Kullanıcı Tag Listesi

Of yenə də vurulmuşam Ayağı sınmış küçükdən betərəm Zingildəyirəm ağrımdan sevinə,sevinə Eşqimi həzm edə-edə Ah yenə də vurulmuşam nə uçana,nə qaçana imkan var nə danışanı nə susanı dinləyirəm Guya sənin də ağlındayam fikirləşirəm Uçmağa qanad tapmıram

Bu konu 1124 kez görüntülendi 0 yorum aldı ...
EŞQ herbarisi Ülker Süleymanlı 1124 Reviews

    Konuyu değerlendir: EŞQ herbarisi Ülker Süleymanlı

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1124 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    14.08.08
    Mesajlar
    20.279
    Konular
    10867
    Beğendikleri
    10
    Beğenileri
    102
    Bahsedildi
    1 Mesaj
    Etiketlenmiş
    1 Konu
    Tecrübe Puanı
    100
    @Emine

    Standart EŞQ herbarisi Ülker Süleymanlı




    Of yenə də vurulmuşam
    Ayağı sınmış küçükdən betərəm
    Zingildəyirəm ağrımdan sevinə,sevinə
    Eşqimi həzm edə-edə

    Ah yenə də vurulmuşam
    nə uçana,nə qaçana imkan var
    nə danışanı nə susanı dinləyirəm
    Guya sənin də ağlındayam fikirləşirəm
    Uçmağa qanad tapmıram
    Sənin də ağlındayammı ? fikirləşəndə
    bayaq qanad tapmadığım üçün
    təpəsi üstə sancılıram yerə
    sancımdan sevinə,sevinə
    Bax,beləcə tərs-düz fırlanıram
    xəyalımın yelləncəyində
    Başım hərlənənə qədər
    Eşqimi həzm edənə qədər

    İndi ah deməyəcəm bəh deyəcəm

    Bəh -bəh yenə vurulmuşam
    İçimdə kabab qonaqlığıdır
    Deyəsən ciyər bir az ötüb.
    Ciyərim yanıb.
    Ürəyi yaxşı qovurmuşam.
    Otururam ürəyimi yeməyə
    Ürəyimi yeyə-yeyə
    buna necə dözdüyümdən həzz alıram
    Qovrulmağımdan xoşlanıram
    Eşqimi həzm edə-edə

    Bəli yenə də vurulmuşam
    Zamana ehtiyacım var
    Zingiltim,yelləncəyim,qonaqlığ ım keçsin deyə,
    Eşqimi həzm etməyə
    sonra yenidən,bir də vurulmaq üçün
    sonuna qədər eşqimi içməyə!
    Tez keç zaman!
    Ölürəm dözə bilmirəm
    Ölməyimdən nəşələnirəm.

    Amma bu dəfə onu həzm edə bilmirəm
    Tükənmək bilmir
    Allahın səbri kimi
    Nə qədər həzm etsəm də.

    Birinə bir dəfə vurulsam da
    Ara-sıra o qədər vurulmuşam ki,ona
    O qədər həzm etmişəm ki,
    toxumalarım belə onlaşıb.
    Artıq bir də vurulsam
    O mənə xəyanət edəcəq
    Axı mən o olmuşam!


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: EŞQ herbarisi Ülker Süleymanlı

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1124


Etiketler

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Facebook Baglan Giriş