Kullanıcı Tag Listesi

Dünyanın yaranmasında iştirak edən dörd ünsürün sonuncusu havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə mə‘nəvi, (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Bu xüsusiyyətinə görə bə‘zən hava ruhla eyniləşdirilir. Maraqlıdır ki, dünyanın mə‘nəvi, ruhi tərəfləri

Bu konu 2026 kez görüntülendi 0 yorum aldı ...
Yel çərşənbəsi mərasim 2026 Reviews

    Konuyu değerlendir: Yel çərşənbəsi mərasim

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2026 kez incelendi.

  1. #1
    Yaver ARANCI - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    25.10.08
    Mesajlar
    298
    Konular
    108
    Beğendikleri
    0
    Beğenileri
    0
    Bahsedildi
    0 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    474
    @Yaver ARANCI

    Standart Yel çərşənbəsi mərasim

    Dünyanın yaranmasında iştirak edən dörd ünsürün sonuncusu havadır. Azərbaycan xalqının yazqabağı mərasimlərində Yel çərşənbəsi adı ilə qeyd olunur. Odla birlikdə mə‘nəvi, (kişi) başlanğıc hesab edilir və maddi (qadın) başlanğıc - torpağa, suya əks cəbhədə durur. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Bu xüsusiyyətinə görə bə‘zən hava ruhla eyniləşdirilir. Maraqlıdır ki, dünyanın mə‘nəvi, ruhi tərəfləri kişilərlə, maddi, əşyavi tərəfləri isə qadınlarla əlaqələndirilir. Lakin od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz, atalar sözündə qeyd edildiyi kimi, «Yel olmasa, sel olmaz». «Yel gətirib, gün qurudub». Od eləyəni fələk eləyə bilməz». «Yel üfürüb şişirtdiyini göyə qaldırar».

    Dünya xalqlarının kosmoqonik mif sistemlərində hava mifik zamanın başladığı nöqtədə baş allahdır. Məsələn, qədim Misirdə hava allahı Şu göyü və yeri məğlub edir, bütün aləmi ələ alıb canlıları yaradır. Hindistanda Brahm nəfəsini bayıra buraxanda dünya yaranır, içəri alanda məhv olur. Çinlilərin təsəvvüründə isə göyün qapılarının açılıb-bağlanması ilə həyat-ölüm hadisələri baş verir. Müsəlman miflərində İsa nəfəsi ilə ölüləri dirildir, ona Məsih (nəfəs verən) adının verilməsi məhz bununla bağlıdır.

    «Munisnamə»yə görə, Azərbaycanda lap qədimlərdə dünya hava və sularının hamisi bir məxluqun timsalında təqdim edilir: «Bir əlini yerə dirəyən, digərini isə göyə dikən Səhayıl (qədim külək tanrısı Səbayel bəlkə də bu inancdan yaranmışdır) dəniz suyunun və küləklərin qoruyucusudur. O, göyə yüksələn əli ilə sərt küləklərin, qasırğanın, yerə dikilən əli iləsə coşub-daşan dəniz sularının qarşısını alır. əgər Səhayıl sol əlini yerdən götürsə, dəniz suyu kükrəyib bütün çölləri, düzləri basar, insanlar sulara qərq olar, boğulub ölər, sağ əlini aşağı salsa tufan, qasırğa qopar, dünya üzünü silib aparar, canlı varlıqlardan əsar-əlamət qalmaz». Bir varlıqda həm kişiyə, həm də qadına xas xüsusiyyətlərin cəmləşməsinə «Avesta»da da rast gəlirik. Xeyir və Şər allahlarını bətnində bəsləyən Zürvan həm kişi, həm də qadın idi.

    Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır.

    Xalqımızın ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar.

    Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.

    Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.

    Bir inanışda isə deyilir ki, «Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər».

    MəNİM ÖLÜM XəBəRİM ANAMA DESİN YELLəR

    Səhərdən əsən yellər,
    Kəndirim kəsən yellər,
    Mənim ölüm xəbərim
    Anama desin yellər!

    Qeyd etmişdik ki, yunan mifologiyasında əsasən üç külək Zefir, Borey və Not dünyanın, eləcə də onun ayrı-ayrı elementlərinin yaranmasında fəal iştirak edir, cansız varlıqlara can verir, bə‘zən fəlakətlərin törədicisinə çevrilir, bə‘zən də sadəcə olaraq insanlara bəlalı xəbərlər gətirməklə kifayətlənir. Bu mifik küləklərin ən xeyirlisi qərb ölkəsi Qasperidən əsən ölüməməhkum Zefirdir ki, özü ilə isti yağışlar gətirib, torpağın üstünə səpir, bitkiləri yuxudan oyadır, təbiəti canlandırır. O, soyuqqəlbli Boreydən və quru Notdan incik düşmüşdü, çünki uşaqlıqda onlardan çoxlu əzab-əziyyət görmüşdü. Xatırladaq ki, dəlisov xasiyyətli Borey (ruslarda «burya», bizdə isə «boğanaq» adlanır, hər iki sözün «Borey»lə qohumluğu göz qabağındadır) yunanların təsəvvüründə ölü qızları çox sevir, onları həyasızcasına qaçırır və heç vaxt «oğurluq üstə» ələ keçmir». əski Şərq mifoloji sistemində isə dünyanın dörd tərəfində (aşağı, yuxarı, sağ, sol) yaşayan dörd külək (Qərb, Şərq, Cənub, Şimal) mövcuddur. Onların ikisi mülayim xasiyyətli (Cənub və Şərq küləklərii), ikisi isə sərtdir (Şimal və Qərb küləklərii).

    Maraqlıdır ki, «Yel baba» ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş eldir. Ola bilsin ki, ilkin inanışlarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilirdi.

    QIZLARIN KÜLəYə əRə GETMəK İSTəYİ

    «Azərbaycan folkloru» toplusunda yuxarıda deyilənlərlə səsləşən olduqca maraqlı bir faktla rastlaşırı: «Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar: «Boğanaq gəlmə, sənə gedəcəyəm»-deyirlər».

    Azərbaycan inancındakı qızların boğanağa ərə getmək istəyi və “Yel baba” mərasim nəğməsinin “Mənim ölüm xəbərim Anama desin yellər” misraları ilə Boreyin ölü qızları qaçırması arasında əlaqə göz qabağındadır. Lakin yunan miflərindən fərqli olaraq Azərbaycan inancında qızlar sağ ikən özləri könüllü surətdə sərt küləyə ərə gedəcəklərini və‘d edirlər, bununla da onun könlünü oxşayıb, arzusunun yerinə yetirilməsinə ümid yaradırlar və taxıl döyümündə şiddətli əsməsinin qarşısını alırlar. Başqa sözlə, nəğməni eşidəndən sonra Boğanağa – Boreyə qızların ölməyini gözləmək və oğurluq etmək lazım gəlmir, çünki taxıl döyülüb qurtaran kimi onları öz xoşları ilə qoynuna alıb istədiyi yerə apara biləcək.

    YEL BABA MəRASİMİ

    Xırmanda dəni samandan ayırmaq vaxtı gələndə camaaat Yel babanı çağırıb deyir:
    - Yel baba, gəl, ağ atına arpa, saman apar!
    Bə‘zi yerlərdə ona nəğmə ilə də müraciət edirlər:

    A Yel baba, yel baba,
    Tez gəl baba, gəl baba.
    Sovur bizim xırmanı,
    Atına ver samanı.

    Dən yığılıb dağ olsun.
    Yel babamız sağ olsun.
    Taxılımız yerdə qaldı,
    Yaxamız əldə qaldı.

    A Yel baba, yel baba,
    Tez gəl baba, gəl baba.
    Sovur bizim xırmanı,
    Atına ver samanı.
    Dən yığılıb dağ olsun.
    Yel babamız sağ olsun.

    əcdadlarımızın əski inamına görə, bu çağırışdan sonra Yel baba gəlib xırmanı sovurar, samanı aparıb öz atına verər, təmizlənmiş dən isə adamlara qalardı.
    Xırman sovrulub, taxıl döyülüb qurtarandan sonra oxuyardılar:

    Xırmanda şana qaldı,
    Yel əsdi, xana qaldı,
    Xırmana bir qız gəldi,
    Saçı nişana qaldı.

    ATALAR DEYİB Kİ…

    •Yel aparan yelinki,
    Yerdə qalan mənimki.
    •Yelə tüpürsən öz üstünə gələr.
    •Yel qayadan nə aparar?
    •Yelnən gələn, selnən gedər,
    Elnən gələn, külnən gedər.
    •Yel aparsa, sənə nə qalar?
    •Yelə dedilər: - əsmə!
    Dedi - Kələyimi kəsmə.
    •Yel üfürüb şişirtdiyini göyə qaldırar.
    •Yelin zarafatı qovmaqla başlanır.
    •Yelə verdiyin düşmənə qismət olar.
    •Yelin işi elnən deyil, külnəndi.
    •Yel olmasa, sel də olmaz.
    •Yelə qoşulan çox uzuğa getməz.
    •Yeldən aman diləməzlər.

    Müəllif: Ramazan Gafarlı


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Yel çərşənbəsi mərasim

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Yaver ARANCI

          Cevaplar: 0

          Görüntüleme: 2026


Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş