Azərbaycanlı fəallar hökumətdən Ana Dilini tələb edəcəklər http://gdb.rferl.org/C52AA73C-85D7-4D59-B19C-119E225A7A91_w527_s.jpg «Səid Mətinpur insan haqları ilə bağlı yazılarına, ana dili tələbinə görə həbs olunub. O, ictimai fəaliyyətinə görə hakimiyyətin qəzəbinə tuş gəlib». İranda yaşayan Ətiyyə Tahirinin həyat yoldaşı azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur hazırda Tehrandakı Evin həbsxanasında saxlanır. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi onu

Bu konu 2180 kez görüntülendi 0 yorum aldı ...
Azerbaycanlı feallar hökumetden Ana Dilini teleb edecekler 2180 Reviews

    Konuyu değerlendir: Azerbaycanlı feallar hökumetden Ana Dilini teleb edecekler

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 2180 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Azerbaycanlı feallar hökumetden Ana Dilini teleb edecekler

    Azərbaycanlı fəallar hökumətdən Ana Dilini tələb edəcəklər






    «Səid Mətinpur insan haqları ilə bağlı yazılarına, ana dili tələbinə görə həbs olunub. O, ictimai fəaliyyətinə görə hakimiyyətin qəzəbinə tuş gəlib».

    İranda yaşayan Ətiyyə Tahirinin həyat yoldaşı azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur hazırda Tehrandakı Evin həbsxanasında saxlanır. Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi onu 8 il azadlıqdan məhrum edib. Azərbaycanlı fəal əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır. Amma yaxınları onun vicdan məhbusu olduğunu deyir.

    Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlı deyir ki, indi İranda əsas tələbi ana dili olan azərbaycanlılardan ibarət hərəkatın həbsdə olan üzvü təkcə Səid Mətinpur deyil:

    «Hazırda İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir. Elə məhz bu tələblərinə görə insanlar həbs olunur, işğəncələrə məruz qalırlar. Bu cür fəalların dəqiq sayını belə demək mümkün deyil. Amma aralarında hətta mollalar da var, başqa sözlə, ana dilini tələb edən dindarlar da var».

    AZƏRBAYCANLI FƏALLAR BU GÜN DƏ ANA DİLİ TƏLƏBLƏRİNİ İRƏLİ SÜRƏCƏKLƏR


    İranda ən böyük etnik qrup olan Azərbaycan türklərinə ana dilində təhsil almağa ölkə konstitusiyası icazə versə də, bunu edən fəallar təqib olunur, həbs edilirlər. Buna baxmayaraq, sayca 20-35 milyon olduğu ehtimal olunan Azərbaycan türkləri zaman-zaman hüquqlarının bərpası tələbi ilə aksiyalar, mitinqlər və digər tədbirlər keçirirlər. Elə əksər həbslər də bu tədbirlər zamanı həyata keçirilir.

    Azərbaycanlı Məhbusların Hüquqlarının Müdafiəsi Assosiasiyasının sözçüsü Vahid Qarabağlının dediyinə görə, 21 fevral Beynəlxalq Ana Dili Günündə də fəallar hökumətdən Azərbaycan türkcəsində tədrisə şərait yaradılmasını tələb edəcəklər. Bu məqsədlə İranın müxtəlif şəhərlərində çağırış bəyanatları da yayılıb.

    Vahid Qarabağlı deyir ki, hakimiyyətin sərt davranışına baxmayaraq, fəallar öz tutduqları yoldan geri çəkilmək fikrində deyillər:

    «Hakimiyyət etnik qrupların ana dilində təhsil almaları ilə bağlı heç bir addım atmır, əksinə hətta könüllü olaraq öz dilini öyrənib-öyrədənlərə də təzyiqlər var. Amma azərbaycanlı fəalların mübarizəsi açıq-aydın göstərir ki, hakimiyyət istədiyi hədəfə çatmayıb».

    «ANA DİLİNİ TƏLƏB EDƏN ETNİK QRUPLARIN FƏALLIĞI İLDƏN-İLƏ ARTIR»



    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

    «Hazırda İranda azərbaycanlı fəalların birinci tələbi ana dilidir»
    Vahid Qarabağlı deyir ki, təzyiq və işgəncələrə baxmayaraq, İranda ana dilindən istifadə edən etnik qrupların fəallığı ildən-ilə artır. Gizli yolla da olsa bu dil tədris olunur, insanlar gizli yolla kitablar paylayırlar. Amma indi fəalları həbslərlə yanaşı bir məsələ də ciddi narahat etməyə başlayıb:

    «Son vaxtlar öz hüquqlarını tələb edənlərin, ictimai fəallıq göstərənlərin şübhəli ölümləri məsələsi ortaya çıxıb. Ana dili tələb edənlər arasında müəmmalı ölənlər var. Bilmək olmur ki, bu ölümlərdə İran xüsusi xidmət orqanlarının əli var, ya yox».

    «ANA DİLİ MƏSƏLƏSİNƏ GƏLİNCƏ ONLAR DA SUSUR»


    İrandan olan hüquq müdafiəçilərinə gəlincə isə, Vahid Qarabağlı deyir ki, ana dili məsələsində onlar da susmağa üstünlük verirlər:

    «İranda azadlıq, demokratiya, insan haqlarını müdafiə edən iranlılar da ana dili məsələsinə gələndə susurlar və bunu İranın parçalanmaması üçün etdiklərini deyirlər. Amma bizə görə millətlərin kültürlərinin, dillərinin ölməsindənsə, bölünüb ayrı yaşamaq daha yaxşıdır».

    Bunula belə, Vahid Qarabağlı və eləcə də həbsdə olan azərbaycanlı fəal Səid Mətinpurun həyat yoldaşı Ətiyyə Tahiri inanır ki, artıq on illərdir davam edən mübarizənin nəticəsi olaraq bir gün fevralın 21-i Beynəlxalq Ana Dili gününü İranda yaşayan etnik qruplar da azad şəkildə bayram edə biləcəklər.

    Fevralın 21-i 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO tərəfindən Beynəlxalq Ana Dili günü elan edilib. Bu tarix isə 1952-ci il 21, 22 fevralda baş vermiş hadisə ilə bağlıdır. O dövrdə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 3 nəfər ölüb. Banqladeş nümayəndələri fevralın 21-ni məhz onların xatirəsinə ehtiram əlaməti kimi Ana Dili günü adlandırılması haqqında müraciət ediblər.


    Ülker Akifqizi


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Azerbaycanlı feallar hökumetden Ana Dilini teleb edecekler

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 2180

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş