Qadın ürəyi... Necə rəhmlidir, necə amansız, Necə mehribandır, qadın ürəyi! Sən onu sındırsan, bil ki, a qansız, Ağlayan kamandır qadın ürəyi! Güldürsən ömürlük səadətindir, Söndürsən, yanmağı bir də çətindir. O, zərif duyğunun, məhəbbətindir,

Bu konu 2429 kez görüntülendi 0 yorum aldı ...
Qadın ürəyi 2429 Reviews

    Konuyu değerlendir: Qadın ürəyi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2429 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Qadın ürəyi

    Qadın ürəyi...

    Necə rəhmlidir, necə amansız,
    Necə mehribandır, qadın ürəyi!
    Sən onu sındırsan, bil ki, a qansız,
    Ağlayan kamandır qadın ürəyi!

    Güldürsən ömürlük səadətindir,
    Söndürsən, yanmağı bir də çətindir.
    O, zərif duyğunun, məhəbbətindir,
    Sevgisiz zindandır qadın ürəyi.

    Daşı da əridər, daş da olar o,
    Əriyib gözlərdə yaş da olar o.
    Bahar da olar o, qış da olar o,
    Damladır, ümmandır qadın ürəyi.

    Onunla dünyadır sənə qəfəs də,
    Onsuz heç yaşama bu torpaq üstə.
    Sevən bir ürəyə axır nəfəsdə
    Ən şirin dərmandır qadın ürəyi.

    Bəzən gül tək solar acı bir sözdən,
    Ağlayar xəlvəti, gülsə də üzdən.
    Bəzən uşaq kimi ən ürəksizdən
    Məhəbbət umandır qadın ürəyi.

    Bir namərd əlindən zəhər içəndə,
    Çürüdər ömrünü o, yas içində.
    Bəzən ən qiymətli libas içində
    Nalədir, fəğandır qadın ürəyi.

    Ömrə zinət verən, səadət quran,
    Sevənin qəlbini nurla dolduran,
    Isməti bir nəsli göyə qaldıran,
    Eşqə hökmrandır qadın ürəyi.

    Sənsiz əl çəkərəm arzudan, kamdan,
    Nə çıxar sevgisiz - sənsiz ilhamdan?
    İncitsən, dözərəm, Tofiq Bayramdan
    İncimə, amandır, Qadın ürəyi!...

    Tofiq Bayram, 1969


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Qadın ürəyi

          Kategori: Azeri Şiirler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2429

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş