GƏLMİŞƏM Gəlmişəm sevgimə sahib çıxmağa, Səni sevdiyimçün sənə gəlmişəm. Səni sevməyimlə günahlarımı, Yuya bilmək üçün sənə gəlmişəm. ***** Gözlərin ruhumu alıb apardı, Çox gözlədim, ondan cavab gəlmədi. Bu səssizlik məni məndən qopardı,

Bu konu 2495 kez görüntülendi 1 yorum aldı ...
GƏLMİŞƏM 2495 Reviews

    Konuyu değerlendir: GƏLMİŞƏM

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2495 kez incelendi.

Konu: GƏLMİŞƏM

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart GƏLMİŞƏM

    GƏLMİŞƏM

    Gəlmişəm sevgimə sahib çıxmağa,
    Səni sevdiyimçün sənə gəlmişəm.
    Səni sevməyimlə günahlarımı,
    Yuya bilmək üçün sənə gəlmişəm.

    *****
    Gözlərin ruhumu alıb apardı,
    Çox gözlədim, ondan cavab gəlmədi.
    Bu səssizlik məni məndən qopardı,
    Tənhalıqdan baş götürüb gəlmişəm.

    *****
    Düşünmə ki, sənsiz qalmaq asandır,
    Səni sevmək sevməmək tək çətindir.
    Sevmədikcə uçuruma getimşəm,
    Uçurumdan dönüb sənə gəlmişəm.

    *****
    Mənə sual verdin “Niyə gəlmisən?”
    Gəlmişəm, günahım olduğu üçün
    Məkkə çox uzaqdır, gedə bilmərəm,
    Məkkə tək sevdiyim sənə gəlmişəm.

    *****
    Bilirəm, qəlbini çox sındırmışam,
    Mənim olduğu üçün ona qıymışam.
    İndi mənim deyil o sınan ürək,
    Onu sındırmaq üçün yenə gəlmişəm.

    *****
    Dünyanın işləri mənsiz də keçər,
    Mən dünyanın kiçik bir zərrəsiyəm.
    Səninsə yarınam, biz bir bütövük,
    Bütöv olmaq üçün yara gəlmişəm.

    *****
    Bilirdim sən mənə “Yox” deyəcəksən,
    “Yox”u eşidəndə içim qaraldı,
    Baş götürüb sənsizliyə yol aldım,
    Düşdüm sən olmayan boş bir dünyaya.
    Burada hər şey var, tək səndən başqa,
    Sənə əvəz olan heç kimsə yoxdur.
    Özüm də bilmirəm mən bu həyata,
    Sənsiz öləcəmsə, niyə gəlmişəm?!

    Əhməd ŞAHİDOV
    07 Fevral 2010-cu il saat 03:07, Moskva, Rusiya




    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: GƏLMİŞƏM

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 1

          Görüntüleme: 2495

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

  2. #2
    Vuslata Hasret - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    12.10.2009
    Mesajlar
    8.961
    Konular
    4260
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    753
    @Vuslata Hasret

    Standart

    Elinize Kaleminize Yüreğinize sağlık......

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş