ABŞ fikrini dəyişdi, gec deyil ki… Birləşmiş Ştatlar deyir ki, BMT-nin Təhlükəsizlik Şurası təkcə Liviya üzərindən uçuşların qadağan olunmasını müzakirə etməməlidir. Başqa addımları da nəzərdən keçirməlidir. ABŞ-ın BMT-dəki səfiri Süzan Raysın (Susan Rice) bu bəyanatı səsləndirməsiylə eyni vaxtda Şura uçuşları qadağan edən qətnaməni səsə qoymağa hazırlaşır. Vaşinqtonun mövqeyində əhəmiyyətli dəyişiklik müşahidə olunur. İndiyədək Fransa, Böyük Britaniya, Ərəb Liqası dövlətlərinin bu

Bu konu 1950 kez görüntülendi 0 yorum aldı ...
Rubrikalar / Ərəb üsyanları 1950 Reviews

    Konuyu değerlendir: Rubrikalar / Ərəb üsyanları

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1950 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Rubrikalar / Ərəb üsyanları

    ABŞ fikrini dəyişdi, gec deyil ki…

    Birləşmiş Ştatlar deyir ki, BMT-nin Təhlükəsizlik Şurası təkcə Liviya üzərindən uçuşların qadağan olunmasını müzakirə etməməlidir. Başqa addımları da nəzərdən keçirməlidir.

    ABŞ-ın BMT-dəki səfiri Süzan Raysın (Susan Rice) bu bəyanatı səsləndirməsiylə eyni vaxtda Şura uçuşları qadağan edən qətnaməni səsə qoymağa hazırlaşır.

    Vaşinqtonun mövqeyində əhəmiyyətli dəyişiklik müşahidə olunur. İndiyədək Fransa, Böyük Britaniya, Ərəb Liqası dövlətlərinin bu çağırışlarına ABŞ bir qədər ehtiyatla yanaşırdı.

    Şura yığışandan sonra S.Rays jurnalistlərə deyib:

    «Biz çox ciddi müzakirə aparırıq və Şurada əsas səylər atılacaq addımların daha çoxistiqamətli olması ətrafındadır. Nəzər yetir:
    Ərəb dominosu
    Biz həmin addımların vətəndaşları effektli müdafiə edəcəyinə əmin olmaq istəyirik. Bu müzakirələrə uçuşların qadağan edilməsi də daxildir. Ancaq Birləşmiş Ştatların baxışı budur ki, biz atılacaq addımları diqqətlə hazırlamalı və nəzərdən keçirməliyik, bura bəlkə də uçuşsuz zona yaradılması da daxil ola bilər».

    RUSİYANIN TƏKLİFİ

    Hərçənd, qətnamənin qəbuluna qarşı çıxanlar da qalır.

    Rusiyanın daimi nümayəndəsi Vitali Çurkin deyib ki, onun ölkəsi barışıq qətnaməsi təklif edir. Bu da atəşkəsə gətirə - tərəfləri hərbi əməliyyatları dayandırmağa vadar edər. Amma Çurkin təəssüf edir ki, bu təklif yetərincə dəstək almayıb.


    BMT Təhlükəsizlik ŞurasıRusiya layihəsinin önəmi barədə soruşanda, səfir S.Rays bildirib ki, o, BMT-nin layihəsindəki təkliflərə və ruhuna zidd deyil. Bu təklif yekun mətnə salına bilər.

    LİVİYADA VƏZİYYƏT PİSLƏŞİR

    Üsyançılar ələ keçirdikləri şəhərlərdən çıxarılır və Qəddafi tərəfdarları müxalifətin əsas istehkamı olan Benqaziyə yaxınlaşıblar.

    Şəhər sakinlərinə deyilir ki, ordu yaxınlaşır. Hərçənd Qəddafi televiziya müsahibəsində bildirib ki, o, Benqazidə döyüş olacağını gözləmir, çünki insanlar orada «əl-Qaidə» ünsürlərindən xilas olmaq üçün orduya kömək ediblər.

    GEC OLMAYACAQ Kİ

    Hətta BMT Təhlükəsizlik Şurası uçuşsuz ərazi qətnaməsini qəbul etsə belə, sual açıq qalır - bu gec olmayacaqmı?

    İndi anti-Qəddafi qüvvələrini təmsil edən, Livaviyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Debbaşi:

    «Biz öz gücümüzə inanırıq, amma qurbanların az olması üçün beynəlxalq güclərə də ümid edirik».

    ABŞ NƏYİN ƏLEYHDARIDIR

    Birləşmiş Ştatlar hələ də quruda əməliyyat aparmaq ideyasının əleyhdarı olaraq qalır. Vaşinqton üsyançıların əsas qalası Benqaziyə hücuma keçən Qəddafi ordusuna yalnız havadan zərbələr endirməyin tərəfdarıdır.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Rubrikalar / Ərəb üsyanları

          Kategori: Dünya'dan Güncel Haberler

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1950


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş