Gəl Barışaq ft. Almaz Ələsgərli -Vüqar Oğlan: Qaraqaşlı, qaragözlü, Şirin sözlü, gülərüzlü, Nədir dərdin, nə küsmüsən, Niyə məndən çəkinirsən? Nə sözün var, de görüm də, Bir mə`nasan ömürümdə. Nədir dərdin, nə küsmüsən,

Bu konu 1762 kez görüntülendi 0 yorum aldı ...
Gəl Barışaq 1762 Reviews

    Konuyu değerlendir: Gəl Barışaq

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1762 kez incelendi.

  1. #1
    Aylin's - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    24.03.2009
    Mesajlar
    3.559
    Konular
    3321
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    1053
    @Aylin's

    Standart Gəl Barışaq

    Gəl Barışaq ft. Almaz Ələsgərli -Vüqar

    Oğlan:
    Qaraqaşlı, qaragözlü,
    Şirin sözlü, gülərüzlü,
    Nədir dərdin, nə küsmüsən,
    Niyə məndən çəkinirsən?
    Nə sözün var, de görüm də,
    Bir mə`nasan ömürümdə.
    Nədir dərdin, nə küsmüsən,
    Nə danışıb, nə dinirsən.

    Biz sevəndə,
    Bağlayanda peymanı
    Böylə deyildik.
    Nələr oldu, nə eşitdin, sənə məndən nə deyildi?

    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

    Qız:
    Bir zamanlar ki, sevirdin
    “Sənə aşiqəm deyirdin”,
    Hər dəfə doğum günümdə
    Təzə tər çiçək verirdin.
    Başıma hey dolanırdın,
    Mənim eşqimlə yanırdın.
    Mənlə hər gün görüşürdün
    Təzə bir çiçək verirdin.

    Biz sevəndə,
    Bağlayanda peymanı
    Böylə deyildik.
    Nələr oldu, nə eşitdin, sənə məndən nə deyildi?

    Bir yerdə:
    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

    Oğlan:
    Səbəbin sən özün axtar,
    Şirin idin təzə vaxtlar.
    O çiçəklər ki alırdım
    Sənə hörmətlə verirdim.
    Sonra bir-birinə alışdıq,
    Sən də gözləyirdin artıq.
    O çiçəklər ki alırdım
    Və məhəbbətlə verirdim.

    Sonralarsa düşünürdüm
    Nə çiçək alım ki, mən
    Sən nə qədər gözəl çiçək var
    Onların göyçəyi sənsən.

    Bir yerdə:
    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.

    Qız:
    Sən də əvf et məni, ey yar,
    Mənim də bir günahım var.
    Sevərək nazımı çəkirdin,
    Mən də hey naz eləyirdim.

    Biz səhərlər küsüşürdük,
    Yenə axşam görüşürdük.
    Sevərək nazımı çəkirdin,
    Mənsə naz az eləyirdim.

    İndi bildim ki, qıza naz yaraşır
    Oğlana dözmək.
    Hər dəfə barışmaqdan ötrü
    Bir bəhanədir küsmək.

    Bir yerdə:
    Nə günah eyləmişəm keç günahımdan barışaq,
    Gəl, deyək bir-birinə “can”, eşidək can, barışaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Gəl Barışaq

          Kategori: Azeri Şarkı Sözleri

          Konuyu Baslatan: Aylin's

          Cevaplar: 0

          Görüntüleme: 1762

    HÜZÜNLER KALDI BENDE...

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş