Məmməd Araz
1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan Nazirlər Soveti Yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali ədəbiyyat kurslarının müdavimi olub. Sonra isə Azərbaycanda çıxan müxtəlif jurnal və qəzet redaksiyalarında məsul katib, redaktor müavini və redaktor vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonuna kimi Azərbaycan təbiəti jurnalının baş redaktoru olub. Uzun müddət Yazıçılar Birliyinin poeziya bölməsinə rəhbərlik edib. umumən əsərlərində mübarizlik ruhunu və vətənpərvərliyi əks edir. 2004-ci ilin dekabrında vəfat edib.
Məşhur şerlər
Ayağa dur Azərbaycan !!!
Azərbaycan
Bəzi şairlərə
Tarixçi alimə
Vətənsiz məhəbbət
O gözlərə baxmaram
Bir qəbir yanında
Məndən ötdü, qardaşıma dəydi
Məni inandırma
Şair nə qazandın?
Salamat qal
Hər arzu hər istək nəğməyə dönüb