http://img233.imageshack.us/img233/694/kitabxana2.jpghttp://img94.imageshack.us/img94/9981/master03image001.jpg Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir.Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni,ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb, saxlanmasında,bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəsilə çatdırılmasında və cəmiyyətimizin intellektual – mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Azərbaycan Respublikasının

Bu konu 1855 kez görüntülendi 0 yorum aldı ...
Kitabxanamıza virtual səyahət. 1855 Reviews

    Konuyu değerlendir: Kitabxanamıza virtual səyahət.

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1855 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart Kitabxanamıza virtual səyahət.



    Azərbaycan kitabxanaları Azərbaycan xalqının milli sərvətidir.Xalqımızın yaratdığı qiymətli tarixi-mədəni,ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb, saxlanmasında,bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəsilə çatdırılmasında və cəmiyyətimizin intellektual – mənəvi potensialının artırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.

    Azərbaycan Respublikasının Prezidenti
    İlham Əliyev.

    Kitabxanamıza virtual səyahət.


    (2003 Office) (2007 Office)

    Kitabxana Tarixi

    Salyanda ilk ictimai qiraətxana 1903- cu ildə, xalq müəllimlərindən Mirzə Əziz Babazadə və Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü və zəhməti ilə yaradılmışdır.
    Əslində ilk qiraətxananın yaradılmasına 1880-ci ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili ilə bərabər mədəni-maarif işlərinin də inkişafına xeyli təsir etdi. Bu məktəbin açılması ilə Salyanda ilk dəfə ictimai kitabxana yaradıldı. Belə ki, məktəbin açılması mərasimi münasibətilə oraya toplaşanlar "məktəb ictimaiyyət kitabxanası" adlı bir kitabxana təşkil etməyi qərara aldılar və bu məqsədlə könüllü olaraq pul topladılar. Qısa müddət ərzində 342 man. 40 qəp. toplandı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il oktyabrın 1-də Salyan normal məktəbi nəzdində ilk məktəb-ictimaiyyət kitabxanası açıldı.Lakin camaatdan toplanan kitab və dövrü mətbuat məktəb şagirdlərinin təlabatını qismən ödəyirdi. Burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasında mühüm rol oynadı.1903-cu ildə ilk ictimai qiraətxananın təşkil olunmasını bütün tərəqqipərvər adamlar sevinclə qarşıladılar.Çünki xalqı qəflət yuxusundan oyatmaq, maarifləndirmək lazım idi. Qiraətxana üçün ilk bina “Muğan” mehmanxanası ilə yanaşı olan köhnə dükanlardan biri kirayə edilib.Hazırda həmin yerdə yerləşən şəhid adını daşıyan bağ yerləşir. Qiraətxanaya 420 manat 60 qəpik məbləğində kitab və dövrü mətbuat bağışlanmışdı.Qiraətxanadan istifadə üçün oxu haqqı da müəyyən edilmişdi.Oxu haqqı və ianə vasitəsi ilə toplanan pul fondun zənginləşməsinə xərclənirdi.
    Bura Salyanda qabaqcıl ideyaların təbliği mərkəzinə çevrilir.Inqilabi ruhlu əsərlərin müzakirəsi keçirilərkən M.Ə. Babazadənin və M.Y.Əlizadənin şagirdləri keşikdə dayanırdılar.
    Sonradan bu ictimai qiraətxana hər il kitab fondu ilə zənginləşdi və nəhayət kütləvi kitabxanaya çevrildi. Kitabxanaların müxtlif idarələrə məxsus olması, onların fondlarının əlaqəli şəkildə komplektləşdirilməsi kitabdan daha geniş istifadə etmək məqsədilə Respublikada gedən mərkəzləşmə zamanı 1975-ci ildə Salyan Rayon Kitabxanası da Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978 –ci il kollektiv üçün uğurlu oldu. Kitabxana nümunəvi xüsusi layihə əsasında istifadəyə verilmiş yeni yaraşıqlı binaya köçdü.
    1996-cı ildə Azərbaycan hökuməti “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul etmişdir.1999-cu ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir.Bu qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yenidən, yüksək səviyyədə,günün tələbinə uyğun şəkildə təmir olundu və yeni avadanlıqlarla təmin olundu.





    Kitabxana Bugün



    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında " 2004-cu il 27 dekabr tarixli sərəncamına əsasən fondumuza 12395 nüsxə kitab daxil edilmişdir.Bu da yeni nəslin inkişafına yüksək təsir göstərir.
    Hal-hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi Kitabxana özündə 54 filialı birləşdirir.Onlardan:

    1 Uşaq kitabxanası
    1 Gənclər kitabxanası
    47 K ənd kitabxana filialları
    5 Şəhər kitabxanası

    MKS öz işlərini günün tələblərinə uyğun qurur.Hal- hazırda oxu zalında eyni vaxtda 80 nəfər oxucu mütaliə ilə məşğul ola bilər.Fond tutumu 50 min nüsxə olan xidmət söbəsindən istək və marağımıza uyğun ədəbiyyatı almaq mümkündür.
    2009-cu ildə Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron Kitabxananın yaradılması üçün 11 kompüter və digər avadanlıqlar alınmışdır.
    Kitabxananın əsas məqsədi oxucuların milli zəmində və ümumbəşəri dəyərlər əsasında tərbiyə olunmasıdır.Böyüməkdə olan gənc nəslin əqli və ictimai inkişafında zahiri deyil, daxili gözəlliyini, mədəniyyətə, vətənə sevgi, əməyə, zəhmətə qadir olmagı, elmin bütün sahələrindən baş çıxarmağı bacara biləcək bir nəsil yetişdirmək, tərbiyə etməkdən ibarətdir.

    MKS üzrə Statistik Məlumat

    İşçilərin ümumi sayı - 108 Cəmi oxucular - 47.531
    Ali təhsilli - 21 nəfər Mərkəzi kitabxana üzrə - 7.496
    Orta ixtisas təhsilli - 32 nəfər Ümumi fond - 527.339 nüsxə
    Orta təhsilli - 50 nəfər Kitabxanaya daxil olan kitablar - 551 nusxə
    Mərkəzi kitabxana üzrə işçilərin sayı - 38 nəfər Kitabxanadan silinən kitablar - 3.832 nusxə
    Onlardan: Mərkəzi kitabxana üzrəfond - 60.940 nusxə
    Ali təhsilli -12 nəfər Kitabxanadan silinən kitablar - 3.832 nusxə
    Orta ixtisas təhsilli-12 nəfər
    Orta təhsilli- 14 nəfər

    Benzer Konular

    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Kitabxanamıza virtual səyahət.

          Kategori: Azerbaycan Edebiyatı

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1855


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş