Kullanıcı Tag Listesi

Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm ƏLİFBA Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir. İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və

Bu konu 1898 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm 1898 Reviews

    Konuyu değerlendir: Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1898 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    30.07.08
    Mesajlar
    9.672
    Konular
    3603
    Beğendikleri
    705
    Beğenileri
    135
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    0 Konu
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

    Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

    ƏLİFBA
    Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir.
    Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.
    İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb(sətrənciyyə), kiril və latın əlifbalarıdır.
    Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin; hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir.
    Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır. Hazırda istifadə etdiyimiz latın qrafikalı əlifba aşağıdakı şəkildədir:
    Latin
    Əl yazısı şəkli
    Adı
    Nümunə
    Latin
    Əl yazısı şəkli
    Adı
    Nümunə
    Aa
    Aa
    a
    Aaq
    Qq
    Qq
    qe
    Qulaq
    Bb
    Bb
    be
    Bütöv
    Ll
    Ll
    el
    Laxlamaq
    Cc
    Cc
    ce
    Coşqun
    Mm
    Mm
    em
    Mağara
    Çç
    Çç
    çe
    Çiçək
    Nn
    Nn
    en
    Narın
    Dd
    Dd
    de
    Dayaq
    Oo
    Oo
    o
    Oba
    Ee
    Ee
    e
    Elçi
    Öö
    Öö
    ö
    Ölçü
    Əə
    Əə
    ə
    Əmək
    Pp
    Pp
    pe
    Paltar
    Ff
    Ff
    fe
    Fışıltı
    Rr
    Rr
    er
    Rəng
    Gg
    Gg
    ge
    Güzgü
    Ss
    Ss
    se
    Səs
    Ğğ*
    Ğğ
    ğe
    Dağ
    Şş
    Şş
    şe
    Şanlı
    Hh
    Hh
    he
    Haray
    Tt
    Tt
    te
    Tanıtmaq
    Xx
    Xx
    xe
    Xəzər
    Uu
    Uu
    u
    Uzun
    Iı*
    i
    Yağı
    ÜÜ
    ÜÜ
    ü
    Ünlü
    İi
    İi
    i
    İncə
    Vv
    Vv
    ve
    Varlıq
    Jj
    Jj
    je
    Jalə
    Yy
    Yy
    ye
    Yaylaq
    Kk
    Kk
    ke, ka
    Kəskin
    Zz
    Zz
    ze
    Zingilti
    *QEYD: Dilimizdə iki hərflə: Ğğ hərfləri ilə söz başlanmır.
    FONETİKA
    Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
    Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səs*lər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edireşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görüryazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün burada onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
    Danışıq səsləri fərqli özəlliklərinə görə iki növə bölünür:
    1. Səslilər(Ünlülər-Saitlər),
    2. Səssizlər(Ünsüzlər-samitlər).

    Səslilər ağız boşluğunda sərbəstmaneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Səslilərin daha bir özəlliyi heca əmələ gətirməsidir. .
    Səssizlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
    Səslilərin bölgüsü
    Dilimizdə 9 səsli səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə səslilərin aşağıdakı üç bölgüsü var:
    1. Dilin arxaön hissəsində deyilməsinə (dilin üfüqi durumuna) görə:
    Qalın səslilər (dilarxası): [a], [ı], [0], [u].
    İncə səslilər (dilönü): [ə], [i], [ö], [ü], [e].
    2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (ağız boşluğunun vəziyyətinə) görə:
    Qapalı səslilər (dar): [ı], [i], [u], [ü].
    Açıq səslilər (gen): [a], [ə], [o], [ö], [e].
    Qapalı səslilərin teleffüzünde alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar səslilər də deyilir). Bu səsliləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çı, *çi, -çu, -çü; -lıq, -lik, -lııq, -Iük və s.) yadda saxlamaq lazımdır. Belə şəkilçilərin tərkibində qapalı səslilər iştirak edir. Açıq səslilərin tələf*füzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen səslilər də deyilir).
    3. Dodaqların vəziyyətinə görə:
    Dodaqlanan səslilər: [o], [ö], [u], [ü].
    Dodaqlanmayan səslilər: [a], [ə], [ı], [i], [e].
    Dodaqlanan səslilərin teleffüzündə dodaqlar bir qədər irəliyə gəlir dairəvi şəkil alır. Dodaqlanmayan səslilərin tələffüzündə isə bu hal baş vermir.
    Səsli səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:
    Açıq
    Qapalı
    Qalın
    İncə
    Qalın
    İncə
    Dodaqlanmayan
    a
    e, ə
    i
    i
    Dodaqlanan
    o
    ü
    u
    ü



    Cədvəldən göründüyü kimi, hər bir səslinin üç növü var. Məsələn: [a] səslisi qalın, açıq, dodaqlanmayan: [ü] səslisi incə, qapalı, dodaqlanandır.
    Səslilərin üç bölgüsü olduğu üçün onların qarşılaşdırılması da aşağıdakı 3 cədvəldə olduğu kimidir:
    I.Qalın səslilər: [a], [ı], [o], [u]
    İncə səslilər: [ə], [i], [ö], [ü]


    II.Açıq səslilər: [a], [ə], [o], [ö]
    Qapalı səslilər: [ı], [i], [u], [ü]


    III.Dodaqlanan səslilər: [o], [ö], [u], [ü]
    Dodaqlanmayan səslilər: [a], [ə], [ı ], [i ]
    [e] səsinin taleffüzündə dil neytral vəziyyətdə olur, buna görə də onun heç bir qarşılığı yoxdur.
    Şəkilçilərdə yalnız a, ə, ı, i, u, ü səsliləri iştirak edir.
    Bəzi səslilərin uzun tələffüzü
    Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi səslilər bir qədər uzun tələffüz olunur.
    Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, şölə, şöbə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələf*füz olunur.
    Bəzi sözlərdə [i], [u] və [o] səsliləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i:] səslisi; Füzuli, musiqi, xüsusi sözlərində [u:] səslisi uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o:] səslisi uzun tələffüz olunur. Belə sözlərdə o hərfindən sonra gələn v səssizi (bəzən də n səssizi) tələffüzdə düşür: [do:şan], [so:ra], [lo:ğa]. Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələf*füzündə də baş verir: [tö:bə], [lö:bər], [bənö:şə].
    Dilimizdəki [ı][ü] səsliləri isə uzun tələffüz olunmur.
    Səssiz səslərin növləri
    Səssizler səs tellərinin iştirakına görə iki növə bölünür:
    1. Kar səssizlər
    2. Cingiltili səssizlər

    Kar səssizlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
    Cingiltili səssizlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydənavazdan ibarət olur.
    Dilimizdəki cingiltili və kar səssizlərin çoxu cütlük təşkil edir:
    Cingiltili səssizlər: [b], [q], [v], [ğ], [d], [j], [z], [y], [g], [c], [l], [m], [n], [r], -
    Kar səssizlər: [p], [k'], [f], [x], [t], [ş], [s], [x`], [k], [ç], - - - - [h]
    [1], [m], [n], [r] cingiltili səssizlərinin kar qarşılığı, [h] kar səssizinin isə cingiltili qarşılığı yoxdur.
    [m][n] səslərinin əmələ gəlməsində hava axını əsasən burun boşluğundan çıxır. Buna: görə həmin səssizlərə burun səssizləri deyilir.
    Dilimizdə 25 səssiz səs var ki, onlar 23 hərflə ifadə olunur. Əlifbamızda komandir, tank, klub sözlərindəki [k'] səsini (cingiltili [q] səssizinin kar qaşılığı) və ipək, çiçək, məktəb sözlərindəki [x`] səssizini (cingiltili [y] səssizinin kar qarşılığını) ifadə etmək üçün xüsusi hərf yox*dur. Bu iki səs elifbamızda kənd, türk, şəkil sözlərindəki [k]' səsini (cingiltili [g] səssizinin kar qarşılığını) ifadə edən "k" herfi ilə göstərilir. Buna görə də dilimizdəki səssiz səslərin sayı 25, əlifbamızdakı hərflərin sayı isə 23-dür.
    Dilimizdə 34 səs, 32 hərf var.
    Ahəng qanunu
    Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və ya incə səslilərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
    Ahəng qanununa görə söz qalın səslili heca ilə başlayırsa, sonrakı hecalar da qalin səslili olur. Məsələn: ya-zı-çı-lar. Eyni hal incə səsli ilə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz; Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(İşıq, ilan, ilğım, iıı am, iraq, ilxı, ildırım, ilıq, işartı, elat və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
    Ahəng qanunu kökşəkilçi arasında daha möhkəmdəyişməz olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm ve dəyişməz 0lur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu özəlliyinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonotikanı bir*ləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.
    Ahəng qanununun tələbinə görə öz dilimizə məxsus şəkilçilər ya iki, ya da dörd variantlıdır.
    Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəquşu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycan türkcəsinin öyrədilməsi ((Baybək ARAZOĞLUdan)) 1ci bölüm

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1898

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş