Üca dağlar başında
Topa-topa qar idim,
Qar olsam da, var idim,
Uca dağlar başında.
Gün dəydikcə əridim,
Su olsam da, ər idim.
Yad yanında xar oldum.
Sel kimi axar oldum,
Dostun, yarın mən idim,
Uzaqdan baxar oldum.
Qaradır qaşların,
Kirpiyindir almaz.
İstəkli istədiyin
Belə dərdə salmaz.
Gedər bu gözəllik, ay aman,
Sənə də qalmaz.
Dəryada balığam mən.
Yatsam da ayığam mən.
Yadın qolu boynunda,
Görürəm, sayığam mən.
Dağlarda maralsan,
Düzlərdə ceyran.
Ala gözlərinə
Olmuşam heyran.
Şəkinin ətrafı dağlardı,
Mənə güc gəlmələri qabaqlardı.
Küllü aləm yığıla,
Vermərəm səni.
Dünyalar dağıla