Uşaq mahnı SözleriÇıq-çıq
Saat yeddi: çıq-çıq, çıq-çıq.
Qalx yataqdan, bağçaya çıx.
Bax açılan çiçəklərə
Gəz, şehli gül dərə-dərə.
Nəqərat:
Gün çıxmadan sərin-sərin,
Havasını ud səhərin.
Kim çox yatsa səhər-səhər,
İştahası tez kəsilər.
Erkən gəzsə bağ-bağçanı,
Möhkəm olar onun canı.
Qalx yataqdan, bağçaya çıx.
Çıq-çıq, çıq-çıq.
Çıq-çıq, çıq-çıq.
Nəqərat.