HƏSRƏTİNDƏYƏM Səninlə ömürlük həyat sürməyin, Sevgi yaşamağın həsrətindəyəm. Sənin gözlərindən süzülüb gələn, O saf baxışların həsrətindəyəm. ***** Hər səhər sənsizlik oyatdı məni, Gecələr bitməyən kabusum oldun. Çox sevdim, sevirəm, sevəcəm səni,

Bu konu 1240 kez görüntülendi 0 yorum aldı ...
Hesretindeyem 1240 Reviews

    Konuyu değerlendir: Hesretindeyem

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1240 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Hesretindeyem

    HƏSRƏTİNDƏYƏM

    Səninlə ömürlük həyat sürməyin,
    Sevgi yaşamağın həsrətindəyəm.
    Sənin gözlərindən süzülüb gələn,
    O saf baxışların həsrətindəyəm.
    *****
    Hər səhər sənsizlik oyatdı məni,
    Gecələr bitməyən kabusum oldun.
    Çox sevdim, sevirəm, sevəcəm səni,
    Sənin də sevginin həsrətindəyəm.
    *****
    Sən çox uzaqdasan, əlim yetməyir,
    Sanki bir ömürlük məsafəmiz var.
    Hərdən düşünürəm “Bəlkə sevməyir?!”
    Sevgimə cavabın həsrətindəyəm.
    *****
    Amma bil ki, səni bu kainatda,
    Qarşılıq görmədən sevən ürək var.
    Sevgimə sadiqəm bir ömür boyu,
    Mən də sevilməyin həsrətindəyəm.
    *****
    Amma ümidliyəm, bilirəm bir gün,
    Sevgimə qarşılıq alacam səndən.
    Sənin gözlərindən öpə bilməkçün,
    O gücün, cürətin həsrətindəyəm.

    Əhməd Şahidov

    07 Aprel 2010-cu il, saat 03:26, Bakı, Azərbaycan


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Hesretindeyem

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1240

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş