[Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
Qızıl Uçurum 1980
Məzmun
XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır”¦ Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur”¦
Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır.
Film haqqında
* Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir.
* Film yazıçı İbrahim bəy Musabəyovun ”Neft və Milyonlar Səltənətində” povestinin motivləri əsasında çəkilmişdir.
* Bu, povestin 2-ci ekran variantıdır.
* Film rejissor Fikrət Əliyevin böyük kinoda ilk müstəqil işidir.
* Filmdəki neft buruqları səhnələri üçün rejissorun təlimatı ilə 16 buruq qurulmuş və tonlarla mazut-neftdən istifadə edilmişdir.
* Filmin titrləri: XIX əsrin sonralarında Bakı torpaqlarının təkindən sel kimi axıb gələn ”Qara qızıl” buranı ehtirasların toqquşma meydanına çevirdi”¦
Festivallar və mükafatlar
1)Vilnüsdə Ümumittifaq kinofestivalı
* Film əsas Mükafatlardan birinə layiq görülmüşdür.
2)1983-cü ildə Leninqradda XIV Ümumittifaq kinofestivalı
* Rejissor Fikrət Əliyevə uğurlu debütə görə Priz verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin Müəllifi : İbrahim bəy Musabəyov
Ssenari Müəllifi : Mirzəağa Atəş
Bədii Rəhbər : Eldar Quliyev
Quruluşçu Rejissor : Fikrət Əliyev
Quruluşçu Operator : Valeri Kərimov, Kənan Məmmədov
Quruluşçu Rəssam : Kamil Nəcəfzadə, Arif Əbdürrəhmanov
Bəstəkar : Cahangir Cahangirov
Səs Operatoru : Kamal Seyidov
Rejissor : Tofiq Məmmədov
Operator : Nemət Rzayev
Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
Qrim Rəssamı : V. Arapov
Montaj edən : Rəfiqə İbrahimova
Redaktor : Əhmədağa Qurbanov
Rejissor Assistenti : X. Şirinova, Zəfər Murtuzov(Z. Murtuzov kimi), Sergey Ratnikov
Operator Assistenti : Q. Əlizadə, Aydın Mustafayev
İşıq Ustası : Məhəmməd Hacıyev
Rəssam Assistenti : Y. Kirşner, Asif Məmmədov
Məsləhətçi : Püstəxanım Əzizbəyova (tarix elmləri doktoru), M. Mürsəlov (akademik), N. Əliyev (texnika elmləri namizədi)
Çalır : SSRİ Kinematoqrafiyasının Dövlət Simfonik Orkestri
Filmin Direktoru : Əli Məmmədov (III), Aydın İmrani
Rollarda
Əliabbas Qədirov-Cəlil
Həmidə Ömərova-Şəfiqə
Hamlet Xanızadə-Lütfəli bəy
Yelena Qabets-Ağbəniz
Məmmədrza Şeyxzamanov-Qurban
Həsənağa Turabov-Usta Bağır
Sadıq Hüseynov-Əhməd
Şamil Süleymanov-Əziz
Kamil Məhərrəmov-Qüdrət
Eldəniz Zeynalov-Nuru bəy
Muxtar Maniyev-Xəlil
Muxtar Avşarov-Arabaçı
Y. Kayaks
V. Kornilov
Yaşar Məmmədov
Qafar Həqqi
O. Qamazov
M. Bağırzadə
Gümrah Rəhimov-Faytonçu
Şəmsi Şəmsizadə-Bəy
Şahin Cəbrayılov-Pəltək
Nübar Novruzova-Fahişə
Ələsgər Məmmədoğlu-Neftçi
Nəcəf Həsənzadə-Nökər
Cahangir Aslanoğlu-Qonaq
Filmi səsləndirənlər
Əminə Yusifqızı-Şəfiqə (Həmidə Ömərova) (titrlərdə yoxdur)
Ramiz Əzizbəyli-Əziz (Şamil Süleymanov) (titrlərdə yoxdur)
Rafiq Əzimov-Qüdrət (Kamil Məhərrəmov) (titrlərdə yoxdur)
Amaliya Pənahova-Ağbəniz (Yelena Qabets) (titrlərdə yoxdur)
Həsən Məmmədov-Hakim (titrlərdə yoxdur)
Eldəniz Rəsulov-Qonaq (titrlərdə yoxdur)
Janr: Dram
Filmin digər adı: Neft və Milyonlar Səltənətində
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 76 dəq.
İl: 1980
Film çəkilən yerlər: Bakı
Texniki məlumatlar: 8 hissə
2127 metr
genişekranlı
35 mm