LİMON ŞƏRBƏTİ
Lazım olan ərzaqlar:
Limon - 1/4 əd.
Şəkər - 50 q.
Zə"fəran - 0,1 q.
Su - 100 q.
Reyhan və ya keşniş toxumu - 0,1 q Buz - 50 q. .
Hazırlanma qaydası
Limon qabığı xırda doğranır, üzərinə qaynar su, reyhan və ya nanə toxumu əlavə edilir. 3-4 saat saxlanılır, süzülür, şəkər və limon şirəsi qatılıb soyudulur. Süfrəyə verdikdə zə"fəran şirəsi və buz əlavə edilir.