Yatmaq Vaxtıdır 1984
Məzmun
Film uşaqların düzgün tərbiyəsi probleminə toxunmuşdur. Kinolentdə ailələrdən birində valideynlərin uşaqla dil tapa bilməməsi öz əksini tapmışdır.
Əsəbi vəziyyət, yuxusuz gecə-valideynlərin düzgün hərəkət etməmələrinin nəticəsidir. Yalnız balaca qız-çığır-bağır salan uşağın bacısı onu başa düşür. O, heç bir çətinlik çəkmədən, səs-küysüz balacaya adi əmzik verir, uşaq sakitləşir.
Film körpə yaşlarından uşaqlarını yeni dəblə tərbiyə edən bəzi valideynlərin sonradan peşimançılıq çəkmələrindən danışır. Burada müəlliflər qarşıya belə bir sual qoyurlar: müasir ailədə kim-kimi tərbiyə edir: böyüklər uşaqları, yoxsa əksinə?..
Film üzərində işləyənlər
Ssenari Müəllifi : Dinarə Seyidova
Rejissor : Arif Məhərrəmov
Quruluşçu Rəssam : Yelena Qolubeva
Operator : Ramiz Ağayev
Bəstəkar : Mobil Babayev
Səs Operatoru : Nataliya Nuriyeva(Natalya Nuriyeva kimi)
Multiplikasiya Rəssamı : Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Vahid Talıbov, Arifə Hatəmi, Nigar Nərimanbəyova
Assistent : Z. Rəhimova, Ziya Xəqani, Elman Mirzəyev
Montaj edən : Nailə Dadaşova
Redaktor : Çingiz Qaryağdı, A. Vəliyeva
Filmin Direktoru : Faiq Abdullayev
Janr: Qısametrajlı
Cizgi
Komediya
Musiqili
Uşaq
Dil: Rus dili (mətnsizdir, titrlər ruscadır.)
Ölkə: Azərbaycan
İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
Filmin növü: Qısametrajlı Cizgi Filmi
Rəng: Rəngli
Vaxt: 8,5 dəq.
Texniki məlumatlar: 1 hissə
241 metr