]http://img693.imageshack.us/img693/7362/spa1486.jpg Biri var imiş, biri yox imiş. Bir Pıspısa xanım var imiş. http://img525.imageshack.us/img525/2381/spa1508.jpg Bir gün bu Pıspısa xanımın könlünə ərə getmək düşdü. Geyindi-kecindi, bəzəndi-düzəndi, öz evinin qapısına çıxıb dedi: http://img29.imageshack.us/img29/5505/spa1501.jpg

Bu konu 7088 kez görüntülendi 2 yorum aldı ...
Nagil masal pispisa xanim ve sican bey 7088 Reviews

    Konuyu değerlendir: Nagil masal pispisa xanim ve sican bey

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 7088 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.316
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    186
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Nagil masal pispisa xanim ve sican bey

    ][/FONT][/COLOR]

    Biri var imiş, biri yox imiş. Bir Pıspısa xanım var imiş.



    Bir gün bu Pıspısa xanımın könlünə ərə getmək düşdü. Geyindi-kecindi, bəzəndi-düzəndi, öz evinin qapısına çıxıb dedi:




    - əre gedirem, əre gedirəm,
    ər olmasa, gora gedirəm.

    Bir odunçu gəlib keçəndə Pıspısa xanımı görüb dedi:
    - Mənə gələrsənmi?



    Pıspısa xanım dedi:
    - Məni nə ilə döyərsən?


    Odunçu dedi:
    - Balta ilə vuraram, əzilərsən!

    Pıspısa xanım dedi:
    -Yeri, yeri, mən sənin tayın deyiləm!

    Odunçu getdi.


    Pıspısa xanım yenə başladı:
    - əre gedirəm, ere gedirəm,
    ər olmasa, gora gedirəm.


    Bir de gördü ki, bir kürəkçi gəlir. Kürəkçi dedi:
    - Pıspısa xanım, mənə ərə gələrsənmi?



    Pıspısa xanım dedi:
    - Məni döyəndə nə ilə döyərsən?


    Kürəkçi dedi:
    -Bir kürək çalaram, xıncın-xıncın olarsan!


    Pıspısa xanım dedi:
    - Yeri, yeri men senin tayın deyiləm!

    Kürəkçide getdi.


    Yenə Pıspısa xanım dedi:
    - əre gedirəm, ere gedirəm,
    ər olmasa, gora gedirəm.



    Bu halda bir sıçan oradan keçirdi. Gördü ki, Pıspısa xanım bəzənib-düzənib, özünə zinət verib, evinin qapısına çıxıb.



    Al xaradan don geyib əyninə,
    Ucunu qatlayıb salıb çiyninə.
    Tökübdür üzünə qara tellərin,
    Yuyub tərtəmiz, aparı əllərin.
    Çəkib gözlərinə qara sürmələr,
    Salıb başına ərbələr, tirmələr.
    Xuraman-xuraman ki, rəftar edir.
    O rəftara sərvi giriftar edir.
    Soluna baxır, gah baxır sağına.
    Baxır gah qolundaki qolbağına,
    Durub hər yanı sürür naz ilə,
    Deyir bu sözü xoş bir avaz ilə:
    -ərə gedirəm, ere gedirəm,
    ər olmasa, gora gedirəm.



    Siçan Solub bəy geldi Pıspısa xanımın yanına, dedi:


    - Salam-əleyküm, Dozanqurdu Düzxatun, Pıspısa xanım, sevqili canım, ruhi-rəvanım, canu-cananım, tabu-təvanım!
    Kefin halın? Həmişə beləcə kefdə, gəzməkdə, seyri-səfada olasan!


    Dozanqurdu Düzxatun gözünün altından Siçan Solub bəyə baxıb gördü, amma ne Siçan Solub bəy!

    Geyib əyninə cübbə səncabdan,
    Bəzənim düzənibdi her babdan,
    Atıb dalına quyruğun şir kimi,
    Qulaqların dik tutub, tir kimi.
    Gəlir əda ilə, bilmirsən kimdi bu.
    Ki hansı vilayətdə hakimdi bu.
    Yuvadan çıxıb naz ilə yol gedir,
    Gah sağ gedir yolda, gah sol gedir,
    Döş ağ, gözü qara, arxası boz.
    Dişi incitək, ağzına yoxdur söz.
    Qara gözlerin süzdürür hər yana,
    Çəkir burnun ki, iy-miy qana.




    Dozanqurdu Düzxatun dedi:


    - Ay əleykəssalam, Sıçan Solub bəy, top qarabirçək, dişləri mixək, qıçları dirək, hamıdan göyçək, dəxi ne demək?
    Halın, kefin kökdürmü? Damağın çağdımı, canın- başın sağdımı?


    Siçan Solub bəy dedi:
    - Sağ ol, Pıspısa xanım, əzizim-canım, mənə gələrsənmi?

    Pıspısa xanım dedi:
    - Məni döyəndə ne ile döyərsən?


    Siçan Solub bey dedi:
    - Səni döymərəm, döysəm de quyruğumu qələm eylərəm, batıraram xanımların sürmədanına, gözünə sürmə çəkərəm.

    Dozanqurdu Düzxatun Siçan Solub
    [/COLOR][/B]əyə ərə getməyə razılıq verdi. Toy elədilə[/


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Nagil masal pispisa xanim ve sican bey

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: Emine

          Cevaplar: 2

          Görüntüleme: 7088


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.316
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    186
    Tecrübe Puanı
    100
    @Emine

    Standart



    Siçan Solub bəy Pıspısa xanımı alıb apardı öz evinə. Bir müddət yaxşıca yeyib-içib kef elədilər.





    Bir gün Siçan Solub bəy Pıspısa xanıma dedi:

    - Sən otur evdə, mən gedim şah evinə, sənə noğul-nabat, havla və her cür şirniyyat gətirim. Yığ yanına, könlün istədikcə at azgına, ye.



    Dozaqurdu Düzxatun dedi:

    -Get, amma tez gəl. Sənsiz damın altında tək otura bilmirəm, qorxuram.


    Siçan Solub bəy dedi:

    - Qorxma, təz gələrəm.


    Pıspısa xanım oturdu, oturdu, qərarı tutmadı. Fikirləşdi ki, Siçan Solub bəy gəlincə durum onun paltarını aparıb Dəvəizi gölündə yuyum, sərib qurudum, gələndə verim, geysin əyninə ki, üst-başı təmiz olsun.

    Siçan Solub bəyin paltarını götürüb apardı yumağa.





    Amma yuyanda ayağı sürüşüb düşdü Dəvəizi gölünə.
    Sağa dolandı, şap düşdü, sola dolandı, şup düşdü, nə qədər əlləşdisə, çıxa bilmədi. Hər nə qədər çapaladısa, qurtara bilmədi. Dəvəizi gölündə az qaldı, çox qaldı, gördü ki, bir neçə atlı gedir. Başladi çağırmağa:

    Tapir-tuppur atlılar,
    Qolları bazbatlılar,
    Şah evinə gedərsiz,
    Siçan bəyə deyərsiz:
    Pıspısa püstə xanım,
    Dabanı xəstə xanım,
    Düşüb Dəvə gölünə,
    Boğulur bəstə xanım.

    Atlılar o yana, bu yana baxdılar, heç kəsi görmədilər. İstədilər getsinlər, Pıspısa xanım yenə həmin sözləri ilə onları çağırmaya başladı. Atlılar baxıb gördülər ki, onları çağıran bir dozanqurdudur, Dəvəizi gölündə boğulur.


    Dozanqurdu Düzxatun dedi:

    Gedin deyin Siçan bəyə,
    Börkü dəlik Solub bəyə:
    Saçı uzun saray xanım,
    Donu uzun daray xanım,
    Dozanqurdu Düzxatun
    Paltar yuduğu yerdə
    Düşüb Dəvə Gölünə,
    Özünü tez yetirsin,
    Məni buradan qurtarsın!



    Atlılar çox təəccüb edib getdilər şah evinə, orada gördüklərini nağıl elədilər.



    Bu vaxt Siçan Solub bəy sirni sandığının içinde gəzirdi, bu xəbəri eşidib qaçtı, özünü tez Pıspısa xanıma yetirdi.



    Gəlib gördü ki , Pıspısa xanım Dəvəizi gölündə boğulur. Az qalıb ki, tələf olsun.



    Cəld əlini uzadıb dedi:
    - əlini mənə, cigərəcik!




    Dozanqurdu dedi:
    - Yeri, mənciyəz səndən küsərəcik!


    Siçan Solub bəy yenə dedi:
    - əlini mənə, cigərəcik!


    Pıspısa xanım cavab verdi:
    - Yeri, mənciyəz səndən küsərəcik!


    Siçan üçüncü dəfə dedi:
    - əlini mənə, cigərəcik!



    Dozanqurdu dedi:
    -Yeri, mənciyəz səndən küsərəcik!


    Axırda Siçanın acığı tutdu, yerdən bir ovuc palçıq götürüb çırpdı Dozanqurdun başına və dedi:

    - Küsərəciksən, küsərəcik,
    Mən də səndən üz döndərəcik!

    Dozanqurdu əlləşib birtəhər gölməçədən çıxdı.
    Amma nə fayda, şıltaqlığının ucbatından yenə tək qaldı!
    Yazıq Dozanqurdu Düzxatun!


    Konu Emine tarafından (12.08.2010 Saat 08:14 ) değiş;tirilmiş;tir.

  3. #3
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.316
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    186
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    guncelleme

Giriş

Giriş