Azərbaycanın tanınmış jurnalisti, publisist Mailə Muradxanlı vəfat edib. Ağır xəstəlikdən əziyyət çəkən jurnalist bu gecə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində vəfat edib. Mailə Muradxanlı bu gün torpağa tapşırılacaq. Qeyd edək ki, ömrünün 48 ilini Azərbaycan mətbuata həsr etmiş Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirdikdən sonra Azərbaycan Dövlət

Bu konu 1502 kez görüntülendi 0 yorum aldı ...
Mailə Muradxanlı vəfat edib 1502 Reviews

    Konuyu değerlendir: Mailə Muradxanlı vəfat edib

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1502 kez incelendi.

  1. #1
    Revane - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    06.08.2011
    Yaş;
    38
    Mesajlar
    1.895
    Konular
    1219
    Beğendikleri
    0
    Beğenileri
    3
    Tecrübe Puanı
    1000
    @Revane

    Standart Mailə Muradxanlı vəfat edib

    Azərbaycanın tanınmış jurnalisti, publisist Mailə Muradxanlı vəfat edib.
    Ağır xəstəlikdən əziyyət çəkən jurnalist bu gecə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində vəfat edib. Mailə Muradxanlı bu gün torpağa tapşırılacaq.
    Qeyd edək ki, ömrünün 48 ilini Azərbaycan mətbuata həsr etmiş Mailə Balabəy qızı Muradxanlı 1940-cı il oktyabrın 22-də Salyan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində radionun uşaq verilişləri şöbəsinin əmək fəaliyyətinə başlayıb. Bu telekanalda ədəbi dram verilişləri baş redaksiyasında baş redaktor vəzifəsinə qədər yüksəlib. "Azərbaycan", "Azərbaycan qadını" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət" qəzetlərində müntəzəm çıxış edib. Onun "Qınamayın məni" pyesi Sumqayıtda tamaşaya qoyulub. Tərcümə etdiyi Əhməd-Əbubəkrin "Dulusçunun hekayəti", Orxan Kamalın "Yad qızı", A. Koşutanın "Vətənə dönmək istəyirəm", Bernard Şounun "Sezar və Kleopatra", Evripidin "İfigeniyalı Avlitdə", Brextin "Kurja ana və ya sərbəst qadın" pyesləri respublikanın dram teatrlarında səhnələ.dirilib. Ruscadan Azərbaycan dilinə tərcümə olunmuş yüzdən artıq filmin sinxron mətnin müəllifidir. Azərbaycan radiosunda "Sənətkarlar öz qəhrəmanların arasında" silsilə verilişlərin və həftəlik əyləncəli "Sabahınız xeyir" proqramının ssenari müəllifi olub.
    Son illərdə ANS telekanalında çalışan Mailə Muradxanlı “Zərif çərşənbə” verilişinin aparıcılarından biri idi.
    M. Muradxanlı yazılı mətbuat orqanlarında da müntəzəm məqalələri dərc olunub. O, maraqlı oçerk və publisistik yazıların müəllifidir. M. Muradxanlı tərcümə etdiyi xarici əsərlər də Azərbaycanın teatrlarında səhnələşdirilib.
    M. Muradxanlı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü, Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalistidir.

    Allah rəhmət eləsin!



    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Mailə Muradxanlı vəfat edib

          Kategori: Azerbaycan'dan Haberler

          Konuyu Baslatan: Revane

          Cevaplar: 0

          Görüntüleme: 1502


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş