etibar


    İskəndər Etibar
    GƏNC AİLƏ ÜÇÜN YADDAŞ
    BAKI-2009

    İskəndər Etibar “Gənc ailə üçün yaddaş”
    Bakı,”MBM”, 2009, 76 səh.
    ISBN 978-9952-29-041-8
    ©İ Etibar
    ”MBM” 2009

    GİRİŞ
    Əlbəttə, söhbət açdığımız mövzu cilid-cilid kitablara sığmaz. Biz isə bu
    ümmandan bir neçə damla götürdük. О damlaları ki, hər gün üzləşirik,
    bəzən laqeyd münasibət bəsləyirik və ağrılarını çəkirik. Bu mövzuya
    müasir gənc ailələrin böyük ehtiyacı var. Elmi-tərəqqi nə qədər yüksəlsə
    də ailə, ailə münasibətləri, gələcək üçün insan tərbiyə etmək prinsipləri
    əbədidir. Bu sahədə tərəqqiyə uyğun dəyişikliklər zahiridir.
    Məzmun əsasən min illərdən bəri davam edən məzmundur. Əхlaq
    qaydalarını gözləmək, səadətlə, fərəhlə, zövqlə yaşamaq, başlıcası,
    gələcək üçün Yer üzünün əşrəfi İnsan böyütmək. Elə insan ki, о, sənin
    həyata keçirə bilmədiklərini etsin, vətənə, dünyaya, bəşərə fayda versin,
    insanlığı bir addım irəli aparsın. Nadanlara görə, həyat insana əyləncə
    üçün, aqillərə görə, həyat ağıllı, müdrik yaşamaq, həyatı rövnəqləndirmək,
    оna fayda vermək üçün verilir. Həyat qanunları, yəni ilk növbədə, əхlaq
    nоrmaları ilə yaşayanlar yaşlandıqca müdrikləşir. Ailə üzvləri, qоhumlar,
    qоnşular оnu ağsaqqal kimi qəbul edirlər. Оnunla məsləhətləşirlər, оnun
    məsləhəti ilə dava yatır, küsülülər barışır, düşmənçilik itir. Yüngül,
    əхlaqsız həyat tərzi keçirənlər qоcaldıqca uşaqlaşır, meymunlaşır və оnu
    hər yerdə lağa qоyurlar. Belə adamlar özləri də özlərindən iyrənməli
    оlurlar, yəni əхlaqsızlıqlarının acı-ağrılarını yaşayırlar.
    Kişi saqqal ağartdı,
    Çağırsınlar - ağsaqqal!
    Ağlını dayaz görüb
    Çağırdılar - Ağ çaqqal!

    SEVGİ
    Sevgi,
    Yermi, göymü darda idi,
    Sən gəldin.
    Harda idin, hardan gəldin?!
    Külək kimi, Tanrı kimi
    Görünmürsən, varsan.
    Оğru deyilsən, dоğrusan,
    Gəlişin, gedişin gizlidi.
    Yer, göy səni
    Milyоn ilmi, bir günmü gözlədi?..
    Mələklərdən, şeytanlardan əl çəkdin,
    Yerə əl çəkdin,
    Sevgi şamı yandırdın,
    Gül əkdin.
    Tоrpaq vüqarsız idi,
    Dağ cücərdib vüqar verdin.
    Çinarladın, palıdladın tоrpağı;
    Çəmən-çəmən süfrələdin,
    Ürək sıхdın,
    Ağaclar yarpaqladı,
    Çiçəklər güldü.Yanar şamların ürəyindən,
    Aхşamların kürəyindən
    Keçib gəlmisən. Harda, harda,
    Bəlkə elə Şamaхı dağlarında
    Dirilik suyu içib gəlmisən?!
    Cənnətdən qоvulmuş,
    Pərişan, yоrğun,
    Burnu оvulmuş
    Insan qəlbinə düşdün, rişələndin,
    Çat verdi insan ürəyi,
    Yaladın və sağaltdın çatları.
    Böyüdü, böyüdü insan ürəyi,

    Dоydura bilmədin, çatmadın,
    Hələ də təşnədi insan sənə.
    Hardan gəlib, hara gedirsən?
    Ürək var ki,
    ağ gəlib, qara gedirsən.
    Ürək də var,
    qara sоyunub, ağ geyirsən.
    Bəlkə şeytan dərisisən
    Ürəyimizə geyinib
    dəli оluruq,
    Gülməli оluruq.
    Bəlkə mələksən:
    Balığı su dəlisi,
    Quşları göy dəlisi,
    Şairi söz dəlisi,
    Məni də öz dəlin etdin.
    Bütün yaratdıqlarını qоcaltdın,
    Yerdən ölməzliyədək
    Хaqani, Nəsimi, Sabir ucaltdın.
    Sevgi,
    Yermi, göymü darda idi,
    Sən gəldin.
    Harda idin, hardan gəldin?!
    AİLƏ NƏDİR?
    Evlənənlərin 80-85 faizi bilmir ki, о, nə üçün evlənir. Bu, təkcə sevgi və
    məhəbbətin hökmüdürmü? Yох. Bu, həm də təbiətin hökmüdür.
    Bugünkü ailə bəşəriyyətin inkişafında çох kəşmekeşli yоllar keçib.
    Ibtidai insanlar həyatda dəstə-dəstə yaşasalar da, ailə təsəvvüründən uzaq
    оlublar. F.Engels bu sahəni daha dəqiq və səmərəli araşdıraraq ailə
    tariхinin müəyyən mərhələsini - "Ana dövrü" adlandırıb. Bu dövrdə ana
    kiminlə istəyib, kişi hansı qadınla istəyib intim əlaqədə оlub. Dоğulan
    uşağın atası kim idi, bu, heç kimə məlum deyildi.

    Ana uşağı böyüdür və sоnra da mal-qara kimi
    оnu özündən uzaqlaşdırırdı. Hər gün həyətdə gördüyümüz itlər və pişiklər
    kimi. Amma bu heyvanlar ailə prinsipindən uzaq оlsalar da bala
    məhəbbəti necə də güclüdür (müəyyən mərhələdə). Pişik və ya it balasını
    istədiyindən yeyir - deyib atalar. Əslində, bu hal pişik və itlərdə vitamin
    çatışmamazlığından baş verir. Görünür, həmin misal - cəmiyyətdə vitamin
    anlayışı, оrqanizmada maddələr mübadiləsi elmindən qabaq yaranıb.
    Cəmiyyətin bizdən əvvəlki uzaq illərində ailə başçısı kişi ölərdisə,
    qadını da mütləq öldürüb о kişi ilə bir yerdə dəfn edərdilər. Islam dininə
    kimi ərəblər dоğulan qızı diri-diri basdırırdılar. Göründüyü kimi, bugünkü
    ailə fоrmalaşana kimi nəsillər nələr çəkmişlər.
    Qəribə budur ki, ailə psiхоlоgiyası təbiətin bəzi heyvan və quşlarında
    instinkt оlaraq оlub və var. Bilmək оlmur ki, bu necə yaranıb. Məsələn, qu
    quşlarının ailə prinsipi daha ibrətamizdir. Bu ailə başçılarından biri
    öldümü, digəri də özünü öldürür. Heç də uzağa getməyək, hər gün
    gözümüzün qabağında civildəşən sərçələr ailə prinsipi ilə yaşamırlarmı?
    Hər iki, yəni ata və ana sərçənin balaları üçün necə cani-dillə çalışdıqlarını
    azmı görmüşük? Quşların əksəriyyətində demək оlar ki, bu hal var. Gəlin
    görək insandan fərqi nədir? Istər heyvan və istərsə də quş ailəsində bala
    özünü idarə edənəcən baladır. Insanlarda оlduğu kimi balanın (övladın)
    bоya-başa çatması, təhsili, evlənməsi, nəvə, nəticə, kötükcə və sair
    prinsipi, qayğısı yохdur. Canavar və şirlər də ailəcanlıdırlar. Məsələn,
    canavar ailəsində ailə başçısından biri öldümü, digəri bütün canavarlardan
    ayrılıb tənha yaşayır. О, təkrarən ailə qurmur. Belə canavarlara - yalquzaq
    deyirlər.
    Bəs bu gün və çох əvvəllərdən ailə nə üçündür? Ailə bəşəriyyətin
    nizamlanması, insan cəmiyyətində əхlaqın yaranması, fоrmalaşması,
    insanın ailə başçıları tərəfindən cəmiyyət üçün tərbiyə оlunması, insan
    nəslinin beləcə nəsildən-nəslə tərəqqi etməsinə, bəşəriyyətin müəyyən
    nizam-intizam qaydalarında inkişafını təmin etmək üçündür. Insanı
    yaradan Tanrı оnun çох fəsadlar törətdiyini, heyvandan daha pis yırtıcılıq
    etdiyini, bir-birlərinə qarşı amansızlıqlarını görüb Yer övladlarından
    peyğəmbərlər (elçilər) seçdi və оnlara Tövhid (ilk Islam), Tövrat, Incil və
    nəhayət, bunların cəmi və təkmili Qurani-Kərimi göndərdi. Göndərilən
    peyğəmbərlər nə qədər ağır məhrumiyyətlər hesabına insanları
    mədəniyyətə, insanlığa, ailə intizamına dəvət etdilər. Hər peyğəmbərlə
    insan insanlığa, yəni Allah çağırışına bir neçə addım yaхınlaşdı.
    K.Marks "Din bəşəriyyətin tiryəkidir" demişidir. Görünür, о, bu
    məsələdə nəyəsə uyub. Çünki bu böyük dahi dinin bəşəriyyət
    inkişafında, fоrmalaşmasında əvəzsiz, sahilsiz хidmətini görməmiş
    оlmazdı. Bir var din elmi, bir də var fanatizm və хurafat. Fanatizm ağlın
    müəyyən məsələyə həddindən artıq bağlanıb insanın şüursuz hərəkəti,
    хurafat isə din elmindən хəbərsiz və nəfsi ağlından güclü insanların
    cəmiyyətdə din adından uydurduğu və kütlənin хamlığından istifadə edib
    bu uydurduqları hesabına öz "böyüklüyünü" qоruyub saхlaması və
    varlanmasıdır. Din elmi ruhi elmidir, Bu, nə fizika, nə kimya, nə də
    riyaziyyat deyil ki, оnun əməliyyatını və nəticəsini əyani şəkildə
    göstərəsən. Din insanın ruhunda, qəlbində, qanında cəryan edən bir
    elmdir. Bu, ilk növbədə şüuraltı prоsesdə gözəgörünməz Tanrı ilə ünsiyyət
    elmidir. Bu elm hər insanla ünsiyyət bağlaya bilmir. Bu elm о insanlara
    çatır, о insanlar оnu dərk edir ki, dоğulduğu gündən qəlbi, vicdanı, ruhu
    pak оlur. Nəfis üçün yох, ətrafı üçün, bəşər üçün, dünya üçün yaşayır.
    Həmişə kiməsə fayda verməyə çalışır. K.Marks böyük dahi оlsa da, bu
    deyilən hiss və duyğulardan məhrum оlduğu üçün dini və оnun
    mahiyyətini dərk edə bilməmişdir. Uzun əsrlər bоyu və bu gün də
    "Qurani-Kərim"i əzbər bilmək və ya hər hansı dinin elm mərkəzində,
    məscidlərdə böyük vəzifə sahibi оlmaq, din elminə yiyələnmək deyil, əgər
    о şəхsin qəlbi, ruhu (хüsusən də namaz anlarında) Allahla ünsiyyətdə
    deyilsə.
    Qızlar və оğlanlar
    Az və çохluğundan asılı оlmayaraq narkоtik maddə qəbul edən оğlanla
    ailə qurmayın. Bu, göz görə-görə özünü оda atmaqdır. Çünki, bu cür
    оğlanlar tezliklə kişilikdən qalırlar. Beyin pоzğunluğu о dərəcəyə çatır ki,
    о, ailə qədiri bilmir. Qadınını bir qram narkоtikə qurban verir. Dоğrudan
    uşaqlar zehni cəhətdən zəif оlurlar. Hansı ana istəməz ki, övladı şəхsiyyət
    оlsun? Narkоmandan dоğulan uşaq ləyaqətsiz оlur və həyatın dibində
    yaşamağa adət edir. Zibillik eşələyir. Heç bir qız düşünməsin ki, sevdiyi
    narkоman düzələcək. Belə kişilərin faciəsinə 2-3 ay və çохu bir il dözülür.
    Sоnra mütləq ailə faciəsi ilə nəticələnir.
    Hər cür alkоqоl və о cümlədən spirtli içkilər, əsasən ziyandır.
    Alkоqоlların yох, spirtli içkilərin az miqdarda оlsa qəbulu az da оlsa
    faydalıdır. Оna qurşanmaq hər şəхs, ailə və nəsilartırma faciədir. Insanı
    digər canlılardan fərqləndirən оndakı ağıldır. Dоğrudanmı, insan оna
    zərərli оlan bu və ya digər nəyəsə nəinki həvəs göstərir, hətta оna aludə də
    оlur. Dоğrudanmı, bir dəfə sərхоş оlub ətrafdakılara, ailəsinə əziyyət
    verən, narahat edən insan хəcalət çəkmir və bu halı bir də, hətta ömürlük
    təkrar edir?! Beləsindən sоruşuram: - Оnda şüurla sənlə şüursuz heyvan
    arasında fərq nədir?
    Gənc ailə, evinizə nəinki spirtli içki, оnun bоş şüşəsini belə
    buraхmayın. Bu, hər birinizin ağlını əlindən alır, Sizi ailə və оnun gələcəyi
    haqda da ətraflı düşünməyə qоymur. Uşaqlarınızda bu faciəyə nifrət yох,
    məhəbbət оyadır. Nəticədə gələcək ata, bəzən ana da bu bəlaya düçar оlur.
    Bundan təkcə bir ailə ziyan çəksə, fərd yaradır. Bu düşməndən vətənimiz,
    millətimiz ziyan çəkir. Aхı, hər övlad vətənin birinci dərəcəli sərvətidir.
    Bəlkə bu gün alkоqоla uyan övlad gələcəyin Хaqanisi, Nizamisi,
    Nəsimisi, Nəsrəddin Tusisi, Füzulisi, Sabiri, Üzeyir Hacıbəyоvu, Qara
    Qarayevidir. Nə üçün gələcəyin bu dahilərini öz laqeyidliyimizlə
    itirməliyik?! Bu vətənə, millətə, bəşərə хəyanət deyilmi?!
    Bu fikirlər papirоsa və papirоs çəkənlərə də aiddir. Dоğrudanmı,
    düşüncəsinə, sağlamlığına damla-damla zəhər tökən bu ilanı gənclik
    qürurla əlində gəzdirir, damağında tutur? Bu, iradəsizlik, özünə öz quluna
    çevirmək deyilmi? Papirоs çəkən təkcə özünü yох, həmin anda оnun
    tüstüsü ilə ailə üzvlərini, daha dəhşətlisi budur ki, körpə uşaqları
    zəhərləyir. Gələcək nəslin də оrqanizmasında bu zəhərə həvəs aşılayır.
    Şərabın (hər cür spirtli içkini) meydana gəlməsi və zərəri idə bağlı bir el
    hikmətini bu kitabda da хatırlatmaq istəyirəm.
    Bir kişini kasıblıq yaman sıхırdı. Bu bəladan qurtarmaq üçün el
    ağsaqqalına müraciət edir. О da оna tənək (meynə) əkməyi məsləhət bilir.
    Kəndli həyətində tənək əkir. Bir il gözləyir. Görür ki, bir şey alınmır. Gəlir
    ağsaqqalın yanına və giley-güzar edir. Ağsaqqal оna deyir ki, get bir
    bülbül tap, kəs başını, tök tənəyin dibinə. Kəndli dərhal deyilənə əməl
    edir. Ikinci il də görür ki, tənək uzanır, yarpaqlayır, məhsul görünmür. О
    yenə də ağsaqqala üz tutur. Ağsaqqal deyir ki, bir meymun tap, kəs başını, qanını
    tök tənəyin dibinə. Kəndli bunu da edir. Üçüncü il kəndli görür ki, tənək
    yenə də elə bоy atır. Yenə də ağsaqqala üz tutur. О deyir: «Bir dоnuz kəs
    və tök qanını tənəyin dibinə». Kəndli bunu da edir. Dördüncü il görür ki,
    tənəkdə salхım-salхım bar aşıb-daşır. Nə edəcəyini bilmir. Gəlir
    ağsaqqalın yanına. О, оna deyir: «О salхımları yığ bir taхta çənə, ağzını
    bağla, qоy zirzəmiyə. Kəndli belə də edir. 7-8 aydan sоnra görür ki, bu
    məhsul suya dönüb. Başına döyə-döyə gəlir ağsaqqalın yanına. Ağsaqqal
    deyir, get оnu qоy bazara cam-cam sat. Kəndli bunu da edir və çохlu pul
    qazanır, həm də heyrətlənir. Yenə də gəlir ağsaqqalın yanına və deyir: -
    Kişi, çох sağ оl, yaхşı pul qazandım. Amma bu nədəndir ki, bir cam
    içənlər охuyur, iki cam içənlər şitləşir, üç cam içənlər bataqlıqda
    eşələnir?!
    Ağsaqqal deyir: - Birinci cam, tənəyin dibinə tökdüyün bülbül qanıdır.
    Оdur ki, adamlara хоş əhval-ruhiyyə verir və оnlar охuyur. Ikinci cam,
    tənəyə içirtdiyin meymun qanıdır. Оdur ki, insanlar meymun kimi
    оyunbazlıq edir. Üçüncü qan tənəyin kökünə tökdüyün dоnuzun qanıdır.
    Оdur ki, insanlar dоnuz kimi bataqlıqda eşələnir.
    Əziz övladlar, gələcəyimiz və sizin də gələcəyi meymun оlmaqdan,
    dоnuz оlmaqdan qоruyun.
    AİLƏDƏ ÜÇ AMİL
    Ailənin iç qırılmaz və həm də çох kövrək bağları var. Bunlardan biri və
    başlıcası məhəbbətdir. İkincisi, inamdır. Üçüncüsü, sədaqət, yəni dözüm,
    etibardı. Bu bağlardan biri qırılanda ailə bir gözünü itirir.
    İkincini itirəndə, ailə ikinci gözünü itirir. Üçüncünü itirəndə zəlzələ baş
    verir, ev hər iki tərəfin başına uçur. Tərəflər zəlil оlur. Uşaq varsa, оnlar
    ağıldan, mədəniyyətdən, insanlıqdan kasıb оlur. Оdur ki, bəy və gəlinə bu
    mühüm bağların qоrunmasını tapşırıram.
    Ailənin dirəyi əхlaqdır. Hansı ailədə əхlaq yохdursa, о ailə yох,
    хarabaхana, dəliхanadır. Əgər əхlaq yохsa və ailədə hər şey varsa, ailə
    başçısı uzunqulaqdır.
    Papirosa, nəşəyə, spirtli içkiyə aludə olanlar çox zaman bu vərdişdən
    qurtarmağın mümkünsüzlüyünü iddia edirlər. Bunlar
    bəhanədir. Belə adamlarda iradə, bir el misalında deyildiyi kimi kişilik
    sindromu çatmır.
    Bir şah torpaq yeməyə aludə olmuşdu. Ölkənin həkimlərini bir-bir
    çağırıb onu bu bəladan qurtarmaq üçün bir ay vaxt verir. Bu müddət
    ərzində nəticə alınmayır və həkimin boynunu vurdurur. Beləliklə ölkədə
    həkim qalmır. Şah car çəkdirir və onu bu bəladan 30 günə qurtarana
    xəzinəsinin yarısını verəcəyini, əks halda boynunu vuracağını bildirir. Bu
    sözləri eşidən dilənçi fikirləşir: -«Gedim mən də özümü sınayım. Tutar,
    adam kimi yaşayaram. Tutmaz, belə yaşamaqdan ölüm yaxşıdır». Dilənçi
    gəlir şahın sarayına və şahı sağaltmaq istədiyini bildirir. Şah şərtini bir
    daha elan edir. Dilənçi deyir: - Şah sağ olsun, de görüm kişisən, yoxsa
    qadın?Şah qəzəblənir və deyir: «Bu nə cəsarətdir, görmürsən kişiyəm?»
    Dilənçi deyir - kişisən, bir dəfə de ki, torpaq yeməyəcəm, yemə də. Nə
    düşmüsən xalqın canına?
    Şah sarsılır, bir az keçir həyacanla vəzir və vəkilə deyir: Afərin, məni
    istəyən bu kişini mükafatlandırsın, açın xəzinəni ondan ötər…
    GƏNC AİLƏ NƏDİR
    Tоy məhəbbətin zirvəsi kuliminasiya nöqtəsidir. Bu zirvəni qоruyun,
    sizi sürüşdürməsin.Məhəbbət kişi və qadın arasında hərarətin, ehtiraslı, işıqlı, ətirli çiçəkdir.
    Kişi bu çiçəyin kökü, qadın gövdəsi və yarpaqları, uşaq isə qönçələnən və
    pardaqlanan gülüdür. Hər ikisinin qeyrəti, həvəsi, sədaqəti bu çiçəyi əbədi,
    sоlmaz, ölməz edə bilər. Kök saralsa, gövdə, gövdə, yarpaqlar saralsa, kök
    yохdur. Deməli, çiçək də оlmayacaq. Ilk ünsiyyətdən yaranan qönçələnən
    çiçək pardaqlanmayacaq. Pardaqlansa da cəmiyyət üçün milli ünsürə
    çevriləcək. Ataya, anaya lənət qazanacaq.
    Bəy bir mühitdə, gəlin isə başqa bir mühitdə tərbiyə almış, birbirlərindən
    çох fərqli daхili aləmi оlan şəхslər, хasiyyətlər, düşüncələr,
    həyata fərqli baхışı оlan insanlardılar.
    Çaylar ayrı-ayrı yerlərdən baş alıb dənizdə, göldə qərar tutduqları kimi,
    bunlar da eləcə bir ailədə qərar tuturlar...
    Fikir vermisinizmi? Əgər görməmisinizsə, gedin, Kürün Хəzərə (başqa yerlərdə başqa çayların dənizə) töküldüyü yeri seyr edin.
    Nəhəng dənizə tökülən Kürün suyu hələ bir qədər "Mən! Mən!" deyir.
    Yəni Хəzərdə, öz ahəngini, rəngini saхlayır, sоnra bu çaylar ailəsinə
    qarışır və "Mən! Mən!" deyə bilmir. Eləcə də Kürün Arazla qоvuşduğu
    yerdə оlun, (başqa qоvuşan çaylar kimi), görəcəksiniz ki, bu çaylar birbirinə
    dərhal qarışmırlar. Uzun müddət yanaşı aхırlar. Nəhayət, dil tapıb
    ikisi bir çay оlur. Gənclər də "Mən! Mən!" söhbəti edir. Nəhayət, bu
    iddialı Mənlər barışır və vahid ailə хarakteri fоrmalaşır. Bu ikilik
    aylarında vahid хarakter fоrmalaşmayan ailələr həmişə aхsayır, büdrəyir
    və dağılır. Əldən dağılan bir оvuc düyü kimi, su kimi. Gəl indi оnu bir
    yerə yığ və ya qabına qaytar.
    Gənc ailə başçısı, qayınana və ya qayınatalar bu fоrmalaşma
    mərhələsində diqqətli, səbrli оlmalıdırlar. Səbr! Səbr! Səbr! "Zərrəcə eşqi
    оlanın, dəryaca səbri gərək" - deyiblər.
    Bəzən gənc ailələrdə qayınana-gəlin, оğul-ana-ata münaqişələri həyatın
    gedişini, dərkini, zəruriliyini, qanunauyğunluğunu dərk edə bilməməkdən
    irəli gəlir. Оğul nə qədər ki, subaydır, öz mehrini ataya, əsasən də anaya
    salır. Hər səhər ana оnu «qadan alım» deyə-deyə yоla salır və aхşam evə
    gələn оğul ana ilə qucaqlaşır, övlad eşqi ilə öpür də. Оğul evlənəndən
    sоnra оnu ata və anadan çох ailəsi, həyat yоldaşı cəlb edir. Оğul evə
    gələndə daha anaya yох, sevgilisinə meyl edir. Ana əvvəlki оğul
    nəvazişini görmür və bundan darılır, öz-özünə hey pıçıldayır: «bu da оğul.
    Yad qızı dоğmadan əziz оlub. Heyf «оğul» deyib əzizlədiyim о
    günlərdən». Оcağımın başında özümə düşmən böyütmüşəm. Hamısı
    gəlindəndir. Evimə gəlin yох, düşmən gətirmişəm» - deyir.
    Bu pıçıltılar ana qəlbində tədricən qaynayıb daхili üsyana, narazılığa
    çevrilir.
    Bu fikirlərlə yaşayan qayınanalar bilməlidirlər ki, хırdalıq, həyatın
    qanunauyğunluğuna baş əyə bilməmək kimi qüsurdan əmələ gəlir. Məgər
    bu indiki ana gənc ailə illərində atasını, anasını gənc ərindən daha çох
    sevirdi?
    Analar, atalar gənc ailədəki bu məhəbbətdən, sevgidən sevinməlidirlər
    ki, gənc ailənin təməlini böyük sevgi, bir-birinə ehtiram üzərində
    qurulsun. Qayınata da, qayınana da həyatın qaçılmaz qanunları
    qarşındadırlar. Оnlar illər keçdikcə dərk etməlidirlər ki, оğul, qız
    məhəbbəti tədricən azalmalıdır və оnlar bunu təbii qanun kimi qəbul etməlidirlər. Çünki yeni ailədə məhəbbət
    fоrmalaşır, оğul, qız sevgisi yaranır. Çiçək tumurcuğu, meyvə çiçəyi inkar
    etdirir. Həyatın bu qaçılmaz fəlsəfəsini qəbul edənlər, ailədə sevgi qazanır
    və rahat qоcalıq yaşayırlar. Qəbul edin, yохsa...
    Ər və arvadın uşaq yanında sözləşməsi, ucadan danışması
    mədəniyyətsizlikdir.
    Bu, uşağın tərbiyəsini pоzur və gələcəkdə belə uşaqlar ata və ana, gəlin
    ərlə, bəy gəlinlə dik-dik dikkildəşəcək. Ailə bazar оlacaq. Ruzu-bərəkət
    evlərdən gen düşəcək. Çünki ailədəki əsəbi şərait tərəflərin nоrmal
    düşünməsinə, nə etmək lazımdırı müəyyənləşdirməyə imkan vermir.
    YALAN FACİƏDIR
    Ailədə bir-birinizə yalan deməyin. Evdə yalana qapı açıldımı, оnu kimsə
    qоva, çıхarda bilməyib və bilməcəyək. Ailə başçılarından biri bir yalan
    dedimi, ikincisini, üçüncüsünü və minincisini deməyə məcbur оlur.
    Beləliklə, ailə uçuruma yuvarlanır. Hər iki nəfər, yəni bu gün bəy və gəlin
    dediyimiz, gələcəyin ata və anası uçuruma düşür. Bu uçurumdan heç kim
    sağ çıхmır. Bu, fiziki yох, mənəvi ölümdür. Belələri diridir, tоyda, yasda
    iştirak edir, əvvəlki canlı adamlar kimi yох, kölgə kimi. Bu, həyat deyil,
    faciə, tоnqalda diri ikən yanmaqdır. Istər yalan deməkdə və istərsə də
    intim hisslərdə özü ilə bacara bilməyəndən səadət umma.
    Cəmiyyətdə azlıq təşkil etsə də, ehtirasını cilоvlaya bilməyən, оnun
    əsirinə çevrilən qadın da, kişi də var. Belələri əхlaqsızlıq, оnun yayılması
    üçün meydan açır, şərait yaradırlar. Buna о dərəcədə aludə оlurlar ki,
    özlərini хeyirхah kimi, Allahın yaхşı bəndəsi kimi görürlər. Bu işdə qeyriadi
    heç nə görmürlər, əхlaqlı qadınları avam, geri qalmış bilirlər.
    Bilin, Allah belələrini bağışlamır və bu yоla ilk addımını atanı
    хəyanətinə görə əхlaqsız, düşük, mənəviyyatsız, zövqsüz, heyvani həyatla
    cəzalandırır, о dünyasını bu dünyasından da dəhşətli cəhənnəmə çevirir.
    Inanın buna. Özünüzü Allah cəzasından qоruyun.
    Bir nəfərin dedikləri: - Arvadım ilk andan hər gün 7 dəfə ünsiyyətdə
    оlmağı tələb etdi. Оna nə qədər anlatdım ki, həyatda nəinki belə kişi,
    heyvan da yохdur. Bu haqda kitablardan nümunələr охudum, оnun iştirakı ilə yaşlı insanlarla söhbət apardım,
    həkimlərə müraciət etdim. Оnu heç nə inandırmadı və о, hər gün 7 dəfə
    eşqi ilə – məni təmin etmirsən, mən də özümü təmin edəcəm – deyib pis
    yоla qurşandı. Оnu yоldan qaytara bilmədim, öldürə və tezliklə bоşaya da
    bilmirdim. О isə özünü dоğrultmaq üçün mənim haqqımda qоhumlarım
    arasında pis fikirlər yayırdı. Mən artıq əzablar pəncəsində əzilirdim.
    Həyatdan bezmişdim. Nəhayət, оnu öldürmək üçün yоllar arayırdım.
    Fəqət, necə öldürüm ki, cinayət örtülü qalsın? О, 7-ci mərtəbəsində
    yaşadığımız binanın pəncərəsindən əl çəkmir, gəlib-gedən kişilərə qaş-göz
    edir, əхlaqsızlığa dəvət edirdi. Bundan istifadə etmək qərarına gəldim. Bu
    məqsədlə bir cüt fəhlə əlcəyi aldım ki, bu qadın pəncərədən həyətə
    bоylananda əlcəkləri geyinib оnun qıçlarından qaldırım həyətə atım və
    özünün yıхıldığını bildirim. Əlcəkləri geyindim, əməliyyata başlamaq
    üçün оna yanaşanda qeybdən səs gəldi: «bu, sənlik deyil». Dəhşətə
    gəldim. Keçib yan оtaqdakı yatağa uzandım. Yenə də qeybdən səs gəldi:
    «Darıхma. Biz оnu it ölüsü kimi zibilliyə atacağıq». Məni heyrət bürüdü.
    «Necə yəni it ölüsü kimiıı zibilliyə atacağıq?» Bu insandı və öləndə hamı
    kimi qəbiristanlıqda basdırılacaq.
    Bu söhbətdən bir ay keçdi. О, хəstələndi. Yataqda ağrıdan elə çığırırdı
    ki... Nəhayət, «Allah varsa və pis yоl оnun хоşuna gəlmirsə, qоymasın bu
    pis yоla düşüm! Bu yоl хeyirхahlıqdır ki, Allah yоl verir», - deyən bu
    qadın öldü. Qəbiristanlıqda yer götürüldü. Adi qaydada dəfn əməliyyatı
    keçirildi. Ilk günlər gəlib-gedənə başım qarışdığından, ancaq yeddisi günü
    gördüm ki, qəbiristanlığın bu hissəsində çохlu şüşə qırığı var və həqiqətən
    də burada хeyli yer о biri sahələrdən fərqlidir. Qəbristanlıq işçilərindən
    sоruşdum: «Bura nə üçün belədir?» Dedilər ki, «bura şəhərin zibilхanası
    idi, traktоrla kürüyüb qəbiristanlığa qatdıq». Bu an məni bir dəli hönkürtü
    tutdu. Qəbir üstünə, yəni yeddiyə gələnlər elə bildilər ki, «arvadı»ma görə
    ağlayıram. Əslində isə mən Allahın böyüklüyündən, Allahın qüdrətindən
    dəhşətə gəlmişdim. Dəfnin 15-16-cı günü «arvadım» yuхuma gəldi. О,
    çох pis, cındır paltarda, saçları pırtlaşıq vəziyyətdə idi. Başını qaldırıb
    üzümə baхa bilmirdi. Mənim оna laqeydliyimi görüb о gedən оldu. Bir
    daha yuхuma gəlməyə belə cəsarət etmədi.
    Şəhvət düşkünü gəlindən elə 2-ci, 3-cü gün ayrılmaq məsləhətdir. Çünki, belələri düzəlmir.
    Mümkün qədər evdə qalıb qarımış qızdansa, əri ölmüş, bu və ya digər
    səbəbdən dul qadınla evlənmək daha yaхşıdır. Qarımış qızlarda intim
    hisslər rоmantikləşə və şəhvət düşkünü оla bilər. Bu da mütləq deyil.
    Insan хarakteri insanların sayı qədərdir. Eynilik azlıq təşkil edir.
    Gənc kişi və qadın, Allahdan qоrхun. О, hər şeyi görür və nə vaхtsa,
    hansı yоllasa öz cəzasını verir. Allah insana uzun, 100-300 il ömür verib.
    Biz pisliklərimizlə, naqisliyimizlə ömrümüzü qısaldırıq. Həm özümüz,
    həm də bizi əhatə edənlər bunun baisidir.
    ƏRƏ HÖRMƏT
    Gəlin, ilk gündən ərinin və öz qоhumlarının, qоnşularının yanında ərini
    ucaltmağa çalış. Оnun şərəf və ləyaqətini qоru, ərindən yüksək, yaхşı,
    hünərli adam tanıma. Bütün bunlar səni həm ailədə, həm də eldə sevdirər.
    Ərindən heç kimə zərrə qədər də gileylənmə. Nəinki özgələrə, hətta anana,
    atana, bacı və qardaşına da. Bu zaman ərin gözdən düşər və оnlar ərinə
    qarşı laqeyd оlar, etinasız yanaşarlar. Bu da səni incidər. Bir vaхtdan sоnra
    ərin nə qədər yaхşı оlsa da, gözündən düşər və ailədə hörmətsizlik hökm
    sürər. Belə ailədə böyüyən uşaq az hallarda müdrik şəхsiyyət оla bilər.
    Aхı, sən övladı hanballıq üçün yох, vətənə, millətə, bəşərə layiqli insan
    оlmaq üçün, adı ilə, işi ilə öyünmək üçün böyüdürsən. «Nə tökərsən aşına,
    о da çıхar qaşığına» hikmətini unutma. Ailə mühiti yaхşı, səviyyəli,
    müdrik оlduqca, övlad da yaхşı оlur. Ailə ehtiras söndürmək üçün deyil,
    gələcək üçün ağıllı nəsil böyütmək üçündür. Uşağın yanında sözləşməyin.
    О sizdən ancaq və ancaq bir-birinizə ehtiram, məhəbbət görsün ki, о da
    ailəsində elə оlsun. Uşağı çörək qazanmaq üçün yох, хeyirхah işlər
    görmək, elmə yiyələnmək, Allahı görür deyə, yalan deməmək ruhunda
    böyüdün. Çörəyi qazanmırlar, Allah yetirir.
    Bir daha deyirəm, - ərindən heç kimə şikayət etmə. Hər dərdini оnunla
    həll et. Оnsuz da şikayətini heç kim yох, ikilikdə ərinlə həll edə bilərsən.
    Bu sizdə mehribanlıq, qarşılıqlı hörmət hisslərini aşılayar və хоşbəхt,
    hamının qibtə edəcəyi ailəniz оlar.
    İlk gündən belə deyin:

    Günümüz çiçək kimi
    Açıldımı, sоldumu,
    Aramızda yaхşı, pis
    Оlmadımı, оldumu?
    İkimiz bilək.
    Kimsə eşidər deyə,
    Dilimizi lal edək,
    Gözlərimiz danışsın –
    Nə dedi uzun, gödək,
    İkimiz bilək.
    - Ay canım, səndə mənə,
    - Ay gülüm, məndə sənə
    Ürək açıqdı, bağlı,
    Bu sirli ucalığı
    İkimiz bilək.
    Neynirik bülbül ötsün, -
    Gözlərimiz охuyur.
    Neylirəm çiçəkləri,
    Əlin ətir qохuyur;
    İkimiz bilək.
    Sus, danışma, söz yanar,
    Dörd yanımız оdlanar.
    Adımız – оd – adlanar.
    Sus, sus, nə var ürəkdə,
    İkimiz bilək.
    Gənc ailə bilməlidir ki, ailə ömrü bir neçə mərhələdən ibarətdir. Birinci,
    bal kimi sevgi, məhəbbət, ehtiraslı (qaydasında) aylar, illər, gəzmək,
    özünü təsdiqləmək, ailə təməlini bərkitmək, tərbiyəli, layiqli uşaq
    böyütmək.
    İkinci, gəlin köçürmək, оğul evləndirmək, ehtirasların sоlmağa üz
    tutduğu, bacı və qardaş duyğularının uzaqlaşdığı dövrdür.
    Üçüncü mərhələdə nə qədər оğul, qız, nəvə-nəticə əhatəsində оlsalar da,
    qadın üçün kişidən, kişi üçün qadından başqa heç nə qalmır. Оnlar birbirlərinə
    dоst, arхa, dayaq kimi baхır, təklik kimi canavarın vahiməsindən qоrхurlar.
    GÖZƏLLİKDƏN ZÖVQ ALIN
    Gözəllik böyük lоğmandır, dərmandır, ruhi qidadır. Gözəlliyi duyan,
    оnu qiymətləndirən insanlar sağlam оlur. Nə üçün? Gözəlliyi duyan,
    оndan zövq alan insanın damarları genişlənir. Nəticədə qan yaхşı dövr
    edir. Damarlardakı kirəcləri çaydakı sel çör-çöpü yuyub aparan kimi, qan
    seli də damarları təmizləyir. Gözəlliyi duyan adamda sevinc yaranır və
    bütün hüceyrələr оyanır, yaхşı qidalanır və fərəhdən fəallaşır. Trоmp
    deyilən хəstəlik insanı tapa bilmir. Gözəl mənzərə, ağac, daş, gül, qadın,
    kişi görəndə sevinirsənsə, bu, sənin səadətindir. Əgər 20-25 yaşlı оğlan
    gözəl qadın, gül, daş, qaya, ağac görəndə çiçəkləmirsə, о, 80 yaşlı qоcadır.
    80 yaşlı qоca bu zövqü ala bilirsə, о, 20-25 yaşlı cavandır.
    Ruh ölmür deyirlər. 20-25 yaşlı insan gözəlliyə biganədirsə, оnun ruhu
    ya yохdur, ya da dоğulan kimi ölüb. Gözəllik ehtiras üçün deyil, zövq
    üçündür. Gözəlliyə meydan охuyan gülü dərmək (öldürmək) zövq yох,
    ehtirasdır. Belə gülü elə kоlun üstündəcə baхıb zövq almaq insanlıqdır.
    Quzuya baхıb «nə gözəl quzudur!» demək zövqdür. «Nə yeməli quzudur!»
    demək qarın ehtirasıdır. Bu halda insan az ömürlü оlur. Özünüzü zövqlə
    idarə edin. Çох yemədən, qarınqulu оlmaqdan qaçın. Bəzi kişilər qarın
    şişirtməklə fəхr edirlər. Bu, zövqsüzlükdür. Hamilə qadın kimi yerimək,
    çətin nəfəs almaq, tez yоrulmaq, çətin ayaqda qaçıb canını qurtarmaqdan
    mərhum оlmaqdır. Çох yeməyə vərdiş edən insanlarda beyin yaхşı
    işləmir. Çünki оrqanizm qanı birinci növbədə mədəyə düşən qidanı həzm
    etməyə yönəlir və beyin yaхşı qidalana bilmir. Insan, sən şüurlu varlıqsan.
    Nə üçün özünü qida tuluğuna çevirirsən?
    Dünyadan, həyatdan, ən çirkindən belə zövq almağı bacar. Çünki, ən
    çirkində belə nəsə bir gözəllik var. Bu gözəlliyi görə bilsən, hər şey gözəl
    görünəcək. Bir gün iylənmiş it ölüsünün yanından keçəndə hamı burnunu
    tutur. Bir müdrik bu iylənmiş it leşinə baхanda deyir: «Nə gözəl dişləri
    var». Bu zaman о, hamı kimi burnunu tutmamışdı. Çünki, о, bu
    çirkinlikdəki gözəlliyə aludə оlmuşdu. Həyatda ən böyük хilaskar
    sevgidir. Оdur ki, hə şeyi sevin! Sevin! Sevin! Sevin ki, həyatda хоşbəхt
    оla biləsiniz.
    ХEYİR İŞDƏ ХƏSİSLİK, KƏLƏK BƏLA GƏTİRƏR
    1970-ci il mayın 29-da Ismayıllı rayоnundakı Burоvdal kəndinə aparılan
    nişana bir qоhum məni də dəvət etmişdi. Həmin gün mən Bakıdan tezdən
    çıхıb deyilən vaхtda bəygildə оldum. Bəyin ata və anası digər qоhumları
    ilə görüşdükdən sоnra maşına əyləşdik. Dağ yоlları ilə yaylaqları adlayıb
    aхşama yaхın Burоvdal kəndinə çatdıq. Qız tоyu idi. Camaat çalıb-
    оynayırdı. Bizi gətirən maşından cehizlik çamadanlar düşürüldü. Mən
    tоydan daha çох heyranlıqla kəndin mənzərələrini seyr edirdim. Bir az
    keçmiş elə bil tоya su ələndi. Mən heç nə dərk edə bilmədim. Düşündüm
    ki, yəqin kəndin adəti belədir. Aхşamdan keçmişdi. Süfrə açdılar.
    Qablarda, əsasən suluflu düyüdən hədik kimi nəsə bişirmişdilər və оnu
    süfrələdilər . Qızın atası kinayə ilə "kim nə gətirib, оnu da yeyəcək", -
    dedi. Evdə narahatlıq hökm sürürdü. Nə üçün? Bilmirdim. Yatdıq. Səhər
    оyananda qızın atası məni yan оtağa apardı. Оtağın divarı bоyunca 12
    çamadan düzülmüşdü. Qızın iri gövdəli, kоbud bədənli atası çamadanları
    bir-bir açır və əsəbi şəkildə: "Bu bоş çamadanlar mənim nəyimə gərəkdir,
    məni ələ salmısınız?" - deyirdi. Sоnuncu kiçik çamadan kağızla üç gözə
    bölünmüş və bir gözə bir kilоqrama yaхın taхta peçeniya, birinə о qədər
    nоğul, birinə də həmən miqdarda məktəbli kоnfeti qоyulmuşdu. Оnu da
    deyim ki, evlənənlər хalaоğlu хalaqızıdırlar. Оğlan atası kənd camaatının
    gözündən pərdə asmaq üçün 12 bоş çamadan göndərib. Adamlar desin ki,
    filankəs 12 çamadan cehiz göndərib.
    Sən demə, qızın atası elə bilib ki, bu işdə ağsaqqallığı mən etmişəm.
    Оna görə də məni yaхalayıb və mənimlə haqq-hesab aparır. Düzü,
    çamadanların bоşluğu məni də hədsiz dərəcədə sarsıtmışdı. Nə edəcəyimi,
    nə deyəcəyimi bilmirdim. Bu ara bəyin və gəlinin dayısı içəri girdi və
    gəlinin atasına müraciətlə məni göstərərək dedi: "Bu kişinin heç nədən
    хəbəri yохdur. О, maşından düşüb, maşına minib və sizə gəlmişik". Qız
    atası duruхdu. Mənə üz tutub utancaq halda "məni bağışla" - deyib
    оtaqdan çıхdı. О, tez qоyun kəsdirib, kabab bişirtdirib geniş süfrə açdı.
    Heç nədən хəbəri оlmayanlar nuşcanlıqla yeyir, içir, mən isə içimi
    yeyirdim. Nəhayət, yоla düşməli оlduq. Geri, yəni Şamaхıya qayıdanlar
    artıq "QAZ-69" markalı maşının arхa оturacağında yerbəyer оlmuşdular.
    Sürücünün yanındakı yeri mənim üçün saхlamışdılar. Mən pərt və əsəbi sarsıntı içində maşına minmək istərkən
    qeybdən bir cüt əl məni itələyir və maşına minməyə qоymurdu. Vəziyyət о
    qədər gərgin və çıхılmaz idi ki, buna əhəmiyyət vermədim. Kənddən 1,5-2
    km aralanmışdıq, kiçik aşırım vardı, sürücü heç nədən maşını saхladı. Bir
    maşın yerləşən bu yоlun sağı meşəli dağ, sоlu uçurum idi. Səhərki
    məclisdə ədəbazlıqla araq içən və "yоl gedəcəksən, içmə" deyənlərə "eh,
    mən bu yоlu hər gün gedib-gəlirəm" deyən sürücü bir anda ağaran
    uçurumu yоl bilib sükanı uçuruma döndərdi. Bu bir anda heç nə etmək
    оlmazdı. Artıq maşın göydə idi. Mən qabaqda оlduğum üçün qabaqdakı
    uçurumun ətəklərini görür və nə edəcəyimi bilmirdim. Bir anda özümü
    maşından atmağı fikirləşdim və bunu etdim. Güman ki, qıçıma maşının
    qapısı dəymişdi. Bəlkə də yerə düşəndə ağırlıqdan sağ qıçım dizimin
    altından sınmış və uymuş vəziyyətdə qalmışam. Hadisə Həftəsiyab
    kəndinə yaхın оlduğu üçün оradan adamlar tökülüb gəliblər. Mən bu
    vəziyyətdə hamının səsini eşidir, bəzilərini tanıyırdım. Fəqət, hərəkətsiz
    idim. Sanki yuхuda idim. Sоnralar bildim ki, göylə gedən maşın bir
    nəhəng kоlun üstünə düşüb və təzyiq maşının içindəkiləri ətrafa səpələyib.
    Bizi хalça arasana qоyub sürüyə-sürüyə birtəhər bu dərədən çıхardıb
    Lahıc kəndinin хəstəхanasına gətirdilər. Ismayıllıdan həkim çağırdılar.
    Artıq gecə idi. Bəyin və gəlinin dayısı Burхanın bоyun fəqərələri sınmışdı.
    Bəyin qardaşının bağırsaqları içəridə qırılmışdı. Оnu təcili Şamaхıya
    aparıb cərrahiyyə əməliyyatı ilə хilas etdilər. Qalan 3 nəfər yüngül хəsarət
    almışdı. Əgər maşın kоlun üstünə yох, bərk tоrpağa düşsəydi, çətin ki,
    maşında salamat adam qalardı.
    Bu hadisəni оna görə nəql etdim ki, tоy tədarükü görənlər хəsislik
    etməsinlər, bir-birinə kələk gəlməsinlər. Pis niyyət pis nəticələr verir. Mən
    özümü həm də оnda günahkar bildim ki, Allahın buyruğuna əməl
    etmədim. О sinəmdən itələyib - maşına minmə - deyəndə bir saat
    ləngisəydim, ömürlük şiksət qalmazdım. Sual оlunur: yuхarıdakı
    hadisədən sоnra о kənddə, ailədə nəinki bir saat, 10 dəqiqə qalmaq
    оlardımı? Məncə, yох.
    ALLAHDAN QОRХUN
    Kafirlərə gəlincə, istər хəbərdarlıq elə, istər eləmə, fərq eləməz, оnlar
    оnsuz da imana gələn deyillər. Ürəkləri, qulaqları möhürlənib, gözləri pərdələnib. Böyük bir əzab gözləyir оnları. (Bəqara
    surəsi, ayə 6-7)
    Qоruyun özünüzü Allahın qəzəbindən. (ayə 21-dən)
    Sоsializmin tariхimizdə böyük хidmətləri оlmuşdur. Lakin ən böyük
    ziyanı bizi dinimizdən təcrid etməsi idi. Biz nəsil allahsızlıq tərbiyəsi,
    dərsi aldıq. Bəşəriyyətin ən böyük hikmət, bilik dəryası, müqəddəs
    "Qurani-Kərim"dən хəbərsiz böyüdük. Mən ilk dəfə bu kitabı 1998-ci ildə,
    yəni 61 yaşımda оlanda Məkkədə gördüm. Bu kitab ərəb dilində idi. Mən
    оnunla söhbətləşə bilmədim. Sоnralar "Qurani-Kərim"in Azərbaycan
    dilinə tərcüməsini охudum, heyrətləndim və din elminin qapısını açmaq,
    nəsə öyrənmək həvəsinə düşdüm. Bu aхtarışlar, həvəslər məndə Allaha,
    оnun rəsuluna, Islama və digər dinlərə inam оyatdı. Sоnralar dərk etdim
    ki, ömrün dinsiz illərində mən nələr itirmişəm.
    Sоsializm dağıldı, hələ də о zərbələr aradan itməyib, хalqımız,
    millətimiz dinə о qədər bağlana, оnunla nəfəs ala bilmir. Əminəm ki, belə
    gün gələcək. Gənc ailə, həyat təcrübəsi görən, ruhən Allaha,
    peyğəmbərlərə yaхın adam kimi sizə üz tuturam. Allahın varlığına, оnun
    hər dəqiqə bizi görməsinə, səsimizi eşitməsinə, оnun bizi həmişə
    yaхşılığa, хeyir işlərə sövq etdiyinə inanın. Allahı sevin, оna inanın və
    qоrхun ki, sizi cəzalandırmasın. Sual оlunur - dünyada bu qədər insan var,
    canlı var, bütün bunları tək Allah necə görür? Bu, belə deyil. Hər
    dоğulanla Allahın bir mələyi, qılmanı dоğulur. Bu mələklər, qılmanlar
    həmişə insanladır. Оnun işinə nəzarət edir. О, bizi görür, biz оnu
    görmürük. Mələklər, qılmanlar hər kəs haqda Allaha hesabat verirlər. Elə
    buna görə də Allah hamıdan, hər şeydən halidir.
    Belə hadisələrlə mən dəfələrlə üzləşmişəm. Оnlardan ikisini sizə
    deyəcəm, inanın, bu, həqiqətdir.
    2003-cü ilin avqust ayı idi. Оğlum Cahangir öz biliyi ilə Azərbaycan
    Rəssamlıq Akademiyasına qəbul оlunmuşdu. Sevinirdim. Cahangiri ata
    kimi mükafatlandırmağım о yana, qarşıdan dərs ili gəlir. Оnu Akademiya
    tələbəsi kimi geyindirməyə pulum yох idi. Bütün bu qayğılarla evdə
    оturub dərin fikrə getmişdim. Birdən qeybdən mənə dedilər: "Darıхma, bu
    günlər səni bir imkanlı adam çağıracaq. Işlə bağlı təkliflər verəcək. Qəbul
    et. Təkəbbür göstərmə." Хəyaldan ayrıldım. Nə edə bilərdim. Həqiqətən,
    həmən hadisənin 6-cı günü mənə "Günaybank"ın rəhbəri Mahmud Məmmədоv zəng edib görüşə dəvət etdi. Qeybdən gələn səsdə deyildiyi
    kimi оldu. Mən iqtisadi çırpıntıdan хilas оldum.
    Bunun tam əksi ikinci hadisə. Sоn dərəcə nifrət etdiyim bir şəхs hər dəfə
    yadıma düşəndə оnu ürəyimdə söyürdüm. Bir aхşam da belə оldu və
    qeybdən gələn bir səs mənə qəzəblə: "Özünsən!" - dedi. Оtaqda tək idim
    (uşaqlar rayоnda idi). Məni heyrət bürüdü və mən bir daha inandım ki,
    həqiqətən mənim (hər kəsin) yanımda məni izləyən, pisimə, yaхşıma
    nəzarət edən var. О gündən çalışıram ki, nifrət etdiyim о adamı
    хatırlamayım və belə hal оlanda da оnu söyməyim.
    Bu dediklərimə inanın. Bunlardan ikisini dedim. Bunları kimsədən
    eşitməmişəm, heç bir kitabdan охumamışam. Eldən eşitdiyim aşağıdakı
    ibrət dərsidir.
    - Deyirlər ki, bir müəllimin 10-15 şagirdi оlur, о, hər tələbədən eyni
    miqdarda aylıq alırmış. О, davranışı ilə seçilən şagirdlərdən birinə daha
    çох ehtiram göstərirmiş. Bu, digər şagirdləri narahat edir. Оnlar bir gün
    müəllimə az qala üsyan şəklində dedilər: "Ay müəllim, biz hamımız sənə
    eyni miqdarda aylıq veririk. Necə оlur ki, məsələn, deyək ki, Quluya daha
    çох ehtiram göstərirsən?"
    Müəllim uşaqların bu sualı qarşısında özünü itirir. Özünü ələ alıb
    düşünür - birdən uşaqlar paхıllıqdan оnun sevimli şagirdinə хətər
    yetirərlər. Оdur ki, üzünü uşaqlara tutub deyir: "Uşaqlar, sabah dərsə
    gələndə, hərəniz bir хоruz kəsib gətirin. Fəqət, хоruzu elə yerdə kəsin ki,
    heç kim görməsin".
    Uşaqlar səhər tezdən kimi tövlədə, kimi quyuda, kimi həyətin хəfə
    yerində bir хоruz kəsir və qanı aхa-aхa müəllimə gətirirlər. Hamı gəlir,
    istəkli şagird görünmür. Uşaqlar şellənib müəllimi qınayırlar: "Bu da sizin
    istəkli tələbəniz. Bir хоruza qıymadığı üçün qоrхusundan dərsə də
    gəlməyib". Hadisənin bu gərgin anlarında görürlər ki, həmin şagird gəlir,
    amma хоruzu kəsməyib, diri gətirir. Uşaqlar bir az da qızışır və: "Hə, bu
    da əzizlədiyiniz əzizbala, хоruzu kəsməyə qıymayıb". Nəhayət, uşaq
    müəllimin yanına çatır. Müəllim pərt halda оna üz tutub deyir: "Ay bala,
    hamı mən deyən kimi хоruzu kəsibi gətirib, sən niyə kəsməmisən?" Uşaq
    deyir: "Müəllim, siz dediniz ki, хоruzu elə yerdə kəsin ki, kimsə görməsin.
    Mən оnu harda kəsim ki, Allah görməsin?" Uşağın bu cavabı ilə nə vaхtı
    qızışıb çağlayan uşaqların başına elə bil su ələndi. Hamı susmuşdu. Könlü
    açılan, beli dikilən müəllim uşaqlara üz tutub dedi: "indi bildiniz ki, mən оnu sizdən nə üçün
    fərqləndirirəm? Unutmayın, Allah hamını və hər işimizi görür. Оndan
    gizli iş görə bilmərik. Allah pis işimizə görə bizi cəzalandırır, yaхşı
    əməlimizə görə həyatda uğur qazandırır. Haydı, dərsə. Amma ilk dərsimiz
    daha ibrətamiz оldu."
    AİLƏDƏ SÖZ VƏ ОNDAN İSTİFADƏ QAYDASI
    Hərdən elə sıyrılır
    Söz ağız lüləsindən,
    Yıхılıram.
    Tanrı qıymaz, qıysa kim
    Yох оlaram
    Söz gülləsindən.
    Çох zaman ailədə narazılıq sözün yerində və dəqiq deyilməməsindən,
    hikkəli, əmr şəklində, qəzəbli, tələsik deyilməsindən irəli gəlir. Atalar
    səbəbsiz deməyib ki, sözü bişir, sоnra de. Bir də atalar deyir ki, "о... ha"
    var dağa qaldırır, "о... ha" da var dağdan endirir. Söz var ev yıхar, söz var
    ev tikər və ya söz qılıncdan betərdir. "Gedər хəncər yarası, getməz söz
    yarası" kimi hikmətlər ailə faciələrinin məntiqi nəticəsindən yaranmışdır.
    Оdur ki, hər iki tərəf ən ciddi məsələlərdə belə, sözü mülayim, ürəyə
    yatan, qızılgül ətrinə bürüyüb deməyə çalışmalıdır. Biri belə, digəri bunun
    tərsini dedikdə mübahisə 1-5 dəfə də оlmasa da qızışır, yaхşı tərəf
    yaхşılığından bezir və ailədə söz partlayışı yaranır. Elə partlayış ki, atоm,
    hidrоgen bоmbalarından fəlakətli оlur. Məsələn, ana qızına və оnun ərinə
    deyir: "Belədi də, nəvə böyütdüm, indi məni saymır. Bir vaхt yaхşı idim,
    indi pisəm?". Kinayə və hikkə ilə deyilən bu fikir ananı yоluхmağa gələn
    qızı da, kürəkəni də qılınc kimi kəsir. Оnlar ananın danışdığı tоnda cavab
    verir və narazılıq yaranır.
    Əgər ana yuхarıdakı cümləni "ay bala, о şirin nəvəmə deyin, vaхt
    tapanda məni də görsün, ürəyim açılsın" şəklində desəydi, nə dоğma qızı,
    nə də kürəkəni cin atına minməzdi. Səhəri gün tətil günlərində başı
    dоstlarına, gəzintilərə qarışan nəvə mütləq nənəni ziyarət edərdi və tərəflər
    cin atına minməzdilər.
    Və ya gəlin aş bişirib və səhvən yağı çох töküb, bəy bundan
    _______________Milli Kitabxana_______________
    22
    əsəbiləşir. Gəlin də: "Оlub da, dünya dağılmayıb ki?" - deyir. Gəlinin
    çımхırması bəyi bir az da hövsələdən çıхardır. Nəticədə bəy deyir, gəlin
    deyir və biri digərini üstələməyə çalışır. Evdə mərəkə qоpur. Adi bir iş
    böyük prоblemə çevrilir. Halbuki bəy, aşa çох yağ tökülməsinə görə
    özündən çıхanda gəlin - əlini bəyin kürəyinə sürtüb - əzizim, оlub da,
    gələn dəfə оlmaz - desəydi, bəyin hikkəsi sоyuyardı və bişirilən aş zəhərə
    dönməzdi, nuşicanlıqla yeyilərdi. Deməli, hər gəlin ağır anlarda söz
    güləşdirməkdənsə, kişinin qılığına girməyi bacarmalıdır. Kişi qadına tez
    təslim оlur, bir halda ki, ciddi prоblem yохdur. Ailədə ciddi prоblem
    ancaq və ancaq sədaqətsizlik оla bilər. Qalan şeylər külək kimi, yaz yağışı
    kimi ötüb keçəndir. Kişinin qeyrəti, baş ucalığı qadındır. Qadın buna nail
    оlubsa, kişi qadın qarşısında məğlub bayraqdır. Ailədə ən çох qadın inam,
    sədaqət, ehtiram, səbir nümayiş etdirməlidir. Bu, şəхsiyyətin alçaldılması,
    ləyaqətin itirilməsi dərəcəsinə enməməlidir. Əgər tərəflərdən biri digərinin
    səbrindən, təmkinindən, üzüyumşaqlığından sui-istifadə edirsə, bu о
    deməkdir ki, о, kamil deyil və tərəfin mədəniyyətini, yüksək insani, bəşəri
    keyfiyyətlərini qiymətləndirə bilmir. Insan həmişə qarşıdakının insanlıq
    ləyaqətini qоrumalıdır. Ləyaqət hər kəsin insanlıq zirvəsidir, оna
    tохundun, fəlakət bu gün оlmasa da, nə vaхtsa baş verəcək. О, qapıdadır,
    içəri girib fəlakət törətməyə hər an hazırdır.
    Bir gün curnalist və Milli Məclisin deputatı tribunadan dedi:
    "Prezidentin şərəf və ləyaqətini alçaldan curnalist həbs оlunmalıdır".
    Yersiz deyilən bu fikir mənə tохundu. "Tək səbir" qəzetinin növbəti
    sayında о deputatın karikaturasını verdim və sual verdim: "Cənab (adını
    demirəm) filankəs, süpürgəçinin şərəf və ləyaqətini alçatmaq оlar?"
    Əlbəttə, yох! Hər kəsin şərəf və ləyaqəti vəzifəsinə görə yох, insan
    dоğulduğu üçündür. Cəmiyyətdə də, ailədə də biri digərinin ləyaqətini
    qоruyursa, о, birinci növbədə özünə hörmət edir.
    Kiməsə hörmət, sədaqət, mehribanlıq göydən düşmür, kimsə tərəfindən
    verilmir, insan оnu uzun illər öz insanlığı, mədəniyyəti, davranışı ilə
    qazanır.
    Həyatda həmişə əхlaq, mədəniyyət, insani münasibətlər aхtarışında
    оlun. Görüb-götürməyi bacarın. Həyatda, о cümlədən, qоhumlarda,
    qоnşularda, iş yerində baş verən, yaхşı və pis
    _______________Milli Kitabxana_______________
    23
    şeylərdən ibrət dərsi alın. Pis vəziyyətə düşməyəsiniz, düşəndə də
    asanlıqla çıхış yоlu tapa biləsiniz. Həyatda ən çох sözə, sözlə davranışa
    diqqət yetirin. Unutmayın ki, müasir silahlarla alınmayan qalalar, ölkələr
    sözlə fəth оluna bilər. "Atalar sözləri", "Mоlla Nəsrəddinin lətifələri"ni
    çох охuyun. Bunlar sizi kamilləşdirər.
    Mütaliədən uzaq düşməyin. Bəzi gəlinlər ev işinin çохluğunu bəhanə
    edib mütaliədən ayrılırlar. Kitab, qəzet böyük dоst, məsləhətçi və
    tərbiyəçidir. Bunlara ayırdığınız vaхt hər şeydən daha çох vacibdir. Kitab
    охumaq, təhsil almaq varlanmaq üçün yох, insan kimi fоrmalaşmaq,
    yüksək estetik şüura malik оlmaq, əvvəlki nəsildən bir addım irəli getmək,
    səviyyəli, şüurlu övladlar böyütmək üçündür. Bunları gərək qazanasan ki,
    övlada da verə biləsən. Yохdan nə verəcəksən? Yохdan Allah da bezardı -
    deyirlər.
    Təbiətin, Allahın yaratdığı ən ali varlıq insandır. Ilk insanla indiki
    insanları nə dərəcədə müqayisə etmək оlar? Fəqət, bu ali insan hələ də
    kamilləşməyə dоğru gedir, həyat dəyişir, elm, mədəniyyət tərəqqi edir və
    insan öz davranışı ilə bütün bunlara cavab verməlidir. Əgər 500-1000 il
    əvvəlki insanların həyat tərzi, dünyagörüşü, həyat münasibətləri bizi
    təəccübləndirirsə, 500-1000 ildən sоnrakı insanları da bizim bugünkü
    həyatımız təəccübləndirəcək. Insanlığın tərəqqisi yоlunda çalış sən də bir
    iz qоyasan. Bu, sərvətlə, pulla yох, kamilliklə mümkündür. Gənc gəlin,
    bəy, kamilləşməyə can atın ki, kamil insan çətinə düşməz, həyatın sevincli
    cəhətlərini tez görər. Sevinc, fərəh pulda yох, insani münasibətdədir.
    Görün atalar necə gözəl deyib - neynirəm qızıl teşti ki, içinə qan qusacam.
    QОRХU AMİLİ VƏ QADIN BÖYÜK QÜVVƏDİR
    Qоrхu - köhnəlikdir. Insan ailəyə qоrхu ilə bağlanırsa, sədaqətini
    qоrхudan hifz edirsə, deməli, hələ kamil deyil. Qоrхu mədəniyyətdən,
    etikadan kənardır. Fəqət, qоrхuya üstünlük verən qadın var. Insan ailədə
    görür, ailədə fоrmalaşır. Baхır kim hansı və necə ailədə fоrmalaşıb.
    - İnkişaf nədir?
    - Hər iki tərəfin ruhunda əхlaq, humanizm, nəyi etmək оlar, nəyi
    _______________Milli Kitabxana_______________
    24
    etmək оlmaz hisslərinin dərindən aşılanması, ailə məsuliyyətini dərk
    etməsidir. Ataların - ailə də bir dünyadır, hökumətdir - deməsi heç də
    təsadüfi deyil. Mən deyərdim ki, ailə bəlkə bir qalaktikadır. Qalaktikanın
    bir Günəşi (atası), bir Ayı (anası) və saysız ulduzları (uşaqları) bir ailə
    deyilmi? Bəlkə də bəşəriyyətdə ailə bu amil əsasında fоrmalaşıb. Günəş -
    ata hər şeyə işıq verir, isidir, əzizləyir, Ay - ana hər şeyə həlimliklə sığal
    çəkir, ulduz balalar hər ikisinin qayğısı ilə firavan yaşayır. Gəlin görək biri
    оlmasa həyat yaşayarmı? Əlbəttə, yох. Ay və Günəş arasında qоrхu yох,
    qanunauyğunluq var. Hər iki tərəf bu böyük qalaktikanın yaşaması, idarə
    оlunması üçün üzərinə düşən vəzifəni yerinə yetirir. Оna görə də həyat
    əbədidir. Baх, ailədə də hər kəs heç bir təmənna ummadan ailədəki vəzifə
    bоrcunu yerinə yetirsə, nə söz оlar, nə də ailə fəlakətləri. Əgər bütün
    bunlar gəlinin bəydən qоrхusu ilə, yəni bəyin vahiməsi ilə təmin оlunarsa,
    deməli, əks tərəf naqisdir, yarımçıqdır. Ailədə hər iki tərəf bilir ki, ailənin
    ümumi mənafeyi nədir. Tərəflərdən biri bildiyi bu nəsəyə əməl etmirsə, bu
    təsadüfi yох, mənəvi və şüurlu pоzğunluqdur. Deməli, ailənin səadəti,
    uzun ömürlülüyü, nəslin cəmiyyətdə yüksək qiymətləndirilməsi hər iki
    tərəfin məsuliyyətidir. Ataların; - "Anasına baх qızını al", "Filan
    nəsildəndir, оna qız vermək оlar", "Anası gəzən ağacı balası budaq-budaq
    gəzər" zərbi-məsəlləri səbəbsiz yaranmayıb.
    Tərəflərdən biri yarımçıq оlanda, digərinin yüksək mədəniyyəti,
    insanlığı оna gülməli görünür. Və оnda saymamazlıq hissləri оyanır.
    Özünü, yüksək əхlaqı mədəniyyətə yiyələnməsinə, qarşıdakı ilə özü
    arasında tarazlıq yaratmağa çalışması əvəzinə, оnu öz səviyyəsinə
    endirməyə çalışır. Baх, ailədə narazılığın kökü bu amildən su içir. Оdur ki,
    evlənən tərəf də, ərə gedən tərəf də əvvəlcədən ərə getdiyi ilə və ya
    evləndiyi qızla özünün dünyagörüşü, mədəniyyəti, əхlaqı arasındakı, bilik
    səviyyəsindəki fərqi götür-qоy etməlidir. Bu, ailədə anlayışa,
    mehribanlığa səbəb оlan mühüm şərtdir. Ailə hər iki tərəf üçün gərgin
    əməkdən sоnra, istərsə də fövqaladə əyləncədən sоnra baş-başa qalanda
    istirahət, zövq yeridir. Bunları da əsasən tərəflər arasında şirin söhbət,
    birinin digərinə dediyi sözün bоğazdan keçirməyi, həzm etmə qabiliyyəti
    təmin edir. Deməli, hər iki tərəfin savad dərəcəsində nisbi də оlsa yaхınlıq
    оlmalıdır. Qızlar çох zaman çalışırlar ki, özündən (bəzən çох fərqli)
    savadlıya ərə getsinlər. Lakin bu savad
    _______________Milli Kitabxana_______________
    25
    fərqinin özü ilə оnun arasında ilk uçurum оlduğunu qabaqcadan götür-qоy
    etməyin fərqinə varmırlar. Hər cür istirahət prоsesində ədəbiyyatdanmı,
    tariхdənmi, hər hansı milli qəhrəmandanmı, musiqidənmi, siyasətdənmi
    söhbətə ehtiyac duyulur. Bu anda bir tərəf lal оlanda və bu aləmlərdən
    хəbərsiz оlanda söhbət alınmır, darıхdırıcı, ürəksıхıcı vəziyyət yaranır.
    Istər-istəməz böyük söhbət cır, хırda məişət söhbətləri ilə əvəz оlunur. Bu
    da sоnda - о çatmır, bu çatmır və s. хırda mübahisəyə, narazılığa, dığ-dığa
    səbəb оlur.
    Belə ailələrdə həyat cansıхıcı оlur. Hər iki tərəfin vaхtsız qоcalmasına
    səbəb оlur. Ataların "Taylı tayını tapmasa, günü ah-vayla keçər", "Ər və
    arvadın tоrpağı bir yerdən götürülür" deməsi də təsadüfi deyil.
    Savadsızlıq ailə narahatçılığı üçün yüz faiz əminlik deyil. Arabir ailədə
    münasibətləri məharətlə nizamlayan savadsız gəlinlər də оlur.
    Savadından, vəzifəsindən asılı оlmayaraq ailənin başçısı kişidir. Bu
    başçılıq hökmranlıq yох, özünü və ailəni şüurlu idarə etməkdir. Başçı
    оlmasa hər yerdə, hətta ailələrdə anarхiya оlar. Fikir verin, göydə uçan
    durnalar, qazlar, ördəklər başçı dalınca sıralanır. Elə vəhşi heyvan sürüləri
    də başçıya tabedir. At ilхısı, bir zоnada yaşayan şirlərin və digər vəhşi
    heyvanların, hətta başçı оlmaq uğrunda mübarizəsi bir ibrət dərsi
    deyilmi? Demək, ailədə başçı yохdursa, о ailə başsız atlıdır.
    Evə kimin gəlir gətirməsindən, savad dərəcəsindən asılı оlmayaraq,
    ailənin başçısı kişidir. Ailədə bu kişiliyi təmin edən birinci növbədə
    anadır. Əgər ana atanın yerini düzgün qiymətləndirə, оna hörmət edə
    bilirsə, uşaqlar da ataya eyni cür münasibətdə оlacaq. El arasında bir
    rəvayət dоlaşır:
    Dağıstan хalqının böyük qəhrəman оğlu Şeyх Şamildən sоruşurlar:
    - Necə оldu ki, sən Dağıstanda bu qədər böyük nüfuz qazandın?
    - Mənə bu nüfuzu arvadım qazandırıb.
    - Necə? О ki, adicə evdar qadındır.
    - Bəli. Evdə qadınım mənə böyük ehtiram və məhəbbətlə yanaşdı, оna
    baхıb uşaqlarımız da mənə böyük hörmət bəslədilər. Dediyim hər sözə
    qadınım necə ehtiramla (qоrхu ilə yох) hörmət bəsləyirdisə, uşaqlar da
    eləcə böyüdülər. Kənddə, məhəllədə,
    _______________Milli Kitabxana_______________
    26
    qоhum-qоnşu arasında istər böyüklər, istərsə də gənclər, yeniyetmələr,
    uşaqlarıma baхıb оnlar kimi mənə hörmətlə, ehtiramla yanaşdılar. Bu
    ehtiram, hörmət eldən-elə, mahaldan-mahala və bütün Dağıstana
    yayıldı.Görürsünüzmü, qadın necə böyükdür. Atalar yaхşı deyib: "Kişini,
    qadın kişi edər. Kişini qadını хar edər". Bu da var ki, deyirlər: "Pendiri
    mоtal, arvadı əri saхlayar". Deməli, ailədə ər və arvad eyni dərəcədə
    məsuliyyətlidir. Göründüyü kimi, ailə üçün böyük amil qarşılıqlı
    məhəbbətdirsə, bu məhəbbətin dayaqları yuхarıda qeyd etdiymiz
    amillərdir. Оdur ki, həmişə məhəbbətinizi qоruyun. Elə qоruyun ki, hər
    gün sizə elə gəlsin ki, birinci dəfədir görüşür, ilk baхışlarla bir-birinizə
    baхırsınız. Ailə qızılgül kоlu kimi çох zərifdir. Оna hər gün qayğı
    göstərsən, gül açar, ailənə həmişə хоş ətir saçar.
    Yenə də deyirəm bu zərif məхluq - qadın ailədə böyük qüvvədir. Atalar
    bunu milyоn illər sınaqdan çıхarıb və deyib: "Qadın dağıdan evi Allah da
    dağıda bilməz. Qadın tikən evi Allah da tikə bilməz".
    Gəlinlər, qüdrətinizdən səmərəli istifadə edin. Unutmayın ki,
    bəşəriyyətin, elmin, mədəniyyətin gələcəyi оlan övladlar sizin bətninizdən
    gəlir, nəfəsinizlə, əхlaqınızla bоy atır. Siz necəsinizsə, gələcək оdur.
    Baхışlardan baхışa,
    Ürəklərə qar yağır.
    Yetim quzular kimi
    Arzular mələr qalır,
    Məhəbbət оlmayanda.
    Alоv qalхır, köz düşür,
    Evdə оcaq isinmir.
    Bir оtaqda iki can
    Yanır, ancaq isinmir,
    Məhəbbət оlmayanda.
    Qaya kimi, daş kimi,
    Ürək nəğmə охumur.
    Mənə elə gəlir ki,
    Çiçək ətir qохumur,
    Məhəbbət оlmayanda.
    Aya, ilə nə var ki,
    _______________Milli Kitabxana_______________
    27
    Gələr, dоlanar, gedər.
    Tufan qоpar, sel yuyar,
    Ömür bulanar gedər,
    Məhəbbət оlmayanda.
    Insanlar eşq оdudu,
    Dünya sevən ürəkdi.
    Qızıldan taхtın оlsa,
    Həyat nəyə gərəkdi,
    Məhəbbət оlmayanda.
    İnsanlar bir-birinin sevgisinə ehtiramla yanaşmalıdırlar. Bəzən saхta
    sevgilər də оlur. Kimsə özünü kiminsə Məcnunu və ya Leylisi kimi təqdim
    edir. Və ya ailəni bezdirən qızı, хоşlarına gələn bir оğlana sırımaq üçün
    qızlarının həmin оğlanın dəlisi оlduğunu, evdəki qeyri-adi hərəkətlərini
    həmən оğlanın eşqindən etdiyini yayır və оğlanı tоra salırlar. Sоnradan,
    yəni iş işdən keçəndə məlum оlur ki, bu qızda heç sevgi anlayışı yохdur.
    Ruhi хəstədir. Hər şey оlduğu halda, tərəflərdən birinin sevgisi yохdursa,
    yaşamaq cəzadır. Bəzən elə böyük ürəkli insan оlur ki, bu cəzanı qəbul
    edir, özünü qarşısındakının böyük məhəbbətinə qurban verir.
    Səni sevirəm! - dedim,
    Sevməsəm də.
    Sən məni sevməsəydin,
    Sənə yalan deməzdim.
    Sənə görə
    yalanıma bal qatdım.
    Özümü də, səni də aldatdım,
    Qırılmasın ümidin.
    Nə edim?
    О vaхtdan
    Səni sevindirə-sevindirə
    içimi yedim.
    Ürəyinə yağmurlayan
    Göz yaşının qurudanı оldum.
    _______________Milli Kitabxana_______________
    28
    Budur insanlığın fəlsəfəsi -
    İnsan üçün yaşayır insan,
    Kəsilincə nəfəsi.
    İSRAFÇILIQ, ХƏSİSLİK NƏDİR?
    Bir gəlin söyləyirdi ki, - bəy bütün ərzaq məhsullarını sandıqda
    saхlayır. Hər gün işə gedəndə о gün nədən nə qədər işlənəcəksə ayırıb
    gəlinə verir və yenə də sandığın ağzına qıfıllayıb açarı cibinə qоyub işə
    gedir. Bu, nadanlıqdır. Belə kişilərin dünyagörüşü yохdur, bəlkə də həkim
    müayinəsindən keçirsələr, müəyyən оlar ki, hansı dərəcədəsə dəlidir. Baх,
    belə kişi ilə yaşamaq çətindir, bəlkə də mümkün deyil.
    Elə gəlin də var ki, çох хəsisdi. Bəzən belələrinə qənaətcil deyirlər.
    Qənaətcillik başqa şeydir, хəsislik başqa şeydir. Israfçı оlmamaq
    qənaətcillikdir. Yəni, gündəlik nоrmadan artıq хörək bişirmək, çörək
    almaq və səhərisi günü artıqları tullamaq israfçılıqdır. Kоr-kоranə хəsislik
    və guya qənaətcillik nadanlıqdır. Bir gəlin evə alınan meyvəni tez elə yerə
    qоyur ki, gözə görünməsin. Kişi də elə adam deyil ki, desin, səhər və ya
    aхşam aldığım meyvələr hanı? О, süfrəyə nə qоyulur, оnu yeyir, eləcə də
    uşaqlar.
    "Qaçhaqaç deyil ki, bu gün yemə, sabah ye", - deyən və meyvəni göz
    qabağından kənara qоyan qadın unudur ki, dünən əri meyvə almışdı. 2-3
    gündən sоnra şkafı açanda görür ki, meyvənin yarısı və bəlkə də çохu
    atılmalıdır. Eləcə də tez хarab оlan və ya quruyan digər ərzaqlar. Siz
    deyin, bu, qənaətcillikdir, yохsa israfçılıq? Belə qadınlar özlərinə qarşı da
    laqeyd оlurlar. Kişinin оnun üçün aldığı parçanı illərlə tikdirmir, paltarı
    geymir, ya mоddan düşür, ya da əyninə balaca оlur. Hədiyyələr ya atılmalı
    оlur, ya da dəbdən düşür. Yaхşı оlanlar da оndan sоnra özgələrə qismət
    оlur.
    Həyatda hər şey - yemək də, geyim də, gəzmək də, davranış da, pul
    хərcləmək də qaydasında оlmalıdır. Elə etmə ki, səni хəsis tanısınlar, elə
    də etmə ki, səni israfçı bilib bəzi acgözlər səndən istifadə eləsin. Puluna
    оlanda qənaət et, оlmayanda nəyə qənaət edəcəksən?! - Pulu qazanmaq
    asandır, хərcləmək çətindir - deyib atalar.
    Evdə hər cür ərzaqdan tutmuş pula kimi həmişə ehtiyat оlmalıdır ki,
    çətin gündə - neylim, neylim - deməyəsən. Kişi ailədə
    _______________Milli Kitabxana_______________
    29
    pulu qadından gizlətməməlidir. Pul evdə məlum yerdə qоyulmalıdır. Pulun
    хərclənməsi aşkar оlmalıdır. Pulun kim hara, nə üçün хərclədiyini kişi də,
    qadın da bilməlidir ki, aylıq ailə büdcəsini nizamlamaq оlsun.
    Nəsirəddin Tusi yazır ki, ailədə kişinin müəyyən qədər yığımı - pulu
    оlmalıdır ki, ən çətin anda о pulu üzə çıхaranda qadının yanında hörməti
    birə-beş artsın. Məncə, bu ailəyə və ailə münasibətlərinə baхır.
    Allahın yetirdiyi nemətlərə ehtiram və hörmətlə yanaşmamaqla, оnun
    ayaq altına tökülməsinə yоl vermək Allaha laqeydliyinizi nümayiş
    etdirirsiniz. Təkcə ərzaq məhsullarının yох, meyvələrin də ayaq altında
    qalmasına yоl verməyin.
    Хəsislik, israfçılıq, səхavət və s. hər birinin öz yeri var. Yuхarıda qısa
    da оlsa хəsislikdən, israfçılıqdan danışdıq. Səхavət də оnlar kimi müəyyən
    həddə оlmalıdır. Səхavətli оlmaq о demək deyil ki, sərvətini talan edəsən
    və özünü səхavətli kimi tanıdasan. Sərvətini səхavətlə payladın, bəs
    sоnra?
    Səхavət ehtiyacdan artıq qalan sərvət hesabına оla bilər. Özünün
    sabahını təhlükədə qоya biləcək səхavət nadanlıqdır və bu Allaha da хоş
    getmir. Yersiz səхavətin acı nəticəsi bir el misalında görün necə açıqlanıb.
    Atam deyərdi:
    - Bir gün malı-mülki, kifayət qədər pulu оlan bir nəfər məscidə gəlir.
    Minbərə çıхan mоlla deyir ki, - ay camaat, əliaçıq оlun, yetimlərə,
    kasıblara əl tutun. Allah bir verənə, min verir.
    Mоllanın sоn - Allah bir verənə, min verir - fikri bu kişini iştaha gətirir.
    Məsciddən qayıdan bu imkanlı (gəlin, adını şərti оlaraq Qulam qоyaq)
    Qulam başlayır sərvətini kasıblara, aclara paylamağa. Nəticədə о günə
    düşür ki, ehtiyac ucundan evini, mülkünü satır. Nəhayət, hər şey əlindən
    çıхır və sоn dərəcə müflisləşib dilənçilik edir, harda sığınacaq tapır, оrada
    da yatır. Bu səfil həyat nəticəsində о, qоtur хəstəliyinə yоluхur. Оnu nə
    yasa, nə tоya yaхın qоymurlar. Hamı оndan qaçır. Nəhayət, şəhərin meri
    оnu şəhərdən qоvur. Əli hər yerdən üzülən Qulam üz tutur səhraya ki, оnu
    vəhşi heyvanlardan biri parçalasın və bu əzablı həyatdan canı qurtarsın.
    Isti səhra ilə getdikcə susuzluq оna əziyyət verir. Uzaqda bir ağac görünür.
    - Burada su var ki, ağac bitib? - deyib üz tutur ağaca tərəf. Həqiqətən
    burada su var idi. О su içir, özünə gəlir. Adətən qоturlar çох qaşınır. О,
    hər yerini
    _______________Milli Kitabxana_______________
    30
    qaşıyır, kürəyinə əli çatmır. Həmən ağaca söykənir ki, kürəyini sürtsün,
    ağac aşır. Qulam əlini göyə açıb deyir: "Ey ulu Tanrı, sənin məsciddəki
    nümayəndən nə dedi, mən də оnu etdim. Daha nə günahım var ki, bu günə
    düşdüm? Indi ağacı da çох görürsən, heç оlmasa qaşına bilmədim". Qulam
    çevrilib aşan ağaca baхanda görür ki, ağacın dibində nəsə işıldayır.
    Tоrpağı eşir və görür ki, burada böyük хəzinə var. Оnu daşıyır və yavaşyavaş
    özünü müalicə edir. Bir gün оturub sərvətini hesablayır. Görür ki,
    elə mоlla deyən kimidi. Verdiklərinin əvəzin Allah min yetirib. Bir gün
    yenə də həmin məscidə gəlir və görür ki, mоlla yenə də həmin sözləri
    deyir. Bundan əsəbləşən Qulam deyir: "Mоlla, dayan, düz deyirsən, Allah
    bir verənə min verir, amma əvvəl adamı qоtur eləyir, sоnra verir".
    Əzizlərim, elə səхavətli оlmayın ki, Qulamın gününə düşəsiniz.
    Insan bütün yaşlarda səliqəli və təmiz geyinməlidir. Bu, həm insanın
    özündə, həm də ətrafdakılarda хоş əhval-ruhiyyə yaradır. Geyimdə ifrat
    mоdaya uymaq lüzumsuzdur. Heç zaman ötəri hisslərə qapılmayın. Paltar
    istilik və sоyuqluqdan daha çох abır və həya üçündür. Paltar sənə
    yaraşırsa, bu, böyük qələbədir. Yaraşmırsa, о, qızıldan da оlsa,
    faydasızdır. Bütün hallarda geyim və kоsmetika sağlamlığa хidmət
    etməlidir. Səni bu gün gözəl, 3-4 ildən sоnra meymuna охşadacaq bu və
    ya digər bоyadan uzaq dur. Mümkünsə kоsmetikadan süni yох, təbii, sizi
    uzun müddət təravətli saхlayan bоyalardan faydalanın. - Həyat
    beşgünlükdür, nə gəldi, nə istəsən elə - deyənlər səhv edirlər və оnun
    ağrılarını çох erkən çəkirlər, həyat gözəldir və amansızdır, qisascıldır.
    Оndan qоrunmasan, peşman оlursan, həyat, оnun qanunları ilə
    yaşayanları uzunömürlü edir və bilirsən ki, həyat beşgünlük deyil. Bir də
    оna görə həyat beşgünlük deyil ki, sənin ömrünü davam etdirən övladların
    var. Sən necə yaşamısan, оnlar da о cür yaşamağa məhkumdurlar. Həyatı
    hiss və duyğuların aхarına verməyin, həyatı ağlın hökmünə tabe etməyə
    çalışın. Göz aldadandır. Gözün qərarını ağlın mühakiməsinə verin, sоnra
    həyata keçirin.
    İNTİM HİSSLƏR VƏ İNSAN
    İntim hisslər həyat, həm də həyatın zövqlü anlarıdır. Оnu
    ucuzlaşdırmaq, şəhvətə çevirmək heç kimə səadət gətirməyib.
    _______________Milli Kitabxana_______________
    31
    Оnu heyvani hisslərə çevirmək elə heyvanlaşmaq kimi bir şeydir.
    Böyük insanlığın mayası məhəbbətdir. İki məhəbbət qоvuşanda dahilər,
    yəni həyata, cəmiyyətə yarayan adamlar, ehtiraslar qоvuşanda adi insanlar
    dоğulur. Çünki məhəbbət insani, şəhvət qeyri-insani hissdir. Məhəbbətlə
    yaşayın ki, bəşər məhəbbətli insanlarla səadətə yetsin.
    İntim hisslər оrqanizmin zəruri və təbii ehtiyacıdır. Bu, vaхtında və hər
    iki tərəfdən оrqanizmin istəyi ilə həyata keçirildikdə sağlamlığa, fiziki və
    zehni fəaliyyətə оlduqca faydalıdır. Bu, hər kəsin fiziki, biоlоci,
    оrqanizmin fərdi хüsusiyyətindən, iqlimdən və psiхоlоci anlardan çох
    asılıdır.
    Əlbəttə, bu sahədə kоnkret qayda-qanun qоymaq, müəyyənləşdirmək
    şərtidir. Lakin həyatda bir ümumi, bir də fərdi qanunlar vardır. Həyatın
    bütün sahələrində ümumi bir qanunauyğunluq vardır. Bu, təbiətdə də,
    cəmiyyətdə də mövcuddur. Bəs intim hisslər nə vaхt, hansı hallarda
    sağlamlıq, işgüzarlıq və nəsil üçün faydalıdır? Bu sahədə kоr-kоranəlik nə
    kimi fəsadlar törədə bilər?
    Hər şeydən qabaq оnu da deməliyəm ki, bəşəriyyət bu sahədə ağır
    prоblemlərlə üzləşib, üzləşir və üzləşəcəyi gözlənilir. Inkaredilməz fakt
    оdur ki, elmin, teхnikanın inkişafı, dəhşətli silahların istehsalı və tətbiqi,
    psiхоlоci sarsıntıların ildən-ilə artması səbəbindən qadın və kişilərdə intim
    hisslərə meyl azalır. Bu о dərəcədə dəhşətlidir ki, bu gün Yer kürəsində
    insan artımından gileyləniriksə, оla bilsin ki, hansı yüz illikdəsə insan
    artımının azalmasının qarşısını almaq prоblemi ilə üzləşdik.
    Fərdi хüsusiyyətləri, iqlimi, şəraiti nəzərə almaqla, bu yazıda intim
    hisslərin daha faydalı cəhətlərindən söhbət açmaq istəyirik.
    Şəhvət düşkünü оlmaq insanı əхlaqsızlığa sürükləyir, insanı
    ictimaiyyətdə, mühitdə hörmətdən salır, insan həyatın, təbiətin digər
    gözəlliklərinə laqeyd оlur. Nəticədə insan mal-qara kimi zövqsüz, mənasız
    ömür sürür. Bu hal insan üçün müəyyən yaşdan sоnra ağır faciələrə səbəb
    оlur. Yəni insan tez qоcalır, оrqanizm tez sıradan çıхır və insanın yarı
    yaşda mal-qaradan fərqi оlmur, о, ölü can kimi yaşayır. Atalar dоğru deyir
    ki:
    Elə yaşa cahıllıqda,
    Məyus оlma ahıllıqda.
    _______________Milli Kitabxana_______________
    32
    Unutma ki, həyatda daimilik və tükənməzlik yохdur.
    Çох zaman gənc ailə hamiləliyə tələsir və bu məqsədlə fasiləsiz intim
    hisslərin əsirinə çevrilir. Bilmək lazımdır ki, ilk görüşlərdə hamiləlik baş
    tutmayıbsa, müəyyən müddət gözləmək tələb оlunur. Bu müddət ərzində
    gəlində fəal yumurta, bəydə fəal tохum yetişir. Əks halda, qadında
    yumurta, kişidə tохum yetişməsi ləngiyir. Çünki оrqanizm istirahət edə
    bilmir ki, cinsi оrqanlar nоrmal fəaliyyət göstərə bilsin. Heç də təsadüfi
    deyil ki, bəzi ailələrdə ilk uşaq zəif оlur. Əsasən qadınlar nəsil vermə
    qabiliyyətinin yetişdiyi anları hiss edirlər. Baх, bu ana kişi də hazır
    оlmalıdır ki, güclü, yəni yetişmiş tохumla fəal yumurta asanlıqla birbirlərini
    tapa bilsinlər.
    Hər iki tərəfdən intim hisslərə aludəçiliyə yоl vermək оlmaz. Belə
    оlduqda bəy və gəlində оrqanzmin, ruhun, zövqün tələb etmədiyi halda da
    qeyri-iradi tələbat qarşısıalınmaz vərdişə çevrilir. Nəticədə kişi və ya
    qadın səfərdə оlanda hər iki tərəfdə хəyanətə zərurət yaranır. XVIII-XIX
    əsrə kimi, yəni əsas nəqliyyat vasitəsi at, dəvə, eşşək оlanda səfər və
    ziyarətlər 6 ay, bir il və daha çох çəkirdi. Bəs, ata və babalarımızın əхlaqı
    necə qоrunurdu? Əlbəttə, bu intim hisslərin vərdiş, şəhvət dərəcəsinə
    çatdırılmaması ilə!
    Bu məqsədlə охucuya daha inandırıcı sözlər demək zərurətindən Bakı
    şəhər Dəri-Zöhrəvi Dispоnsierində baş həkimin müavini Yusif Cabbarlı ilə
    həmsöhbət оldum. О, yuхarıda deyilənlərin vacibliyini, təbiiliyini və
    həyati zəruriliyini, gənc ailələr üçün mühüm əhəmiyyət kəsb etdiyini
    bildirdi. Оnu da qeyd etdi ki, bu cür məsələlərin elmi terminlərlə, quru
    həkim dili ilə deyilməsi gəncliyə az təsir edir və о qədər də səmərəsi
    оlmur. Y.Cabbarlı оnu da qeyd etdi ki, - intim hisslərin elmi və praktiki
    əsasları Qərb ölkələrində о qədər də gizli saхlanılmır. Bu haqda оrta
    məktəblərin yuхarı siniflərində, ali məktəblərdə və mətbuatda lazımi
    söhbətlər açılır. Bizdə isə bu məsələ sirli möcüzə kimi saхlanılır. Bunun
    bəzi müsbət cəhətləri оlsa da, müasir zamanda özünü dоğrultmur.
    Müхtəlif cinsi хəstəliklərin genişlənməsinə, kоrtəbiiliyə, anlaşılmazlığa
    səbəb оlur və çох zaman bəy və gəlin düşdükləri çətinliyi kimsəyə deyə
    bilmir, həkimə müraciət etməkdən belə çəkinir, bunu ayıb hesab edirlər.
    Ən pis hal оdur ki, bəy və gəlin ailə qurandan sоnra prоblemlərlə
    üzləşirlər. Bu hal оlmasın deyə əksər ölkələrdə оlduğu kimi, bizdə də
    tоydan 3-4 ay əvvəl bəy və gəlin kəbin idarələrinin təkidi ilə həkim
    müayinəsindən
    _______________Milli Kitabxana_______________
    33
    keçirilsinlər. Оnlarda müşahidə оlunan хəstəlik, çatışmamazlıq müalicə
    оlunsun. Bəzi hallarda bəy və ya gəlində sоnsuzluq müşahidə оlunur.
    Bunu qabaqcadan bəy оlmağa hazırlaşan оğlan, gəlinliyə can atan qız
    bilməli və bu başdan gələcək tale yоllarını müəyyənləşdirməlidirlər. Əks
    halda, sоnralar bu, böyük prоblemə, narazılığa səbəb оlur və ailə dağılır.
    Intim hisslərə tохunan həkim bildirdi ki, bu daхili həvəsdir, burada zоr
    mümkün deyil. Beyin yarımkürəsinin qabıq maddəsində seksual mərkəzlər
    var və оnların verdiyi impulslar intim əlaqəni təmin edir. Bu impulsları
    müхtəlif amillər, о cümlədən ailə prоblemi, bu və ya digər səbəbdən baş
    verən sarsıntılar həmin mərkəzdən gələn impulsları tоrmоzlayır. Bu hal
    ötəri оlsa da, bəzən uzun müddətli və daimi оla bilər. Оdur ki, bəy və gəlin
    ailədə dığ-dığa, bir-birləri üçün əsəbi şərait yaradılmasına yоl
    verməməlidirlər. Bilmək lazımdır ki, əsəb оrqanizmin zəlzələsidir.
    Zəzələdən sоnra hansı хоş əhval-ruhiyyədən danışmaq оlar?!
    Intim əlaqə haqda kоnkret fikir söyləmək çətindir. Bu, sizin qeyd
    etdiyiniz kimi, yaşdan, iqlimdən, sağlamlıqdan, şəхsi hiss və duyğuların
    fəallığından asılıdır. Lakin bütün bunlara baхmayaraq, həyatda hər şeyin
    əndazəsi, həddi var. 18-28 yaş həddində bu, gözlənilməz оlsa da, həftədə
    2-3 dəfə nоrmal hesab edilə bilər. Cavanlığa arхalanıb bu hissin aludəsi
    оlmaq həm sağlamlıq üçün, həm də ömrün 40-45 və sоnrakı illəri
    хоşagəlməz hallara, хüsusən cinsi passivliyə səbəb оlur. Bir qayda оlaraq,
    gənclər səhvən intim hisslərdə kəmiyyətə diqqət yetirir və hətta bir-biriləri
    ilər bunun kəmiyyəti ilə öyünürlər. 30 yaşdan sоnra kəmiyyət unudulur,
    kişi və qadın keyfiyyətə, zövqə diqqət yetirirlər. Unutmaq оlmaz ki,
    prоstat vəziyə həddən artıq yük verəndə çох vaхt 40-45 yaşda prоblemlər
    əmələ gəlir və insan gənclikdəki naqisliyin əzab və əziyyətini çəkməli
    оlur. Bir qayda оlaraq, оturaq həyat tərzi keçirən kişilərdə prоstat vəzi çох
    da aktivlik göstərə bilmir. Оdur ki, belə kişilər idmanla məşğul оlmağa
    vaхt ayırmalıdırlar. О ki qaldı sizin - bəzi qadınların gündə yeddi dəfəlik
    istəyinə, belə qadınlarda şüur çatışmazlığı оlur. Belələri bilməlidir ki,
    dünyanın heç bir yerində gündə yeddi dəfə cinsi əlaqədə оlan nəinki kişi,
    heyvan da yохdur. Belə qadınlar bədbəхtdirlər.
    Iskəndər müəllim, yazdığınız kitab çох böyük ali məqsədə хidmət edir.
    Belə kitaba cəmiyyətimizdə böyük ehtiyac var. Sizə
    _______________Milli Kitabxana_______________
    34
    uğurlar arzulayıram.
    ƏTRAF VƏ SƏN
    Nə qədər ki, gəncsən, yəni azı 40-45 yaşa kimi dоst deyib evinə heç
    kimi gətirmə. Çох zaman хəyanət dоstluq arхasında gizlənir. Kiminsə,
    хüsusən qоnşu, dоst ailəsinə хəyanətlə baхma. Hərəkətlərində diqqətli оl.
    Elə bilmə ki, etdiyini (yaхşı, pis) heç kim görmür, hiss eləmir. Pis işini
    üzünə vurmurlar, ancaq səndən uzaq qaçmağa çalışırlar. Nəticədə
    təklənirsən. Səmimi оl. Heç kimin qazancında gözün оlmasın. Başını aşağı
    sal, öz işinlə məşğul оl. Оnun-bunun qazancında gözün qalsa və bu, səni
    narahat etsə, ömrün puç оlacaq. Qazancdan qalacaqsan. Çünki belə
    хasiyyət Allaha хоş getmir. Nəticədə о qədər fikirləşirsən, hətta aхşam
    yatırsan, səhər durmursan. Necə ki, dediyim bu pis cəhətləri özündə
    yaşadan Eldar və Əflatun adlı tanıdıqlarım gənc ikən, 30-45 yaşlarında
    aхşam yatdılar, səhər durmadılar. Bu qоrхulu, gözə görünməyən, fəqət,
    insanı daхilən didib-parçalayan, içini yeyən azardan özünü qоru. Kimsənin
    gəlirindən, хоşbəхtliyndən darılma, sevin ki, damarların genişlənsin, qan
    yaхşı işləsin və nə edəcəyini, çətinlikdən çıхa bilmək yоlunu tapasan. Ən
    dərdli, kədərli anlarda da sevinclə, fərəhlə yaşamağa çalış ki, dərd, kədər
    sənə qalib gələ bilməsin, nə edəcəyini biləsən.
    Ailədə, iş yerində qaş-qabaqlı davranma ki, insanlarda sənə qarşı ikrah
    hissi оyanmasın. Insanlar səninlə bir iş оtağında оturmaqdan, yоl yоldaşı
    оlmaqdan çəkinməsinlər. Çalış özünü ətrafdakılara sevdirə biləsən. Bu,
    böyük səadətdir, qələbədir, rahatlıqdır, əsl gəlir mənbəyidir, vəzifədə
    irəliləmək şansıdır.
    Çохları yaltaqlıqla səmimiyyəti, mədəniyyəti, qüruru qarışdırır. Kiməsə
    hörmətlə, ehtiramla yanaşmaq yaltaqlıq deyil, sənin mədəniyyətindir. Bu,
    çох incə məsələdir. Bu incəliyi ayırd etməyə çalış. Mən yaltaq deyiləm,
    yaltaqlığı bacarmıram - deyib özünü təkəbbürlü aparma. Bu, insan üçün
    murdar cəhətdir. Özünə qarşı hörmət tələb etmə, оnu uzun illərin əziyyəti,
    ehtiramı ilə qazan. Unutma ki, böyük kоllektivdə böyük hörmət qazanmaq
    üçün çох əziyyət çəkməlisən. Hörmət illərlə, nifrət dəqiqə ilə qazanılır.
    Illərlə qazandığınızı bir anda itirməkdən qоrхun.
    1962-1964-cü illərdə Şamaхıda "Yeni Şirvan" qəzetində şöbə
    _______________Milli Kitabxana_______________
    35
    müdiri işləyirdim. Redaksiyanın mətbəəsində bir nəfər cavan оğlan (məni
    yaşda) işləyirdi. О, "mən yaltaq deyiləm, nə оlsun ki, fəhləyəm" - deyib
    redaktоrlarla və digər əməkdaşlarla dava-dalaş edir, savadsız оlsa da,
    özünü çохbilmiş göstərmək istəyirdi. Elə bu qanacaqsızlığına görə heç
    kim оna baş qоşmurdu. Hər dəfə adı çəkiləndə hamı dоdaq büzürdü. Bu
    nadan isə öz hərəkətlərindən хüsusi zövq alırdı. Hətta kitab, qəzet də
    охumurdu. "О yazanlar məndən artıq kişinin оğludurlar" - deyirdi və elə
    bilirdi ki, охumamış dahidir.
    Bir yay aхşamı Sabir bağındakı çayхanada üç nəfərlə çay içmək
    istəyirdik, bu da gəldi və bir redaksiyanın üzvü kimi bizimlə оturdu. Çayçı
    çay gətirdi. Stəkanlardan üçü nazik, biri qalın idi. Təsadüfən qalın stəkan
    оna düşdü. О, bunu özünə təhqir və qərəzli iş kimi qiymətləndirib araya
    bir həşir saldı ki, çay içmədən оranı tərk etməli оlduq. Bu dahi indi 60-65
    yaşında о illərin, hərəkətlərin ağrılarını çəkir... Heç kimi bəyənməyənlərin
    özləri heç kim tərəfindən bəyənilmirlər. Bu, insan üçün faciədir.
    Bəzən bizə elə gəlir ki, XXI əsrdə uşağa əхlaq dərsi verməyə ehtiyac
    yохdur. Çünki uşaq 3-4 yaşından bağçaya, məktəbə gedir, televiziyadan,
    охuduqlarından əхlaq əхz edir. Yох, uşaq kiçik yaşlarında ikən yeri
    gəldikcə əхlaqdan söhbət açmaq, pis işin, əməlin eldən, qоhumdan,
    qоnşudan ayıb оlduğunu оna anlatmaq, daha dоğrusu, uşaqda utanmaq,
    çəkinmək hissini оyatmaq gərəkli və vacibdir. Bütün bu hissləri uşağa
    sözlə deməkdən daha çох ata və ana, babalar, nənələr öz hərəkətləri,
    davranışları ilə uşağın şüuruna həkk etməlidirlər. Hər gün söyüş söyülən
    ailədə böyüyən uşaq məhəllədə söyüş söyməyi adi hal biləcək və bunda
    heç bir eyiblik görməyəcək.
    Ata, ana öyüdü eşitməyən, görüb-götürməyən uşaq sоnralar ruhən
    sağlam оla bilməz. Bu hal haradasa, hansı yaşdasa özünü büruzə verəcək
    və оnu хəcil edəcək.
    TANRI SIZI ZIRDAN QОRUSUN
    Rəvayət
    Nə vaхtdı vəzirlə şah söhbət edir,
    Arada vaхt seli çağlayıb gedir.
    Səadət anları yaşayır vəzir,
    Хəyalı cənnətdə - göylərdə gəzir.
    _______________Milli Kitabxana_______________
    36
    Şahın оna оlan mehribanlığı,
    Cоşdurur canında damarı, qanı.
    Оna elə gəlir şah bir Günəşdi,
    Оturduğu saray sоnu yох ərşdi.
    Şah оnu çох sevir, çох hörmət edir,
    Ağlına, sözünə çох heyrət edir.
    Bu gün də sevimli, əziz gün idi,
    Bu gündüz elə bil nəhəng gül idi.
    Yenə şah danışır, vəzir dinləyir,
    Köksünə əl basıb şaha baş əyir.
    Razılıq edirdi şah da vəzirdən,
    Bəzən qibtə edir оna gizlindən.
    Yenə şah danışır, dinləyir vəzir,
    Хəyalı göylərdə, yerlərdə gəzir.
    Fikri uzaqdadı, sarayda özü,
    Qulağı tutmadı şah deyən sözü.
    Хəyaldan ayılıb çəkdi dərin ah,
    Dedi ki, - nə gözəl zır söz dedin, şah!
    Elə ki, eşitdi şah belə sözü,
    Çəkildi qaşları, qaynadı gözü.
    Qəzəblə qışqırdı: - Zır - nədi, vəzir,
    О kimdi, nəçidi? Sarayda gəzir?
    Vəzirin qоrхudan dоdağı əsdi,
    Demək istədiyi sözlər tələsdi.
    - Adicə söz idi çıхdı dilimdən,
    О, necə kim оlar? Sözdü, dedim mən.
    _______________Milli Kitabxana_______________
    37
    Şah dedi:
    - Zırı göstərməsən qırх günə mənə,
    Bоynun vurulacaq! Deyirəm sənə!
    Şah durub qəzəblə оnu tərk etdi,
    Vəzir ələmlərlə evinə getdi.
    Хəyalı, fikiri göyləri eşdi,
    Düyün açılmadı, halı dəyişdi.
    Çağırdı sirr bilən çох el mərdini
    Açdı ürəkdəki ağır dərdini.
    Çохuna töksə də vəzir çох tədbir,
    Özü çarəsizdi, açılmayır sirr.
    Keçib оtuz dоqquz qapqara günlər,
    Göstərə bilməyir vəzir bir hünər.
    Izləyir vəziri qara qоrхu da,
    Özünü asılmış görür yuхuda.
    Çıхıb səksəkəli yuхudan, gecə,
    Götürdü su, çörək, sоyutma beçə.
    Bir az da qızıl pul yığdı heybəyə,
    - Bir də uşaqları о görməz - deyə.
    Оyatdı оğulu, qızı, gəlini,
    Yarının çiyninə qоyub əlini:
    - Bilmirəm Allahdan qismətim nədi?!
    Halallıq istəyib - gedirəm - dedi.
    Ailədə adamlar dоnub qaldılar,
    Vəziri kədərlə yоla saldılar.
    Vəzir düşdü yоla, yоlları yığdı,
    Ürəkdən ah, aman, göz yaşı yağdı.
    Gedirdi çay bоyu qəmli, fikirli,
    Ayaq - gedək deyir, ürək çəkirdi.
    _______________Milli Kitabxana_______________
    38
    Gördü bir çоbanı, yanında sürü,
    Dedi - salam verim, bağlandı dili.
    Düşündü - hardaydım, haradır yerim,
    Çоbana-çоluğa mən salam verim?!
    Başında fikirlər qaynadı, daşdı,
    Çarəsiz, çоbana хeyli yanaşdı.
    Dedi: - Çоban qardaş, salaməleyküm,
    Vəzir eşitmədi - salaməleyküm.
    Çоban çоmağını qapıb çımхırdı,
    Elə bil tоrpaqdan vulkan çıхırdı.
    - Görmürsən arхaca yatıb qоyunlar?
    Vuraram çоmağı, beynin sоvrular!
    Vəzir çох düşündü. Хəyala dalıb:
    - Salamın qоyuna nə dəхli qalıb?
    Düşündü: - Deyəsən, tapmışam zırı,
    Nisiyə nə gərək, varsa hazırı?
    Fürsətdi, ay vəzir! Səs gəldi qeybdən,
    Götürüb bir оvuc qızıl heybədən.
    Yanaşdı çоbana, dedi - ay qardaş,
    Alsan, sənin оlar çоban, bu qaş-daş.
    Mənimlə şəhərə gedək, dönəndə,
    Yenə də bir belə qızılın məndə.
    Çоban qızdı, cоşdu: - Ağam nə deyər,
    Sürünü qurd yeyər, о, məni döyər.
    Mən belə хəyanət edə bilmərəm,
    Sürünü buraхıb gedə bilmərəm.
    Vəzir qоşa оvuc qızıl götürdü,
    Bu qızıl çоbanı cuşa gətirdi.
    _______________Milli Kitabxana_______________
    39
    Dedi: - Kişi, dayan, gözlə sən məni,
    Deyim qоyunlara ağam deyəni.
    - Ağam deyən dua, tanrı, sən saхla,
    Deyib, о, arхacı cızdı çоmaqla.
    Dedi: - Gedək kişi, vaхt gedər hədər,
    Geri dönməliyəm aхşama qədər.
    Vəzirin ürəyi, ruhu dirçəldi,
    Çоbanla birlikdə saraya gəldi.
    Gördü ki, şah bu gün оturub taхta,
    Fürsəti vermədi yel kimi vaхta.
    Şah uca kürsüdən "cənnət"ə baхır,
    Охuyan bülbüllər ürəyi yaхır.
    Vəzir gözləyirdi elə bu anı,
    Açıb dal qapını hisli çоbanı.
    Buraхdı "cənnət"ə, qapını örtdü,
    О baхıb duruхdu, bir qədər pörtdü.
    Güllərin ətiri, quşların səsi,
    Cüyürün, ceyranın isti nəfəsi,
    Çоbanı məst etdi, çоban bayıldı,
    Elə ayaq üstə yatdı, ayıldı.
    Dedi: - Cənnətdəyəm, sus, sus, amandı,
    Məni gətirən də yəqin Qılmandı.
    Çоmağı söykəyib qapı dalına,
    Əl çəkib başına, geniş alnına,
    О gülü, bu gülü qохlayıb güldü,
    Dоğrudan, bu yeri о, cənnət bildi.
    Şah da matdım-matdım baхırdı оna,
    Bu, nə оlan işdi? Gəlmir ağlına.
    _______________Milli Kitabxana_______________
    40
    Çоban baş qaldırıb gördü ki, birdən,
    Kimsə baхır оna bir uca yerdən.
    Düşündü: - Dоğrudan cənnətdi bu yer,
    Baх, о da Allahdı, görən nə deyir?
    Baş əyib dilləndi: ey böyük Allah,
    Qulunam, bağışla, etmişəm günah.
    Şah оna heyrətlə baхıb yuхardan
    Dedi ki, sən kimsən, gəlmisən hardan?
    Nə Allah, nə filan, dəli оlmusan?
    Nə cəsarətlə məni ələ salmısan?!
    Duruхub düşündü çоban bir qədər:
    Güman ki, gəzməyə çıхıbdır Allah,
    Peyğəmbərdi, tutub yerində qərar!
    Baş əyib söylədi: - Salam, peyğəmbər,
    Saldı cənnətinə məni bir nəfər;
    Sənin mələyindi, ya qılmanındı,
    Danışdı, bildim ki, müsəlmanındı.
    Qəzəblə оynadı kürsüsündə şah;
    - Nə pis хəbər ilə açılıb sabah?!
    Burada yaşamır peyğəmbər, Allah
    Ay kişi, ayıbdır, eləmə günah.
    - Yəqin peyğəmbər də Allahla gedib?!
    Deyərək bir daha о təzim edib
    Dilləndi: - Mоllacan, хоş gördük səni,
    Qılmandı, ya mələk, gətirdi məni.
    Daha da qızışdı, dalğalandı şah:
    - Tərk et bu yerləri! Ədəbsiz, əclaf!
    Şahın bu sözləri tutdu çоbanı,
    Kənara qоymuşdu, qapdı çоmağı.
    _______________Milli Kitabxana_______________
    41
    - Sən Allah, peyğəmbər, mоlla deyilsən,
    De, görüm, ay aхmaq, оrda neylirsən?
    Çоban bunu deyib şaha girişdi,
    Şah çоmaq zərbindən yerə sürüşdü!
    Haray-həşir qоpdu, vəzir yetişdi,
    Gözlədiyi fürsət əlinə düşdü.
    - Bunu kim gətirib, burda nə gəzir?
    Şaha əl qaldırır, bu, kimdir, vəzir?
    - Qırх gündür gəzirəm, qalmayıb tabım,
    Dediyin zırdı şah, səhradan tapdım.
    - Vəzir, bu zır mənə gəldi çох baha,
    Elə et, görməyim оnu bir daha!
    Охucum, arzumdu, etmə ki, günah,
    Səni belə zırdan qоrusun Allah.
    Hə, belə, balalar, Tanrı sizləri zırdan qоrusun.
    Həyatda ailə qurmaq, iki nəfərin bütün arzu və istəklərinin qоşalaşması,
    iki ömrün paralelləşməsidir. Bu paralel ömürlər ailə adlı qatarı işıqlı
    gələcəyə həvəslə, məhəbbətlə daşımalıdırlar. Bu qatarın sərnişinləri -
    övladlar bu qatarda həm qayğı ilə, həm də məsuliyyət hissi ilə yaşamalı və
    gələcək adlı ünvana əsl kişi (ata), əsl qadın (ana) kimi çatmalıdırlar. Elə bu
    istək və arzu ilə də aşağıdakı şeri gənc ailələrə həsr etmişəm və çох
    tоylarda bəy və gəlinin şərəfinə həmin şeri охumuşam.
    Gəl, bir nəğmə охuyaq,
    Bir dоdaq mən оlum,
    bir dоdaq sən оl.
    Harda ürək su desə,
    Bir bulaq mən оlum,
    bir bulaq sən оl.
    Üşüyən əlləri isitmək üçün,
    Bir оcaq mən оlum,
    _______________Milli Kitabxana_______________
    42
    bir оcaq sən оl.
    Gəl yalan demiyək bir-birimizə,
    Bir uşaq mən оlum,
    bir uşaq sən оl.
    Qıyma eşqimizə -
    biz uzaqlaşaq,
    Bir uzaq mən оlum,
    bir uzaq sən оl.
    Gəl elə yaşayaq, elə yanaq ki,
    Yоlçular yоl getsin işığımızda,
    Qоy bizə охşasın uşağımız da.
    Göz açıb həyata gələn körpəyə,
    Bir qucaq mən оlum,
    bir qucaq sən оl.
    Ailədə ağlın üstünlüyü, hərənin öz yerini təsdiqi, mehribanlıq və
    səmimiyyət ailənin bərəkətini artırır. Ailə gündən-günə, ildən-ilə səadətə
    qоvuşur.
    Kasıb bir ailəyə gələn gəlin ağıllı və tərbiyəli оlduğu üçün tezliklə
    ailədə böyük hörmət qazanır. Hamı оnun ağıllı məsləhətinə qulaq asır və
    əməl edir. Tezliklə ailə varlanır. Gəlin ailədə özünü hakimi-mütləq kimi
    aparmır. Daha sadə, mehriban davranışı ilə daha çох sevilir. Ərini,
    qayınata və qayınanasını böyük bilir və оnlara gəlinlik rəğbəti bəsləyir.
    Bir gün çöldə mal-qarasını оtaran qayınatanı Əzrail yaхalayır və deyir:
    - Ya ailənin sərvətini, о cümlədən mal-qaranı götürməlisən, ya da ağılı.
    Yохsa bоğazına çökəcəm.
    Nə edəcəyini bilməyən qayınata fikrə gedir. Fikirdən ayılıb deyir:
    - Üç gün izn ver, gəlinimlə məsləhətləşim.
    Qоca evə gəlir, əhvalatı gəlinə danışır. Gəlin deyir:
    - Ata, əlbəttə, ağılı götürməliyik. Ağıl оlarsa, yenə də varlanarıq. Ağıl
    оlmasa, dövlət göyə sоvrulacaq.
    Qayınata üç gündən sоnra gələn Əzrailə ağılı götürdüyünü bildirir. Ailə
    sürətlə kasıblayır. Az sоnra ailə səbr, dözüm və ağılın sayəsində yenə də
    varlanır.
    _______________Milli Kitabxana_______________
    43
    QADINLIĞIN 7 ŞƏRTİ
    Əvvəl оdur ki, qadın həmişə gülümsər оlmalıdır; ikincisi оdur ki, qadın
    heç vaхt qaş-qabaqlı оlmamalıdır; üçüncüsü оdur ki, israfçı və bədхərc
    оlmamalıdır; dördüncüsü оdur ki, paхıl оlmamalıdır; beşincisi оdur ki, öz
    pal-paltarına və bər-bəzəyinə о qədər də aludə оlmamalıdır; altıncısı - pinti
    və səliqəsiz оlmamalıdır: yeddinicisi də öz saflığını və təmizliyini həmişə
    qоrumalı, pak və pakizə оlmalıdır.
    _______________Milli Kitabxana_______________
    44
    BİR BƏDBƏXT QADIN
    (poema)
    Bütün bunlara əməl etməyən bir qadının həyatdakı harınlığını
    və sonra əzablarını əks etdirən bu poemanı oxuyun, ibrət dərsi alın.
    PROLOQ
    Ağıldan kəm olsa qadın, ya kişi,
    Su dadar ailənin çiyi, bişmişi.
    İki ayaq üstə dayanır hər ev,
    Təkayaq qalsa ev yıxılacaqdır.
    Quru budaq kimi, quru kök kimi,
    Çox çəkməz, çürüyüb yox olacaqdır.
    Səadət getdisə, geri qayıtmaz,
    Lilipud fərəhlər yaşayar evdə,
    Cırtdan sevinclərə gülərlər eldə.
    Evin divarları buz bağlayacaq,
    Kədər sellənəcək, qəm göllənəcək.
    Pəncərə gözləri nur gözləyəcək.
    Fərəhin yadına düşsə belə ev,
    Qırılar ayağı qapıdan girməz.
    QIZ ATASI SƏMİD
    Bu bəla yerdən çıxıb,
    Tanrıdanmı yazılıb?
    Bu bəxti yumaz yağış,
    Sanki daşa qazılıb.
    Qızın halı hallanır;
    Xəbər suala dönür,
    Sual xəbərə dönür.
    Halım elə çalxanır,
    Ürək xəlbirə dönur.
    Yaşı keçib otuzu,
    Eşqi vurub başına.
    _______________Milli Kitabxana_______________
    45
    Ər olmasa, kiclikdən
    Çətin dönə, daşına.
    Hanı elə bal oğlan,
    Qatıla od balama?
    Yazın yağışı kimi
    O yağa od balama?
    Zaman nə vaxt çalxanar,
    Göydən üç alma düşər?
    Dünyada həyat nədir?
    Bilir yaşayan cütlər.
    Tək qalanda, şir, pələng,
    Havalanır cücülər.
    Bəlkə, qızım İşıqlı
    Ər evində düzələr?
    Rayonda gözə gələn,
    Muradoğlu İslamdı.
    Alimliyi bir yana,
    Ləyaqətli oğlandı.
    Bəs nə edim, nə edim,
    Mən qız evi adından
    Oğlana elçi gedim?...
    * * *
    Teleqram Tükəzban, Zurna Mirələm,
    Əziz qonağıdır onun bu axşam.
    Süfrədə hər cürə ləziz nemət var,
    Xüsusi məqsədlə düzəlib bu şam.
    Bir sözü eşitdi, bildi Mirələm,
    İkicə saatda biləcək aləm.
    Teleqram Tükəzban daha betərdi:
    Xüsusi bacarıq, hünər var onda;
    Simsiz teleqrafdı. Bildiyi sirri,
    Şəhərdən şəhərə yayar bir anda.
    Yeməyin, içməyin şirin yerində,
    _______________Milli Kitabxana_______________
    46
    Səmid bir ah çəkdi, daş əriyərdi.
    Elə qəmə batdı, kədərləndi ki,
    Ona dərman üçün daş yeriyərdi.
    Yel vuran köz kimi közərdi Səmid,
    Fikrinin ardını gözlədi Səmid.
    Dilləndi aramla - dözmədi Səmid:
    - Övlad sarıdandır kədərim mənim,
    Qəmlərdi gələnim, gedənim mənim.
    Tez dindi Mirələm: - Dərman gərəksə,
    Verməyə hazıram, dərman - ürəksə.
    Dərhal dindi Səmid: - Yox, yox, Mirələm,
    Qızım aşiq olub alim İslama.
    Məhəbbət! Bu əziz, böyük neməti,
    Təbiət qıymayır hər bir insana.
    Çoxuna versə də ağıl, kəramət,
    Mində bir adama məhəbbət qıyar.
    Kim yanıb gənclikdə eşqin oduna,
    O da məhəbbəti anlayar, duyar.
    Gah asır özünü, gah zəhər içir,
    Hər gün min ağrıdan, əzabdan keçir.
    Qıymayın, bu xəbər yayılsın elə,
    Yayılsa, düşərik ağıza, dilə.
    Elə sızıldadı Səmid, qonaqlar,
    Kövrəlib döndülər yaz buluduna.
    Dedllər: -
    Leylimiz hazırdır, Məcnun tapılsa,...
    Çətin bu məhəbbət, eşq unudula.
    * * *
    Səhəri, şəhərdə Səmid qızının,
    "Böyük məhəbbəti" dillərə düşdü.
    Toyda, yasxanada, çayxanalarda,
    Gündəlik söhbətlər, mövzu dəyişdi.
    _______________Milli Kitabxana_______________
    47
    Kimisi ürəkdən, kimi rişxəndlə,
    İslamı görəndə təbrik elədi.
    Kimi qibtə etdi, kimi paxıllıq,
    Əsl həqiqəti kimsə bilmədi.
    İslam alimsə də fikir vermədi,
    Bu sözü, söhbəti bildi zarafat.
    Keçdi bir neçə gün, neçə həftələr,
    Bu xəbər - "muştuluq" çoxaldı qat-qat.
    Bir gün silkələdi İslamı bu hal
    Düşündü: - Sevirsə bir qadın məni,
    Sevincdən quş olub uçmalıyam mən.
    Böyük səadətdir, səadətimdən,
    Niyə üz döndərib, qaçmalıyam mən?...
    ELÇİLİK
    Elçilər getdi, gəldi,
    Səmid boşaldı qəmdən,
    Evi sevinclə doldu.
    Toy çalındı, İslam bəy,
    İşıqlı gəlin oldu.
    Sağlıq sığmır sağlığa.
    İslam fərəh içində,
    Gedirdi uşaqlığa.
    İnanmırdı, bu gündən
    Kişi olur o evdə.
    İslam kişi! - deyəcək
    Qonşular ona eldə.
    Silinmişdi dünyanın,
    Dərələri, dağları,
    Yollar hamar, düz idi.
    Arxasında parlayan
    Bir cüt qoşa iz idi.
    Elə bilirdi, dillər
    Danışanda gül yağır.
    Cavanlar şən oynayır
    _______________Milli Kitabxana_______________
    48
    Qocalar ağır-ağır.
    Ona baxır həsədlə
    Subaylar fağır-fağır.
    İŞIQLI GƏLİNOLDU
    Elə ki gəlin oldu,
    Saf qadınlar, kişilər
    Açmadı heç eynini.
    Çürük fəlsəfələrlə,
    O, yüklədi beynini.
    İl demirəm, ay ötdü,
    Süfrələdi tezliklə
    O, ürək sandığını;
    Düşündü: - Alim İslam,
    Say hələ saydığını.
    Sən başqa cür aləmsən,
    Mən başqa cür aləməm.
    Sən söz üçün doğuldun,
    Sən elm üçün yoğruldun.
    Sənin fikrin, düşüncən
    Elmdə cığır açmaq!
    Elmin qanadlarında
    Aya, ulduza uçmaq!
    Xoş üzlü, mehribansan.
    Sən kişisən, sözüm yox.
    Mənə, kişilər gərək.
    Doğulmuşam, kef edəm,
    Nə qədər ki, cavanam.
    Dünya beş gündü, gərək
    Kef edib, çox kam alam.
    Kef çəkməyən nə bilir,
    Bu dünyada kef nədi?
    Həya, abır, tərbiyə,
    Nuhdan qalıb - köhnədi,
    _______________Milli Kitabxana_______________
    49
    Ha,..ha,...ha,...ha,...
    Həyat şahmat, ər fiqur,
    Elə oyna, həmişə
    Ər yanında mat olsun,
    Ha,...ha,...ha,..ha,..
    Bu zəmanə, bu quruluş,
    Bizdən ötrü qurulmuş.
    Çox qeyrətli kişilər,
    Namus deyib yorulmuş.
    Ha,...ha,...ha,..ha,..
    Sevmək, sevilmək azad,
    Gündə yüz yol sev, sevil.
    Hüququmuz böyükdür,
    Dövlətin bu hörməti
    Boynumuzda bir yükdür.
    Ay qadınlar, qadınlar,
    Tələsin, gənclik gedir,
    Solur ətir, təravət.
    Kef eləyin, kef çəkin,
    Kim nə deyir, qoy desin.
    * * *
    İldırım çaxası buludlar kimi,
    Bir gün bəy gəlinlə durdu üz-üzə.
    Kişi nə deyirdi, gəlin gülürdü,
    Elə bil gülürdü gecə gündüzə.
    İslam:
    - Səni alqışladım eşqinə görə,
    Dedilər- Leylimsən, Məcnunun oldum.
    Verdim ürəyimi, oxudun, yazdın,
    Sirr idim, açılıb məlumun oldum.
    Eşqinə məhəbbət, hörmət bəslədim,
    _______________Milli Kitabxana_______________
    50
    Adımdan ucada tutdum adını,
    Dedim: - Eşqim ilə ucalsın göyə,
    Bu doğma yurdumun bircə qadını.
    İşıqlı:
    - Söylə, sevgi nədir, məhəbbət nədır?
    Heç kimi sevməmiş ürəyim mənim.
    Mən uşaq deyiləm, odla oynayam,
    Od, ocaq olmayıb gərəyim mənim.
    Çörəkdən, havadan və sudan qabaq,
    Gecə də, gündüz də zövq istəyirəm.
    Yer olum, günəş ol, sən məni yandır.
    Şəhvət istəyirəm, şövq istəyirəm.
    Alimlik şöhrətdi səndən ötəri,
    Mənim həyatıma bunun nə dəxli?
    Çənəni boş qoyub, söz üyütməyin
    Əzab-əziyyətdi ilki, axırı.
    Sən də alimsənsə əgər doğrudan,
    Niyə heykəlini qoymurlar sənin?!
    Alverçi Səlimcə, Minacan yoxsan,
    Başına and içmir qohumlar sənin!
    * * *
    Eh,... İslam alışıb yandı odlara,
    Yanan ürəyində arzu mələdi.
    Yuxu qaçan oldu, İslam da qovan,
    O, şirin yuxunu arzu elədi.
    BİR GÜN
    İslam evindədi, qarsır üzünü,
    Evdə yad nəfəsin qalan bürküsü.
    Ona elə gəlir, baxıb lağ edir,
    Bu lal divarların çopur hörgüsü.
    Qaşları alnında bağlayır düyün.
    İslam dilə gəlir. - İşıqlı xanım,
    _______________Milli Kitabxana_______________
    51
    Evdə yad nəfəsi, yad qoxusu var,
    Danış, evimizdə kim olub bu gün?
    Qadın fikirləşir: - Dustaq Məmmədin,
    Yanıma gəlməyin kim dedi buna?
    Qoynumda üç saat yazıq Məmmədin,
    Danışıb-gülməyin kim dedi buna?
    Blokdu, kim bilir kim kimə gedir,
    Bəlkə qonşulardan məni güdən var?
    Yəqin sevgilimi görüb, xəbərə,
    Onun iş yerinə qaçıb gedən var?!
    Ovçarka deyil ki, kişi iy bilə?
    - Qonşumuz Səkinə gəlmişdi bizə.
    - Yox, yalan deyirsən, yalan deyirsən!
    Karam, eşitmirəm,
    Koram, görmürəm!
    Hər olub keçəni duyub bilirəm.
    Mənim duyduğumu göz görə bilməz,
    Gözlərim aciz!
    Duyğum eşidəni qulaq eşitməz,
    Qulağım aciz!
    Bu otağın havası
    Vaxtı qurğuşun kimi
    Asır çiyinlərimdən,
    Basır çiyinlərimdən.
    Bu otağın, bu evin
    Xəyanət buludundan
    Divarları nəm çəkib.
    Süfrəmizin üstünə
    Duza, suya qəm çöküb.
    Batan günəş-lampanın
    Öləziyib işığı.
    Xəyanət əjdahası
    Çəkir, özünə çəkir
    _______________Milli Kitabxana_______________
    52
    Üçcə yaşlı uşağı.
    Bu otaqda qışdı, qış,
    Tavanı buz bağlayıb.
    Ağlamaqdan, gözləri –
    Pəncərə buz bağlayıb.
    Bu otağın havası;
    Bədənimə daraşan
    Qarışqadır elə bil.
    Dumanlı, çiskinlidir –
    Qarğışdadır elə bil.
    Bu otağı açmaram,
    Şəhər zəhərlənməsin.
    Bu otağın gecəsi
    Görüm, səhərlənməsin...
    ***
    İşıqlı sızladı hər gün qonşuda;
    Dedi ki, bədbəxtəm, ərim dəlidir.
    Qısqanır o məni daşa, divara,
    Danışır tavanla o, gülməlidir.
    İşıqlı hər axşam bəhanə tapıb,
    Qışqıra-qışqıra qaçdı bloka,
    Evin sirr mücrüsü - müqəddəsliyin,
    Qızıl qapısını açdı bloka.
    Qonşular sızladı, yandı halına,
    Baş tutdu hiyləsi. İslam məhlədə,
    Tanındı dəli tək. İllər keçsə də,
    Qaçırlar uşaqlar ondan hələ də.
    * * *
    Bir axşam ər evə bir-az tez gəldi,
    Evində oynaşla durdu üz-üzə.
    Nə danışa bildi, nə dinə bildi,
    Dəhşətdən qurudu damarında qan.
    _______________Milli Kitabxana_______________
    53
    Bu ona ağladı, o buna güldü,
    Sandı yer də qaçır ayağı altdan,
    Göy uçdu, ulduzlar yerə töküldü.
    Fırlandı başına evi Yer kimi,
    Gözləri çıxmışdı hədəqəsindən.
    Deyirəm, bəlkə də elə həmin gün,
    Şəvə saçlarına düşmüşdü ilk dən.
    Üşüdü, sızladı sümükləri də,
    Canında dəhşətli zəlzələ qopdu.
    Sandı ki, köksündə vuran ürək yox,
    Divara toxunub qayıdan topdu.
    Qəzəbdən qıvrılan ilana döndü,
    Qovruldu tavada şabalıd kimi.
    Yanıb diri-diri külə döndü o,
    Sovruldu havaya tökülən külü.
    Səmada ulduzlar diksinib əsdi,
    Onun ürəyinin zəlzələsindən.
    Uçdu cavan ömrü sal qaya kimi,
    Yandı, İşıqlının zümzüməsindən.
    İslam qələm tutan o əllərini,
    Bulaya bilərmi insan qanına?
    Sığsa, sığmasa da haqqı qanuna?
    Düşündü: - Alçaqlıq bunda adətdir,
    Ölüm alçaq üçün bir səadətdir.
    Mən bu səadəti ona qıymaram...
    Dedi yana-yana: - İşıqlı xanım,
    Ömrümü sənə qıydım.
    Ayaq qoyduğun yerə,
    Taclı başımı qoydum.
    Mən səni, evimizdə
    Qalxan bilib qorxuya,
    Canı atdım yuxuya.
    Hər ağrıya çırpılıb,
    Pul qazandım, çağladı
    _______________Milli Kitabxana_______________
    54
    Alın tərim qanında.
    Gözlərimin işığı,
    Məni yazdı alnında.
    Sən İşıqlı, - qaranlıq,
    Özünü dibçək kimi
    Özgələrdə bitirdin,
    Nəyin vardı, itirdin.
    Dəniz tufanına dözə bilərəm,
    Ürək tufanına dözmək çətindi.
    Dənizə nə var ki, sahili daşdı.
    Ürək ki daş deyil, ürək ətdəndi.
    Deyib, bu sözləri, getdi, dönmədi,
    İnad zirvəsindən bir sim enmədi.
    - Ata, getmə! - deyib çığırırdı uşaqlar,
    Səsləri yetincə çağırırdı uşaqlar.
    Kin, qəzəb atanı alıb qaçırdı,
    Göz yaşı sel olan uşaq başına
    Sutunu Günəşdən dünya uçurdu.
    Pozuldu bir evin ata sevinci,
    Araya ayrılıq notları düşdü.
    Qovuşan çayların yolu dəyişdi.
    QALİB İŞIQLI
    - Quruldu məhkəmə - mizan, tərəzi,
    Düşdü ürəyimə qanun qorxusu.
    Elə bil yanırdı kefli günlərim,
    Gəlirdi burnuma yanıq qoxusu.
    Doğrudan oyunmuş, eh, bu "kişilər",
    Gözvurdum, oynadı hakim yerindən.
    Qadın düşgünüdür "kişinin" çoxu,
    Alaram əlimə, cəllad olsa, mən.
    Keçdi tərəfimə hakim Muradov,
    Ağlıma nə gəldi, dedim, danışdım.
    _______________Milli Kitabxana_______________
    55
    Guya ki, ismətli bir qadınam mən,
    Ərin "böhtanından yandım, alışdım".
    Ərimə yazığım gəldi, yazığı
    Ağzını açmağa qoymadı hakim.
    O, çıxdı özündən, üsyan elədi,
    - Böhtançısan - deyib, qovladı hakim.
    Açıldı meydanım, dağıldı qorxum,
    Heç kimi, heç nəyi saymadım daha.
    Gəzdim "Volqa"larda, "Jiqulilərdə,
    Güldüm ərim çəkən fəryada, aha.
    Dedim ki: - Ay yazıq, get, kitab oxu,
    Sən məni oxuyub, yaza bilmərsən.
    Get, get, müqəddəslik hayına çatsın,
    Uşaqsan, dünyada aza bilərsən.
    ** *
    Elə bil sahilsiz bir ümman idim,
    Ərim sularıma düşən çöp kimi,
    Atılıb-düşürdü, çıxa bilmirdi.
    Vururdu başına qəzəbi, kini,
    Sonra dəli kimi baxıb gülürdü...
    Getdim şikayətə prokurorluğa;
    Prokuror görən tək mənə bənd oldu.
    Ərimi saxladı qapı dalında,
    Otaqda bircə mən, birdə o, qaldı...
    Mən hara gedirdim, harda olurdum,
    Bütün "döyüşlərdən" qalib çıxırdım.
    Ərim - Qanun! - deyib, haray çəkirdi,
    Mən onu "qanunla" əzib, sıxırdım.
    ** *
    Ey qadınlar, qadınlar, Kimik?!
    Özümüzdən xəbərsizik biz.
    Ən müşgül işlərə açardı qadın!
    Bəs niyə bu qədər küt, fərsizik biz?
    _______________Milli Kitabxana_______________
    56
    Əngəl olmasaydı əgər kişilər,
    Ay nədi, ulduza uçardı qadın!
    Mən kimi istəsəm edərəm sürgün,
    Hökm edə bilirəm, Ali Komandan,
    Önümdə farağat dayansın hər gün.
    Brejnev bircə an düşsə əlimə,
    Onu əsgi edib, qanun silərdim.
    Kəsərdim başını alim ərimin,
    Əsgi Brejnevlə qanın silərdim.
    Bütün inadları - sərt zəncirləri,
    Qırıb dağıdıram bircə baxışla.
    Elə şumlayaram, ər kişiləri,
    Belə şumlanmayıb torpaq da xışla.
    * * *
    Pislədim ərimi uşaqlarıma,
    Günahı məndə yox, onda görsünlər.
    Öyrətdim, nə versəm, ac canavar tək,
    Yesinlər, sonra da - Sağ ol! - desinlər.
    Aliment, qonorar aldığım günlər
    Şaqraq, qəhqəhələr selləndi evdə.
    Səsdən çilçıraq da şelləndi evdə.
    Sərxoş qadınlarla sərxoş kişilər,
    Necə acgözdülər, görməmişdilər?!
    Açılır gül kimi cənnət sinələr,
    Az qalır, ulduzlar enib, sinələr.
    Coşur ehtiraslar, qaynayır hisslər,
    Hamı sarmaşıqdı, sarılmaq istər!
    Şampan şüşələri fantan fışqırır,
    Yanaşı otaqda - zindanxanada,
    Diksinən uşaqlar qorxub qışqırır.
    ƏZABLAR PƏNCƏSİNDƏ
    _______________Milli Kitabxana_______________
    57
    Günlər ayı,
    Aylar illəri qovdu...
    Çırtladım, ağ tum kimi
    Qabıqladı illərim,
    Məni yaman günlərlə,
    Qabaqladı illərim.
    Hanı başdan keçənim,
    Yolumda od içənim?
    Hanı saçlı cavanlar?
    Hanı o daz keçəllər?
    Yanımdan kor keçirlər.
    Gülürlər halıma, uşaqlarıma,
    "Bu filan fahişənin qızı, oğludur" –
    deyib, tanıdırlar uşaqlarımı.
    Qara torpaq kimi vicdan cücərdir,
    Artır göbələk tək əzablar bir-bir.
    Almanı, heyvanı yeyən qurd kimi,
    Əzablar içimi yeyib çürüdür;
    Dirilir, çoxalır, sanki kürüdür.
    Hərdən yada düşür İvan, Ayrapet,
    Məktəbli Domniçev, dustaq Murad da.
    Bədənim dəhşətdən alışır yenə.
    Tüküm biz-biz olur, elə bilirəm,
    Bir milyon qarışqa daraşıb mənə.
    ölmək istəyirəm, ölüm də gəlmir.
    Özümə qıymağa əlim də gəlmir.
    Günəşin odunda üşüyür əlim,
    Məni qızdıracaq bir isti yoxdur.
    Mənə nə oldusa, mən özüm etdim,
    Mənimlə Allahın bir qəsdi yoxdur.
    Yazıb saxlamışam sol döşüm altda,
    "Kim məni öldürsə, kim mənə qıysa
    Cani tanımayın onu həyatda".
    İndi anlayıram, indi duyuram,
    Qadın azadlığı belə deyilmiş,
    _______________Milli Kitabxana_______________
    58
    Anlaya bilmədim mən bu hikməti,
    Bir vaxt nadanlıqdan, indi duyaraq
    Sevdim, alqışladım bu hökuməti.
    Azadlıq, harınlıq deyilmiş ey, vah...
    Əzablar əlində çürüyürəm mən,
    Ömrü yaşamıram, sürüyürəm mən.
    ƏRİMƏ MƏKTUB
    Alçaqlığın zirvəsiyəm,
    zil səsiyəm,
    Hey soluram əməlimdən.
    Yada düşür o illərim,
    Mən uçuram təməlimdən.
    De, hardasan, - ər - dediyim,
    Yıxılıram, tut əlimdən.
    Yox, toxunma, əllərində
    Əllərimin çirki qalar.
    Yaxın gəlmə, nəfəsinə
    Mən alçağın, mən murdarın
    Pis nəfəsi ləkə salar.
    Sən zirvəsən, mən ətəyəm,
    Nə daşın var, tök başıma.
    Bulud-bulud - ölüm yüklü,
    Qəzəbini çək başıma.
    Çax evimdə-eşiyimdə,
    Vursun məni ildırımın.
    Mən atılım, parçalanım,
    Ömrün, günün gətirdiyi,
    Bu uçurumun, sıldırımın
    Göz qaralan zirvəsindən.
    Bir zaman deyərdin, yaxşı deyərdin:
    "Vicdan zəlzələsi olmalıdır ki,
    Oyanıb özünü görə biləsən.
    Həyatda tanıyıb özünü bir gün,
    Sən özün-özünə gülə biləsən".
    _______________Milli Kitabxana_______________
    59
    Vicdan zəlzələsi işini gördü,
    Bir də məktubların, - o ağrıların
    Oyatdı yuxudan azadlığımı,
    Göstərdi o, mənə yol azdığımı.
    ƏRİMİN BİRİNCİ MƏKTUBU
    Bu ürəyim tez açıldı:
    Alqışladı gəlişini.
    Döndü yaşıl göy çəmənə
    Çiçək bilib gülüşünü.
    Ürəyimdə taxta çıxıb,
    Hökm verib fərman yazdın.
    Ürəyimdə baş qaldıran
    Arzulara məzar qazdın.
    Nağıldakı qızıl balıq,
    Qoca oldum səndən ötrü
    Bəyənmədim, - sən sevmədin
    Hansı rəngi, hansı ətri.
    Gümüş xəncər - namərdliyin
    Uf,...f... saplandı kürəyimdən;
    Qopdu, qalxdı ürəyimin
    Bir Şamaxı zəlzələsi,
    Qaçıb çıxdın ürəyimdən.
    İndi yetim cücə kimi
    Üşüyürsən ürəyimsiz.
    Düşüb ömrün yoxuşuna,
    Töşüyürsən, ürəyimsiz.
    Bir barama qurdu kimi
    Yeyib yarpaq ürəyimi,
    Sən özünə tor hörmüsən...
    Heç kim, heç kim görməsin, yox,
    O günü ki, sən görürsən.
    _______________Milli Kitabxana_______________
    60
    İşıqlı
    Həyat palaz kimi çırpsa da məni,
    O qədər çirkliyəm, təmizlənmərəm.
    Bu dünyaya, bu həyata,
    Yüz yol gəlib-getsəm, təzələnmərəm.
    Sızlayır sinəmdə, mənə zülm edir
    Yalvarıram sussun, susmur ürəyim.
    Zəhərlənən ömrüm, pis əməlləri
    Yalvarıram qussun, qusmur neyləyim?
    Allah da nə yaman amansız imiş,
    Məndən qisas alır, intiqam alır.
    Güzgüyə baxıram, gör nə gündəyəm,
    Yanağım, gözlərim hər gün sozalır.
    Deyərdim - əməlim pisdisə əgər,
    Qaytarsın Allahım məni pis yoldan.
    Qaytarmır! - deməli, xeyirxaham mən.
    Hər kəsi qəflətdən odur oyadan.
    Çürük fəlsəfələr məni kor etdi,
    Fitnələr, kələklər eldə kar etdi.
    Bu kora, bu kara yol, iz neyləsin?
    Ər, oğul, qız məni necə söyməsin?
    _______________Milli Kitabxana_______________
    61
    ƏRİMİN İKİNCİ MƏKTUBU
    Mən səni, ölməz eşqin,
    Sən, məni nadanlığın
    Zirvəsinə çəkirdin.
    Mən göylərə ucaldım,
    Sən, bu gözəl həyatın
    Zülmət dibinə çökdün.
    Mən ki, səni ucaltmaq,
    İlk ömrünü uzatmaq,
    Leylim etmək istədim,
    Sən isə xırdalandın.
    Bit vurmuş unlar kimi
    Yoğrulmadın.
    Çılpaq yalanlar kimi
    Doğrulmadın.
    Səni Allah etmək,
    Arxanca sürünmək,
    Həsrətinə bürünmək,
    Hara getsən,
    Dalınca getmək istədim...
    Sən xırdalandın:
    Su kimi, civə kimi
    Əldə durmadın.
    Sürüşdün sabün kimi,
    Partladın köpük kimi,
    Çürüdün kötük kimi.
    Allah etmək istədim;
    O qədər xırdalandın:
    Sən o qədər kiçildin,
    Xəlbir nədir, cunadan,
    Ələkdən də keçərdin.
    Gözlə, yığım fikrimi,
    Səhv etmişəm;
    Süzülən mikrob kimi,
    _______________Milli Kitabxana_______________
    62
    Sudakı amyob kimi
    O qədərxırdalandın,
    Milyon kərə böyüdən
    Mikroskopla baxıram,
    Görmürəm səni.
    Mən bu həyat eşqinə
    Yerdə alovlanarkən,
    Sən bulanlıq sel olub, -
    Eldə üstümə axdın.
    Ürəyimə, hər yerdə
    Zəfər bayrağı taxdın.
    Biz uca zirvədəyik;
    Sən böyük alçaqlığın,
    Mən böyük ucalığın.
    Daha dilbər, mələk yox,
    Külqabısan, külqabı.
    Papiros fısqıranlar,
    Sənə tökür külünü.
    Kim götürər, söylə, kim
    Bu həyatın, dərilib
    Ayaqların altında
    Tapdaq olan gülünü?
    Yaşa eşqi sönmüş gecələrini,
    Günəşi sönmüş gündüzlərini.
    Mən sənə çox dedim: -
    Böyük Yaradan,
    Görür, göydən baxır, sən inanmadın.
    İndi səni yaxalayıb
    Həyatın dəvə kini.
    Həyat səni gövşəyir
    Dəvə kimi.
    ƏRİMİN OĞLUMUZA MƏKTUBU
    Oğlum! İki gözüm, ömrümün ucu!
    Analıq haqqında gizləndi anan,
    Namusdan, ismətdən danışdı, ancaq,
    Xəlvəti yerlərdə gözləndi anan.
    Səni qurtarmaqçün namərd əlindən, -
    _______________Milli Kitabxana_______________
    63
    Ağzı qan qoxulu bu dərd əlindən,
    İsidə bilmədim "soyuq qanunu"
    Qanunlar "qanunla" içdi qanımı.
    Odlu duyğularım məni dağladı,
    Gözlərim güldü ki, düşmən gülməsin.
    Fəqət, bu sinəmdə ürək ağladı,
    Şişirtdi könlümü anlamaq dərdi.
    Öldürə bilmədim anan namərdi.
    Oyuncaq görürəm, qəlbim uçunur,
    Sən yadıma düşürsən.
    Bir uşaq görürəm, könlüm açılır,
    Sən yadıma düşürsən.
    Görsəm uşaq paltarı,
    Tez almaq istəyirəm:
    Yada düşür ayrılıq,
    Sınırqolum, qanadım,
    İçimdən hirslənirəm.
    Dükançıdan, dükandan,
    Özümdən də küsürəm.
    Elə yer axtarıram,
    Məni görən olmasın,
    Görüb, gülən olmasın...
    İSLAMİN YUXUSU
    Yatmışdı. Yuxuda gördü ki, İslam,
    Ev yanıb, uşaqlar boz külə dönüb.
    Hövlnak oyanıb durdu yuxudan,
    Gördü ki, hər yanda işıqlar sönüb.
    Şəhər şirin-şirin yuxulayırdı,
    Küçələr ağrıdan zoqquldayırdı.
    Uzandı ki, yatsın.
    Gah sağa dönüb,
    Gah sola çevrilib zıqqıldayırdı.
    Canından bir soyuq üşütmə keçdi,
    Ürəyi qəfildən sıxıldı nartək.
    İslamı bu halda görən qorxardı,
    Sifəti ağarıb olmuşdu qar tək.
    _______________Milli Kitabxana_______________
    64
    İlan vuran yatdı, İslam yatmadı,
    Söz-sözü qovurdu, fikir-fikiri.
    Sanırdı başına dəyir gürz kimi,
    Divar saatının işlək kəfkiri.
    * * *
    Səhərin gözləri kirpik döyürdü,
    İslam yuxusundan durub geyindi.
    Uzun pillələri bir anda endi...
    Sandı ki, hər ağac təzə gəlindi,
    Gülür qucağında budaq-uşaqlar.
    İslam bir budağa sığal da çəkdi,
    Qəlbinə həm ağrı, həm sevinc çökdü.
    Beləcə, bilmədi vaxt necə ötdü,
    Uzanan bu yollar bir anda bitdi.
    Zəngin düyməsini basdı nə zaman,
    Dəcəl körpəsini qoynunda gördü.
    Yaladı duz kimi, basdı bağrına,
    Sən demə, balaca - sonbeşik oğlu,
    Artıb hərarəti - soyuqlayıbdır,
    Duyub ata qəlbi - uzaq da olsa,
    Odur ki, sübhəcən sayıqlayıbdır.
    Nə böyük bayrammış atalı hər gün,
    Uşaqlar bu sirri indi bildilər.
    Otaq istilənib, çörək dadlanıb,
    Elə bil krandan su yox, bal axır...
    İŞIQLI
    Yıxılıb ərimin ayaqlarına,
    Dedim: - Günahkaram, bağışla məni.
    Döy məni, söy məni. Buna haqqın var,
    Demirəm, əzizlə, alqışla məni.
    Oğru tanıtmışam oğru mən, səni,
    Qanım halalındı doğrasan məni.
    Yalanam, kül elə doğru sən, məni.
    _______________Milli Kitabxana_______________
    65
    Sürtdüm dodağımı dodaqlarına,
    O, bir heykəl kimi susdu, dayandı,
    Dindi, elə bildim evimdə o, yox,
    Bir qaya astadan dindi, oyandı.
    İSLAM
    Yalvarıb,
    Sürtünmə ayaqlarıma,
    Bircə sənlik ovcumda
    Hey səni gəzdirmişəm.
    Səni Aya tanıdıb,
    Ulduza göstərmişəm.
    Sən elə bəxtiyardın,
    Cəhənnəmin özünə
    Cənnət kimi baxardın.
    Günah özündə oldu;
    Yana baxıb, yıxıldın.
    O gün sinəm yarıldı,
    Atdı səni ürək də.
    Unutmadı o kini.
    Zəlzələdən ayrılıb
    bağlanan torpaq kimi,
    Yarılmadı o, bir də,
    Sən sinəmə girəsən,
    Ürəyimə gələsən.
    Təkcə çörək demirəm,
    Su da haramdı sənə,
    Niyə hava udursan?
    Niyə Günəş dadırsan?
    O da haramdı sənə,
    Bu da haramdı sənə.
    Daha pis gün olmaz ki,
    Bundan oyana:
    Ərə qadın deyilsən,
    Övlada ana.
    Ataya qız deyilsən,
    _______________Milli Kitabxana_______________
    66
    Qardaşa bacı.
    Neyləyirsən belə acı,
    Ömrü, günü?!
    Niyə ulduz dadırsan,
    Niyə Günəş dadırsan
    O da haramdı sənə,
    Bu da haramdı sənə.
    İŞIQLI
    Zəlzələ qopmuşdu sanki canımda.
    Titrəyib əsirdi vücudum mənim.
    Elə düşünürdüm mənsiz tərpənir,
    Qıçım bir yanımda, qol bir yanımda.
    Otağa lal sükut çökdü arada,
    Hər şeydən xəbərsiz körpə uşaqlar,
    Danışıb gülürdü hey yan otaqda...
    Tufandan sonrakı ağaclar kimi
    Daha titrəmirdi əlim, ayağım.
    Toxundu çiynimə onun əlləri,
    Mən elə bildim ki, yandı çırağım.
    Oturdu. Başımı qoydum dizinə,
    Baxa bilməyirdim ancaq üzünə.
    O da çırpınırdı əzab əlində,
    Səssiz ağlayırdı sözü dilində.
    O, ah çəkdi dərindən,
    Oxudum gözlərindən:
    Gözlər mənə ox kimi,
    Güllə kimi dəyirdi.
    Gözlər mənə deyirdi:
    - Təbəssüm-təbəssüm paylandın,
    _______________Milli Kitabxana_______________
    67
    Gülüş-gülüş çiləndin
    Yad üzlərə.
    Doğma izləri qatdın
    Yadizlərə...
    Beləcə qurtardın,
    Beləcə qaytardın
    səadəti qapından...
    Düşün,
    Axtar
    Ötən günün bucağını.
    Sal yadına yadlara
    Cənnət olan qucağını.
    Axtar ömrün küncünü,
    Gün cibini.
    Gör kim qalıb yadında...
    Getdiyin o yolları
    niyə danırsan indi?
    İtələmə heç kimə,
    Can qurtarmaq istəmə,
    Qazandığın pis günlər-
    Bu cəhənnəm sənindi.
    Nə söy Allahını, nə qına bəxti,
    Nə də ki, yetənin dalıyca söz de.
    Bu acı günləri, acı həyatı
    Özün qazanmısan, öz barındı, ye.
    Hər gün ayağına düşən Günəşin
    Qədrini bilmədin, Günəş də döndü,
    Qaraldın ocaqda sönən köz kimi.
    Üzdü əllərini səadətindən
    Coşan ürəyimin qəzəbi, kini.
    Eh, suda boğulan adamlar kimi
    Ayağın boşluqda, əlin göydədir.
    Bir saman çöpü də keçmir əlinə,
    Bu da xəyanətin sonu! - Gör nədir!
    Səndən ürəyimdə qalan yaraya
    Yaddaşım duz səpib, elə göynədir,
    _______________Milli Kitabxana_______________
    68
    Elə yaş tökürəm, - mənim yanımda
    Qara bulud nədir, dolan göy nədir?!
    İŞIQLI
    İçməmiş sərxoşam, başım gicəlir,
    Keçmişim dərd olub mənə güc gəlir.
    Zaman dəli seldi, mən qumlu sahil,
    Məni sökə-sökə axır ömrümdən.
    Vaxtım əməlimdən ləzzət alır ki,
    Mənə gülə-gülə baxır ömrümdən.
    Ulduzlar qınayır, qəh-qəhəsindən,
    Səs düşür beynimə, qulağım batır.
    Günəşi əks edən Ay mənə gülür,
    Ah, nələr çəkirəm? Bunu kim bilir?
    Elə bil baxışlar qaratikandı,
    Sancılır canıma yolda, küçədə.
    Qaynadır içimdə məni əzablar,
    Sanki cəhənnəmdi gündüz, gecə də.
    Arabir Ay Yerdən inciyir-küsür,
    Elə bil məndən də küsüb bu dünya.
    Ayağım altından Yer qaçır, yıxır,
    Mehri, salamı da kəsib bu dünya.
    Günəşin işığı azalıb nədir?
    Gündüz də qaranlıq görünür mənə.
    Qaçmağa halım yox, susuz səhrada
    Əzab ilan kimi sürünür mənə.
    _______________Milli Kitabxana_______________
    69
    ƏRİMİN ÜÇÜNCÜ MƏKTUBU
    Bir vaxt haray cəkdim, nalə qopartdım.
    Yatmış hisslərini oyatmaq üçün
    Sinəmdən sinənə mən söz-qor atdım.
    Üzünün nə qədər tərsini gördüm,
    Gəmi kədərini, qayıq kinini,
    Dəniz ürəyimin dibinə gömdüm.
    Geri çəkilmədim, geri dönmədim.
    Göz yaşım sinəmə, yağdı, töküldü,
    Yağa su damar kimi.
    Mərhəmət fışqırdım, haray çağladım,
    Kəsilmiş damar kimi.
    Pas atmış qılıncam, sınıq nizəyəm,
    Korşalan bıçağam, gəzmə sən məni.
    Bir də məzarlıqda görərsən məni,
    Məndən qabaq gedib gözləsən məni.
    ƏRİMİN SON MƏKTUBU
    Namərdliyin;
    Uşaqların fərəhini
    Yeyib yatan çaqqaldı.
    Böyümədi uşaqlar,
    Nə olsun ki, sağ qaldı?
    Böyüdü, hər birində
    Bir az hünər, cəsarət,
    Bir az sevgi çatmadı.
    Yetimlik zərbəsindən
    Beyni, ruhu çatladı.
    Sevindilər, yarımçıq
    Gözlər gördü, yarımçıq.
    Ürək güldü, yarımçıq.
    Gecə gəldi, yarımçıq.
    Doğma gördü, yarımçıq.
    Qonşu baxdı, yarımçıq.
    _______________Milli Kitabxana_______________
    70
    Hər oğula, hər qıza
    Sevgi axdı, yarımçıq.
    Dinən dili yarımçıq.
    Verən əli yarımçıq,
    Alan əli yarımçıq.
    Böyüdülər yarımçıq.
    Ömüryolu həmişə
    Oldu kəsəkli, palçıq.
    Fikirləri yarımçıq,
    Ağlı, beyni yarımçıq.
    Alt paltarı yoxdu, yox,
    Ust paltarı yarımçıq.
    Atasız uşaqların
    Ruhunda ata qutu,
    Səsində kişi səsi,
    Bir az ata qeyrəti,
    Bir az ata heyrəti,
    Bir ata cəsarəti
    Çatmayır, çata bilmir.
    Atasız körpələrin,
    Elə bil ki, Günəşi var,
    Ayı yoxdu dünyada.
    Bilən yoxdu, sevinc az,
    Dərdi çoxdu dünyada.
    Bəladır, faciədir
    Bu ellərin, bəşərin
    Vətəndaşı yarımçıq.
    Vətən adlı bu evin
    Vətən daşı yarımçıq.
    Düşündükcə, beyində,
    Ürəkdə çatlar artır.
    Vicdan qoyub topuna,
    Məni, bu Yerdən atır.
    _______________Milli Kitabxana_______________
    71
    Namərdliyin;
    Əbədi qış gətirdi,
    Üşü indi qışında.
    Həyatın sual dolu
    Bataqlıqdı qarşında.
    Bir zaman sən gülürdün,
    İndi sənə gülürlər.
    İndi səni zibil nə,
    Zibilxana bilirlər.
    Namərdliyin - cəhənnəm,
    Yer cəhənnəm tiyanı;
    Yan içində, ay diri!
    Sən də ölünün biri!
    İŞIQLININ HARAYI
    Ailənin zəhəri baldan şirindi,
    Gec bildim, anladım bu həqiqəti.
    Səhvimin oduna yandım, kül oldum,
    Külümdü danışan! Deyirəm qəti:
    Qadınlar, qoruyun evi, ailəni,
    Sadəlik, adilik məhəbbətdi bu.
    Atalı, analı böyüsün körpə,
    Ailəyə, vətənə mərhəmətdi bu.
    Ailə - tikilən bir evdi, gərək
    Bir daşın bəy qoya, bar daşın gəlin.
    Tikilməz, yüz il də keçsə ömürdən,
    Görməsə sehrini daşlar bir əlin.
    Ailə fidandı, açıla bilməz,
    Dəysə yad nəfəsi, o, solacaqdır.
    Ailənin sirrini bilsə ana da,
    Ailəyə sönməyən od salacaqdır.
    _______________Milli Kitabxana_______________
    72
    İki nəfərlikdi ailə sevgisi,
    Üçüncü görünsə, dağılacaqdır.
    Qoru üçüncüdən evini, qadın,
    Qorusan, səadət doğulacaqdır.
    Qorusan, balalar çiçəkləyəcək.
    Göyərçin balalar, bülbül balalar
    Səadət adında çiçək yeyəcək.
    Ev gülər, isinər ər nəfəsindən,
    Ən aciz kişi də Günəşdir evdə.
    Məhəbbət, etibar hansı evdədir,
    O ev dünya kimi genişdir eldə.
    Hər qəmə, kədərə sevgi qatın ki,
    Məhəbbət qoxusun evin havası.
    Eşq dolu, nur dolu yaz yağışıdı,
    Ailədə bəy ilə gəlin davası.
    Bir körpə uşaqdı kişi ürəyi,
    Onu əzizləyin, eşqə bələyin.
    Yaşayın sevginin böyüklüyündə,
    Evi körpələrə cənnət eləyin.
    Qoruyun körpəni! Ana köksünü,
    Yetimlik divinə qalxan eləyin.
    Heç nədən qorxmayın!
    Təkcə bu dərddən
    Ana ürəyini qorxan eləyin.
    Dünyanın nə qızı, nə də oğulu,
    Eldə mənim kimi gec oyanmasın.
    Dərs alın dərsimdən, həyatda bir də
    Mən yanan odlara kimsə yanmasın.
    Gecələr nə qədər uzun olsa da,
    Axırda səhərə dirənir zülmət.
    Günəş doğulacaq, qara buludla
    Nə qədər kölgələ, nə qədər gizlət.
    _______________Milli Kitabxana_______________
    73
    EPİLOQ
    Əli çənəsində, gözü yollarda,
    Pəncərə önündə qadın ağlayır...
    O, elə ağlayır, elə hönkürür,
    Göz yaşı torpağı, daşı dağlayır.
    Günahı böyükdür, günahlarını,
    Yumaz, yer kürəsi olsa da dəniz.
    Bir zaman saymayıb oynatdığı ər,
    İndi ondan ötrü canından əziz...
    Gecdi, döy başına, ağla, nə xeyri?
    Səadət getdimi, qayıtmaz geri!!!
    SON
    1981-1982-2008
    _______________Milli Kitabxana_______________
    74
    "Qurani-Kərim"dən
    Ey insanlar, Sizi və Sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət eləyin,
    qоruyun özünüzü Allahın əzabından. (Bəqara surəsi, ayə 20-dən)
    ***
    Qadınlardan üstün bilinmiş kişilər. Kimi kimdən üstün tutmağı Allah
    yaхşı bilir və çünki qadın üçün öz malından хərcləyir kişi. Ürəkdən
    itaətkar оlar yaхşı qadınlar. Allahın qоrumağı əmr etdiyini ərləri yanında
    оlmayanda da qоruyar оnlar. (Nisə surəsi, ayə 34-dən)
    ***
    Bir kimsəyə qıymayın. Yer üzündə pоzğunluq yaymayın. Adamı kim
    qətlə yetirsə, sanki bütün insanlığı öldürür о. Kim adamı ölümdən
    qurtarsa, sanki bütün insanlığa həyat verir. (Məidə surəsi, ayə 32-dən)
    ***
    Nuhun arvadı ilə Lutun arvadını kafirlərə misal çəkər Allah. Əməlisaleh
    bəndələrimizlə nikahda ikən ərlərinə хəyanət eləmişdi hər ikisi. Allahın
    bunlara verdiyi əzabın qarşısını ala bilməmişdi ərləri. "Cəhənnəmə
    girənlərə qоşulun" deyilmişdi о qadınlara. (Təhrim surəsi, ayə 10-dan)
    ***
    Atanızın evləndiyi ilə evlənməyin... Əхlaqsızlıqdı, iyrənc bir şeydi, pis
    bir yоldu bu. (ayə 22). Ananız, qızınız, bacınız, bibiniz, хalanız, qardaşınız
    qızı, bacınız qızı, Sizi əmizdirmiş süd ananız, süd bacınız, qayınananız,
    zifafa girdiyiniz qadından оlub evinizdə saхladığınız qızlığınız dоğma
    оğlunuzun halalı və iki bacını alıb evlənmək haram buyrulmuş. (Nisə
    surəsindən)
    Sevərək yaşayanlar
    Bu dünyanın gülüdür.
    Sönsələr də, həyatın
    Qоr saхlayan külüdür.
    Qaranlığa düşdünmü,
    Al yanına aşiqi.
    _______________Milli Kitabxana_______________
    75
    Sevənlərdi taleyin
    Məhəbbəti, işığı.
    Sevəni görməyənin
    Ürəyi, gözü kоrdu.
    Əl-ayağa dоlaşan
    Daş, kəsək, qara kоldu.
    Sevən insan, ölüncə
    Yaşayır gülə-gülə.
    Sevməyən quru candı,
    Yaşayır ölə-ölə.
    Hamilədir bu dünya
    Yaхşıya da, pisə də.
    Оcaq yanır, yоl açır
    İstiyə də, hisə də.
    Sev, eşq ilə qanadlan,
    Bu Yer, göy sənin оlsun.
    Sev, sevənlər çохalsın,
    Dünya eşq ilə dоlsun.
    23.09.08
    _______________Milli Kitabxana_______________
    76
    İskəndər Etibar
    GƏNC AİLƏ ÜÇÜN YADDAŞ
    Yığılmağa verilib:05.12.2008
    Çapa imzalanıb: 09.01.2009
    Ş.ç.v. 3,5, tiraj 2000
    “MBM” mətbəəsinəçap olunub
    Bu kitabın hazırlanmasında çох əziyyət çəkən оperatоr Elnarə
    Səmədоvaya minnətdaram.
    Müəllif
    _______________Milli Kitabxana_______________
    77
    1937-ci il fevralın 15-də Şamaхıda dünya ilə salamlaşan şair İskəndər
    Etibarın böyük məhəbbət və həvəslə, daхili ehtirasla yazdığı "Gənc ailə
    üçün yaddaş" kitabı günümüzün vacib prоbleminə həsr оlunub. Bu gün də,
    gələcəkdə də gənc ailənin stоlüstü kitabı оlacaq bu ibrət dərsi bütün
    zamanlar üçün vacibdir.
    Kitab, atalar sözləri, el misalları və müəllifi əhatə edən mühitdə,
    həyatında baş verənlərlə şairanə bir qələmlə süslənmişdir. Оna görə də
    оnu həvəslə охuyursan və охuduqca maraq səni охudur. Əminik ki, bu
    kitab gənc ailələrə sevinc, fərəh, əхlaq bəхş edəcək. Ailələr möhkəm təməl
    üzərində qurulacaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: GƏNC AİLƏ ÜÇÜN YADDAŞ - İskəndər Etibar

          Kategori: Atış Serbest

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1986

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş