Allah shehidlerimize rehmet elesin!!! Bagishlayin, bilirem, agirdir, amma ibret goturmeyimiz lazimdir. Bu movzunu vaxti gelende qoymaq lazim idi diyenler , sadece unutmaq olmaz her zaman yaddasimizda qalmalidir, yoxsaki hadise qeyd olunanda deyil http://www.khojaly.net/img/001.jpg http://www.khojaly.net/img/002.jpg http://www.khojaly.net/img/003.jpg

Bu konu 2028 kez görüntülendi 1 yorum aldı ...
Qarabağı unutma! (fotoşəkillər) 2028 Reviews

    Konuyu değerlendir: Qarabağı unutma! (fotoşəkillər)

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2028 kez incelendi.

  1. #1
    tabrizsat - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    25.05.2010
    Mesajlar
    7
    Konular
    5
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    0
    @tabrizsat

    Unhappy Qarabağı unutma! (fotoşəkillər)

    Allah shehidlerimize rehmet elesin!!!

    Bagishlayin, bilirem, agirdir, amma ibret goturmeyimiz lazimdir.
    Bu movzunu vaxti gelende qoymaq lazim idi diyenler , sadece unutmaq olmaz her zaman yaddasimizda qalmalidir, yoxsaki hadise qeyd olunanda deyil













    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qarabağı unutma! (fotoşəkillər)

          Kategori: Türk Tarihi

          Konuyu Baslatan: tabrizsat

          Cevaplar: 1

          Görüntüleme: 2028


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

  2. #2
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    36
    Mesajlar
    1.897
    Konular
    1219
    Beğendikleri
    410
    Beğenileri
    14
    Tecrübe Puanı
    912
    @Revane

    Standart




    Sirr deyil ki, Azərbaycan cəmiyyətində belə bir stereotip var: “ermənilər heç zaman Qarabağı sülh yoluyla bizə qaytarmayacaqlar. . .” və bunu əsaslandırmaq üçün xeyli arqumentlər gətirilir: “çünki onlar gələcəyi düşünürlər, uzaqvuran planlar qururlar” və sair və ilaxır. Belə iddialarla mediada da, internet-forumlarda da, şəxsi söhbətlərlə də dəfələrlə rastlaşmışam. Həmin arqumentlərlə işim yox; amma özüm tam əksini düşünürəm – qəti əminəm ki, ermənilər həqiqətən də ağıllı, gələcəyi düşünən, uzaqgedən planlar qurmağı bacaran toplum olsalar, mütləq Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşacaqlar. Deyim, niyə.ŞəkilQarabağın müstəqilliyinin ermənilərə nə vəd etdiyi aydın məsələdir. Gəlin, belə variantı düşünək ki, Qarabağın Azərbaycanın tərkibində qalmasıyla razılaşmaq onlara nə verəcək.


    Birincisi, əlbəttə ki, ermənilər yenə də Qarabağda yaşayacaq, üstəlik, “ən yüksək statusa” malik olacaqlar; biz onları oradan heç vaxt heç hara çıxara bilmərik – bir erməninin burnu qanasa, bütün dünya “etnik azlığın hüquqları pozulur” deyə üstümüzə qalxacaq.


    Qarabağ ermənilərinin öz idarəetmə orqanları, parlamenti və icra strukturları, yerli rəhbərliyi, öz polisi, mediası, erməni dilində məktəbləri və s. və i.a. olacaq. Çətin ki, azərbaycanlılar gedib bu yad, həm də müəyyən qədər təhlükəli mühitdə yaşamağa könüllü olsunlar. Yəni torpaq de-yure bizim, de-fakto isə yenə də ermənilərin olacaq.


    Bu azmış kimi, biz onların təhlükəsizliyini təmin etməliyik, onları maliyyələşdirməliyik, onların etnik azlıq kimi bütün hüquqlarına zamin durmalıyıq, təbii sərvətlərimizdən (ilk növbədə neft və qazdan) mütləq onlara pay ayırmalıyıq. Axı dığalar daha özgəsi yox, bizim öz vətəndaşlarımız sayılacaqlar! Demək, onların da qayğısına qalmalıyıq. Erməni uşaqlar üçün məktəblər, nə bilim, olimpiya kompleksləri tikməliyik. Etməsək, bütün dünya Azərbaycanda ermənilərin hüquqlarının pozulduğunu deyib, üstümüzə cumacaq.


    Üstəlik, Azərbaycan parlamentində mütləq erməni deputatlar, hökumətdə erməni məmurlar üçün kvota ayrılcaq. Ermənilər gəlib Bakıda biznes quracaq, bizim hesabımıza pul qazanmağa başlayacaqlar. Əminəm, çox sürətlə Azərbaycanın işgüzar mühitində, elmi dairələrdə, sənətkarlıqda ermənilər yerlərini möhkəmləndirəcək. Ona görə əminəm ki, vaxtilə özüm bunun şahidi olmuşam.


    Erməni qızları bizim bığıburma dəliqanlalırı leqal və legitim şəkildə öz mini-yubkalarının altından keçirmək imkanı qazanacaq və bundan mütləq maksimum faydalanacaqlar.
    Bunlar hələ çooox natamam bir təsvirdir.


    Demək, nə alınır: öz torpağımızda (ən gözəl bölgəmizdə) ermənilərə yüksək status veririk, hüquqlarının keşiyində dururuq, qayğılarına qalırıq, ehtiyaclarını ödəyirik, neft və qazımızdan onlara da pay ayırırıq, Ermənistanı öz regional proyektlərimizə qoşmaqla, önəmini artırırq, Bakını bütün imkanlarıyıla bərabər ermənilərin üzünə açırıq. . . Əvəzində onlardan nə tələb edirik? PRAKTİK OLARAQ HEÇ NƏ! Sadəcə, bütün bunları qəbul etmələrini, vəssalam.


    İndi özünüz deyin, ağıllı və uzaqgörən millət bu şərtlərlə razılaşar, ya yox? Bəli, ermənilər, çox təəssüf ki, ağıllı xalqdır və ona görə də gec-tez Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verəcəklər. Nə qədər qəribə də olsa, məhz gələcəyi düşündüklərinə görə! Bu, sadəcə zaman və siyasət məsələsidir.


    Ona görə də, məni narahat edən Qarabağın qayıdıb-qayıtmayacağı deyil. Tamam başqa sualdır: Biz – yəni Azərbaycanın milli çoxluğu olan türklər ölkəmizdə yaşayan milli azlıq olan ermənilərdən bütün baxımlardan üstün olmağı bacaracağıqmı?! Yəni: savadda, intellektdə, mədəniyyətdə, peşəkarlıqda, uzaqgörənlikdə, millətçilikdə, dünya ilə əlaqələrdə onları üstələyə biləcəyəkmi? Azərbaycan üçün əsas TALEYÜKLÜ sual bax, budur. Çünki bütün bu parametrlərdə biz millət olaraq, ermənilərdən yuxarıda durmağı bacarmasaq, Qarabağın qaytarılması geniş tarixi perspektivdə heç bir ciddi uduş vəd etməyəcək.


    Ona görə də biz ermənilərin Qarabağı qaytarmamalarına yox,qaytarmalarına daha ciddi hazırlaşmalıyıq. Çünki ikincisi daha ciddi sınaqdır.


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş