Mirzə Quliyev
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Mirzə Məcid oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Quliyev Mirzə Məcid oğlu 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olmuşdur. 1991-ci ildə Saatlı kənd orta məktəbini bitirmiş, həmin ildə Mingəçevir şəhərindəki 39 saylı texniki peşə məktəbində qaynaqçı peşəsinə yiyələnmişdir.
1992-ci ildə hərbi xidmətə çaırılmışdır. Naxçıvan MR-nın Sədərək rayonu ərazisində RDM-də tuşlayıcı-atıcı kimi döyüşə başlamış, Batabat ərazisində gedən döyüşdə vuruşmuşdur.
1993-cü il 28 iyulda Ağdam bölgəsinə göndərilmiş, döyüşlərdə iştirak etmişdir. Daha sonra Füzuli, Ağdərə, Tərtər bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. PDM-lə düşmənin bir neçə tankını və canlı qüvvəsini məhv etmişdir.
Öz vətənpərvərlik borcünü layiqincə yerinə yetirmiş M.Quliyev 1995-ci il 15 yanvarda Prezidentin fərmanı ilə "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. M.Quliyev 1995-ci ildə Polis akademiyasının qiyabi şöbəsinə daxil olmuşdur.
1997-ci ildə Bakı şəhər baş Polis İdarəsinin Çevik Polis Alayında polis nəfəri kimi fəaliyyətini davam etdirmişdir. 2003-cü ildə M.Quliyevə leytenant rütbəsi verilib. Nəsimi rayon 20-ci polis bölməsində müvəkkil vəzifəsinə təyin edilib.
Ailəlidir.