ATA Sənə hər daim açıq ürəyimin qapısını Açıq qoya-qoya bağlamışam üzünə. Açıq bir mağazanın qapısında “bağlıdır”sözü səhvən qalan kimi Niyə? Soruşdunmu özündən? Sənə dəli ola-ola,sən mənə dəli ola-ola. Sənə görə heç nə edə bilmədiyimçün

Bu konu 1330 kez görüntülendi 0 yorum aldı ...
ATA Ülker Süleymanlı 1330 Reviews

    Konuyu değerlendir: ATA Ülker Süleymanlı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1330 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart ATA Ülker Süleymanlı




    ATA

    Sənə hər daim açıq ürəyimin qapısını
    Açıq qoya-qoya bağlamışam üzünə.
    Açıq bir mağazanın qapısında
    “bağlıdır”sözü səhvən qalan kimi
    Niyə? Soruşdunmu özündən?
    Sənə dəli ola-ola,sən mənə dəli ola-ola.

    Sənə görə heç nə edə bilmədiyimçün

    Sənə görə özüm bildiyim kimi
    Nə xoşbəxt ola,nə bədbəxt ola bilmirəm.
    Sən varsan deyə,ölə də bilmərəm istəsəm
    Yaşamağa, sənin anladığın tərzdə xoşbəxt olmağa məhkumam

    Sən mənə divanə, mən sənə dəli ola-ola
    Nədir bu zülm?
    Bir-birimizdən olmadığımız yetər
    Ya sən məndən ol,ya mən səndən

    Mən səndən ola bilmərəm
    Çünki mən elə sənəm.
    Sadəcə sənin təzə tərzin.

    Mən səndən ola bilmərəm
    Yaşlı olmagımı sən də istəməzsən.
    Sən məndən ola bilərsən
    Axi cavanlaşmagın məni sevindirəcək
    Hər halına divanə olsam da.

    Cavanlaşmagın məni sevindirəcək!
    Məni sevindirməkdən ötrü nələr etməmisən?
    Beşiyimdən bu yana

    Heç kimi seçə də bilmirəm ömrümə
    Sənin kimisi var önümdə deyə
    mükəmməlsən niyə?
    Tərəzinin bir gözündə həmişə sən
    Hələlik xoşbəxtliyim də,bədbəxtliyim də sənə görə.

    Ya mənə özüm olmağa izn ver,
    Ya mənim özüm ol!
    Mən onsuz da həmişə sənəm
    Saçımdan ruhuma,
    Ruhumdan dırnağıma qədər.

    Ürəyimin qapılarını bağlamışam
    Dolu daxıl kimi.
    Ordakıları götürmək üçün nə istəyirsən et
    Ya sındır ya...
    Ya yığdıqlarımı yığdıgın yerdən çıxar
    Özün tap!
    Onsuz nə etsən də mən səninəm
    Sənə dəliyəm,doluyam.

    Labirintdəyəm.
    Ürəyinin içindəki labirintdəyəm
    Hələ dogulmamışdan
    Arakəsmələri sevgidən
    Nə ordan çıxa bilirəm,nə öz yolumu tapa bilirəm.

    Məni xoşbəxt görmək həsrətinə,
    Ömrünün arzusuna,
    Ürəyinin içinə,sevginə
    Pərcim edib saxlama məni
    Qoy arzuladiğım kimi bədbəxt,xoşbəxt olum!
    Fədakarlığınla əzmə məni!



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: ATA Ülker Süleymanlı

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1330


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş