Bir gün, bir kişi evdə oturub televizora baxir..Birdən başlayır dəli kimi evi axtarmağa..Hər yeri dağıdır..Bunu görən arvadı təəccüblənib soruşur:"Ay kişi nə axtarirsan belə, nə olub ?" Kişi deyir:"Bu evdə gizli kameralar var. Onlari axtariram." Arvadi yenə soruşur:"Sənin belə düşünməyivin səbəbi nədir ?" Kişi deyir:" Bax o televizordaki kişi iki dəqiqədən bir deyir ki' siz AZtvy-ə baxirsiniz' De görüm o haradan bilir ki, mən hansı kanala baxıram?=)) ♠ ♠ ♠ Bir gün biri türməyə

Bu konu 23793 kez görüntülendi 6 yorum aldı ...
letifeler 23793 Reviews

    Konuyu değerlendir: letifeler

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 23793 kez incelendi.

Konu: letifeler

  1. #1
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Smile letifeler

    Bir gün, bir kişi evdə oturub televizora baxir..Birdən başlayır dəli kimi evi axtarmağa..Hər yeri dağıdır..Bunu görən arvadı təəccüblənib soruşur:"Ay kişi nə axtarirsan belə, nə olub ?" Kişi deyir:"Bu evdə gizli kameralar var. Onlari axtariram." Arvadi yenə soruşur:"Sənin belə düşünməyivin səbəbi nədir ?" Kişi deyir:" Bax o televizordaki kişi iki dəqiqədən bir deyir ki' siz AZtvy-ə baxirsiniz' De görüm o haradan bilir ki, mən hansı kanala baxıram?=))

    ♠ ♠ ♠

    Bir gün biri türməyə düşür..Ondan soruşurlar ki, ay kişi sən 60 nəfər öldürmüsən 1 dəqiqənin içində bunu necə elədin ? Kişi cavab verir:
    Heç yolda gedirdim maşının tormuzu tutmadı baxdım düz getsəm qabağda uşaqlar var,sağa getsəm bazar var bazara girsəm çox adam ölecək,baxdım sola gördüm ki, 2 dənə qoca oturub,dedim qoy bunları vurum heç olmasa onsuzda yaşadıgı qədər yaşayıblar bəsləridi..Gəldim qocalara çatanda birini vurdum o biri bazara qaçdı=))))

    ♠ ♠ ♠

    ‎Üç türemşika ( amerikan,fransiz,azerbaycanli ) hərəsinə bir it verirlər, ayrı-ayrı otaqlarda,yemək içmək nə qədər istəyirsən..Öz itini kim danışdırsa buraxırıq onu evə..Nə isə bir aydan sonra gəlirlər ki, amerıkanlı bütün yeməkləri itə yedizdirib, özü arıqlayıb çöpə dönüb, yalvarır ki, ay it sən canı bir söz de...Fransız da ondan beş-betər..Azərbaycanlının yanına gəlirlər, görürlər Mamed uzanıb itin də yeməyin yeyib, öz yeməyin də,it arıqlayıb, pis gündə, Mamedin yanında uzanıb yalvarır:
    "Mamed ay Mamed sən ölənlərinin goru,bir tikə çörək ver=))))

    ♠ ♠ ♠

    Bir gün bir kişinin evini tarakanlar basır..Kişi axırda gedir baxıcı yanına deyir ki:
    -Mənim evimi tarakanlar basıb nə edim?
    Baxıcı deyir:
    -Get evin ortasında otur qışqır ki "bəsdirin rədd olun evimdən".
    Kişi gedir evin ortasinda oturur və qışqırır:
    -Bəsdirin rədd olun evimdən görür ki, tarakanlar yavaş-yavaş gedirlər.Sonra kişi başdıyır bərkdən gülməyə.Tarakanların biri deyir:
    -eee qayıdın geriyə kişi zarafat eliyir=)))

    ♠ ♠ ♠

    Bir gün dəlixana müdri gəlir dəlilərə baxmağa. Dəlilər kubik daşı ilə futbol oynayır hamının ayağı sınır.Amma biri qıraqda durub onları izləyir Müdir bu adamın artıq dəli yox ağıllı olduğuna inanıb gəlir yanına:
    Müdir:
    -Sən niyə oynamırsan?
    Dəli:
    -Kəlləlik gözləyirəm=))

    ♠ ♠ ♠

    İki qoca qadin avtobusda yan yana oturarkən söhbət edirlər birinci qadın deyir-zarafatsiz sənin neçə yaşın var ?
    Bilmirsenki ? 30 yaşım var bəs sənin ?
    Mənim də 27
    Birdən onları eşidən qonşularının gənc qızını görürlər ondan yaşını soruşurlar..
    Qız:-Sizin hesablamalarınıza görə mən hələ anadan olmamışam =))

    ♠ ♠ ♠

    Bir gün bir şofer insan qaçaqmalçılığı ilə məşğul olur..Yolda polis onu saxlayıb soruşur:
    Maşında nə var ?
    Şofer:-maşında mal var..
    Bu anda içəridən biri:-mal özünsən deyir
    Polis bəs mal var idi ?
    Şofer:-mal olmasaydı başın çıxartmazdı ki=)))

    ♠ ♠ ♠

    İki dost söhbət edərkən,biri o birindən soruşur:
    Dostum sənə göndərdiyim məktubu aldın ?
    Dostu cavab verir:-Hansı məktubu deyirsən 10 manat borca pul istədiyini ?
    Həəə..
    Yox hələ almamışam=))))






    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: letifeler

          Kategori: Atış Serbest

          Konuyu Baslatan: K_H-zade

          Cevaplar: 6

          Görüntüleme: 23793


  2. #2
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart

    Məscid mollası xanımlara avaz verirmiş.(avaz öyüd nəsihət).
    Qadınlardan biri soruşmuş: -Molla bir mühəndislə cinsi əlaqədə olursam onun cəzası nə qədər?
    Molla:-3il demiş.
    Vəkillə olarsam?- 5 il.
    Həkimlə olarsam? 4 il.
    Bəs Mollayla olarsam?
    Molla:- səni gidi səniii... sən demək birbaşa cənnətə getmək istəyirsən...
    *******
    Balaca oğlan bağçada oynarkən, atası maşınıyla küçədən keçib, meşəyə tərəf getdiyini görmüş. Maraq bu ya, o da maşını izləyərək meşəyə getmiş. Bir də nə görsün. Atası ilə xalası maşının yanında durub öpüşürlər. Uşaq bu ya, gördüyündən həyəcanlanmış halda qaçaraq evə gəlmiş, təngi nəfəslə həyəcanlı bir şəkildə anasına,” Ana,Ana. Biraz qabaq atamı meşədəəəə deyərkən anası sözünü kəsmiş və dayan biraz,nəfəsini al sakitləş, sonra danış”. Oğlan sakitləşdikdən sonra davam etmiş. Bağçada oynarkən, atamın maşınının meşəyə tərəf getdiyini gördüm, məndə meşəyə getdim. Orada atamnan xalamı öpüşürkən gördüm. Bir qədər vaxtdan sonra atam köynəyini, xalamda öz köynəyini çıxartdı.Sonra maşının arxa oturacağına keçdilər. ”Ana uşağa çevrilmiş, ”dayan nə qədər maraqlı bir əhvalat bu, davamını danışma,saxla. Axşam yeməyində atanla bərabərkən danışarsan. Sən bu əhvalatı danışanda atanın sifətini görmək istəyirəm. Axşam olmuş, yeməyə oturmuşlar. Ana uşağa dönmüş: ”Bu gün nələr etdiyini bizə danışsana” demiş. Oğlan başlamış: Bağçada oynarkən, atamın maşınının meşəyə tərəf getdiyini gördüm, məndə meşəyə getdim. Orada atmnan xalamı öpüşürkən gördüm. Bir qədər vaxtdan sonra atam köynəyini, xalamda öz köynəyini çıxartdı. Sonra maşının arxa oturacağına keçdilər. Arxasındannn….. keçən il atam səyahətdəykən sənin əmimlə etdiyin şeydən etdilər.
    *******
    Ər arvad yemək yeyir ... O sırada stollarına yaxınlaşan heykəl kimi gözəl bir əsmər, kişini salamlayıb keçir. Kişinin arvadı soruşur:
    - Kim bu fəlakət?
    Kişi:
    -Əgər mütləq bilmək istəyirsənsə deyim, aşnam!
    Qadın:
    -Bir də bu qədər ət tökən, utanmadan söyləyirsən. Boşanıram səndən!
    Kişi:
    -Yəni Şəhərin mərkəzindəki binanı, 3mərtəbəli villanı, dənizdəki gəmini və altındakı maşını buraxırsan ...
    Uzun bir səssizlik olar. Cütlük yeməyini yeyərkən qadın birdən soruşur:
    -İndi arxada oturan Əliağa deyilmi? Yanındakı qadın kimdir?
    Kişi:
    -Əliağanın aşnası.
    Qadın:
    Vay vay vay o nə gündədi elə...Ayy bizimki çox daha gözəl maşallah!
    *******
    Təyyarə New Yorka yaxınlaşarkən iki pilot söhbət edirlər. Mikrafonda açıq qalmış və söhbətlərini bütün sərnişinlər eşitməkdədir.
    New Yorka enər enməz, əvvəlcə ilıq bir duşa girəcəm, sonra buzlu bir duble viski içəcəm, sonra da o sarışın saçlı , uzun ayaqlı stüardessaynan….
    Bunları eşidən sarışın saçlı uzun ayaqlı stüardessa həmən pilot kabinetinə doğru qaçmağa başlayar. Yaşlı bir sərnişin stüardessanın yolunu kəsər:
    Tələsmə qızım. Burax rahat rahat viskisini içsin.
    *******
    Dadaş bazara kalan borclanır.
    Arvadı Gülçöhrəyə deyirki məni soruşan olarsa Bakıya getdi deyərsən. Məndə damda gözdüyürəm.
    Bir müddət sonra Dursun gəlir soruşar Dadaş hardadır?
    -Bakıya getdi üç gün burda olmayacaq.
    Həsənəli gəlir eyni cavabı eşidir.
    Gülçöhrənin sevgilisi gəlir
    -Dadaş hardadı? Bakıda , sözünü eşidər eşitməz Gülçöhrəni öpməyə başlar.
    Dadaş yuxardan:
    Alçaq gədə sənin ananı öpərdim amma dua et Bakıdayam.
    *******
    Çox uzun vaxt maşın sürdükdən sonra kiçik bir qəsəsbədə bir müddətlik ara vermişdim. Şirin və seviləcək bir yerə oxşayırdı.
    İstirahət etdiyim yerin tualetinə girdim. Bütün tualetlər dolu kimi görsənirdi.Sonunda sonlara tərəf boş bir tualet tapıb oturmuşdum.Tam keyflə tualetimi edəcəkdimki “Salam nətərsən” deyə bir səs eşitdim.
    Tualetdə belə söhbətlərin olmayacağını düşünürkən birdən birə ağzımdan “Yaxşılıq, sən nətərsən” sözü çıxdı.
    Yandakı səs “ eee,nələr edirsən dedi, məndə şərqə doğru gedirəm”dedim.Bu qəribə dialoqdan yana biraz çaşmışdım amma yenə də davam etməyim gəlirdi.Taa ki,yandakı adamın:
    “Ürəyim mən telefonu bağlıyıram,yan tualetdəki ağıldankəmin biri mənim sənə verdiyim suallara cavab verir” dediyini eşidənə qədər.
    *******
    Müəllimə dərsdə Əlidən soruşar:-İngiltərə harada yerləşir?
    Əli:-Bilmirəm,müəllimə.
    Müəllimə:-Get evdəkilərdən soruş, sabah təkrar soruşacam.
    Əli evə gəlir və atasından soruşar.
    Atası:-Tam olaraq məndə bilmirəm harda yerləşir,amma çox uzaqda olmaz,çünki bizim şirkətdə bir nəfər İngilis işləyir,işə yeriyərək gəlir.
    *******
    Fikirli bir adam kitabxanaya getmiş və birbaşa kassaya yönələrək işçidən bir hamburger,bir kola və birdə kartof qızartması istəmişdir.İşçinin mal mal üzünə baxdığını görən adam bu səfər daha yüksək səslə:
    Başa sala bilmədim deyəsən cavan oğlan,mənə bir hamburger,bir kola və birdə kartof qızartması, verin.
    Artıq əməllicə hirslənən işçi:
    -Ay dayı burası kitabxanadı,demiş.
    Müştərinin üzü qıpqirmızı olmuş,bağışlayın deyib çox çox sakit incə səslə fısıldayaraq:
    Pardon pardon mənə bir hamburger,bir kola və birdə kartof qızartması….
    *******
    Təyyarə səmaya qalxmışdı. Maştağa ruhi Xəstəxanasının üzərindən keçərkən, pilot birdən gülməyə başladı.
    Stüardessa bu gülüşün səbəbini soruşduqda, pilot bu cavabı verdi:
    - "Baş həkim qaçdığımı öyrənincə kim bilər necə çaşacaq!"
    *******
    Əhməd məktəbdən evə çox sevincli halda gəldi.
    -Məktəbdə nə etdiniz?
    -Partlayıcı maddə emal etdik.
    -Bəs sabah nə edəcəksiz məktəbdə?
    -Hansı məktəbdə?


  3. #3
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart

    Keçmişdə bir tərəkəmə dağdan enəndə bir parça güzgü tapır. Güzgüyə baxır, öz sifətin görür, gülüb deyir:
    -Bu nə eybəcər adamdır!
    Evdə də bir neçə dəfə beləcə güzgüyə baxıb gülür.
    Arvadı buna təəccüblənir. Kişi yatandan sonra xəlvətcə alıb güzgüyə baxır, öz-özünə fikirləşir:
    -Bəxtəvər başıma, kişinin xoşuna bu arvad gəlirmiş. Yəqin ki, buna bənd olub.
    Qaynana görür ki, gəlin çox pərtləşib. Səbəbini öyrənir. O da fürsət tapıb güzgüyə baxır və deyir:
    -Bu nə eybəcər arvaddı. Gedə dəli oluf görəsən, nədi? Belə eybəcər arvada bənd oluf…

    * * * * * * * * * * * * *

    Günlərin bir günü üç dost qatar stansiyasına yanaşırlar.Qatarın qalxmasına yarım saat qaldığını bilib oturub bir az yemək yeməyi qərar alırlar.Bunlar şirin-şirin yemək yeyərkən , birdən qatar yola düşür.Bu üç dost təlaşa düşür.Biri şotu verir,biri isə çantaları yığır.Bundan sonra bunlar başlayırlar qatarın arxasınca qaçmaya.Bunlardan biri gücnən də olsa qatara çıxmağı bacarır.Digər ikisi isə qaçmağı dəvam etdirirlər.Sonra bunlardan biri də qatara çıxmağı bacarır.Axırda tək qalan dost bir az qaçdıqdan sonra yerə sərilib gülməyə başlayır.Qıraqdan bunu görən biri buna yaxınlaşıb soruşur:
    -Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar.Amma sən çata bilmədiyin az deyilmiş kimi,bir də uzanıb qəh-qəh çəkib gülürsən.Nəyə gülürsən?
    Dost deyirnlar məni ötürməyi gəlmişdilər ona görə.

    * * * * * * * * * * * * * * *

    Bir adam sabah gəzən vaxt qəribə bir yas topası görür. Qabaqda gedən itli bir adam, arxasında bir tabut və 10 metrədən gələn bir başqa tabut və arxasında hardasa sırayla gedən 200 adam.. adama qəribə gəlir və tabutun lap başında gedən sözsüzki ölünün sahibidir deyib yaxınlaşıb soruşur;
    Bağışılyın bu acı gününüzdə xatırlatmaq istəməzdim amma ölənlər nəyinizdir sizin?
    -Qarşıdaki arvadım arxadakıda qaynanamdır..deye cavab verir adam
    -Vay vay başınız sağ olsun,Allah rəhmət eləsin, bəs necə oldu?
    -İtim arvadıma hücum edib öldürüb, qaynanamda arvadıma köməyə gəlib onuda öldürüb.
    Adam biraz fikirləşib soruşur;
    -Ay qardaş itinizi borc ala bilərəm?
    -ala bilərsən amma sıraya keç!

    * * * * * * * * * * * * * * * * *

    Zavoqzalnı məhəlləsində yas mərasimi olur,molla iki üç saat oxuyur.Palatkanın qırağında narkaman bir qaqaş oturub,diqqətlə mollaya qulaq asır.Sonda molla soruşur:
    - Kimin sualı var? Qaqaş deyir mənim.
    Molla: - Buyur
    Qaqaş: - Molla əmi neçə vaxtdı oxuyursan?
    Molla: - Olar 5 6 il,nə üçün soruşursan?
    Qaqaş: - marağlıdır bəs sən nə əcəb indiyənə kimi klip çəkdirməmisən???

    * * * * * * * * * * * * * * * * * *

    Bir gün iki dost Əliylə Vəli qarşılaşırlar. Əli görürki acından ölən Vəli super son model bir maşında gəlir və soruşur: ay dost təbrik edirəm deyəsən başıva dövlət quşu qonub
    Vəli başlıyır əhvalatı danışmağa: Bir gün yolda gedirdim qarşımda bu maşın və içində mini yupkalı bir qız dayandı və məni maşınına mindirdi. Biraz getdikdən sonra qız maşını bir qırağa çəkib saxladı və o mini yupkasını birazda yuxarı çəkdi və “ Məndən nə istəsən ala bilərsən” dedi. Məndə deyir maşınını aldım.
    Əli tez cavab verir:
    Elə düz etmisən onsuz mini yupka sənə yaraşmazdı.

    * * * * * * * * * * * * * * * * * *

    Div tutur ər-arvadı deyir:
    - Yeyəcəm sizi!
    Arvaddan soruşur :
    - Adın nədir?
    - Pakizə.
    Div deyir:
    -Anamın adıdır, çıx get. Yemirəm səni!
    Kişidən soruşur:
    - Sənin adın nədir?
    Deyir:
    -Mameddi, amma uşaqlıqda həmişə mənə Pakizə, Pakizə deyərdilər.

    * * * * * * * * * * * * * * * * * *

    Həkim xəstəni qəbul edərək deyir:
    - Sən nə gündəsən? Nə oldu sənə belə? Xəstə ufuldaya-ufuldaya cavab verir:
    -Həkim ,səhər işə getmişdim.Qonşum zəng elədiki bəs sizə yad kişi girdi,məndə durmadım evə qaçdım və bütün evi axtardım heç kimi tapmadım,balkona çıxdımki bir kişi köynəyini geyinə-geyinə küçə ilə qaçır.Məndə balkondakı işləməyən soyuducunu götürdüm atdım onun dalınca,belim sərpdi və indi yaman gündəyəm.Həkim bunu yola salmışdıki,baxır yenə biri nasilkada gəlir amma bu lap pis gündədir.Həkim soruşur:
    - Sənə nə oldu? Bu nə yaman haldır düşmüsən?Xəstə zarıldaya-zarıldaya deyir:
    - Həkim sən də məni bağışla,çoxdandır bir qadınla görüşürəm və bu gün məni evlərinə çağırdı və mən evə girən kimi əri gəldi,mən də yer tapmadım balkondakı işləməyən soyuducuya girdim amma 5 dəqiqə sonra kimsə məni soyuducu qarışığ atdı aşağı.həkim işi başa düşür,amma heçnə demir və birtəhər bunu sarığlayıb salır palataya.Çox keçmir daha bir xəstəni nasilkada həkimi otağına salırlar.Həkim ayağa durub hirsli səslə:
    - Sənə nə oldu ay bədbəxt hər yerin parça-parçadır ki, nə gündəsən sən...Xəstə birtəhər güçünü toplayıb deyir:
    - Həkim səhər-səhər işə gecikmişdim, küçə ilə köynəyimi geyinə-geyinə qaçırdım amma sonra heçnə yadımda deyil.Amma görənlər deyirki göydən başına soyuducu düşdü.




  4. #4
    ZEHLEKAR - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.08.2008
    Yaş;
    30
    Mesajlar
    724
    Konular
    234
    Beğendikleri
    3
    Beğenileri
    7
    Tecrübe Puanı
    585
    @ZEHLEKAR

    Standart

    Tesekkürler) Cok güzel meselelerdi
    www.azeribalasi.com


    Aykut KILIçLAR

  5. #5
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart

    azericedi ne anladinki?

  6. #6
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart

    Neqliyyatda bir qiz esneyir bir elinde zenbil o biri eli ile tutacaqdan tutdughundan elini aghzina apara bilmir ele bu vaxt bir oghlan soz atir:
    -Xanim qiz yavash olun daaa az qala meni yemishdiz: Qiz
    -Narahat olmayin men perizdeyem Qoyun eti yemirem!)

  7. #7
    K_H-zade - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    21.04.2011
    Mesajlar
    1.504
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    4
    Tecrübe Puanı
    491
    @K_H-zade

    Standart

    Bir kiwi mescide gedir,dua edir ki, ay Allah mene coxlu var dovlet,ev,mawin ver,bir de tenha olmek qismet ele,hec kime eziyet vermeyim. Kiwi mescidden cixanda,ayagi suruwur,bawi dawa deyir,can vere vere deyir ki, qurban oldugum deyesen spisoku tersine tutub.))


Giriş

Giriş