Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsi. 1979 ildə Xarabagilan şəhəri yerində aşkar edilmişdir.Şərti olaraq “Gilan türbəsi” adlandırılan bu abidə iri təpənin yamacında yerləşir.Türbənin üst qülləsi dağılmış,sərdabəsi isə yaxşı qalmışdır.Sərdabənin planı daxildə səkkizbucaqlı,xaricdə isə düzbucaqlıdır.İçərisində sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə uyuşmayan alçaq səki var.Gilan türbəsi-nin sərdabəsi Azərb.və qonşu ölkələrin rta əsr memarlığında geniş yayılmış

Bu konu 2437 kez görüntülendi 0 yorum aldı ...
Gilan türbəsi 2437 Reviews

    Konuyu değerlendir: Gilan türbəsi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2437 kez incelendi.

  1. #1
    ŞiMaL - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    10.12.2009
    Mesajlar
    21.664
    Konular
    10831
    Beğendikleri
    0
    Beğenileri
    28
    Tecrübe Puanı
    100
    @ŞiMaL

    Yeni Gilan türbəsi

    Ordubad rayonunda orta əsrlərə aid memarlıq abidəsi. 1979 ildə Xarabagilan şəhəri yerində aşkar edilmişdir.Şərti olaraq “Gilan türbəsi” adlandırılan bu abidə iri təpənin yamacında yerləşir.Türbənin üst qülləsi dağılmış,sərdabəsi isə yaxşı qalmışdır.Sərdabənin planı daxildə səkkizbucaqlı,xaricdə isə düzbucaqlıdır.İçərisində sonradan tikildiyi aydın görünən və iç quruluşu ilə uyuşmayan alçaq səki var.Gilan türbəsi-nin sərdabəsi Azərb.və qonşu ölkələrin rta əsr memarlığında geniş yayılmış səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük konstruksiyasına görə fərqlənir.Gilan sərdabəsində örtüyün ortası iç məkanın mərkəzində ucalan göbələkvarı –yuxarıya doğru genişlənən sütuna dayanır.Sütun da planda səkkizbucaqlıdır.Buna bənzər mərkəzi dayaq sütunu Azərb.ərazisində indiyədək yalnız iki abidədə- Marağadakı qırmızı günbəz(1148) və Naxçıvandakı Mömünə xatun (1186) türbələrinin sərdabələrindən bəllidir.Gilan türbəsi Marağa-Naxçıvan memarlıq zonasında olmasına baxmayaraq,memarlıq quruluşu,konstruksiya baxımından Şərqi Anadolunun(Türkiyə),Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin (12 əsrin əvvəlləri)alt qatı ilə,demək olar ki,eynidir.Hər iki sərdabənin həcmi və hündürlüyü də bir-birinə çox yaxındır.Kemahdakı türbənin də Marağa-Naxçıvan memarlıq məktəbi nümayəndəsi tərəfindən tikilməsi ehtimalı güclüdür.Çünki həmin illərdə Menüucuqların əsas tikililərini iki azərb.memar yerinə yetirirdi.Onlardan birinin-memar Əhməd Əbubəkir oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavus türbəsi görünüşcə Gilan və Kemah türbələrinə bənzərdir.Gilan sərdabəsi ətraf qayalardan qopardılmış lay daş parçalarından tikilmişdir.İçərisinə nisbətən bayır üzlərində daşlar daha diqqətlə yonulmuş,hörgü işi səliqəli aparılmışdır.İnteryerdə tavan və döşəmə büsbütün,eləcə də divarların və mərkəzi dayağın hörgü daşlarının arası ağ məhlulla suvanmışdır.Tünd boz daşlar təbii biçimləri və codluğu ilə ağ yerlikdə orjinal dekorativ düzüm əmələ gətirir.Bütövlükdə,sərdabə interyerinin ifadəliliyi biçimlərin təmiz həcm quruluşuna əsaslanır,estetik tələblərə uğurla cavab verməklə fəzalı plastik arxitektonikası ilə gözəl təsir bağışlayır.Bayırda sərdabə qatının üstündə kubvarı tutumlu gövdə ucalırmış.Uçub dağılmış və indiyədək kiçicik fraqmentləri qalmış üst qüllə tamamilə kərpicdən tikilmiş,üzləri kərpicdən hörülmüş,mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir.Gövdənin künclərini silindrik kərpic sütunlar qapayırmış.Sütunlardan birinin alt bölümü qalmışdır.Bəzək işlərində göy rəngli kaşı lövhələrdə işlədilmişdi.Gilan türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da,abidənin 12 əsrin son rübündə inşa edildiyi ehtimal olunur. Əd.alamzadə Ə.V.,Məmmədzadə K.M.,Azərbaycan memarlığının Naxçıvan məktəbi abidələri,Bakı 1985;Qiyasi C.,Nizami dövrü memarlıq abidələri,Bakı 1991.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gilan türbəsi

          Kategori: Azerbaycan

          Konuyu Baslatan: ŞiMaL

          Cevaplar: 0

          Görüntüleme: 2437


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş