https://www.youtube.com/watch?v=LbJpUOBxh5g Özgə ömür 1987 Özgə Ömür ”” 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına ”Azərbaycanfilm” Kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa

Bu konu 1569 kez görüntülendi 0 yorum aldı ...
Özgə ömür 1987 1569 Reviews

    Konuyu değerlendir: Özgə ömür 1987

    5 üzerinden | Toplam: 0 kişi oyladı ve 1569 kez incelendi.

  1. #1
    Azeribalasi - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik Tarihi
    30.07.2008
    Mesajlar
    9.712
    Konular
    3529
    Beğendikleri
    127
    Beğenileri
    32
    Tecrübe Puanı
    100
    @Azeribalasi

    Standart Özgə ömür 1987


    [Linkleri Görebilmek İçin Üye Olmanız Gerekmektedir. Üye Olmak İçin Tıklayın...]


    Özgə ömür 1987


    Özgə Ömür ”” 1987-ci ildə yazıçı Rüstəm İbrahimbəyovun ssenarisi əsasında, rejissor Rasim Ocaqov tərəfindən C. Cabbarlı adına ”Azərbaycanfilm” Kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Aleksandr Kalyagin, Fəxrəddin Manafov, İrina Kupçenko və başqaları ifa edirlər. Film institut rektorunun ikili həyat yaşamasından bəhs edir. Çəkilişlər Bakıda və Moskvada aparılmışdır. 1987-ci ildə aktrisa İrina Kupçenko ən yaxşı epizodik rola görə SSRİ Kinematoqrafçılar İttifaqının təsis etdiyi ”Nika” prizinə layiq görülmüşdür.
    Məzmun

    1) Film Fariz Əmiroviç Rzayevin (Aleksandr Kalyagin) ömrünün son gününü əhatə edir. O, ölkənin ən böyük institutlarından birinin rektorudur. Bu vəzifədə artıq 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Məsuliyyətli, savadlı və işini mükəmməl bilən bir adamdır. a Lakin vəzifəyə və işə-gücə başı o qədər qarışmışdır ki, o ətrafındakı ən yaxınlarını belə unutmuşdur. Biganə və ikili həyat yaşayan Fariz Əmiroviç öz doğma evində də rahatlıq tapa bilmir. Yalnız o qonşusu və məşuqəsi olan Lilyanın (İrina Kupçenko) evində olarkən rahatdır və bütün problemlərini onunla bölüşür.
    Fariz Əmiroviç səhər tezdən evindədir və həmişə olduğu kimi işə getməyə hazırlaşır. Hamamda üzünü qırxdıqdan sonra kiçik gəlini Tamillanın (Gülya Salahova) hazırladığı səhər yeməyini yemək üçün stol ətrafında əyləşir və yemək zamanı xəbər tutur ki, gəlini qaynanasının əlindən bezib müvəqqəti olsa da evi tərk etmək istəyir. Fariz səhər yeməyindən sonra özünü xəstəliyə vuran arvadı Səkinə xanımın (Zərnigar Ağakişiyeva) yatdığı otağa baş çəkir və məsələni aydınlaşdırmağa çalışır. Lakin heç bir nəticə əldə etmir. Digər otaqda isə böyük gəlini Vika (Larisa Xələfova) əri Ramiz (Çingiz Şərifov) üçün xahişə gəlmişdir. Gəlini ona başa salır ki, onun xahişə gəlməsindən ərinin xəbəri yoxdur. Çünki o, çox məğrurdur və bilsə onu öldürər. Bunu eşidən rektor oğlunun dissertasiya işinə görə heç kəsə ağız açmaq istəmədiyini bildirir. Çünki işin məğzini bilmir və gəlininə deyir ki, ərinə desin ki, bir evə baş çəksin və başa salsın ki, nəyə görə xahiş eləməlidir.
    Günü streslə başlayan Fariz Əmiroviç evini tərk edir və şəxsi xidməti maşınına əyləşir. Sürücü Əmənulla (Hamlet Xanızadə) isə yolboyu artıq bir neçə gündür ki, onları təqib edən ağ ”Jiquli”dən bəhs edir. İnstitutun binasından içəri girən kimi Fariz Əmiroviçi müavinləri qarşılayır və səhər tezdən baş verən hadisəni ona dərhal bildirirlər. Otağına daxil olan rektor bir qadının iki uşağı ilə masa arxasında oturduğunu görür. Qadın instituta zorla soxulmuşdur. Rektorun gəldiyini görən qadın uşaqlarına işarə edir ki, otaqda şuluqluq salsınlar. Hər yeri kağızlara qərq edən uşaqları katibə Minə (Nuriyyə Əhmədova) sakitləşdirməyə çalışır. Katibə uşaqları otaqdan çıxarandan sonra qadın izah edir ki, adı Rozadır (Liya Əhədcaqova), burada işləyən Həsənovun (Hacı İsmayılov) arvadıdır. Ərinin bu institutda işləyən İmanova (Şükufə Yusupova) familli qadınla əlaqəsi olduğunu bildirən Roza hədələyir ki, əgər ərini ona qaytarmasalar gətirdiyi benzinlə özünü yandıracaq. Qadını sakitləşdirən rektor onun ərizəsinə mütləq baxılacağını və lazımi tədbir görüləcəyini bildirir. Qadını yola saldıqdan sonra dərhal müavini Əfəndiyevi (Muxtar Maniyev) yanına çağırır və bildirir ki, qoy Həsənov öz xahişi ilə ərizəsini yazıb işdən çıxsın. Belə vəziyyətdə İmanovayla o bir yerdə işləyə bilməz.
    Bir qoşa saatlıq dərsindən sonra kabinetinə qayıdan rektor qəbul otağının qarşısında Həsənovun onu gözlədiyini görür. Prokurorluqdan gələn müstəntiqi (Məbud Məhərrəmov) yola saldıqdan sonra Həsənovu qəbul edir. Həsənov onu işdən çıxarmamağı xahiş edir. Bu zaman otağa daxil olan prorektor Tahirbəyov (Fəxrəddin Manafov) isə onu heç kəsin işdən çıxarmayacağını deyir, lakin, arvadının da burada belə hay-küy salmasının da düzgün olmadığını bildirir. Fariz Rzayev məsələsinin müzakirə nəticəsində həll olunacağını bildirərək Həsənovu göndərir və Tahirbəyovun nəyə görə gəldiyini xəbər alır. Tahirbəyov rektorun yeni tikilən korpusun elmi-işçilərin əlindən alınaraq auditoriyalara bölünməsi qərarının düzgün olmadığını bildirir. Lakin o nəinki Tahirbəyovla razılaşmır, hətta belə davam etsə nəticədə onu işdən çıxaracağı ilə də hədələyir.
    Nahar fasiləsində evinə qayıdan rektor blokda təsadüfən oğlu Ramizlə qarşılaşır. Ramiz arvadını axtardığını bildirir. Fariz Əmiroviç isə hətta onun xəstə anasını unutduğu iradını bildirir. Qısa söhbət əsnasında Ramiz arvadının səhər xahiş üçün gəldiyini öyrənəndən sonra ”Haqlısan ata, o gərək səni narahat eləməyəydi. Ona mən yüz dəfə demişəm. Elə adamlar var ki, onlara bir tikə quru çörəkdən ötrü ağız açmaqdansa acından ölsən yaxşıdı.” deyərək onu tərk edir.
    İnstitutda isə nahar vaxtı prorektorlar gün ərzində baş verən hadisələri müzakirə edən zaman İmanova əlində ərizə ilə yeməkxanaya daxil olur və onlara yaxınlaşaraq işdən çıxmaq istəyini bildirir. Ərizəni görən Tahirbəyov buna etiraz edir və ”Əgər aranızdakı əsl sevgidirsə, onda gec-tez hamı başa düşəcək. Hətta hörmətli rektorumuz da.” deyir. Rektor nahardan qayıtdıqdan sonra İmanova rektoru qəbul otağının girəcəyində qarşılayır və Həsənovu işdən çıxarmamağı xahiş edir. Çünki onun iki uşağı var. Əgər bunu etsə onun özü də işdən çıxacaq. Rektor isə buna əhəmiyyət vermir. İmanova isə təşviş içində ”Əgər siz bir adamı sevsəydiz, bu cür daşürəkli olmazdız.” deyir və üzr istəyərək təkrarən Həsənovun iki uşağının olduğunu bildirir və onu işdən çıxarmamağı xahiş edib qəbul otağını tərk edir. İmanovanın bu sözlərinə pərt olan rektor məyus halda otağına daxil olur. Lakin bir müddət sonra yenə öz qərarında qalır. Telefonla zəng edərək tapşırır ki, Həsənovun müzakirəsi zamanı tutarlı faktlar gətirilsin ki, işdən çıxarmağa əldə əsas olsun.
    ”Bakraboçi” qəzetinin müxbiriylə (Viktor Dəmirtaş) görüşündən sonra iş gününün sonunda xidməti maşınına əyləşib sürücüyə bildirir ki, onu İçərişəhərə şəxsi həkimi professor Əsədovgilə (Arif Nərimanbəyov) aparsın. Yolda boğulduğunu hiss edəndə maşını saxladır və sürücüyə qalan yolu piyada gedəcəyini bildirir. Lakin o doğulub boya başa çatdığı İçərişəhərin dar küçələrində azır. Güclə gəlib Əsədovgilə çıxır. Qapını Əsədovun qardaşı oğlu Rüfət (Əli Haqverdiyev) açır. Rüfət rektoru tanıyır və professoru bu gün qəbul etməyəcəyini bildirir. Farizin gəldiyini xəbər tutan Əsədov onu içəri buraxdırır. Rüfət əmisinə narazılıq edir ki, ”Vallah, mən sizə mat qalmışam. Əşi belə də iş olar. O sizin doğmaca qardaşınızı türməyə saldırıb. Siz onu müalicə eliyirsiz?” Bunu eşitcək Rüfətin kim olması ilə maraqlanan Fariz vaxtilə Rüfətin atasını məhz onun güdaza verdiyini öyrənir.
    Çox ağır və gərgin iş günündən sonra evinə qayıdan Fariz Əmiroviç eyni blokda yaşayan məşuqəsi Lilyanın (İrina Kupçenko) qapısını döyür və keçib otaqda əyləşir. Gün ərzində baş verən hadisələrdən Lilyaya danışandan sonra yorğunluğunu atmaq üçün vannaya girmək qərarına gəlir. Az bir müddət sonra Lilya dəhlizdən Farizə səslənir ki, şalvarını ütüləmək üçün ona versin. Cavab gəlmədiyini görən Lilya vanna otağına daxil olur və Farizin paltarlı yerə yıxıldığını gördükdə bərk qışqırır. Onu güclə dikəldərək ürəyinin tutduğunu görür. Lakin Fariz həkim çağırmaq əvəzinə Lilyadan onu dəhlizə çıxarmasını istəyir. Dəhlizdə ayaqqabılarını geyindirməyi və onu evdən bayıra çıxarmasını deyir. Öləcəyini hiss edən rektor Lilyanın evində vəfat etməkdən qorxduğu üçün onun köməyi ilə evdən bayıra çıxır və pilləkənlərlə yuxarı qalxır. Bir az qalxdıqdan sonra üzü üstə pilləkənlərdən yıxılır və keçinir. Şok içində olan Lilya bir müddət pilləkəndə Farizin cansız bədənin yanında əyləşdikdən sonra özünü ələ alaraq qapı qonşusunun zəngini çalır və qonşuya bildirir ki, ”Bu adam mənim zəngimi basmışdı. Görünür, halı pozulub. Qapının ağzından keçirmiş, halı pozulub, zəngimi basıb.” Qonşu evdəki qonaqları da köməyə səsləyərək dərhal Farizi qaldıraraq nəbzini yoxlayırlar və onun keçindiyini görürlər. Rektor gün ərzində keçirdiyi saysız-hesabsız stresli vəziyyətlər nəticəsində ürək çatışmazlığından vəfat edir.
    Kadrlarda institutun akt zalı görünür və Fariz Əmiroviç Rzayevin son mənzilə yolasalma mərasimidir. Zalda müəllim-tələbə heyəti ilə yanaşı, onun yaxınları da əyləşmişlər. Lilya da zaldadır ”” Farizi sevən yeganə adam. Lakin o yenə də həmişə olduğu kimi ikinci plandadır və yaddır. Onun gözləri tez-tez dolur. Sevdiyi şəxsin cənazəsiylə də yaxından vidalaşmaq ona qismət deyil. Ona görə kənar adamlar zalı tərk edən zaman o da institutun dəhlizində son dəfə Farizlə vidalaşmaq üçün gözləyir və gözyaşlarına qərq olur.
    Ekranda Roza Həsənova görünür. O avtobusda uşaqları ilə gedir və sürücüyə bildirir ki, institutun qabağında saxlasın. İndi də o yeni rektorun yanına şikayətə tələsir”¦
    2) Filmin qəhrəmanı Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) institut rektorudur. Öz aləminə qapılan bu adam hər şeyi unutmuşdur, hətta yaxın adamlarını da. Yalnız məşuqəsi Lilyanın (İrina Kupçenko) yanında olanda özünə rahatlıq tapır. Bir gün elə onun qolları arasında da qəflətən vəfat edir. İkili ömür yaşayan Fariz Əmiroviç əslində insanlar arasında özünü tənha hiss edirdi. Elə bu dünyadan da köçəndə tənha idi”¦ Film insanlar arasında qarşılıqlı münasibətlərin vacibliyindən söhbət açır.[1]
    3) İnstitutun hörmətli rektoru ictimaiyyətin və ailəsinin bildikləri həyatdan əlavə, gizli məhəbbətlə dolu başqa bir ömür yaşayır”¦[2]
    4) Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyagin) 20 ildir ki, Azərbaycanın ən böyük institutlarından birinə rəhbərlik edir. Lakin həyat elə gətirib ki, uşaqları ondan qaçır, arvadı nifrət edir, hətta işi də onu sıxır. Hərdən bir məşuqəsinə baş çəkir. Yalnız onun evində rahatlıq tapır, özü, yaxınları və səhvləri barədə düşünür. Ona görə burada tez-tez onun ürəyi ağrıyır və bir gün elə burada da dünyasını dəyişir.[3]
    5) İş elə gətirir ki, məşuqəsi Farizin (Aleksandr Kalyagin) həyatında ona ən yaxın adam olur. O institut rektorudur. İş yerində həmişə gərginlik, evdə hər şeydən narazı olan həyat yoldaşı, öz dünyalarında yaşayan uşaqları. Bütün bunlar onu çox yorur və əsəbiləşdirirdi. Ürəyində problemləri olan Fariz yalnız sevdiyi məşuqəsi olduğu üçün taleyinə minnətdar idi.[4]

    6) ”Özgə ömür” filmində şəxsiyyətin ikiyə bölünməsi faktı ilə üzləşirik. Bu dramatik film Bakıda ali məktəblərdən birinə rəhbərlik edən Fariz Rzayevin, təzadlı həyat sürən insanın faciəsindən bəhs edir. Bir tərəfdən o, iş yoldaşı ilə sevişən əməkdaşın məsələsini özü üçün ayırd etmədən, onu əxlaq pozğunluğu adı altında işdən qovmaq istəyir, digər tərəfdən özü tənha qonşu qadınla gizlin yaxınlıq edir, bu qadınla oğrun-oğrun yaşayır. Necə deyərlər, öz gözündə tiri görmür, başqasınınkında tük axtarır.[5]


    Konu Bilgileri       Kaynak: www.azeribalasi.com

          Konu: Özgə ömür 1987

          Kategori: Azerbaycan Sineması

          Konuyu Baslatan: Azeribalasi

          Cevaplar: 0

          Görüntüleme: 1569

    Dünyanin En Büyük Azeri Mp3 Arsivi. www.azeribalasi.com

Etiketler

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajinizi Degistirme Yetkiniz Yok
  •  

Giriş

Giriş