Kullanıcı Tag Listesi

Ey, mənim Cənubi Azərbaycanım ! Bilsəydin necə də əzizsən mənə, Sənsən ürəyimdə sevgi dastanım, İzn ver başına dolanım yenə, Ey, mənim Cənubi Azərbaycanım ! Torpağın müqəddəs, yurdun qəhrəman, Düşmənə göz dağı verib hər zaman, Günəşi salamlar məğrur Savalan,

Bu konu 1136 kez görüntülendi 0 yorum aldı ...
Ey, mənim Cənubi Azərbaycanım ! 1136 Reviews

    Konuyu değerlendir: Ey, mənim Cənubi Azərbaycanım !

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1136 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.672
    Konular
    3603
    Beğendikleri
    696
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Ey, mənim Cənubi Azərbaycanım !

    Ey, mənim Cənubi Azərbaycanım !

    Bilsəydin necə də əzizsən mənə,
    Sənsən ürəyimdə sevgi dastanım,
    İzn ver başına dolanım yenə,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Torpağın müqəddəs, yurdun qəhrəman,
    Düşmənə göz dağı verib hər zaman,
    Günəşi salamlar məğrur Savalan,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Araz həsrətindən göz yaşındadır,
    Vüsalı şimali qardaşındadır,
    Tarixin qanımın yaddaşındadır,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Sən ayrı düşəndən elə, obaya,
    Xəyal gəmisiylə üzdüm o taya,
    Qocaldım illəri mən saya-saya,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Əzəmət vermisən sözə, sənətə,
    Sən beşik olmusan mədəniyyətə,
    Dahilər bəxş etdin bəşəriyyətə,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Qocaman Təbrizim şah tək vüqarlı,
    Ərdəbil dağları zirvəsi qarlı,
    Ömrün arzularla axar-baxarlı,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Ruhumu səmaya ucaldan da sən,
    Həsrəti, hicranı qocaldan da sən,
    Canımı verərəm əgər istəsən,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Mənə çox doğmasan bilirsən özün,
    Ruhumu oxşayır hər şirin sözün,
    Daha ayrılığa qalmayıb dözüm,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Xətai ruhu var daşının üstə,
    Şəhriyar şeri var yaşının üstə,
    Tanrı nəzəri var başının üstə,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Yaralı qəlbimə məlhəm olmusan,
    Könlümə, ruhuma həmdəm olmusan,
    Həsrət gəmisinə yelkən olmusan,
    Ey, mənim Cənubi Azərbaycanım !

    İstərəm torpağın gülzara dönsün,
    Ömrün qış görməsin, bahara dönsün,
    Sənin xoş gününə ellər sevinsin,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Durnalar dəstətlə qalxır havaya,
    Sevincdən səs salır bütün dünyaya,
    Vətəndən-Vətənə uçur o taya,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Mən səni ruhuma Vətən bilmişəm,
    Ağrını, acını itən bilmişəm,
    Sənin həsrətindən çox kövrəlmişəm,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Desəm ki, ürəksən, yenə az olar,
    Ən ülvi diləksən, yenə az olar,
    Ömrümə gərəksən, yenə az olar,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Dinlə, sözlərimi xatırla bunu,
    Hər an gözləyəcəm sənin yolunu,
    Sən də gəl unutma şair oğlunu,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Sən Odlar Vətənim, şöhrətim, şanım,
    Sən gözümün nuru, damarda qanım,
    Sən tale ulduzum, sevgi ünvanım,
    Ey, mənim Cənubi Azərbaycanım !

    Alinti...



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Ey, mənim Cənubi Azərbaycanım !

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1136

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş