Həbibi Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir. Uşaq yaşlarından çobanlıq edən Həbibi hazırcavablığı ilə Ağqoyunlu hökmdarı Sultan Yaqubun məmurlarndan birinin diqqətini çəkmiş və beləliklə sultan sarayına düşmüşdür. Ağqoyunluların süqutundan sonra Şah İsmayılın dəvəti ilə Səfəvilər sarayına gəlmiş və burada "Məlik üş-şüəra" rütbəsi almışdır. XV əsrin sonu XVİ əsrin əvvəllərində yaşayıb-yaradan Həbibi təxminən

Bu konu 2115 kez görüntülendi 0 yorum aldı ...
Həbibi 2115 Reviews

    Konuyu değerlendir: Həbibi

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2115 kez incelendi.

Konu: Həbibi

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.765
    Konular
    3587
    Beğendikleri
    1.051
    Beğenileri
    230
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Həbibi

    Həbibi

    Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir. Uşaq yaşlarından çobanlıq edən Həbibi hazırcavablığı ilə Ağqoyunlu hökmdarı Sultan Yaqubun məmurlarndan birinin diqqətini çəkmiş və beləliklə sultan sarayına düşmüşdür. Ağqoyunluların süqutundan sonra Şah İsmayılın dəvəti ilə Səfəvilər sarayına gəlmiş və burada "Məlik üş-şüəra" rütbəsi almışdır.
    XV əsrin sonu XVİ əsrin əvvəllərində yaşayıb-yaradan Həbibi təxminən 1470 ci ildə Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir.Uşaq yaşlarında quzu otararmış.Təsadüfi bir hadisə nəticəsində Ağqoyunlu hökmdarı Sultan Yəqubun sarayına düşən Həbibi burada bir şair kimi yetişmək imkanı tapır.Ağqoyunluların süqutundan sonra şair Səfəvilərin sarayında da hörmətlə qarşılanmış,Şah ismayıl Xətayının sarayında"Məlik üş-şüəra"rütbəsi qazanmışdır.Həbibinin ahəngdar poetik dili,bədii üslubu,şeirlərindəki sadəlik və əlvanlıq,səmimi hisləri ecazkar bir şəkildə ifadə etmək qabiliyyəti ona Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mövqe qazandırmışdır.Şairin əsərləri tan halda əldə yoxdur.Həbibinin irsindən məlum olan 42 şeir nümunəsinə Ə.Məmmədov 5 şeir də əlavə edərək,1980 ci ildə çap etdirmişdir.

    Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
    Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.

    Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il,
    Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən.

    Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
    Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən.

    Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
    Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.

    Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub,
    Mən deməzmidim ki, danla ağlıyasıdır gülən?

    Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül,
    Kim batar cisminə təndə hər tük olmuş bir tikən.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Həbibi

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2115

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş