Ya Qarabağ Ya Ölüm adlı mahnını dinləyəndə eşitdiyimiz O səsin sahibinin, adını, səsini hər eşitdiyimizdə gözlərimizi dolduran, kaş ki.. dediyimiz Milli Qəhrəmanımızın, "Hamınız qorxaqsız, arvadsız" sözü ilə çoxlarını utandıran insanın, Çingiz Mustafayevin doğum günüdür bu gün. 29 avqust.. Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan

Bu konu 3297 kez görüntülendi 1 yorum aldı ...
Bu gün Çingizin Doğum Günüdür 3297 Reviews

    Konuyu değerlendir: Bu gün Çingizin Doğum Günüdür

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3297 kez incelendi.

  1. #1
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart Bu gün Çingizin Doğum Günüdür

    Ya Qarabağ Ya Ölüm adlı mahnını dinləyəndə eşitdiyimiz O səsin sahibinin, adını, səsini hər eşitdiyimizdə gözlərimizi dolduran, kaş ki.. dediyimiz Milli Qəhrəmanımızın, "Hamınız qorxaqsız, arvadsız" sözü ilə çoxlarını utandıran insanın, Çingiz Mustafayevin doğum günüdür bu gün. 29 avqust..

    Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynmağa başladığı rol Çingiz Mustafayevi islahtçı-novator lider simasında təqdim etməkdə idi.

    Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmaqa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəlaiyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona gərə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədn məlumat verən telequrum kimi qəbul edirdilər.

    Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinn 1992-ci ilə qədər olan dövrünün əsil salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əskərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.

    Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əskər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əskərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qəısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
    Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
    Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

    Ad Günün Mübarək olsun ölməz Qəhrəman!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Bu gün Çingizin Doğum Günüdür

          Kategori: Azerbaycan Tarihi

          Konuyu Baslatan: K_H-zade

          Cevaplar: 1

          Görüntüleme: 3297


  2. #2
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    36
    Mesajlar
    1.897
    Konular
    1219
    Beğendikleri
    405
    Beğenileri
    15
    Tecrübe Puanı
    929
    @Revane

    Standart Çingiz Mustafayev



    Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.


    ALLAH SENE REHMET ELESIN, VETENIN IGID OGLU!
    HER ZAMAN FEXR ETMİŞEM ONUNLA.... VETENİMİN BELE OĞULLARR OLDUĞU ÜÇÜN QURUR DUYURAM!!





    Çingiz Mustafayevi tanimayan bilmeyenler bu görüntüleri izleyin içler acıtıcı bu videoda çingiz mustafyevin öz seside var hara gedirsünüz:$ hamınız qorxaqsınız arvadsınız :$ ay balam niye demirsiniz ki qorxuram:$ burdan qubadlıya dek gittim birdene binnamusuz qayıtmadı:$ onlar hayatlarının axırına qeder yaşaya bileceklermi :$ işde bu sözler çingiz mustafayeva aid olan sözlerdir savaşda bu görüntüleri çekmek ve özünü düşmen güllesine mehv etmek her igidin işi deyil bu görüntüler hala illerdir azeribaycanin arşivinde saxlanmakta ALLAH SENE REHMET EYLESİN ÇİNGİZ SEN BİZLERİN HAFIZASINDA MİLİ QEHREMAN OLARAQ DAİMA YAŞAYACAKSAN

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş