Nə qədər qaldı borcuma ANA??? Bir dəfə bir yazı öxumuşdum.Bir övlad dünyaya gətirən Ana onu dünyaya gətirib rəhmətə getsə də,lap övladı üçün daha sonra heç nə etməsə də onun borcunun sadəcə yarısını qaytarmaq olar.Bunun üçün layiqli övlad olmaq lazımdır.Elə övlad ki,ana mənim belə övladım var deyəndə fəxr etməli və hər kəs də ona sağ ol ki,belə övladın var deməlidir.Bax bu zaman sən ananın borcunun yarısını ödəyirsən. Mən bunu uşaq vaxtı anama oxuyanda o mənə dedi ki,sən dərd

Bu konu 2187 kez görüntülendi 0 yorum aldı ...
Nə qədər qaldı borcuma ANA??? 2187 Reviews

    Konuyu değerlendir: Nə qədər qaldı borcuma ANA???

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2187 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.316
    Konular
    10706
    Beğendikleri
    10
    Beğenileri
    184
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Nə qədər qaldı borcuma ANA???

    Nə qədər qaldı borcuma ANA???



    Bir dəfə bir yazı öxumuşdum.Bir övlad dünyaya gətirən Ana onu dünyaya gətirib rəhmətə getsə də,lap övladı üçün daha sonra heç nə etməsə də onun borcunun sadəcə yarısını qaytarmaq olar.Bunun üçün layiqli övlad olmaq lazımdır.Elə övlad ki,ana mənim belə övladım var deyəndə fəxr etməli və hər kəs də ona sağ ol ki,belə övladın var deməlidir.Bax bu zaman sən ananın borcunun yarısını ödəyirsən.

    Mən bunu uşaq vaxtı anama oxuyanda o mənə dedi ki,sən dərd eləmə,dərslərini yaxşı oxusan düşün ki,mənə borcun yoxdur...



    İllər keçdi,mən böyüdüm.Böyüdüyümün hər anında anama bir yeni borcu ödəməyi düşündüm.Hər etdiyim işdə,hər qazandığım nailiyyətdə,hər uğurumda anama bir az daha borcumu ödədim deyə qeyd etdim.

    Sanki ağlımda bu borcumu ödəmək eşq-həvəsi vardı.Amma hər şey düşündüyüm kimi deyildi.Borclar o qədərdi ki...



    9 ay məni bətnində daşıdı anam.Dünyaya gətirdi,körpə ikən hər gün laylay oxudu,gecələr yuxusuz qaldı.Daim üstümü örtdü,yedizdirdi,balama bir şey olmasın deyə nə əziyyətlər çəkdi ANAM.

    Xəstələnəndə günlərlə dərd çəkirdi,sağalanda məni bir günəş parçası tək qoruyurdu Anam!


    Daha sonra bağçaya aparırdı məni,amma özü işə gecikirdi buna görə.Hər dəfə mənə deyirdi ki,gəl görək kim daha tez qaça bilər.Mən də coşardım,hər dəfə daha bərk qaçardım anamı keçim deyə.Oysa anam bağçaya tez çatım,sonra o da işə gedə bilsin deyə bunu edirdi,amma bildirmirdi.


    Bax,mən qaçmağı belə öyrəndim.Daha sonra məktəb illərində sürətli qaçmaq üzrə fəxri fərman almışdım.Bax,mən bu uğurumu belə sənə borcluyam ANA!


    Sonra məktəbə getdim.Atam çox ciddi adam idi.Soruşmazdı nədir dərsin,sadəcə hazırsanmı soruşardı.Yox demək cəhənnəm əzabı çəkmək idi.Amma anam başımda durardı,bir yerdə oxuyardıq.Hər il bir sonrakı sinifə keçəndə qiymət cədvəlimdəki hər bir uğurumu anam mükafatlandırardı.Hər ilin sonu buna görə mənə nələrsə alardı.Mən də bu alınacaqlara görə elə oxuyardım ki,bəzən təhsil üçün deyil,həmin hədiyyə üçün oxuyardım.Bax,mən təhsildə qazandığım nailiyyət üçün sənə borcluyam ana!


    Onun həyatda sevdiyi iki insan var:biri mən,biri də öz atası,yəni babam.

    Babam bizə gələndə anam da uşaqlaşırdı,olurdu babamın dəcəl,şıltaq qızı.Bur dəfə soruşmuşdum ki,məndən çox kimi istəyirsən,demişdi sənin övladını.Mən də qısqanclıqlan demişdim ki,onda mənim övladım olmayacaq,sən sadəcə məni sev demişdim.O da mən onu sənin övladın olduğu üçün sevəcəyəm...mən onunla sənin uşaqlığındakı xatirələrimi yenidən yaşamaq üçün sevəcəyəm...demişdi.


    Uşaq vaxtı dəcəldim, bəzən atam məni vurmaq istəyəndə Anam özünü qabağa verirdi. Məni kimsənin incitməsini qoymurdu!
    İndi belə hava biraz soyuq olsun dərhal mənə zəng edir, üşümürsən oğlum?
    Özü bir şey yeyəndə mənə zəng edir deyir, ac deyilsən oğlum?



    Sən istəyən hər şeyi etdim ana!

    Sən istədin məktəbi, unversiteti, magistraturanı, aspiranturanı bitirdim Ana!


    Necə övlad olmağımı istədin mən elə oldum Ana!

    Sən kimi və nəyi sevdin mən də onu sevdim Ana!

    Sənin yaratdığın obraz olaraq böyüdüm Ama!


    Mən sənin kölgən oldum Ana!

    Sadəcə sənin işiq saçdığın yollarda getdim Ana!

    Heç vaxt sənə yalan danışmadım Ana!

    Mən səninlə nəfəs aldım Ana!


    Sənə olan sevgim azalmasın deyə kimsənidə sevmədim ana!

    Mən illər boyu borcumu qaytarmaq üçün böyüdüm,amma sonda anladım ki...mənim uğurum onun sevgisidir!

    İndi borc dəftərimə baxıram...və anama belə bir sual vermək istəyirəm:

    -Mənim sənə nə qədər borcum qaldı, ana???


    Bəs sizin nə qədər borcunuz qaldı?



    Səcdə edərkən alnımı sənin əllərinə qoymaq istəyirəm ANA! ( Tural Isayev)


    alinti


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Nə qədər qaldı borcuma ANA???

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 2187


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş