İQLİM ƏMƏLƏ GƏTİRƏN AMİLLƏR Azərbaycan Respublikası subtropik qurşağın şimal qurtaracağında, Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir. Ərazinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinin yaxınlığı, il ərzində yer səthinə düşən günəş radiasiyasının bolluğu, müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və s. burada iqlimin müxtəlifliyinə səbəb olmuşdur. Səth quruluşu.Əsasən dağlıq ölkə olan Azərbaycan Respublikasının ərazisi Böyük

Bu konu 3332 kez görüntülendi 1 yorum aldı ...
AzƏbaycan iqlim ƏmƏlƏ gƏtirƏn amillƏr 3332 Reviews

    Konuyu değerlendir: AzƏbaycan iqlim ƏmƏlƏ gƏtirƏn amillƏr

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 3332 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    130
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart AzƏbaycan iqlim ƏmƏlƏ gƏtirƏn amillƏr

    İQLİM ƏMƏLƏ GƏTİRƏN AMİLLƏR

    Azərbaycan Respublikası subtropik qurşağın şimal qurtaracağında, Qafqazın cənub-şərqində və İran yaylasının şimal-qərbində yerləşir. Ərazinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinin yaxınlığı, il ərzində yer səthinə düşən günəş radiasiyasının bolluğu, müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və s. burada iqlimin müxtəlifliyinə səbəb olmuşdur.

    Səth quruluşu.Əsasən dağlıq ölkə olan Azərbaycan Respublikasının ərazisi Böyük Qafqaz, Kiçik Qafqaz, Talış və Şimali İran dağları ilə əhatə olunmuşdur. Böyük və Kiçik Qafqaz dağ sistemləri arasında yerləşən Kür çökəkliyi (bunun şərq hissəsi Kür-Araz ovalığıdır) genişləşərək ölkə ərazisini şərqdən əhatə edən Xəzər dənizinə tərəf uzanır. Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur. Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır. Ölkə ərazisini əhatə edən digər dağ sistemləri də hava dövranı proseslərinə böyük təsir göstərir. Səth quruluşunun müxtəlifliyi iqlim ünsürlərinin qeyri bərabər paylanmasına, şaquli iqlim qurşaqlarının yaranmasına və s. səbəb olur.


    Günəş radiasiyası. Azərbaycan Respublikasının düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir. Kür-Araz ovalığı, Abşeron yarımadası və digər düzənlik və dağətəyi ərazilərdə günəş parıltılı saatların illik miqdarı 2200-2400 saat, Naxçıvan MR-nın Arazboyu düzənliklərində isə 2600-2800 saat təşkil edir. Orta dağlıq zonada buludluğun artması nəticəsində günəş parıltılı saatların miqdarı 1900-2200 saat arasında dəyişir. Yüksək dağlıq zonada o yenə də artır və 3000 m-dən yüksək olan ərazilərdə 2200-2500 saatdır. Ümumi günəş radiasiyasının illik miqdarı Kür-Araz ovalığında 128-132 kkal/kv. sm-dir. Dağlara doğru, o (120-124 kkal/kv. sm-dək) azalır (dəniz səviyyəsindən təqribən 500-600 m-dək), sonra onun miqdarı yenə çoxalır və Böyük və Kiçik Qafqazın yüksək dağlıq zonasında (3000 m-dən yüksək) 140-150 kkal/kv. sm təşkil edir. Naxçıvan MR-nın Arazboyu düzənliklərində ümumi günəş radiasiyasının illik miqdarı 148-150 kkal/kv. sm-dir, yüksək dağlıq zonada isə artaraq 152-160 kkal/kv. sm təşkil edir. Radiasiya balansının illik miqdarı ölkənin düzənlik və dağətəyi ərazilərində 40-50 kkal/kv. sm-dir (Lənkəran təbii vilayətində -50-60 kkal/kv.sm), yüksək dağlıq ərazilərdə isə o 15-25 kkal/kv. sm təşkil edir.


    Atmosfer dövranı. Azərbaycan Respublikası ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir. Bu hava kütlələri səth quruluşunun təsiri nəticəsində ölkə ərazisinə müxtəlif istiqamətlərdən daxil olur. Belə ki, soyuq kontinental və dəniz hava kütlələri Böyük Qafqaz, Talış və Şimali İran dağları cənubdan gələn isti hava kütlələrinə əhəmiyyətli dərəcədə mane olmasa da, onların xüsusiyyətlərinin dəyişməsinə və atmosfer proseslərinin dinamikasına müəyyən təsir göstərir.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: AzƏbaycan iqlim ƏmƏlƏ gƏtirƏn amillƏr

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 3332

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    ZEHLEKAR - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    03.08.2008
    Yaş;
    32
    Mesajlar
    720
    Konular
    234
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    655
    @ZEHLEKAR

    Standart

    paylasim icin tesekkürler..
    www.azeribalasi.com


    Aykut KILIçLAR

Giriş

Giriş