http://img11.imageshack.us/img11/9335/bv2l.jpg http://img11.imageshack.us/img11/9113/turkess.jpg Azerbaycan edebiyyatının, bütövlükde XX esr poetik fikrinin görkemli nümayendesi, xalq şairi Bextiyar Vahabzadenin adı tekçe respublkamızda deyil, onun serhedlerinden çox-çox uzaqlarda mütefekkir şair, lirik dramaturq, istedadlı alim ve publisist, qeyretli ve cesaretli ictimai xadim, sade ve semimi insan kimi meşhurdur. Tesadüfi deyil ki, onun eserleri - şer kitabları, dramları ve publisist

Bu konu 9553 kez görüntülendi 1 yorum aldı ...
bahtiyar vahapzade 9553 Reviews

    Konuyu değerlendir: bahtiyar vahapzade

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 9553 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.316
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    184
    Tecrübe Puanı
    100
    @Emine

    Standart bahtiyar vahapzade






    Azerbaycan edebiyyatının, bütövlükde XX esr poetik fikrinin görkemli nümayendesi, xalq şairi Bextiyar Vahabzadenin adı tekçe respublkamızda deyil, onun serhedlerinden çox-çox uzaqlarda mütefekkir şair, lirik dramaturq, istedadlı alim ve publisist, qeyretli ve cesaretli ictimai xadim, sade ve semimi insan kimi meşhurdur. Tesadüfi deyil ki, onun eserleri - şer kitabları, dramları ve publisist yazıları dünyanın çox dillerinde, o cümleden ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar ve köhne Sovyet birliyine dahil olan bir çox salqların dillerine tercüme edilmiş ve bu eserler çox böyük maraq ve sevgi ile qarşılanmışdır.

    Bextiyar Vahabzade Mahmud oğlu 1925-ci ilde Şekide doğulmuş, 1934-cü ilde ailesi ile beraber Bakıya köçmüşdür. 1942-ci ilde orta mektebi bitirib, Bakı Dövlet Universitetinin filologiya fakultesine daxil olmuş, 1947-ci ilde hemin fakulteni bitirib universitetin nezdinde aspiranturaya qebul olunmuşdur.

    1951-ci ilde "S.Vurğunun lirikası" mövzusunda namizedlik, 1964-cü ilde ise "S.Vurğunun heyat ve yaradıcılığı" mövzusunda monografiyasını mödafie edib, filoloji elmler doktoru alimlik derecesini almışdır.

    Bextiyar Vahabzade bedii yaradıcılığa ikinci cahan müharibesi illerinde başlamış, 1945-ci ilde Yazıçılar İttifaqının üzvlüyüne qebul olunmuşdur. Mehsuldar bedii yaradıcılıqla yanaşı, B.Vahabzade 40 ilden artıq Universitetde ders demiş, 1990-ci ilden teqaüde çıxmışdır. 1980-ci Azerbaycan Elmler Akademiyasının müxbir üzvü seçilmişdir.

    B.Vahabzade 70-den artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın ve yüzlerle meqalenin müellifidir. Bakı Akademik Dövlet Dram Teatrının sehnesinde onun "Vicdan", "İkinci ses", "Yağışdan sonra", "Yollara iz düşür", "Feryad", "Hara gedir bu dünya ?", "Özümüzü kesen qılınc", "Cezasız günah", "Dar ağacı" pyesleri tamaşaya qoyulmuşdur. O, tarixi ve müasir mövzuda 20-den artıq iri hecmli poemanın müellifidir.

    O, 1974-cü ilde emekdar incesenet xadini, 1975-ci ilde respublika, 1984-cü ilde ise SSRI Dövlet Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ilde ona "Xalq şairi" adı verilmiş, 1995-ci ilde ise Azerbaycan xalqının milli azadlıq uğrunda mübarizesinde xesusi xidmetlerine göre "İstiqlal" ordeni ile teltif edilmişdir.

    B.Vahabzadenini şerleri obrazların kamilliyi, bedii vasitelerin measirliyi ve orijinallığı ile seçilir. Onun bütün eserlerinde dünyaya felsefi baxış esas yer tutur.

    Son 30-40 ilde Azerbaycan edebiyyatında B.Vahabzade qeder ümumxalq mehebbeti qazanmış ikinci bir şairin adını çekmek çetindir.

    Bedii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fealiyyetle üzvi suretde elaqelendiren B.Vahabzade 5 defe Azerbaycan Ali Sovetine millet vekili seçilmişdir (1980-2000).

    O, hele 60-cı illerden başlayan mili azadlıq herekatının öncüllerinden biri olmuşdur. 1959-cu ilde yazdığı "Gülüstan" poeması ile iki yere parçalanmış Azerbaycanın tarixi faciesini dile getirmiş, rus ve fars imperiasının pençesi altında inleyen Azerbaycan xalqının azadlıq ve istiqlal uğrundakı edaledli mübarizesine qoşulmuşdur.

    Bu poemaya göre 1962-ci ilde şair "Milletçi" damğası ile Universitetden çıxarılmış, yalnız 2 ilden sonra yerine qaytarılmışdır. Sovyet rejiminde milli varlığı tapdanan, her cür mehrumiyyetlere meruz qalan milletin derdlerini remzler ve müxtelif edebi üsullarla ifade itmiş, iri hecmli poemaları ve pyeslerinde hadiseleri ya tarixe, ya da başqa ölkelere keçirerek öz milletinin derdlerini dile getirmişdir. Birbaşa Sovyet diktaturasını ifşa eden eserlerini ise şair, Sovyetler İttifaqı dağılandan sonra "Sandıqdan sesler" başlığı altında neşr etdirmişdir.

    Bu vaxta qeder qüdretli söz ustası, keskin publisist, edebi-bedii prosesin teşkilaçısı kimi tanınan B.Vahabzade son vaxtlar xalqı düşündüren bir çox meselelerde, o cümleden uydurma Qarabağ problemi ile elaqedar meselelerde ağsaqqal kimi ciddi fealiyyet gösterir. Hemçinin o, ana dilimizin saflığı, temizliyi uğrunda daim, yorulmadan mübarize aparır.

    B.Vahabzadenin evi bir növ, milletin ümid qapısına dönmüşdür. Bele ki, respublikanın müxtelif kend ve rayonlarından her gün onlarla mektub alır, neçe-neçe şikayetçini evinde qebul edir, onları dinleyir ve imkan daxilinde her birinin derdine elac etmeye çalışır. Respublika Ali sovetinin sessiyalarında, ictimai-siyasi meclislerde, kütlevi informasiya vasitelerindeki çıxışlarında o, xalq menafeyinin esl müdafieçisi, heqiqi vetenperver ve ictimai xadim kimi hamının derin hörmet ve mehebbetini qazanmışdır. Yaradıcılığı boyu xalqın istek ve arzularını terennüm eden, bu arzuların heyata keçmesine çalışan vetendaş şair üçün xalqın menafeyi onuın şexsi menafeyine çevrilmişdir.

    Görkemli söz üstadı, Azerbaycanın xalq şairi Bextiyar Vahabzade 2009-cu ilin fevralin 13-ünde 84 yaşında vefat edib. Şair Fexri Xiyabanda torpağa tapşırılıb.

    Azerbaycan dilinde kitablar

    1- "Menim dostlarım", Azerneşr, 1949
    2- "Bahar", "Genclik", 1950
    3- "Dostluq neğmesi", "Genclik", 1952
    4- "edebi heykel", Azerneşr, 1951
    5- "Çinar", "Genclik", 1956
    6- "Sade adamlar", Azerneşr, 1956
    7- "Ceyran", "Genclik", 1957
    8- "Aylı geceler", Azerneşr, 1958
    9- "Şebi hicran" (Füzuli haqqında poema), "Genclik", 1959
    10- "Şerler ve poemalar", Azerneşr, 1961
    11- "İki poema", "Genclik", 1962
    12- "İnsan ve zaman", Azerneşr, 1964
    13- "Bir ürekde dört fesil", Azerneşr, 1966
    14- "Seçilmiş eserler", 1967
    15- "Kökler-budaqlar", "Genclik", 1968
    16- "Deniz-Sahil", "Genclik", 1969
    17- "416", "Genclik", 1970
    18- "Bir baharın qaranquşu", "Genclik", 1971
    19- "Dan yeri", "Genclik", 1973
    20- "Seçilmiş eserler" (I cild, şerler), Azerneşr, 1974
    21- "Seçilmiş eserler" (II cild, poemalar), Azerneşr, 1974
    22- "Açıq söhbet", "Genclik", 1977
    23- "Açılan seherlere salam", 1970
    24- "Pyesler", "Genclik", 1980
    25- "Payız düşünceleri", "Yazıçı", 1981
    26- "Her çiçekden bir leçek" (Dünya poeziyasından nümunelerinden tercümeler), "Yazıçı", 1982
    27- "Seçilmiş eserler" (2 cildlik), 1983-1984
    28- "Özümle söhbet", Azerneşr, 1985
    29- "Axı, dünya fırlanır", "Yazıçı", 1987
    30- "Seher", "Genclik", 1986
    31- "Lirika", Azerneşr, 1990
    32- "Şehidler", Azerneşr, 1990
    33- "Nağıl-heyat", "Yazıçı", 1991
    34- "Ümide heykel qoyun", "Yazıçı", 1991
    35- "Vetendaş", "Genclik", 1994
    36- "Feryad", "Azerbaycan", 1995
    37- "Körppü çaydan uzaq düşüq", "Azerbaycan", 1996
    38- "Bir ömür yuxu", "Azerbaycan", 1998
    39- "İstiqlal", "Genclik", 1999
    40- "Ağıl başqa, ürek başqa", "Azerbaycan", 2000
    41- "Sandıqdan sesler", "Tefekkür", 2002

    Elmi-publisistik kitabları

    1- "S.Vurğunun lirikası", Universitet neşriyyatı
    2- "Semed Vurğun" (monografiya), "Azerneşr", 1968
    3- "Senetkar ve zaman", "Genclik", 1976
    4- "Sadelikde böyüklük", "Yazıçı", 1978
    5- "Veten ocağının istisi", "Genclik", 1982
    6- "Derin qatlara işıq", "Yazıçı", 1986
    7- "Gelin açıq danışaq", Azerneşr, 1989
    8- "Senbe gecesine geden yol", Azerneşr, 1991
    9- "Yanan da men, yaman da men", "Göytürk", 1995
    10- "Leyaqet", "Azerbaycan", 1998
    11- "Zaman ve men", "Genclik", 1999
    12- "Semed Vurğun" (rus dilinde, E.Talıblı ile birlikde), "Azerbaycan", 2000

    Türkiyede çap olunmuş kitabları

    1- "Ömrümden sehifeler", "Ötügen", 2000
    2- "Veten, millet, ana dili", Atatürk kültür başqanlığı yayınları, 2000
    3- "Soru işareti", Kaynak yayınları, 2002

    Pyesleri
    1- "Vicdan" - 1960
    2- "İkinci ses" - 1968
    3- "Yağışdan sonra" - 1971
    4- "Yollara iz düşür" - 1974
    5- "Cezasız günah" - 1975
    6- "Dar ağacı" - 1978
    7- "Feryad" (Nesimi) - 1984
    8- "Hara gedir bu dünya" - 1990
    9- "Özümüzü kesen qılınc" - 1998

    Başqa dillerde neşr olunmuş kitabları

    1. Rus dilinde - 14 kitab
    2. Türkiye Türkçesi - 15 kitab
    3. Ermeni dilinde - 3 kitab
    4. Özbek Türkçesi - 2 kitab
    5. Türkmen Türkçesi - 1 kitab
    6. Alman dilinde - 2 kitab
    7. İngilis dilinde - 2 kitab
    8. İranda Azerbaycan dilinde - 5 kitab


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: bahtiyar vahapzade

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 1

          Görüntüleme: 9553


  2. #2
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.316
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    184
    Tecrübe Puanı
    100
    @Emine

    Standart

    ALLAH
    İdrakda yol açmış geceden gündüze Allah,
    Güldürmesen öz könlünü, gülmez üze Allah.
    Dünyaya şefeqler kimi tanrım sepelenmiş,
    Qelbin gözü yanmasa, görünmez göze Allah.

    Allah! Bilirik cism deyil, bəs nədir Allah?
    Ən yüksək olan haqda, həqiqətdir Allah.
    Dondunsa təkamül və gözəllik qabağında,
    Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah.

    Bildik, bilirik, gizlidir insadakı qüdrət,
    Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət.
    İnsanın əzəl borcudur insanlığa hörmət,
    İnsanlığa hörmətdə, ləyaqətdədir Allah.

    Gerçək də budur: gizlidir hər zərrədə vəhdət.
    Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
    Gördüklərimiz zahirdir, bətnə nüfuz et!
    Bətndəki, cövhərdəki fitrətdədir Allah.

    Fitrət də yatır sözdə, sözün öz yükü fikrim.
    Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
    Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim,
    Sözlərdə deyil, sözdəki hikmətdədir Allah.

    İnsan! Təpədən dırnağa sən arzu, diləksən,
    Nəfsində duyumsuz, fəqət eşqində mələksən.
    Zülmün üzünə haqq deyilən şilləni çəksən,
    Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.

    Cahil enər alçaqlığa, öz qəlbinə yenməz,
    Vicdandan əgər dönsə də, xeyrindən o dönməz.
    Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz,
    İlqarda, sədaqətdə, məhəbbətdədir Allah.

    1984

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş