Hərb işi - Rövşən Hüseynov
Rövşən Hüseynov
Azərbaycan Respublikası prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Hüseynov Rövşən Şəmil oğlu 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində doğulmuşdur.
1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Ağdam rayon mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universtitetinin fizika fakültəsinə daxil olmuş,
1985-87-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1992-ci ildə bir neçə tələbə toplayaraq, dövlət imtahanına üç ay qalmış, təhsilini yarımçıq qoyaraq, iki ay hərbi hazırlıq keçirlər.
Həmin ildə Goranboy istiqamtənidə Holandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci il 11 mayda Mingəçevir bölüyünü mühasirədən çıxarırlar və həmin döyüşdə şücaət göstərən Rövşən Hüseynov qəhrəmancasına həlak oldu.
Subay idi.
Ağdam rayonunun Quzanlı kəndində dəfn edilmişdir. Bakı Dövlət Universitetində büstü qoyulub.