Seçilən 2008
Məzmun
Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan(Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova(Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla(Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir.[1]
Film haqqında
* Film 400 min dollara başa gəlib.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifi : Vahid Mustafayev(Vahid Naxış kimi)
Quruluşçu rejissor : Məsud Abpərvər
Quruluşçu operator : Haşem Gerami
Səs Rejisoru : Əsgər Əbqun
Baş prodüser : Vahid Mustafayev
Montaj edən : Bəhram Abpərvər
Rollarda
Elşən Rüstəmov
Kazım Abdullayev
Sevinc Əlişova
İlqar Musayev
Nazir Rüstəmov
Əlibala Ələsgərov
Əliqulu Səmədov
Şahmar Qəribli
Janr: Döyüş
Macəra
Triller
İlk baxış tarixi: 24 noyabr, 2008, Bakı
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: Bakıfilm
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 93 dəq.
İl: 2008
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 10 hissə