http://gdb.rferl.org/8611E940-B931-4C14-851F-86F5289579E9_mw800_mh600.jpg Avqustun 31-də İsveçrə, Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin birgə bəyanatı yayılıb. Bu üçtərəfli sənəddə deyilir ki, Türkiyə və Ermənistan respublikaları beynəlxalq siyasi məsləhətləşmələrin başlanması haqqında razılığa gəlib.

Bu konu 4162 kez görüntülendi 4 yorum aldı ...
Türkiye ve Ermenistan razılığa gelib ki.. 4162 Reviews

    Konuyu değerlendir: Türkiye ve Ermenistan razılığa gelib ki..

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 4162 kez incelendi.

  1. #1
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart Türkiye ve Ermenistan razılığa gelib ki..



    Avqustun 31-də İsveçrə, Türkiyə və Ermənistan xarici işlər nazirliklərinin birgə bəyanatı yayılıb.



    Bu üçtərəfli sənəddə deyilir ki, Türkiyə və Ermənistan respublikaları beynəlxalq siyasi məsləhətləşmələrin başlanması haqqında razılığa gəlib.



    İsveçrənin vasitəçiliyi ilə həyata keçirilən məsləhətləşmələr iki yekun protokolunun imzalanması istiqamətində aparilacaq. Bəyanata əsasən söhbət “Diplomatik əlaqələrin qurulması haqda protokol” və “İkitərəfli münasibətlərin inkişafına dair protokol” adlanan iki sənəddən gedir.



    Məsləhətləşmələrin 6 həftə ərzində yekunlaşdırılması, işlənib hazırlanan yekun sənədlərinin isə iki ölkənin parlamenti tərəfindən ratifikasiya olunması gözlənilir.



    Türkiyə-Ermənistan münasibətləri uzun müddət iki əsas məsələ - 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrə münasibət və Qarabağ problemi səbəbindən soyuq olub.

    2008-ci ilin payızından başlayaraq tərəflər münasibətlərin normallaşması istiqamətində bir sıra ciddi addımlar atsalar da, əsasən ikitərəfli əlaqələrin əhəmiyyəti və sərhədlərin qeyd-şərtsiz açılmasının zəruriliyi haqda bəyanatlarla kifayətlənməli oldular.

    Ötən ilin sentyabrında Ermənistan-Türkiyə futbol görüşü zamanı Abdulla Gül Yerevana səfər etdi. Ermənistan prezidentinin də eyni addım atacağı gözlənilirdi.

    Bu ilin aprelində yenə də İsveçrənin vasitəçiliyi ilə iki tərəf arasında "Yol xəritəsinin" hazırlanması haqda razılıq əldə olundu. Lakin münasibətlərin praktiki olaraq məhz necə normallaçacağı sualı hələ də açıq olaraq qalırdı.

    Bu günlərdə Ermənistan prezidenti Serj Sərkisyan bəyan etdi ki, sərhədlər açılmasa Türkiyəyə, futbol matçına getməyəcək.

    Xatırladaq ki, Türkiyə-Ermənistan matçı oktyabrın 14-də keçiriləcək. İsveçrə-Türkiyə-Ermənistan bəyanatında qeyd edilən 6 həftə müddəti də məhz bu futbol görüşünün vaxtına təsadüf edir.

    Hadisələrin gedişi Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Ermənistan-Türkiyə münasibətlərini Qarabağ problemi prizmasından qiymətləndirən rəsmi Bakı ilə Ankara arasında da gərgin diplomatik fəallıq müşahidə olunur.

    Avqustun 31-də imzalanan üçtərəfli bəyanata artıq ilk beynəlxalq reaksiya verilib. Fransa tərəflərin bu adıımını alqışladığını bildirib.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Türkiye ve Ermenistan razılığa gelib ki..

          Kategori: Ermeni Sorunu

          Konuyu Baslatan: Ayselim

          Cevaplar: 4

          Görüntüleme: 4162

    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  2. #2
    Apancene - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    04.08.2008
    Mesajlar
    4.254
    Konular
    278
    Beğendikleri
    0
    Beğenileri
    0
    Tecrübe Puanı
    719
    @Apancene

    Standart

    Türkiye Azerbeycanı üzecek adımlar atmaması ve bu ümidimi hala koruyorum ,emeğine sağlıklık ...
    NE YARDAN, NE ÇAYDAN..!!
    Yeşil çay, siyah çay, Çay dünyanın gürültüsünü unutmak için içilir...



    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]

  3. #3
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart




    Türkiyə və Ermənistan arasında imzalanması nəzərdə tutulan protokolların mətni (Türk və ingilis dillərində)


    "İtv.az" saytı “Media forum”a istinadən xəbər verir ki, “CNN Türk” telekanalı İsveçrənin vasitəçiliyi ilə Türkiyə və Ermənistan arasında imzalanması nəzərdə tutulan hər iki protokolun (“Diplomatik münasibətlərin təsis olunması protokolu” və “İkitərəfli əlaqələrin inkişaf etdirilməsi protokolu”) mətnini yayıb.

    Mətnlər türk və ingilis dillərindədir. Türk dilinə tərcümə qeyri-rəsmi tərcümədir.

    Protokolların mətnini azeribalasi oxucularının diqqətinə çatdıriram.




    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]




    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  4. #4
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart

    Türkiyə müxalifətindən hökumətə sərt təpki



    Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına müxalifət etiraz edir
    Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və ikitərəfli əlaqələrin inkişafına dair imzalanan protokol Türkiyə müxalifəti tərəfindən sərt qarşılanıb. Müxalifət partiyalarının nümayəndələri hökuməti Ermənistanın Türkiyə və Azərbaycana qarşı iddialarına son qoymayanadək işğalçı ölkə ilə heç bir əlaqə qurmamağa və verdiyi sözə əməl etməyə çağırıb.
    Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının sədr müavini, Türkiyə Xarici İşlər Nazirliyi aparatının keçmiş rəhbəri, millət vəkili Onur Öymən Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın yaradılmasını nəzərdə tutan protokol imzalanmasını çaşqınlıqla qarşıladıqlarını deyib. Onun sözlərinə görə, Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan bu ilin may ayında Azərbaycan parlamentində söz verib ki, erməni işğalına son qoyulmayana qədər Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq. Ermənistanın Azərbaycan torpaqlarının işğalına son verəcəyinə dair heç bir əməli iş və məlumat yoxdur, rəsmi İrəvan işğaldan geri çəkiləcəyini bildirməyib. Belə bir durumda Türkiyə-Ermənistan münasibətlərinni normallaşması Türkiyə və Azərbaycanın milli maraqlarına ziddir.
    Türkiyənin Milliyətçi Hərəkat Partiyasından olan millət vəkili Mehmet Şandır hökumətin indiki halda Ermənistanla münasibətlərin normallaşdırılmasına dair sənəd imzalamasını Türkiyə hökumətinin acizliyi kimi dəyərləndirib.
    Türkiyənin müxalifət partiyaları Ermənistan Azərbaycan torpaqlarından çıxmadan, 1 milyon azərbaycanlının öz doğma torpaqlarına qayıtmadan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmasını yanlış hesab etdiklərini bildirirlər.
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

  5. #5
    Ayselim - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    02.08.2008
    Mesajlar
    1.686
    Konular
    181
    Beğendikleri
    0
    Beğenileri
    1
    Tecrübe Puanı
    738
    @Ayselim

    Standart

    ABŞ və Fransa Türkiyə və Ermənistanın qərarını alqışlayıb



    ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ və Fransa Türkiyə və Ermənistanın qərarını alqışlayıb
    ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri – ABŞ və Fransa Türkiyə ilə Ermənistanın ikitərəfli münasibətləri inkişaf etdirmək və diplomatik əlaqələr qurmaq barədə qərarlarını alqışlayıb.
    "İtv.az"ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Yan Kelli İsveçrənin vasitəçiliyi ilə hazırlanan Türkiyə-Ermənistan birgə bəyanatını hərarətlə alqışladıqlarını bəyan edib: “Amerikanın mövqeyi bundan ibarətdir ki, münasibətlər hər hansı şərt irəli sürülmədən qısa müddətdə yoluna qoyulmalıdır. Biz Ermənistan və Türkiyəni qarşılıqlı razılaşmalarda nəzərdə tutulan prinsiplərə əsaslanmaqla bu istiqamətdə işi sürətləndirməyə çağırırıq”.
    Fransa hökuməti də birgə bəyanatla əlaqədar Türkiyə və Ermənistanı təbrik edib. Prezident Nikola Sarkozi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasının bölgədə sabitliyə ciddi töhfə verəcəyini bildirib
    Gel gor omrumuzden kecen o gunlerden neler qalmish

Giriş

Giriş