Babək QURBANOV, Əhməd ISAZADƏ Dünya mədəniyyəti incilərinə böyük məhəbbət bəsləyən görkəmli Azərbaycan Bəstəkarı və dirijoru Əfrasiyab bədəlbəylinin elmi yaradıcılığında Nizami şeriyyəti daim diqqət mərkəzində olmuşdur. Nizami qəzəllərində olan nikbin dünyabaxışı, dərin psixologizm, həyata məhəbbət duyğuları, təbiətin insana bəxş etdiyi gözəl mənzərələrlə həssas şair qəlbinin çırpıntılarına Əfrasiyab müəllim sadəcə olaraq poeziya vurğunu kimi yanaşmırdı. O, zamanın musiqi sənətini bir

Bu konu 2045 kez görüntülendi 1 yorum aldı ...
Babək QURBANOV, Əhməd ISAZADƏ 2045 Reviews

    Konuyu değerlendir: Babək QURBANOV, Əhməd ISAZADƏ

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2045 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Babək QURBANOV, Əhməd ISAZADƏ



    Babək QURBANOV, Əhməd ISAZADƏ

    Dünya mədəniyyəti incilərinə böyük məhəbbət bəsləyən görkəmli Azərbaycan Bəstəkarı və dirijoru Əfrasiyab bədəlbəylinin elmi yaradıcılığında Nizami şeriyyəti daim diqqət mərkəzində olmuşdur. Nizami qəzəllərində olan nikbin dünyabaxışı, dərin psixologizm, həyata məhəbbət duyğuları, təbiətin insana bəxş etdiyi gözəl mənzərələrlə həssas şair qəlbinin çırpıntılarına Əfrasiyab müəllim sadəcə olaraq poeziya vurğunu kimi yanaşmırdı. O, zamanın musiqi sənətini bir musiqiçi kimi dərindən öyrənən, musiqinin nəzəri cəhətini bir musiqişünas alim qədər mükəmməl bilən böyük şair Nizaminin yaradıcılığına tarixi, elmi nöqteyi-nəzərdən yanaşır, söz sərrafının əsərlərində musiqi incəsənəti ilə bağlı hər bir sözü, hər bir cümləni təhlil edərək maraqlı nümunələr aşkara çıxarırdı.
    Bu baxımdan Ə.Bədəlbəylinin Nizami yaradıcılığına həsr etdiyi və indiyə kimi naməlum, əlyazma şəklində mövcud olan, 1947-ci ildə yazdığı «Nizami musiqi haqqında və musiqidə» (A.Bədəlbəyli. Nizami o muzıke i v muzıke. Respublikanskiy arxiv literaturı i iskusstv, fond №595, str.28-65) sərlövhəli yazısı orta əsr Azərbaycanın musiqi tarixinin tədqiqi sahəsində diqqətə layiq əsərlərdəndir. Əlyazmasını şərti olaraq dörd hissəyə bölmək olar. Birinci hissə Nizaminin musiqiyə olan münasibətinə, ikinci hissə dahi şairin əsərlərində musiqi ilə bağlı səhnələrin araşdırılmasına, üçüncü hissə bu əsərlərdə adları çəkilən musiqi alətlərinə, dördüncü hissə Nizaminin şer və poemalarının motivləri əsasında bəstəkarlarımızın yaratdıqları əsərlərə həsr olunmuşdur.
    Əfrasiyab müəllim yazır ki, «Nizami Gəncəvi Azərbaycan musiqi mədəniyyətinin çiçəkləndiyi bir dövrdə yaşayıb yaratmışdır. Ona görə də dahi şair insanın mənəvi aləminə güclü təsir göstərən amilə-musiqiyə öz əsərlərində tez-tez müraciət etmişdir. Öz xalqının hiss və duyğularının səmimi, həqiqətsevər, ilhamlı tərənnümçüsü olan Nizami, insan cəmiyyətinin mənəvi həyatı üçün çox vacib olan musiqi incəsənətinin qüdrətli təsir qüvvəsini bütün əsərlərində təcəssüm etdirmişdir». (Əlyazma səh 28).
    Görkəmli bəstəkar Nizaminin yaradıcılığında musiqinin yüksək mövqe tutmasını və nəql olunan hadisələrin inkişafında musiqinin nə kimi böyük rol oynadığını göstərmək üçün, ilk növbədə, söz ustadının «Xosrov və Şirin» poemasındakı Nəkisa və Bərbudun çıxışı səhnəsinə müraciət edir və buradakı musiqi sənəti ilə bağlı parçaları araşdırır.
    Müəllif yazır ki, bu iki müğənni-musiqiçinin çıxışları xalq musiqi ladları üzərində qurulmuşdur. Dialoqa Nəkisa «Rast» ladında başlayır. Bundan sonra Bərbud –«Iraq», Nəkisa-«Novruz»,, Bərbud -«Isfahan», Nəkisa- «Hasar», Bərbud –«Üşşaq», Nəkisa- «Rahab» və s. ladlarında sözlərini ifa edirlər. Afrasiyab müəllim qeyd edir ki, dahi şair dialoqun sözlərinin və bu ya digər ladlar üzərində oxunmasını və eyni zamanda ladların ardıcıllığını heç də kor-koranə, məsadüfən qeyd etməmişdir. O, iki musiqinin dialoqunda onların hər biri üçün oxuduqları mətnin məzmununa, əhval-ruhiyyəsinə uyğun olan məqamları seçmişdir (Əlyazma səh. 31-32).
    Ə.Bədəlbəyli burada maraqlı bir haşiyə çıxaraq qeyd edir ki, keçmiş Azərbaycan operalarında bu xüsusiyyət geniş yayılmışdı. O zamankı operalarda orkestrin cüzi olduğuna və əsərin hissəsinin müğənnilər, aktyorlar tərəfindən improvizasiya üsulu ilə ifa olunduğuna görə, müəllif əsasən tamaşanın mətninin hansı ladda ifa olunacağını qeyd etməklə kifayətlənirdi (Əlyazma səh. 32).
    Nizaminin əsərlərindən görünür ki, dahi söz ustadı özünə qədərki Şərq şairlərindən fərqli olaraq, söz ilə musiqinin sıx vəhdətini aydın görə bilmişdir. Əfrasiyab müəllim bu cəhət üzərində dayanır ki, «Nizaminin nəzərində musiqi insanı təkcə xoşlandıran amil deyil. Musiqi tərbiyədir, musiqi insana ətraf mühiti görməyə, dərk etməyə kömək edən bir qüvvədir. Şair üçün musiqi obrazları insan idrakının sehrli başlanğıcıdır, musiqi sədaları isə insanın ən həssas tellərinə ilahi qüvvə kimi təsir gücünə malikdir» (Əlyazma səh. 37).
    Xarici ədəbiyyatşünasların Nizami yaradıcılığına dair mülahizələrini araşdıran Afrasiyab müəllim göstərir ki, bir qisimi alimin fikrincə, guya Nizami yuxarıda adları çəkilən müğənni musiqiçilərin-Nəkisa və Bərbudun-obrazlarının ancaq işlənmiş, təkmilləşdirmişdir ki, bununla da özündən əvvəlki şairlərin musiqi haqqındakı fikirlərini assimilyasiya etmişdir. Bu mülahizələr ilə tamamilə razılaşmayan Ə.Bədəlbəyli yazır: «Qeyd etmək lazımdır ki, bu musiqiçilərin obrazları, eynilə «Xosrov və Şirin», «Leyli və Məcnun»un poemalarının qısa məzmunu Nizaminin yaşadığı dövrdə son dərəcə geniş intişar tapmışdır. Buna görə də Nizami yaradıcılığının başqa şairlərin yaradıcılığı ilə belə bir tərzdə muqayisə edilməsi, qarşılaşdırılması həqiqətdə yanlış sayılmalıdır. Nizami son dərəcə orijinal şairdir, buna görə də ona qədər həmin mövzu və süjetlər əsasında yazılmış əsərlərin olmasına baxmayaraq o, ancaq ona məxsus olan, yəni yeni bir orijinalın yaradıcısıdır. Musiqiçilərin ustalığına və incəsənətin təsvirinə gəldikdə i sə, biz burada ancaq onların (yəni müğənnilərin) adlarının ümumiliyinin mövcudluğunu görürük. Qalan hər şey isə dahi şairin özünündür». (Əlyazma səh. 38).
    Bundan sonra görkəmli bəstəkar Nizaminin «Isgəndərnamə» əsərindəki musiqi ilə bağlı səhnələrin araşdırılmasına keçir. Bildiyimiz kimi, «Isgəndərnamə» Nizaminin sonuncu monumental əsəridir. Bu cəhəti qeyd edən Əfrasiyab müəllim yazır ki, «Şərq şairləri qoca yaşlarında, adətən, musiqidən uzaqlaşmağa çalışır» (Əlyazma səh. 41), yəni musiqi ilə bağlı səhnələri az-az qələmə alırdılar. Bunlardan fərqli olaraq Nizami əksinə, əsəri yazdıqca musiqiyə daha çox yaxınlaşır. Əgər «Isgəndərnamə»nin birinci hissəsi «Şərəfnamə»də şair hər bir fəsli saqiyə mürajiətlə başlayırsa «Iqbalnamədə» o həmin ədəbi üsulu dağam etdirərək hər fəsli musiqi-müğənniyə müraciətlə başdayır. (Əlyazma, səh 42). Əfrasiyab müəllim maraqlı bir cəhəti də qeyd edərək göstərir ki, əsrin birinci hissəsində, Isgəndərin dirilik suyu axtarması səhnəsinin əvvəlində, Nizami saqiyə müraciətində musiqini də yada salır və beləliklə, gələcəkdə musiqiyə müraciətlər üçün sanki bir keçid hazırlayır:
    «Saqi gəl, qədəhi doldur mey ilə,
    Al ələ nəğməylə, çalğı, ney ilə».
    Müəllif «Isgəndərnamə» poemasındakı Əflatunun Ərastu ilə və Isgəndərin dəniz səyahəti səhnələri üzərində ayrıca dayanır.
    Qeyd etmək lazımdır ki, Əflatunun Ərastu ilə səhnəsinin əsas məğzi dahi müəllimin özünü tox tutan şagirdinə ibrət dərsi verməkdən ibarətdir. Ə.Bədəlbəyli diqqəti hissinin musiqi ilə bağlı epizodlarına cəlb edir və göstərir ki, Nizami burada musiqinin ecazkarlığını –musiqi sədalarının xəstələri sağaltmaq, vəhşi heyvanları məftun etmək kimi ilahi bir qüvvəyə malik olmasını parlaq sürətdə təsir etmişdir.
    Isgəndərin dəniz səyahəti səhnəsinə gəldikdə isə müəllif yazır ki, dahi şair burada musiqi aləti olan mis təbilin sədalarının «Şir ağızı» deyilən burulğanı yaradan balığa təsir edərək onu suyun dəriqliklərinə enməyə vadar etməsindən, bununla da Isgəndərə və bütün gəmi heyətinə təhlükəli yeri sağ-salamat tərk edərək labüd ölümdən xilas olmağa kömək etməsindən söhbət açır.
    Beləliklə, görkəmli bəstəkar qeyd edir ki, musiqi Nizami yaradıcılığında çox sevilən leytmotivlərdəndir. Dahi şair bir çox hallarda musiqi incəsənətinin qüdrətli qüvvəsinə səmimi inam hissi bəsləyərək, ona həsr olunmuş parlaq, dərin məzmunlu fikirlər söyləmişdir (Əlyazma, səh. 42-43). «Musiqiyə dahi söz sərrafının coşğun qəlbində xüsusi yer ayrılmışdır» (Əlyazma, səh. 49).
    Əfrasiyab müəlliminin Nizaminin əsərlərində adları çəkilən musiqi alətləri haqqındakı mülahizələri də böyük maraq doğurur.
    Müəllif yazır: «Nizaminin əsərlərindən aydın olur ki, Azərbaycanda, hələ XII əsrdən çox-çox qabaq musiqi alətlərinin bütün növləri –simli, nəfəs və zərb alətləri –məişətdə geniş istifadə olunurdu. Cəsarətlə demək olar ki, şairin yaşadığı dövrdə təkcə ayrı-ayrı alətlərdə solo ifaçılığı deyil, həmçinin ansambl ifaçılığı (orkestr) da mövcud idi. Zəngin tembr və böyük diapazona malik alətlərin mövcudluğu onlardan istifadə etməyə tam imkan yaradırdı» (Əlyazma, səh. 53).


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Babək QURBANOV, Əhməd ISAZADƏ

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 2045


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    Görkəmli bəstəkar qeyd edir ki, Nizami musiqi alətlərinə çox diqqətlə yanaşır, onların hər birindən təsvir etdiyi səhnənin məzmunu, hadisələrin gedişi ilə əlaqədar istifadə edir. Belə ki, dahi şair Xosrov Pərvizlə Bəhram Çubinin döyüş səhnəsini təsvir edən zaman sarı misdən düzəldilən, güclü səsə malik, nəfəs alətləri ailəsinin ən əzəmətlisi hesab olunan Gərənay alətinin adını çəkir:
    «Türk kimi bir döyüş başladı həm də
    Türk gərənayları səslənən dəmdə» (Əlyazma, səh 55)
    Bundan sonra Ə.Bədəlbəyli ərğənun adlı musiqi aləti haqqında mülahizələrini yürüdür. O qeyd edir ki, ərğənun «Körüklər və klavişlər vasitəsi ilə səsləndirilən musiqi aləti idi. Alətin adı bizə onun bir növ Avropa orqanının prototipi olduğunu zənn etməyə imkan verir». (Əlyazma, səh. 57). Ərğənunun konstruksiyası da bunu sübut edir. Çünki ərğənun bir-birinə yanaşı düzülmüş müxtəlif ölçüdə borular və bu borulara görüklər vasitəsilə hava nəql edən xüsusi pnevmatik konstruksiyadan ibarət idi.
    Bu mövzuya yekun vuran müəllif yazır: «Nizaminin əsərlərində simli alətlər də görkəmli yer tutur» (Əlyazma, səh 59). Yuxarıda söhbət nəfəs alətlərindən gedirdi. Burda isə rübab, dütar, setar, rud, saz, ud, qanun, kamança və başqa simli alətlərdən söhbət gedir. Əfrasiyab müəllim qeyd edir ki, bunlardan başqa tembr cəhətdən oxşar, geniş diapazona malik sinc, təbil, dəf, zəng və s. bu kimi zərb alətlərinin də mövcudluğu Nizaminin yaşadığı dövrdə, Azərbaycanda zəngin musiqi alətləri ansambllarının olduğunu aydın şəkildə sübuta yetirir.
    Əlyazmanın sonunda müəllif dahi şairin əsərlərinin motivləri əsasında bəstəkarlarımızın musiqi incəsənətinin müxtəlif janrlarda yaratdıqları əsərlər haqqında söhbət açır. Burada o, Niyazinin «Xosrov və Şirin» (liberetto M.Rəfilinin), B.Asafyevin «Slavyan gözəli» (liberetto H.Ismayılovun) və özünün «Nizami» (liberetto M.S.Ordubadinin) operalarının adını çəkir, o cümlədən S.Hacıbəyovun, F.Əmirovun, C.Cahangirovun, S.Ələsgərovun, A.Rzayevin və başqalarının Nizaminin mətnləri əsasında əsərlər üzərində işləmələri barədə məlumat verir. Bununla yanaşı Əfrasiyab müəllim Üzeyir Hacıbəyovun yaradıcılığı üzərində xüsusi dayanır. O qeyd edir ki «…Nizami mövzuları əsasında yazılmış əsərlər içində ən populyar, ümumxalq məhəbbəti qazanmış - Azərbaycan opera sənətinin banisi Ü.Hacıbəyovun özü tərəfindən «Qəzəl» adlandırdığı -«Sənsiz» və «Sevgili canan» romanslarıdır. Bu qəzəllər şairin sözlərinin musiqi ilə vəhdətinin parlaq nümunəsidir. Bu əsərlərin dahiliyi Nizami dühası ilə mübali ğəsiz müqayisə edilə bilər» (Əlyazma, səh 63).
    Ə.Bədəlbəyli yazır ki, «xaricdə də Nizaminin yaradıcılığı ilə bağlı musiqi əsərləri yazmaq cəhdləri mövcuddur. Lakin bu cəhdlər çox cüzi və cəsarətsizdir. Belə ki, Iranda, 1937-ci ildə, Iran bəstəkarı Ruhulla Xaliqi məktəblilər üçün mahnılar məcmuəsini dərc etdirmiş və buraya Nizaminin sözlərinə bəstələnmiş iki mahnı daxil etmişdir» (Əlyazma, səh. 64).
    Müəllif öz əsərinin əlyazmasını bu fikirlə bitirir: «…Dahi Nizaminin adına layiq, bədii cəhətdən yüksək səviyyəli əsərlər ancaq şairin vətənində, onun dahiyanə yaradıcılığının məzmununu qəlbən hiss və dərindən dərk edən doğma torpağının övladları tərəfindən yaradıla bilər» (Əlyazma, səh. 65).

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş