Azərbaycanda pullu yollar çəkilir http://azadliq.az/wp-content/uploads/ziya_mamedov211.jpg Ziya Məmmədov yeni korrupsiya layihələri üzərində işləyir Azərbaycanda bir neçə istiqamətdə pullu avtomobil yollarının tikintisi layihəsi hazırlanır. Lent.az-ın Nəqliyyat Nazirliyindən əldə etdiyi məlumata görə, bu il həmin layihələrdən birinin başlanması planlaşdırılır. Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, hazırda iki layihə diqqət mərkəzindədir. Həmin layihələr

Bu konu 2232 kez görüntülendi 0 yorum aldı ...
Azərbaycanda pullu yollar çəkilir 2232 Reviews

    Konuyu değerlendir: Azərbaycanda pullu yollar çəkilir

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2232 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    131
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azərbaycanda pullu yollar çəkilir

    Azərbaycanda pullu yollar çəkilir



    Ziya Məmmədov yeni korrupsiya layihələri üzərində işləyir


    Azərbaycanda bir neçə istiqamətdə pullu avtomobil yollarının tikintisi layihəsi hazırlanır.
    Lent.az-ın Nəqliyyat Nazirliyindən əldə etdiyi məlumata görə, bu il həmin layihələrdən birinin başlanması planlaşdırılır.
    Nazirliyin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, hazırda iki layihə diqqət mərkəzindədir. Həmin layihələr üzrə Nəqliyyat Nazirliyinin müvafiq strukturları Koreya, İsrail və ABŞ şirkətləri ilə müzakirələr aparır. Bu layihələrdən birincisi və cari ildə start verilməsi planlaşdırılan Sumqayıtın Hacı Zeynalabdin Tağıyev (keçmiş Nasosnı) qəsəbəsindən Ələtə qədər olacaq avtomobil magistralı, digəri isə İpək Yoluna paralel Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq yeni, beton örtüklü avtomobil magistralıdır. Sumqayıt-Ələt pullu avtomobil yolunun layihəsi üzərində müzakirələr il yarım əvvəl başlayıb. Yol boş ərazilərlə, dövlətin balansında olan torpaqlardan keçməklə çəkiləcək və bu yolda sürətin minimum 100 km/saatdan yüksək olacağı gözlənilir.
    Hacıqabuldan Gürcüstan sərhədinədək olacaq avtomobil yolunun tikintisi isə hazırda ilkin müzakirələr ərəfəsindədir. Hazırda adı açıqlanmayan, ABŞ-ın məşhur bir şirkəti yolun tikintisini maliyyələşdirməyə və bu layihədə iştiraka marağını ifadə edib. Xarici şirkətlərin bilavasitə investisiya qoyuluşları ilə inşa olunacaq bu yolların ən uzağı 2015-ci ilədək tikilib istifadəyə verilməsi planlaşdırılır.
    Nazirlik əməkdaşı onu da əlavə edib ki, pullu yollarda qəza və ya qanunvericiliyin pozulması halları ilə mübarizə tədbirləri istisna edilməklə yol polisləri olmayacaq. Yola nəzarət müxtəlif ərazilərə qurulmuş videomüşahidə sistemləri ilə həyata keçiriləcək. Yolda baş verəcək hadisələr zamanı xilasetmə işləri həyata keçirmək üçün xüsusi xidmət sistemi yaradılacaq.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azərbaycanda pullu yollar çəkilir

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2232

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş