Murtuz Muxtarov H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuz Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılaydı. Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft

Bu konu 1753 kez görüntülendi 0 yorum aldı ...
Murtuz Muxtarov 1753 Reviews

    Konuyu değerlendir: Murtuz Muxtarov

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1753 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Murtuz Muxtarov

    Murtuz Muxtarov
    H.Z.Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuz Muxtarovdur.
    Muxtarovun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar, çətin ki, tapılaydı. Muxtarov diplomsuz neft mühəndisi kimi şöhrət tapmış, Azərbaycan neft sənayesi tarixinə özünün ixtirası ilə daxil olmuşdur. 1895-ci ildə dünyada ilk dəfə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırır və bunun üçün dövlət patenti alır. O bu ixtirasını «Bakı qazma sistemi» adı verir. Həmin dəzgahın əvvəlkilərdən üstünlüyü çox idi. Onun bir sıra digər ixtirası da vardır.
    1890-cı ildə yaratdığı «Podrat qazma» kontoru Bakının Balaxana, Suraxana, Ramana və Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynamışdır. Bu səhələrdəki quyuların əksəriyyəti onun «Podrat qazma» kontoru tərəfindən qazılmışdır. Bundan əlavə özünün xüsusi mə’dənləri də vardı. Elektrik qatarı ilə Bakıdan Buzovnaya gedərkən Sabunçudan sonra birinci dayanacağ onun adı ilə «Muxtarovka» adlanır. Bu dayanacağın ətrafındakı bütün neft quyuları vaxtilə ona məxsusdu.
    Muxtarov ondoqquzuncu əsrin axırlarında Bibiheybətdə qazma avadanlığı zavodunu işə salır. Bu, Rusiyada ilk neft avadanlığı müəssisəsi idi. Zavodun yaxınlığında fəhlə və qulluqçular üçün üçmərtəbəli yaşayış binaları tikdirir; bununla da həm işçi qüvvəsini ətrafına toplayır, həm də əlavə gəlir əldə edirdi.
    Muxtarov zavodun buraxdığı dəzgah və avadanlığı Rusiyaya və xarici ölkələrə satırdı.
    Murtuz Muxtarov Bakının Əmircan kəndində anadan olmuş və əmək fəaliyyətinə də bu kənddə başlamışdır. O da Bakının bir sıra milyonçuları kimi adi fəhlədən nəft maqnatı səviyyəsinə yüksəlmişdir. Uzun müddət malakeşlik etdikdən sonra araba ilə neft daşımış, xırda podratçılıqla məşğul olmuşdur. Qara qızıl fantanları nəhayət onun da üzünə gülərək, əlini milyonlara çatdırmışdır.
    Təkcə Bakıda yox, Maykop və Qroznı neft mə’dən sahiblərilə də müqavilə bağlıyıb quyu qazırdı; zavod və mədənlərlə, konstruktor büroları ilə texniki və işgüzar əlaqələri vardı; tez-tez Şimali Qafqaza gedirdi.
    Muxtarov generalın də’vətini qəbul edib Vladiqafqaza, evlərinə qonaq gedir. Nəhayət, generalın ortancıl qızı Liza xanımla evlənib, qohum olurlar.
    Liza xanımla Avropa səyahətinə gedirlər. Venetsiyadakı binaların arxitekturası neftxudanı valeh edir. Və onlara oxşar bir sarayı Bakıda bir il ərzində (1911-1912) tikdirir. Sarayın hər sütünü, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzəklərinin hamısı təkrarolunmaz sənət əsəri, memarlıq incisidir. Neftxuda pul əsirgəmədiyi kimi memar da ilham, ustalar da səy və əməklərini əsirgəməyiblər. Sarayı arxitektor Ploşko fransız kotik üslubunda layihələşdirib.
    M.Muxtarov bizə əzəmətli binalar miras qoyub getmişdir. Bakı şəhərində, onun ətraf kəndlərində, Rusiyanın şəhərlərində və Avropanın bəzi ölkələrində hazıradək hifz olunub qalmış bir çox binalar onun adı ilə bağlıdır. 1910-cu ildə Əmirhacıyan kəndində tikdirdiyi məscid binası indiyədək öz memarlıq quruluşu və əzəməti ilə göz oxşayır. 1913-cü ildə Abşeronun qumsal dəniz sahilində mayaq qülləsi (indi bu mayaq işləmir), Mərdəkanın Pirhəsən adlanan yerində Axund Mirzə Abu Turabın qəbri üstündə günbəz, Vladiqafqaz şəhərində məscid, Kislovodskda, İtaliyanın Florensiya şəhərində mövcüd olan gözəl, yaraşıqlı binalar M. Muxtarovun pulu ilə tikilmişdir.
    Muxtarov Bakının demək olar ki, bütün xeyriyyə cəmiyyətlərində yaxından iştirak edir və maddi köməyini əsirgəmirdi. Təbiətcə çox məğrur olan bu şəxsin həyatı faciə ilə bitmişdir. Bakıda Aprel inqilabının ilk günləri idi. Bu günlərdən birində Muxtarov Vrangel (indiki Əhməd Cavad) və Persidski (indiki Muxtarov) küçələrinin tinindəki mənzilinə iki silahlı hərbçi gəlir. Muxtarov qapını açıb, onları gördükdə atəş açıb, onlardan birisini öldürür, ikinci gülləni də öz alnına çaxır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Murtuz Muxtarov

          Kategori: Azerbaycan Şahsiyetleri

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1753


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş