dərinəm çay dəyiləm mən dənizdən yekəyəm baxma zahırdə gözüm yummağını gecələr mən ayığam

Bu konu 1848 kez görüntülendi 0 yorum aldı ...
mən atamın qızıyam 1848 Reviews

    Konuyu değerlendir: mən atamın qızıyam

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1848 kez incelendi.

  1. #1
    Aylin's - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.03.2009
    Mesajlar
    3.560
    Konular
    3321
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    966
    @Aylin's

    Standart mən atamın qızıyam

    dərinəm

    çay dəyiləm

    mən dənizdən yekəyəm

    baxma zahırdə gözüm yummağını

    gecələr mən ayığam

    gecə dərd əhlinə lay lay çalaram

    görsəm ulduz qaçır ılham alaram

    mən atamın qızıyam

    dunyaya tufan salaram

    qoymaram incisin ehsası nıgarın

    qoymaram çənli belin rəngi saralsın

    özgə minsin qır atı başına çalsın

    bilməsin qimətini

    atdı desin

    minməyi qansın

    mən atanın qızıyam

    qoymaram duşman ucalsın

    faydası yoxdu uşaqlar bilə sara selə düşdü

    zorunan xan aparırdı

    getmədi sara

    özünü körpüdən atdı

    deyərəm sara kimiydi

    çəkərəm sara sözün göylərə

    göylərdə sızıldar

    aşiqi məna eliyən çoxdu

    daha saraya çatmaz

    öz şirin canını hər kəs selə atmaz

    sara qeyrətli qızıydı

    özgəsi saraya çatmaz

    mən kiməm

    mən özüməm

    nə deyim söz mənim olsun

    başımı oynamaqa qatmağı mən pis bilirəm

    mənim arzum savalandı

    ucadı dağdı qalandı

    sazlı sözlü kərəmim var

    əsiləm

    əslilərim var

    söz bilən şəhriyarım var

    qaflanım etıbarım var

    mən atamın qızıyam

    atama ıftıxarım var

    qoymaram mən atamın bəxti qaralsın

    sözləri sinədə qalsın

    anamın iffəti boyda yaşaram mən

    uca dağlar qədəri qüssəm ola

    aşaram mən

    mən əsirlərdə dəyiləm

    hamını dərk eliyərkən

    sinələrdə coşaram mən

    yaşaram mən

    yaşaram mən

    Azərbaycan nazıyam

    mən atamın qızıyam



    şərifə cəfəri


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: mən atamın qızıyam

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Aylin's

          Cevaplar: 0

          Görüntüleme: 1848

    HÜZÜNLER KALDI BENDE...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş