Əlvida Bakı, daha səni görməyəcəm Dünən Müslüm Maqomayevin ölümündən 40 gün ötdü Müslüm Maqomayevin əvəzolunmaz sənətkar olduğunu deyən Azərbaycan ziyalıları onun vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki hesab ediblər. Anar: Nə vaxtsa belə bir məmləkət vardı - Sovet İttifaqı. Bu məmləkətdə ən müxtəlif xalqlar yaşayırdı - tarixləri, taleləri, dilləri, mədəniyyətləri, inancları fərqli millətlər. Onları birləşdirən bir şey vardısa, bu da ilk öncə sənət idi. Müslüm Maqomayev

Bu konu 1980 kez görüntülendi 0 yorum aldı ...
elvida baki daha seni gormeyecem 1980 Reviews

    Konuyu değerlendir: elvida baki daha seni gormeyecem

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1980 kez incelendi.

  1. #1
    Emine - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    14.08.2008
    Mesajlar
    20.276
    Konular
    10681
    Beğendikleri
    0
    Beğenileri
    13
    Tecrübe Puanı
    100
    @Emine

    Standart elvida baki daha seni gormeyecem


    Əlvida Bakı, daha səni görməyəcəm


    Dünən Müslüm Maqomayevin ölümündən 40 gün ötdü



    Müslüm Maqomayevin əvəzolunmaz sənətkar olduğunu deyən Azərbaycan ziyalıları onun vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki hesab ediblər.

    Anar: Nə vaxtsa belə bir məmləkət vardı - Sovet İttifaqı. Bu məmləkətdə ən müxtəlif xalqlar yaşayırdı - tarixləri, taleləri, dilləri, mədəniyyətləri, inancları fərqli millətlər. Onları birləşdirən bir şey vardısa, bu da ilk öncə sənət idi. Müslüm Maqomayev bu birləşdirmənin ən parlaq rəmzlərindəndir. O, ölümüylə də keçmiş sovet vətəndaşlarını birləşdirdi. Minlərlə insan böyük müğənniylə vidalaşmaq üçün əllərində gül-çiçək Moskva küçələrinə tökülüşdülər, axın-axın Çaykovski salonuna yönəldilər. Qəribəsi o idi ki, bu vidalaşmaya göz yaşlarıyla gələnlər yalnız Müslümün keçmiş fanatları - haçansa onun avtomobilini öpüşlərə qərq eləyən, günlərlə mənzilinin qabağında daldalanan, saatlarla onun konsertdən çıxmasını gözləyən indi isə nənə olan pərəstişkarları deyildi, həm də onların nəvələri idi. Onların heç vaxt Müslümü səhnədə görməyən nəvələri. Bu, Moskvadaydı, amma Müslümlə vidalaşma mərasimi keçmiş İttifaqın hər hansı şəhərində keçirilsəydi, yenə belə olacaqdı. Onun doğulduğu Bakıda da belə oldu. Son illər onunla heç bir təmasım olmasa da, intuisiyayla güman edirdim ki, onun səhnəylə vidalaşmasında yalnız qürurluluq yox, həm də bir ağrı-acı var.

    O, büsbütün dəyişən, özgələşən, yadlaşan dünyanı dərk edərək sənətdən uzaqlaşdı. O, həyatını heykəl yapmaqla, şəkil çəkməklə, kompüter oyunlarıyla, İnternet ünsiyyətiylə məşğul etsə də, özünü, zənnimcə, zaman qürbətində hiss edirdi. Müsahibələrinin birində o, bu haqda deyib ki, "Səsimi, gücümü itirdiyimi görməmək üçün səhnədən getdim. Məndə elə təəssürat yaranıb ki, dünya da dəyişib. Bəlkə də bu bir az kədərli səslənir. Amma mənə elə gəlir ki, bu dünyada bir az yubanıb qalmışam. Yəqin ki, Allah deyir: indi döz. Gəzib dolandın, sevindin, qadınlarla oldun, şöhrət qazandın, bəsdir. Yəqin belə də olmalıdır. Hər hansı insan hər şeyə cavabdeh olmalıdır".

    O, sanki şöhrətdən doymuşdu, usanmışdı. Yorulmuşdu... Çoxları məşhur olmağa can atır. Məşhurlar isə bəzən unudulmağı arzulayırlar, istəyirlər ki, hamı onları yaddan çıxarsın. Heç bir müğənni Sovet İttifaqında da, onun sərhədlərindən uzaqlarda da Müslüm Maqomayev şöhrətinə sahib olmayıb.

    Müslüm insanlara təsəlli, təskinlik verirdi - onların qəlblərində ən işıqlı, ən munis duyğuları oyadaraq pərəstişkarlarının çoxunun heç bir vaxt çata bilməyəcəkləri ülvi bir aləmdən - məhəbbət, gözəllik, ecazkar melodiyalar aləmindən oxuyurdu.

    Filarmoniyada, dəfn mərasimində Müslümün mahnıları səslənirdi və bizi ötən illərimizə aparırdı. Bunlar bizim gəncliyimizin nəğmələri idi. Onlar nəsildaşlarımızın hamısında keçib gedən ömrümüz üçün nostalji, qəribsəmə duyğuları oyadırdı. Son səslənən mahnılardan biri Yeseninin sözlərinə yazdığı bəstə idi.

    Bu uyğunluğa mat qalmışdım. Elə bil mahnı məhz bu matəm mərasimi üçün yazılmışdı.

    Müslüm oxuyurdu: "Əlvida Bakı, daha səni görməyəcəm".

    Müslümün dul qadını əlləriylə qulaqlarını tutdu, görünür, ağır anlarda onun dözüm həddiydi bu...

    Müslümsə acı bir etirafla oxuyurdu: "Əlvida Bakı, türk mavisi əlvida, qanım soyuyur, gücüm zəifləyir".

    "Əlvida Bakı, daha səni görməyəcəm"...

    Cavan Zeynallı: Müslüm mənim dostum idi. Mən onun haqqında hamı kimi, elə-belə danışmaq istəmirəm. Bu günlərdə televiziyalardan birinin xahişi ilə royalda bütün verilişboyu Müslümün mahnısını ifa etdim. Elə bilirsiniz ki, onun mahnısıını ifa etmək mənim üçün asan idi? Hələ Müslümün ölümündən elə də uzun müddət keçməyib. Biz bir-birimizi yaxşı anlayırdıq, zarafatımız var idi. Hamı deyir Allah ona rəhmət eləsin, mən də deyirəm: Allah rəhmət eləsin. Müslüm iki əsrin - XX-XXI - yüzilliyin ən görkəmli şəxsiyyətlərindən idi. O, həmişə oxuyub. Hətta səhnəyə çıxmadığı vaxtlarda belə evdə oturduğu zamanlarda da. Hətta son günlərinədək oxuyub. Müslüm yaradıcı adam idi. Özünə və pərstişkarlarına hörmətlə yanaşan insanıydı. Son illər səhnəyə çıxmaqdan imtina etmişdi. Yəqin istəyirdi ki, hamının yaddaşında gənc, qüvvətli, yaraşıqlı qalsın.

    Lakin təəssüf ki, ölümündən sonra hamı başa düşdü ki, biz kimi itirmişik. Qəribədir ki, yaradıcı adamın sağlığında onun haqqında çox sakit danışırlar, ölümündən sonra isə nədənsə hamı başlayır ki, "alə, bilirsən o necə adam idi, necə fortepianoda çalırdı, necə oxuyurdu, aləm idi aləm...". Bax, mən bunu başa düşmürəm. Nədənsə, bizim insanlar adamı itidikdən sonra onu necə var, elə qəbul edirlər. Yadımdadır ki, bizdə Müslüm Maqomayevi elə də qəbul etmirdilər. Çünki onun mahnıları beynəlmiləl idi. Sadə xalq onu tamamilə başa düşmürdü, sadəcə sevirdilər. Həqiqət acı da olsa, həqiqətdir. O, dahi idi. O dahi ki, Azərbaycanda lazım olduğu qədər qəbul edilmirdi. Amma ölümündən sonra hamı başladı onun üçün tökdükləri göz yaşlarından danışmağa. Ölümündən sonra onun haqqında hər yerdə, hər verilişdə ağızdolusu danışmağa başladılar. Bu, mənim xoşuma gəlmədi. Əslində isə onun haqqında indi ağızdolusu danışanların heç biri Müslümü mənim kimi qəbul etmirdilər. Çünki Cavan Zeynallı ilk dəfə oxumağa başlayanda Müslümün mahnılarını ifa etmişdi. "Komo-prima" - italyan mahnısıyla. Sonra isə repertuarının əksərindən istifadə etdim.

    Caz məni özünə çəkənədək bu belə oldu. Bu günlərdə Rusiya telekanallarından birində buz üzərində balet şousu göstərilərkən bütün proqram Müslümün mahnılarından təşkil edilmişdi. Baxın, Rusiya onu necə sevir ki, 24 rəqsin hamısı Müslümün mahnılarının sədaları altında ifa edilirdi və onlar bundan qürur duyurdular. Özü də bu şouya dünyanın milyonlarla insanı baxırdı. Bunu izləmək necə ürəkaçan idi. Ölümündən sonra Moskvada Müslümün mahnılarından ibarət disk işıq üzü gördü, amma nədənsə Azərbaycanda bunu etmədilər. Bəlkə sizlərin köməkliyi ilə bunu Bakıda həyata keçirməyin nə qədər vacib olduğunu başa düşələr. Çünki bizimkilər bu fəlsəfəylə hərəkət edir, "aa.. bəlkə satılmayacaq, bəlkə almadılar...". Bu haqda düşünmək lazım deyil. Diski ona görə buraxmaq lazım deyil ki, cümə axşamlarında və ya digər yas mərasimində haradasa səsləndirəsən. Bu, tarixə və gənclərimizə lazımdır. Onların zövqlərini korlamamaq üçün gərəkdir. Onun bariton səsi o qədər unikaldır ki, hələ sovet dönəmində Avropanın ən mötəbər ölkələrinə dəvət edirdilər. Amma Müslüm Sovet İttifaqının patriotu idi. Mənə dedilər ki, son əməliyyata getməyə razı olsaymış azından 10 il yaşayacaqmış. Amma Müslüm inad edib. Əməliyyatdan sonrakı 10 ili barmaqla sayıb həyəcan içərisində yaşamaq istəməyib. O, ölümünü də özü seçib. Çox istəyərdim ki, həm Moskvada, həm də Bakıda ona abidə ucaldılsın. Moskvadakı sənət adamları bunun üçün çalışırlar. Görək bizdə necə olacaq. Mən onun ruhu qarşısında baş əyirəm...

    Azər Zeynalov: Müslüm Maqomayevi həmişə dünya mədəniyyət incilərinin sütunlarından biri hesab eləmişəm. O, böyük sənətkar olmaqla bərabər, həm də böyük qəlbə malik idi. Müslümün səsinin zənginliyi haqda çox danışmaq olar. Onun səsində olan kontrast dünyanın çox nadir müğənnilərində tapılardı. Səsdə olan əzəmət, qüdrət, cəngavərlik və bütün bunlarla bərabər həzinlik, mülayimlik və istilik onun səsində cəmlənmişdi. Çox təəssüf ki, Müslüm Maqomayev kimi insanlar bəlkə də 1 neçə yüz ildə bir dəfə dünyaya gəlir. Müslüm sənətinə sağlığında abidə ucaldılmalı şəxsiyyətlərdən idi. Düşünürəm ki, hökumətimiz və xalqımız ölümündən sonra da olsa, şəhərin görkəmli yerlərindən birində Müslümün xatirəsini əbədiləşdirəcək.


    Ədalət.- 2008.- 5 dekabr.- S. 6.


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: elvida baki daha seni gormeyecem

          Kategori: Azerbaycan Müzik Adamları

          Konuyu Baslatan: Emine

          Cevaplar: 0

          Görüntüleme: 1980


Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş