Təkcə Adanı Özünlə Apara Bilməzsən 1980
Məzmun
İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur.
Balaca Nailə(Ayan Mirqasımova) cəmi bir neçə günlüyə adaya, nənəsinin(Ketevan Boçorişvili) yanına qonaq gəlir. Lakin, bu qısa müddətdə çoxlu yeniliklər öyrənir, onun uşaq qəlbi gah kövrəlir, gah sevincdən coşub daşır: Nailə suitilərlə qarşılaşır, başqa yuvaya soxulmaq istəyən qağayının digər quşlar tərəfindən necə məhv edilməsinin şahidi olur.
Festivallar və mükafatlar
1)1980-ci ildə Kiyevdə XI Respublika ”Gənclik-80”³ kinofestivalı
* ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə filmə münsiflər heyətinin Diplom və Prizi verilmişdir.
2)1981-ci ildə Yerevanda IX Ümumittifaq televiziya filmlərinin festivalı
* Uşaqlar üçün ən yaxşı filmə, insanla təbiətin vəhdəti kimi mürəkkəb fəlsəfi mövzunun istedadla açılmasına, yüksək təsvi ustalığına görə filmə Baş Mükafat və Diplom verilmişdir.
3)1982-ci ildə
* Ssenarist Nadejda İsmayılovaya, quruluşçu rejissor Gülbəniz əzimzadəyə, quruluşçu operator Hüseyn Mehdiyevə və quruluşçu rəssam Mais Ağabəyova Azərbaycan Komsomolu Mükafatı verilmişdir
Film haqqında
* Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir.
* Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari Müəllifi : Nadejda İsmayılova
Quruluşçu Rejissor : Gülbəniz əzimzadə
Quruluşçu Operator : Hüseyn Mehdiyev
Quruluşçu Rəssam : Mais Ağabəyov
Bəstəkar : Aqşin əlizadə
Səs Operatoru : Marat İsgəndərov
Rejissor : Səməd Lazımov
Operator : Amin Novruzov
Geyim Rəssamı : Gülbəniz əzimzadə
Montaj edən : Nisə Hacıyeva
Quraşdırılmış Səhnələrin Operatoru : Rafiq Kərimov
Quraşdırılmış Səhnələrin Rəssamı : Sərvər Musayev(S. Musayev)
Məsləhətçi : A. Ağayev, E. Məmmədova
Redaktor : Ramiz Rövşən(R. əliyev kimi)
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Oxuyur : Moskva Kamera Xoru
Dirijor : A. Petuxov
Filmin Direktoru : Nadir əliyev
Rollarda
Ayan Mirqasımova- Nailə
Ketevan Boçorişvili- Mədinə
Kamal Xudaverdiyev- İlyas
Kazım Abdullayev- Ovçu
Ramiz Məlikov- Gəmi kapitanı
Cəvahir Bayramova-Mədinənin dublyoru
M. Nuriyev
Janr: Dram
Uşaq
Dil: Rus dilində
Ölkə: Azərbaycan
İstehsalçı qurum: ”Azərbaycanfilm” Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli
Vaxt: 64 dəq.
İl: 1980
Texniki məlumatlar: 7 hissə
1806 metr
35 mm
”Svema” kinolenti(Şostka kimya kombinatı)